
Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır. Ən-Nisa 59
1 Kasım 2016 Salı
Bidətçilərin Kitablarını Oxumaq Və Kasetlərinə Qulaq Asmaq Caiz Deyildir!
Şeyx Saleh Fövzana: "Bidətçilərin kitablarını oxumaq və kasetlərinə qulaq asmaq barədə həqiqət nədən ibarətdir?" - deyə sual verildi:
Belə cavab verdi:
"Bidətçiləri tənqid edən və ya zəlalətlərini bəyan etmək istəyən şəxs istisna edilməklə, onların kitablarını oxumaq və kasetlərinə qulaq asmaq heç kimə icazə verilmir. İslamı yeni qəbul edənə, tələbəyə, savad, tənqid və ya bəyan məqsədilə deyil, sadəcə mütaliə edən insanlara bu cür kitabları oxumaq olmaz. Çünki bu, onların təsir altına düşməsi və məsələləri bir-biri ilə qarışıq salaraq bidətçilərin məkrli fitnəsinə məruz qalınması ilə nəticələnə bilər. Buna görə də bidətçinin yazdığı kitabı tənqid edən və onu oxumamağı tövsiyə edən ziyalı mütəxəssislər istisna olmaqla, heç kimə zəlalət əhlinin kitablarını oxumaq olmaz".
(Müasir metodlar, metadlarla bağlı suallara faydalı cavablar, səh. 78-79).
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder