14 Kasım 2016 Pazartesi

Sələfin Bidət, Cədəl, Kəlam Və Rəy Əhlindən Çəkindirməsi!


Müəllif: Əbu Muaz Seyfullah
Tərcümə: Darul İttiba


   Əbu Abdurrahman b. Əbiz Zinad rahiməhullah (vəfatı 174 hicri) belədemişdir;
  “Özlərini gördüyümüz, insanların ən xeyirlilərindən olan fəzilət və fiqh əhli, cədəl əhlini,  incə ələyib sıx toxuyanları və şəxsi görüşlərə tutunanları şiddətlə qınayardılar, bizə onlarla görüşməkdən və yanlarına oturmaqdan qadağan edər, onlara yaxın olmaqdan ən şiddətli bir şəkildə çəkindirərdilər. Bizə onların sapıqlıq əhli olduğunu, Allahın kitabını və Rasulu sallallahu aleyhi va səlləmin sünnətini təhrif etdiklərini xəbər verirdilər. Rasulullah səllallahu aleyhi va səlləm çox sual verməyi və məsələlərin xırdalıqlarını araşdırmağı məkruh etmədikcə və bundan çəkindirmədikcə vəfat etmədi. Bir çox yerdə müsəlmanları bundan çəkindirmiş və bunun çirkinliyini bildirərək belə buyurmuşdur; “Sizi buraxdığım müddətcə siz də məni buraxın. Çünki sizdən öncəkilər çox sual vermələri və nəbilərinə müxalifət etmələri səbəbiylə həlak oldular. Siə bir şeyi qadağan etdiyimdə ondan dərhal çəkinin. Sizə bir şeyi əmr etdiyimdə isə onu gücünüz yetdiyi qədər yerinə yetirin.” 
[ İbn Batta, əl İbanə (187)]

   Abdurrahman b. Amr əl Əvzai rahiməhullah (vəfatı 157 hicri) belə demişdir;

   “Allahdan çəkinin və nəsihət edənlərin nəsihətinə, öyüd verənlərin öyüdünə yönəlin, ey müsəlmanlar camaatı! Bunu yaxşı bilin ki, bu elm bir dindir. Nə etdiyinizə diqqət edin! Bu dini kimdən aldığınıza, dininiz xüsusunda kimlərə inanaraq uyduğunuza baxın! Çünki bidət əhlinin hamısı batil əhlidir, yalançı, iftiraçı, günahkar kimsələrdir. Çəkinib utanmaz, haqlara riayət etməzlər. Onlardan eşitdiyiniz şeylərdə təhrif etmələrindən əmanda olunmaz. Nəyi inkar etdiklərini bilmədən danışarlar və iftiralarını düzgün göstərərlər. Şübhəsiz ki, Allah onların etdiklərini əhatə etmişdir. Onlara qarşı daima çəkinmə üzrə olun, onları daim ittiham edin və onlardan ayrılaraq uzaq durun! Çünki əvvəlki alimləriniz və sonrakı alimlərdən saleh olanlar eyni şəkildə bunu edər və bunu əmr edərdilər. Onlara hörmət göstərərək Allaha qarşı baş qaldıran, Onun dinini yıxan, bu dinin sağlam qulplarını əksildən yüngül kimsələrdən olmaqdan, daha da pisi; onlardan din öyrənib, onları təsdiq edərək uyan, onlara sevgi bəsləyən, həvalarına uymada onlara yardım edən kimsələr olmaqdan çəkinin! Onlara sevgi göstərənlər səbəbiylə zəif müsəlmanlar onların görüşlərinə meyl edərlər, onların dinlərinə uyarlar. Bu da etdikləri əməllərdə onlara ortaq olmaq baxımından yetər!”  
[Əl İbanə (184)]

Hiç yorum yok: