28 Şubat 2017 Salı

Haqq Üzrə Zahir Olan Tayfa Haradadır?

Müəllif; Əbu Muaz Seyfullah
Tərcümə; Darul İttiba


   Qureyb əs Səhuli, Murrə əl Bəhzi radiyallahu anhdan rəvayət edir; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu;

   “Ümmətimdən bir tayfa, onlara düşmənlik edənlərə qarşı haqq üzərinə zahir olmağa davam edər, onlar yeyənlər arasında bir qab kimidirlər. Ta ki onlar, bu haldaykən Allahın əmri (qiyamət) gələr.” Dedik ki; “Ey Allahın Rasuu! Onlar haradadır?” Belə buyurdu; “Beytul Maqdis tərəfindədirlər.”  [Buxari əl Qunada (№: 752) muallaq olaraq rəvayət etmiş, Təbərani Mucəmul Kəbirdə (20/317), Fəsəvi, Əl Marifə Vat Tarixdə (2/171), İbn Asakir Tarixu Dıməşqdə (1/209-210) və başqaları; Abbad ər Ramli- Əbu Zura Yəhya əs Səybani- Abdurrahman b. Valə- Qureyb əs Səhuli ki, o İbn Əbrəhədir- Kab b. Murrə yoluyla mövsul olaraq rəvayət etmişdir. İsnadı səhihdir.]

   Abbad ər Ramli haqqında İbn Main, Fəsəvi, İbn Hibban və əl İcli “siqa” demişdirlər.

   Əbu Zura Yəhya b. Amr əs Səybani; siqadır.


   Abdurrahmən b. Valə; Müslimin ricalından, siqa bir ravidir.

    Qureyb b. Əbrəhə; əl İcli və İbn Hibban siqa olduğunu söyləmişdirlər. Təhavi onun rəvayətini səhih saymışdır. Fəsəvi və Əbu Zura əd Dıməşqi onun Şamlı tabiinin yüksək təbəqəsindən zikr etmişdirlər. Bəziləri onun səhabə olduğunu zikr etmişdir, lakin bu səhih deyildir. İbn Yunus dedi ki; “Misir Fəthinə və əl Cizə mühasirəsinə qatılmışdır. Əbu Reyhanədən və Murrə b. Kabdan rəvayətlər etmişdir. Şamlı və Misirli bir çox kimsə ondan rəvayət etmişdirlər. Aralarında əl Heysəm b. Xalid, Şubə əş Şabani, Sevban b. Şəhr və başqaları da vardır. Abdulaziz b. Mərvan onu İsgəndəriyyə qalasına vali təyin etmişdir...”


  Allah ən yaxşı biləndir.

22 Şubat 2017 Çarşamba

Sələfdən Faydalı Nəsihətlər!

Şeyx ibn Useymin rahiməhullah belə demişdir:
   Qəlb batil ilə məşğul olduğu zaman, orada haqqın məşğul olmasına yer qalmır. Necəki haqq ilə məşğul olduğu zaman batil ilə məşğul olmağa yer  qalmadığı kimi.  [Buluğul Məram (5/30)]

   Həmçinin belə demişdir:
   “Xeyr əhlindən olan insanlarla dostluq etməyə həris olki, sən haqq yoldan azdıqda onlar səni doğru yola yönəltsin, unutduqda xatırlatsin, cahil olduqda isə səni öyrətsin.„ [Şərh Səhih Buxari (1/62)]

   Sufyan əs-Sevri rahiməhullah Əli əs-Suləmi rahiməhullaha nəsihət edərək belə demişdir:
   Səni dünyadan uzaqlaşdırıb axirətə rəğbət bəsləyən kimsələrlə otur. Dünya söhbətlərinə dalmış və onun əhli olan kimsə ilə oturma. Həqiqətən onlar sənin dinini də, qəlbini də ifsad edəcəklər. Ölümü xatırlamağı çoxalt, və keçmiş günahların üçün Allahdan bağışlanma dilə. Ömrünün qalan hissəsi üçün Allahdan salamatlıq istə. [Hilyətul-Övliyə (7/82)]

   Ömər radıyallahu anhu belə demişdir:
   Sənə aid olmayan bir işə qarışma. Düşmənindən qaç. Sadiq (əmin) olduğun kimsədən başqa heçkimlə dostluq etme. Sadiq dost isə Allahdan qorxan kimsədir. Günahkar kimsə ilə dost olma ki ondan asiliyi öyrənməyəsən və ona sirlərini də vermə. Öz işlərində ancaq Allahdan qorxanlarla məsləhətləş. [Muvatta (1784)]

20 Şubat 2017 Pazartesi

Mübahisə Etməkdən Çəkinin!


Mübahisə etmək həm din və həm də dünya işlərində qınanmışdır. Bu ona görədir ki, mübahisə edən tərəf özünün haqlı olduğunu isbat etməyə çalışar. Qarşı tərəfdən haqq söz deyilsə belə, çox az qism istisna olmaqla, heç bir mübahisəçi məğlub olmağı, haqsız çıxmağı və bunun nəticəsində haqqı qəbul edib, səhfini düzəldib tövbə etməyi nəfsinə sığışdırmaz. Əzəli elmiylə bizi bizdən daha yaxşı tanıyan Rəbbimiz, Kitabında mübahisə etməyi və edənləri qınamışdır, ancaq ibrət alan və əməl edən necə də azdır!

ü Mübahisə edənlərin çoxu haqsızdır!
   “Əgər onlar səninlə mübahisə edərlərsə, de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!” Kitab verilənlərə və savadsızlara isə de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, bil ki, sənin öhdənə düşən ancaq haqqı təbliğ etməkdir. Allah qullarını görür.” {Ali İmran 20}

   “Sənə bilik gəldikdən sonra kim səninlə İsanın barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək” {Ali İmran 61}

   “Ey Kitab əhli! Nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat və İncil ancaq ondan sonra nazil edilmişdir, məgər anlamırsınız?” {Ali İmran 65}

ü Mübahisə edənlər çox vaxt üsyan edir!
  “...Nəhayət... Peyğəmbərin əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz....” {Ali İmran 152}

ü İşlərində çəkişərək sünnətə uymayanlar həqiqi iman gətirməyənlərdir!
   “Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar.” {Nisa 65}

ü Allah barəsində höcətləşmək küfrdür və sonu atəşdir!
   “Qövmü onunla höcətləşdi. O dedi: “Allah məni doğru yola yönəltdiyi halda, siz Onun barəsində mənimlə höcətləşirsiniz? Rəbbimin istədiyi şeylərdən başqa mən, sizin Ona şərik qoşduqlarınızdan qorxmuram. Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Məgər düşünüb ibrət almayacaqsınız?” {Ənam 60}

   “Onlar Allah barəsində mübahisə edirlər. Halbuki O, şiddətli cəza verəndir.” {Rəd 13}

   “Onlar öz Rəbbi barəsində höcətləşən iki dəstədir. Kafirlər üçün oddan paltar biçiləcək, başlarına da qaynar su töküləcəkdir.” {Həcc 19}

ü Mübahisə edənlərin gücü zəifləyər!
   “O zaman Allah yuxunda sənə onları az göstərdi. Əgər onları sənə çox göstərsəydi, ruhdan düşər və döyüş barəsində bir-birinizlə mübahisə edərdiniz. Lakin Allah sizi qorudu. Şübhəsiz ki, O, kökslərdə olanları bilir.” {Ənfal 43}

   “Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir.” {Ənfal 46}

   “Biz hər ümmət üçün onun yerinə yetirə biləcəyi bir şəriət müəyyən etdik. Qoy onlar bu işdə səninlə höcətləşməsinlər. Sən onları Rəbbinə ibadət etməyə dəvət et. Həqiqətən, sən ən doğru bir yoldasan.” {Həcc 67}

ü Çəkişərək mübahisə edənlər əzaba uğramaqdan qorxmalıdır!
   “Onlar sadəcə olaraq, bir-birləri ilə höcətləşərkən özlərini yaxalayacaq bir tükürpədici səsi gözləyirlər.” {Yasin 49}

   “Şübhəsiz ki, bu, od sakinlərinin bir-biri ilə höcətləşməsi bir həqiqətdir.” {Sad 38}


  “Allah deyəcəkdir: “Mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim.” {Qaf 28}

Əhli Olmadığı Halda Fətva Verməyə Çalışanın Günahı!

   İbn Qeyyim rahiməhullah deyir ki;
   “Fətva verməyə əhil olmadığı halda fətva verməyə çalışan kəs günaha girər. Belə bir kəsə fətva səlahiyyəti verən idarəçilər də günaha girərlər.

Əbul Fərəc İbnul Cövzi belə demişdir;
   “Ümeyyə oğullarının etdiyi kimi idarəçilərin bu kimi insanlara mane olmaları lazımdır. Onlar yolu bilmədiyi halda qafilələrə yol göstərən, özləri kor olduqları halda insanlara qibləni tərif edən, tibb elmindən anlamadığı halda insanları müalicə etməyə çalışan həkim kimidirlər. Bundan daha betəri isə, fətva verdikləri insanların hamısından daha betər halda olmalarıdır.
   Bu idarəçi tibdən anlamayan insanların həkimlik etməsinə əngəl olduğu halda, Kitab və Sünnətdən anlamayan, fiqhdən xəbərsiz insanların fətva verməsinə niyə əngəl olmur?”


   [İlamul Muvakkiin (207)]

19 Şubat 2017 Pazar

Cihadın Fəziləti


   Uca Allah belə buyurur; “Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. Çünki onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. Bu, Allahın Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur.” {Tövbə 111}

   “Sizə yüngül gəlsə də, ağır gəlsə də, döyüşə çıxın, malınız və canınızla Allah yolunda cihad edin! Biləsiniz ki, bu sizin üçün daha xeyirlidir.” {Tövbə 41}
   “Sizin xoşunuza gəlməsə də, cihad sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz.” {Bəqərə 216}

   “Allah yolunda ölənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu duymursunuz.” {Bəqərə 154}

   Ənəs radiyallahu anhdan; Nəbi səllallahu aleyhi va səlləm belə buyurdu; “Müşriklərə qarşı mallarınızla, canlarınızla və dillərinizlə savaşın.” [Səhih. Əhməd (3/124, 153, 251); Əbu Davud (2504); Nəsai (3096); Hakim (2/81)]

   Abdullah b. Əbi Əvfa radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “EY insanlar! Düşmənlə qarşılaşmağı təmənne etməyin, Allahdan afiyət istəyin! Ancaq düşmənlə qarşılaşınca da (hərbin bütün şiddətlərinə qarşı) səbr edin. Yaxşı bilin ki, Cənnət mütləq şəkildə qılıncların kölgələri altındadır.” [Səhih. Buxari (2966); Muslim (1742)]

   Ənəs radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Səhər və ya axşam, hər hansı bir zamanda Allah yolunda (cihad üçün) bir dəfə yeriyiş, heç şübhəsiz dünyadan və dünyadakı şeylərin hamısından xeyirlidir.” [Səhih. Əhməd (3/132); Buxari (2792); Muslim (1880)]
   Ənəs radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Ölən və Allah qatında böyük bir xeyrə malik olan heç bir qulu, yenidən dünyaya qayıtması və dünya ilə dünyadakı hər şeyin özünün olması sevindirməz, ancaq şəhid istisnadır. Çünki o, şəhid olmanın fəziləti səbəbiylə gördüyü şeylərdən dolayı, yenidən dünyaya qayıtmaq və dünyada bir dəfə də öldürülmək onu sevindirər.” [Səhih. Buxari (2795)]

   Əbu Hureyrə radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurmuşdur; “Kim savaşmadan və savaşmağı içindən keçirmədən ölərsə, nifaqdan bir şöbə üzrə ölər.” [Səhih. Muslim (1910)]

16 Şubat 2017 Perşembe

Yemək Yeyərkən Necə Oturmaq Lazımdır?

Ənəs b. Malik radiyallahu anhdan; “Rasulullah səllallahu aleyhi va səlləmi dizlərini dikəldərək budlarının üzərinə oturmuş bir halda xurma yeyərkən gördüm.” [Səhih. Muslim (2044)]

   Abdullah b. Busr radiyallahu anhdan; “Rasulullah səllallahu aleyhi va səlləmə qoyun əti hədiyyə etdim. Dizləri üzərinə oturub yedi. Bir bədəvi; “Bu necə oturuşdu?” dedi. Buyurdu ki; “Şübhəsiz Allah məni kərim bir qul etdi. Kobud və inadçı etmədi.” [Səhih. Əbu Davud (3773); İbn Macə (3263)]

   Ubey b. Kab radiyallahu anhdan; “Nəbi səllallahu aleyhi va səlləm iki dizi üzərinə oturar, bağdaş qurmazdı.” [Həsən. İbn Hibban (12/487); Ziyaul Maqdisi, əl Muxtarə (4/40, 43); Əbuş Şeyx, Əxlaqun Nəbi (588); Məhamili, Əmali (454)]

   Əbu Cuhayfə radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Mən dirsəklənərək/ bağdaş quraraq yemərəm.” [Səhih. Buxari (5398); Əhməd (4/308); Əbu Davud (3769); Tirmizi (1830); İbn Macə (3262)]

   Abdullah b. Amr radiyallahu anhumadan; “Rasulullah səllallahu aleyhi va səlləmin dirsəklənərək/bağdaş quraraq yediyi heç görülməmişdir...” [Səhih. İbn Macə (244)]

   Xattabi belə deyir; “Mən dirsəklənərək yemərəm” hədisindəki “muttəkiən; dirsəklənərək” kəlməsini avamın çoxu, bir tərəfə meyledib söykənmək zənn edirlər. Halbuki hədisin mənası bu deyildir. Buradakı “muttəki” kəlməsi ancaq altındakı ayaqlara dirsəklənməkdir. Ayaqlarına dirsəklənərək oturana muttəki deyilir... Mənası budur; yemək yediyim zaman çox və növbənöv yemək istəyənlər kimi ayaqlara və yastığa dirsəklənərək oturmaram. Lakin xəfif oturaram və az yeyərəm. Beləcə oturuşum narahat şəkildədir.” [Məalimus Sunən (4/242)]

   Firuzabadi belə deyir; “İttiqa, dirsəklənərək yeməkdir. Rasulullah səllallahu aleyhi va səlləm; “Mən dirsəklənərək yemərəm” buyurmuşdur. Yəni, yerləşmiş halda, bağdaş quraraq və bənzərləri kimi çox yeməyə səbəb olan oturuş şəkilləridir. Əksinə, bağdaş qurmadan və yerini rahatlamadan, narahat oturmaq lazımdır. Avam və elm tələbələrinin zənn etdikləri kimi dirsəklənməkdən qəsd edilən; bir tərəfə söykənmək deyildir.” [Qamusul Muhit (s. 71)]

   Əliyyul Qari belə deyir; “əl Əbhəri dedi ki; Muttəki- ayaqlar üzərinə dirsəklənib yerini rahatlayıb oturandır. Avam muttəki kəlməsini ancaq bir tərəfinə söykənən şəklində bilir. Şübhə yoxdur ki, “ittiqa” lüğətdə əmm və xas olan sözləri əhatə edər. Bu səbəbdən əl Qamus sahibi Rasulullah səllallahu aleyhi va səlləmin; “Mən dirsəklənərək yemərəm” hədisini, rahat şəkildə oturmaq, bağdaş qurmaq və bənzərləri kimi çox yeməyə səbəb olan oturuş şəkilləridir deyə açıqlamışdır. Əksinə bağdaş qurmadan, narahat oturmaq lazımdır. Avam və elm tələbələrinin zənn etdikləri kimi dirsəklənməkdən qəsd edilən, bir tərəfə söykənmək deyildir. Bilinməkdədir ki, bir tərəfə meyl edərək oturmaq kibirdən qaynaqlanır və burada insanın özünü saxlaya bilməyib çox yeməsinə işarə vardır.” [Mirqatul Məfatih (2/30)]


   Tacul Arusda belə deyilir; “İttiqa, dirsəklənərək oturmaqdır. Ancaq yemək yeyərkən söykənmək haqqında deyilər. Çünki qövm, yeməkdə dirsəklənərək oturardı. Ümmətə bu qadağan edilmişdir. Rasulullah səllallahu aleyhi va səlləm; “Mən qul kimi yeyərəm” buyurmuşdur. Digər hədisdə; “Dirsəklənərək yemərəm” buyurdu. Yəni yerini rahatlamaq və bağdaş qurmaq kimi çox yeməyə səbəb olan şəkillərdə oturaraq yemərəm deməkdir. Ərəbcədə muttəki, ayaqlarına dirsəklənərək oturan hər kəs haqqında istifadə olunur. Hətta hədisin mənası, İbnul Əsirin dediyi kimi; “Rasulullah səllallahu aleyhi va səlləmin oturuşu qalxacaqmış kimi narahat idi. Çox yemək istəyənlər kimi bağdaş qurmaz və yerini rahatlayıb oturmazdı. Hədisdə qəsd edilən, avam və elm tələbələrinin zənn etdikləri kimi, bir tərəfə söykənərək yemək deyildir. İttiqa kəlməsini bir tərəfə meyl etmək şəklində açıqlayan kəs, tibbə görə şərh etməkdədir. Çünki belə oturuş yeməyin asan keçisini əngəlləyər və bəzən əziyyət verər.” [Tacul Arus (s. 260)]

14 Şubat 2017 Salı

İnsanların Xəbis Gördüyü Hər Şey Haramdırmı?

Allah Azzə və Cəllə belə buyurmuşdur; “O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər.” {Əraf 157}


   Bəzi kəslər bu ayəyə əsaslanaraq təmiz gördükləri şeyi halal, (siqaret kimi) xəbis gördüklərini də haram qəbul etməkdə, bu təyini də özləri etməkdədirlər. Halbuki, ayə hökm deyil, xəbər ayəsidir. Yəni Nəbi səllallahu aleyhi va səlləmin halal etdiklərinin təmiz, haram etdiklərinin isə xəbis olduğunu xəbər verməkdədir. Təmiz və xəbisin təyini insanların ağıllarına buraxılmamışdır. Nəbi səllallahu aleyhi va səlləmin soğan, sarımsaq kimi pis qoxulu bitkilər haqqında “xəbis” sözünü eşidən səhabə “Haram edildi! Haram edildi!” deyə elan edincə Nəbi səllallahu aleyhi va səlləm; “Ey Camaat! Allahın mənə halal etdiyi şeyi haram etmək mənim əlimdə deyildir. Ancaq bu var ki, mən bu bitkilərin qoxusunu sevmirəm.” buyurmuşdur. [Səhih. Muslim (565)]

Fasiq Heyvanlar Hansılardır?

Aişə radiyallahu anhadan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Beş həşərat vardır ki, bunların hamışı fəvasiq (fasadçı)dir. Bunlar Hərəm bölgəsində də, Hərəm xaricində də öldürülərlər; Əqrəb, çalağan, qarğa, siçan və insanlara hücum edən it.” Müslimin bir rəvayətində; “...və ilan” da zikr edilməkdədir.” [Səhih. Əhməd (6/97, 98); Buxari (1829); Muslim (1198, 1200); İbn Macə (3078); Tirmizi (837)]

   Sad b. Əbi Vaqqas radiyallahu anhdan; “Rasulullah səllallahu aleyhi va səlləm vəzaq (zəhərli kərtənkələ) öldürməyi əmr etdi və onu fasiq deyə adlandırdı.” [Səhih. Əhməd (1/176); Muslim (2238); Buxari (3307)]

   Ummu Şureyk radiyallahu anhdan; “Nəbi səllallahu aleyhi va səlləm zəhərli kərtənkələnin öldürülməsini əmr etdi və buyurdu ki; “O İbrahim aleyhissələm üçün yandırılan atəşi körükləyirdi.” [Səhih. Əhməd (6/462); Buxari (3307); Muslim (2237)]

   Əbu Hureyrə radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Kim ilk zərbədə zəhərli kələri öldürərsə, ona yüz həsənə vardır. İkinci zərbədə öldürərsə, birincisindən az bu qədər, bu qədər savab alar. Üçüncü zərbədə öldürərsə, ikincisindən aşağı olaraq bu qədər, bu qədər savab alar.” [Səhih. Əhməd (2/355); Muslim (2240); İbn Macə (3229); Tirmizi (1482)]

   İbn Ömər radiyallahu anhumadan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “İlanları öldürün. İki cizgili və quyruğu qısa olanları da öldürün. Çünki onlar gözü kor edər, hamiləyə düşük etdirərlər. Kim onları öldürməzsə bizdən deyildir.” [Səhih. İbn Hibban (12/456); Təbərani (12/296, 310)]

   Əbu Hureyrə radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Onlarla (ilanlarla) savaşa başladığımızdan bəri barışmadıq. Kim onlardan birini öldürməyi qorxusundan tərk edərsə, bizdən deyildir.” [Səhih. Əhməd (2/520); Əbu Davud (5248); Təhavi, Şərhu Muşkilil Əsər (1338); Həllal, əs Sunnə (1327); Humeydi (1156)]

   İbn Məsud radiyallahu anhdan; o da Rasulullah səllallahu aleyhi va səlləmdən rəvayət edir; “Rasulullah səllallahu aleyhi va səlləm ilanların öldürülməsini əmr etdi və; “Kim onların intiqamından qorxarsa, bizdən deyildir.” buyurdu.” [Səhih. Nəsai (3193); Əbu Davud (5249); Təbərani (9/351); Xatib, Tarix (12/242); Dinəvəri, Mucaləsə (1762); Əbu Bəkr əş Şafi, Qaylaniyyat (318); İbn Cəməə Məşyəhə (162); Əbul Qasım əl Hannai, əl Hannaiyyat (176)]


   Aişə radiyallahu anhadan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Cinlər xaricində bütün ilanları öldürün. Quyruğu qısa və belində xətt olan ilanları öldürün. Çünki onlar analarının qarınlarındakı uşaqları öldürür, gözləri kor edərlər. Kim onları öldürməzsə, məndən deyildir.” [Səhih. İshaq b. Rahuyə, Musnəd (2/570, 3/1025, №: 1143, 1774); Əhməd (6/49, 157); Haris b. Əbi usamə, Musnəd (418)]

13 Şubat 2017 Pazartesi

İnsanın Gücü Çatmayacağı Bir Şeyi Nəzir Etməsi Caiz Deyildir!

 
İmran b. Husayn radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Günah xüsusunda edilən nəzrə və qulun sahib olmadığı bir şey haqqında etdiyi nəzrə vəfa (nəziri yerinə yetirmə) yoxdur.” [Səhih. Muslim (3/1262); Əbu Davud (3316); Nəsai (7/19); İbn Macə (2124)]

   Ənəs b. Malik radiyallahu anhdan; “Rasulullah səllallahu aleyhi va səlləm iki oğlunun arasında götürülən bir adam görüb halını soruşdu. “Yeriməyi nəzir etdi” dedilər. Bunun üzərinə Rasulullah səllallahu aleyhi va səlləm; “Şübhəsiz Allah, bunun nəfsinə əzab etməsinə möhtac deyildir.” buyurdu və (bir şeyə) minməsini əmr etdi.” [Səhih. Buxari (1865); Muslim (1642); Əbu Davud (3301); Tirmizi (1537); Nəsai (7/30)]

   Uqbə b. Amir radiyallahu anhdan; “Bacım, Beytullaha qədər yeriməyi nəzir edib məndən onun adına Rasulullah səllallahu aleyhi va səlləmlə danışmağımı istədi. Mən də Rasulullah səllallahu aleyhi va səlləmlə danışdım. Rasulullah səllallahu aleyhi va səlləm; “Həm yerisin, həm də (bir miniyə) minsin.” buyurdu.” [Səhih. Buxari (1866); Əbu Davud (3297); Əhməd (4/143); Nəsai (7/19)]


   Əbu Hureyrə radiyallahu anhdan; “Rasulullah səllallahu aleyhi va səlləm iki oğlunun arasında onlara söykənərək gedən bir qocaya çataraq; “Buna nə olub?” deyə soruşdu. Oğulları; “Ey Allahın Rasulu! Nəziri var idi.” cavabını verdilər. Bunun üzərinə Rasulullah səllallahu aleyhi va səlləm; “Min ey qoca! Çünki Allahın sənə və nəzrinə ehtiyacı yoxdur” buyurdu.” [Səhih. Muslim (3/1264); İbn Macə (2135)]

11 Şubat 2017 Cumartesi

Nəzir!

    Nəzir; İnsanın özünə bir şey bağışlamağı vacib etməsidir. Raqıb əl İsfahani rahiməhullah belə demişdir; “Nəzr; Vacib olmayan bir şeyi, bir işin meydana gəlməsinə bağlayaraq özünə vacib etməndir.” [əl Mufrədat fi Qaribil Quran (s. 489)]

   Nəzir etmək məkruh olmaqla yanaşı məşrudur. Məşru olmasının dəlili Allahu Təalanın bu ayəsidir; “Ye, iç, gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de: “Mən Mərhəmətli Allaha oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam” {Məryəm 26}

   “Xərclədiyiniz hər bir sədəqəni və verdiyiniz hər bir nəziri şübhəsiz ki, Allah bilir. Zalımların isə köməkçiləri olmaz.” {Bəqərə 270}

   “ Onlar vəd etdikləri nəziri verər və dəhşəti hər yeri sarsıdacaq gündən qorxarlar. ” {İnsan 7}

   Məkruh olmasının dəlili İbn Ömər radiyallahu anhuma hədisidir; “Rasulullah səllallahu aleyhi va səlləm nəziri qadağan etdi və belə buyurdu; “O bir şeyi geri çevirməz, lakin xəsisdən mal çıxmış olar.”” [Səhih. Buxari (6693); Muslim (1639); Əbu Davud (3287); Nəsai (3803); İbn Macə (2122)]

   Əbu Hureyrə  radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Nəzir, Adəmoğluna, Allahın ona təqdir etmədiyi heç bir şeyi gətirməz. Ancaq nəzir, onu özünə təqdir olunan şeylə qarşılaşdırar və Uca Allah, nəzir sayəsində xəsisdən öz arzusu ilə çıxarmaq istəmədiyi malı çıxarar.” [Səhih. Buxari (6694); Muslim (1639); Əbu Davud (3288); Nəsai (3804); İbn Macə (2123)]


   Bunun mənası budur; Nəzir qədərdə olan bir şeyi geri çevirməz. Lakin insan bir nəzirə niyyət edər, hadisələr də umduğu kimi baş verər və bunun nəziri səbəbiylə belə olduğunu zənn edər. Allaha sığınırıq, nəzirin qədərin döndürülməsinə səbəb olduğunu zənn edər. 

Allahın Uca Sifətləri İlə And İçmək!

Allahdan başqası adına and caiz olmamaqla yanaşı, munaqid də olmaz. Uca Allahın gözəl isimləri və uca sifətləri ilə verilən and da yenə munaqid andlardandır. And içən kəs; “Allahın rəhmətinə and olsun, Allahın əzəmətinə and olsun, Rahmənə and olsun, Əzizə and olsun” deyərkən Uca Allahı qəsd edər. Uca Allahın adlarından biri ilə and içmək yenə Allah adına anddır. Quran Uca Allahın Kəlamıdır, məxluq deyildir. Ondan çıxmışdır və yenə Ona dönər. Quran, Uca Allahın uca sifətlərindən biridir. Əhli Sünnə val Cəməət bu xüsusda icma etmişdir.

  Daha əvvəl açıqlandığı kimi Uca Allahın sifətlərindən biri ilə and içmək caizdir. Yenə Qurani Kərim ilə and da belədir. Çünki o Uca Allahın Kəlamıdır. Kəlam isə Uca Allahın sifətlərindən biridir.


   Mushaf ilə and içməyə gəlincə, əgər bununla Uca Allahın kəlamı olan Quranı qəsd edərsə, bu caizdir. Fəqət səhifələrini, mürəkkəblərini və bənzəri məxluq olanları qəsd edərsə bu şəkildə and içməsi caiz deyildir və and munaqid (Qəsdli) olmaz. 

9 Şubat 2017 Perşembe

Xəta İlə Allahdan Başqası Adına And Verməyin Kəffarəsi!

Musab b. Sad b. Əbi Vaqqas, atasından rəvayət edir; Sad b. Əbi Vaqqas radiyallahu anh dedi ki; “Lat və Uzzaya and verdim. Yoldaşlarım mənə dedilər ki; “Batil söz söylədin.” Bunun üzərinə Nəbi səllallahu aleyhi va səlləmin yanına getdim və; “Cahiliyyə adəti səbəbiylə Lat və Uzza adına and verdim” dedim. Rasulullah səllallahu aleyhi va səlləm mənə dedi ki; “Üç dəfə “Lə iləhə illəllah” de və üç dəfə sol tərəfinə tüpürərək şeytandan Allaha sığın. Bunu bir daha da etmə.” [Səhih. İbn Hibban (10/207)]


   Əbu Hureyrə radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Lat və Uzzaya and içən dərhal Lə iləhə illəllah desin.” [Kutubi Sittə sahibləri rəvayət etmişdir. Buxari (4/219). Ləfiz ona aiddir. Muslim (2/1267)]

8 Şubat 2017 Çarşamba

Təvriyə/Tariz Nədir?

  Təvriyə/tariz deyilən sözün zahirindən başqa bir məna qəsd etməkdir. Məsələn, bir kimsə “Vallahi o mənim qardaşımdır” deyər və bu sözüylə onun nəsəb olaraq deyil, İslam qardaşı olduğunu qəsd edər. Danışarkən təvriyə etmək mübahdır. Eyni şəkildə andlarda da əgər yalana götürməyəcəksə və ya bir kimsənin haqqını zay etməyə səbəb olmayacaqsa mübahdır.

   Ənəs b. Malik radiyallahu anhdan; “Rasulullah səllallahu aleyhi va səlləm bir səfərdəydi. Onun qafiləni gözəl səsiylə sövq edən bir sürücüsü vardı. Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Ey Əncəşə! Yavaş ol! Şüşə qabları sındırma!” [Səhih. Buxari (6209); Muslim (2323)] Rasulullah səllallahu aleyhi va səlləm şüşə qab ilə qadınların zəifliyini qəsd edirdi.


   Buxari və Muslimin rəvayət etdikləri hədisdə Umm Suleym radiyallahu anha ilə əri Əbu Talha radiyallahu anhın oğulları öldüyü zaman Əbu Talha; “Uşaq necədi?” deyə soruşmuş, Umm Suleym; “Çox sakitdir. Ümid edirəm indi daha rahat oldu.” demişdi. Bu sözüylə onun öldüyünü gizlətmişdi. Buxari, Səhihində bu şəkildə bab başlığı açmışdır; “Yalandan sayılmayan tarizlər babı” [Səhihul Buxari (6209)]

Sehri Sehr İlə Pozmağın Haramlığı!

  Cabir radiyallahu anhdan; “Rasulullah səllallahu aleyhi va səlləmdən nüşrə haqqında soruşulmuşdu; “O şeytan işidir!” buyurdu.” [Səhih. Əhməd (2/294); Əbu Davud (3868); Beyhəqi (9/351); əl Albani, əs Səhiha (2760)]

   Xattabi dedi ki; “Nüşrə, cin musallat edildiyi zənn edilən adama edilən musqadır.” Sehri sehr ilə pozmaq (nüşrə) qadağandır. Lakin cadu Quran ilə pozula bilər.


Haramla Müalicənin Qadağan Edilməsi!

Əbu Hureyrə radiyallahu anhdan; “Rasulullah səllallahu aleyhi va səlləm, xəbis (haram) ilə müalicəni qadağan etdi.” [Həsən. Əbu Davud (3870); Tirmizi (2045); İbn Macə (3459); Beyhəqi (9/332); Əhməd (2/305, 446, 478); Əbu Nuaym, Hilyə (8/375)]

   Ummu Sələmə radiyallahu anhadan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Allah Azzə və Cəllə sizə haram etdiyi şeylərdə şəfa yaratmamışdır.” [Həsən, səhih. Təbərani (23/749); Əhməd (2/237, 289); Əbu Yala (2/6966); İbn Hibban (2/335); Beyhəqi (10/5); Abdurrazzəq (9/250); Hakim (4/218)]

   İbn Məsud radiyallahu anhdan; “Şübhəsiz Allah şəfanızı sizə haram etdiyi şeylərdə yaratmamışdır.” [Səhih. Buxari (10/78); Əhməd, Əşribə (130)]

   Vail b. Hucr radiyallahu anhdan; “Tariq b. Suveyd əl Cufi, Nəbi səllallahu aleyhi va səlləmdən xamr (sərxoş edici içki) haqqında soruşdu. Nəbi səllallahu aleyhi va səlləm bunu qadağan etdi. “Onu ancaq müalicə üçün istifadə edirəm” deyincə, Nəbi səllallahu aleyhi va səlləm; “Şübhəsiz o dərman deyil, ancaq xəstəlikdir.” buyurdu.” [Səhih. Əhməd (4/311, 317); Muslim (1984); Əbu Davud (3873); Tirmizi (2046); İbn Macə (3500); İbn Hibban (1377); Darimi (2101); İbn Sad (6/64)]


   Əbud Dərda radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Şübhəsiz Allah dərdi də, dərmanını da endirmişdir. Sizin hər dərdiniz üçün bir dərman vermişdir. Müalicə ola bilərsiniz. Ancaq haramla müalicə olmayın.” [Həsən. Əbu Davud (3874)]

Hacamat Haqqında Bilinməsi Zəruri Olan Məsələlər!


Cabir radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Müalicə olunduğunuz şeylərdə bir xeyir varsa, hacamatda, bal şərbətində və ya atəşlə dağlamadadır. Ancaq mən dağlamanı sevmirəm.” [Səhih. Buxari (5702); Muslim (2205)]

   Ənəs radiyallahu anhdan; “Nəbi səllallahu aleyhi va səlləm boynunun iki tərəfindəki damarlar ilə iki çiyninin arasındakı damarlardan qan aldırardı. Ayın on yeddinci, on doqquzuncu və iyirminci günləri qan aldırardı.”  [Səhih. Tirmizi (2051); Əbu Davud (3860); İbn Macə (3483)]

   Əbu Hureyrə radiyallahu anhdan; Nəbi səllallahu aleyhi va səlləm belə buyurdu; “Ayın on yeddinci, on doqquzuncu və iyirmi birinci günləri qan aldırana bu, hər xəstəliyinə şəfa olar.” [Həsən. Əbu Davud (3861); Beyhəqi (9/340); Hakim (4/210)]

   İbn Ömər radiyallahu anhumadan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Hacamat hafizin hafizəsini, ağıllının ağlını artırar. Allahın bərəkətiylə hacamat edin. Cümə axşamı, Cümə, Şənbə və bazar günləri hacamat etməyin. Bazar ertəsi günü hacamat edin. Cüzzam və baras xəstəliyi ancaq çərşəmbə günü enər.” [Həsən. Hakim (4/409); İbn Macə (3487-88); Əbu Nuaym, Tibb (s. 25); əs Səhiha (766)]


   Hacamat üçün Bazar ertəsi və Çərşəmbə axşamı günlərinə üstünlük verilməlidir. Əgər bu günlər ərəbi ayın 17, 19 və 21- ci günlərinə təvafuq edərsə, bu daha xeyirli olar. Lakin ayın digər günlərinə təvafuq edən bazar ertəsi və çərşəmbə axşamı günlərində hacamatda sıxıntı yoxdur. 17, 19 və 21ci günlərin üstünlüyünə dair tövsiyyə müstəhəblik ifadə etməkdədir. Çünki bu haqdakı əmr, fəzilət ifadə edən bir səbəbə bağlanmışdır. Digər günlərdə hacamat edilməyəcəyi mənasına gəlməz. Ancaq digər günlər çərşəmbə, cümə axşamı, cümə, şənbə və bazar günlərinə təvafuq edərsə, bu günlərdən çəkinməli, bazar ertəsi və çərşəmbə axşamı günlərinə üstünlük verilməlidir.

Dağlama Etdirmək Təvəkküldən Uzaqdır!

Muğira b. Şubə radiyallahu anhdan; Nəbi səllallahu aleyhi va səlləm buyurdu ki; “Dağlama və ya ruqyə etdirən təvəkküldən uzaqlaşmışdır.” [Səhih. Əhməd (4/249, 253); Tirmizi (2055); İbn Macə (3489); İbn Hibban (13/453); İbn Əbi Şeybə (5/54); Abd b. Humeyd (293); Təbərani (20/381); Beyhəqi, Şuab (2/60); Xatib, Tarix (7/194); İbn Məndə, əl Fəvaid (41); Albani, Səhiha (244)]

   Muğira b. Şubə radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Dağlama və ya ruqyə etdirən bizdən deyildir.” [Səhih. Buxari, Tarix (7/95)]

   İmran b. Husayn radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm; “Ümmətimdən yetmiş min nəfər (Məhşərdə) hesaba çəkilmədən Cənnətə girəcəkdir!” buyurdu. Ona; “Ey Allahın Rasulu! Bunlar kimlərdir?” deyə sual verildi. “Onlar özlərini dağlamayanlar, ruqyə tələb etməyənlər, təşaumə (uğursuzluğa) inanmayanlar və Rəblərinə təvəkkül edənlərdir!” buyurdu. Uqqaşə radiyallahu anh qalxıb; “Ey Allahın Rasulu! Dua et, Allah məni onlardan etsin” dedi. Rasulullah səllallahu aleyhi va səlləm; “Sən onlardansan!” müjdəsini verdi. Bir başqası da qalxıb; “Ey Allahın Rasulu! Məni də onlardan etməsi üçün Allaha dua et!” dedi. Rasulullah səllallahu aleyhi va səlləm; “O xüsusda Uqqaşə səndən əvvəl davrandı!” cavabını verdi.” [Səhih. Muslim (218)]


   İstirqa; Birindən özü üçün şəfa tələb etmək və ya başqa bir səbəblə ruqyə edərək oxumasını istəməkdir.

6 Şubat 2017 Pazartesi

Mühəddislərin Hədis Mövzusundakı Davranışı!

  Hafiz İraqi rahiməhullah “Muhstələhul Hədis”ə dair yazdığı kitabında “Ədəbul Talibil Hədis” başlığında belə deməkdədir;

  “Biz Əbu Hatim ər Razidən belə dediyini nəql edirik; “Əgər bir hədisi 60 yoldan yazmazsaq onu müəyyən edə bilmərik””

   İmam, Hafiz, Muhəddislərin şeyxi Yəhya b. Main rahiməhullah dedi ki; “Biz hədisi əlli dəfə (əlli yoldan) yazmadıqca onu hədis deyə qəbul etmərik.” [Zəhəbi, Təzkirətul Huffaz (c. 2, s. 430)]

   İbn Uleyyə və İshaq b. İbrahim bunu nəql etmişdirlər; “Harun ər Rəşid bir zındıq yaxalayıb, onun boynunun vurulmasını əmr etdi. Zındıq kişi ona; “Niyə boynumu vurduracaqsan?” dedi. Harun; “Qulların səndən yana rahatlığa çıxması üçün.” dedi.

   Zındıq; “Ey Möminlərin əmrir, bəs mənim aranızda uydurduğum dörd min hədisi nə edəcəksən? Bu uydurduqlarımla haram olanı halal, halal olanı haram etdim. Nəbi səllallahu aleyhi va səlləm isə bunlardan bir hərf də söyləməmişdir.”

   Bu səfər Harun ona; “Ey Allahın düşmanı, bəs sən Əbu İshaq əl Fəzari ilə Abdullah bin Mubərak varkən bu uydurduqlarını tək-tək ələkdən keçirib, hərf-hərf ortaya çıxaracaqlarına nə deyirsən? ” dedi.”  [Zəhəbi, Təzkiratul Huffaz (c. 1, s. 273); İbn Həcər, Təhzibut Təhzib; Əli əl Qari, əl Mövduat (s. 14)]

5 Şubat 2017 Pazar

Bilal b. Sadın İbrətli Kəlamlarından.

Bilal b. Sad belə demişdir;

   “Ey Rahmənin qulları! Bizdən birinə; “Ölümü istəyirsənmi?” deyə sual verilsə, “Xeyr” deyər. “Nə üçün?” deyə soruşulsa, “Əməl etmək istəyirəm” deyər. “O halda əməl et” deyilsə, “Yaxında (edəcəm)” deyər.
   (Yəni) Həm ölməyi istəməz, həm də əməl etməyi. Onun ən çox xoşladığı şey, Allaha qulluğun ertələnməsidir. Amma dünyalıq bir şey oldumu, ertələnməsini heç istəməz.”

[Beyhəqi, Kitabuz Zühd]

Elm Tələb Edənlərə Müjdələr Olsun!

Şeyx Rabi ibn Hədi əl-Mədxəli hafizəhullah belə deyir:

Mələklər elm tələbəsi üçün razılıq əlaməti olaraq qanadlarını açırlar. Onlar başçılar,(hakimlər) tacirlər və dünyanı tələb edən birisi üçün bunu etmirlər. Hətta abidlər, salehlər və mücahidlər (Allah yolunda cihad edenler) olsa belə. Əksinə mələklər yalnız bunu elm tələb edənlər üçün edirlər. Bu Allah təaladan onlar üçün bir kəramətdir. Bu xeyirdən biz heç bir zaman uzaq olmamalıyıq. Həqiqətən Allah təalanın əmri səbəbilə mələklərin elm tələb edənlərə olan qayğısı böyükdür.

"Mərhəbən yə talibul elm" 117

Talaqla Bağlı Bilinməsi Zəruri Olan Bir Məsələ!

 
  Bir kişi, xanımını bir və ya iki dəfə boşadıqdan və qadın iddət müddətini doldurduqdan sonra başqa bir adamla evlənər və ikinci ərinin ölümü və ya onu boşaması səbəbiylə ayrılarsa, ilk ərinə yenidən qayıda bilər. Bu halda kişi, ilk evliliklərindən qalan tək talaq haqqına sahib olar.


   Əbu Hureyrə radiyallahu anhdan; Ömər b. Xattab radiyallahu anh belə dedi; “Hər hansı bir qadını əri bir və ya iki talaqla boşayarsa, sonra qadın başqasıyla evlənər və bu əri vəfat edərsə, yaxud boşayarsa, sonra ilk əriylə evlənərsə, bu ərinin qalan talaq haqqı davam edər.” [Səhih mövquf. Malik (2/586); Abdurrazzəq (6/351); Beyhəqi (7/365)]

4 Şubat 2017 Cumartesi

Yeni Doğulmuş Uşağa Ad Verilməsi!


   Rasulullah səllallahu aleyhi va səlləm; “Allahın ən çox bəyəndiyi isimlər, Abdullah və Abdurrahmən isimləridir.” buyurmuşdur. [Səhih. Muslim (2132)]

   Səmura b. Cundub radiyallahu anhdan; Nəbi səllallahu aleyhi va səlləm belə buyurdu; “...Oğluna Əflah, Nəcih, Rabah və Yəsar isimlərini vermə! Çünki sən; “(Əflah, Nəcih, Rabah və ya Yəsar) oradamı?” deyə soruşarsan və; “Yoxdur” deyilər.” [Səhih. Muslim (2136); Əbu Davud (4938); Tirmizi (2836); Əhməd (5/7)]

   Aişə radiyallahu anhadan; “Nəbi səllallahu aleyhi va səlləm çirkin isimləri gözəl isimlərlə dəyişdirərdi.” [Səhih. Əl Albani, əs Səhiha (207)]

   Təbəri belə demişdir; “Mənası çirkin olan, özünü təmizə çıxarma mənası daşıyan, təhqir mənası verən isimlər, məşhur şəxslərə aid isimlər olsa belə yaraşmaz. Bununla sifətin həqiqəti qəsd edilməz, lakin eşidən kimsə bundan xoşlanmaz və isim sahibinin ismin daşıdığı sifətə sahib olduğunu zənn edər. Bu səbəbdən Nəbi səllallahu aleyhi va səlləm sahibini andırmayan isimləri, doğruluğa uyğun adlarla dəyişdirərdi.” [Fəthul Bari (10/476)]


      Şeyx Əl Albani, Hafiz b. Həcərdən Təbərinin sözünü nəql etdikdən sonra belə demişdir; “Buna görə “İzzəddin”, “Muhyiddin”, “Nasiruddin” kimi isimləri qoymaq caiz deyildir. Əsrimizdə ən çox rəğbət görən və mənasının pisliyindən dolayı dəyişdirilməsi lazım olan çirkin isimlərdən bəziləri, bəzi ataların qızlarına verdikləri bu isimlərdir; Visal (görüş), Siham (pay), Nihad (sinəsi iri olan qadın), Qadə (yumşaq, sallanaraq yeriyən), Fitnə (cazibə) və bənzərləri.. Allah yardımçımız olsun.” [Əs Səhiha (1/379)]

Xitan Mərasimi Etmək Bidətdir


   Uşağın sünnət etdirilməsi (xitan)dan dolayı düzəldilən toya edilən dəvətə icabət etməyə gərək yoxdur. Əksinə, bu bidətin yayılmaması üçün belə mərasimlərə qatılmamaq lazımdır.

   Rasulullah səllallahu aleyhi va səlləmin səhabələri sünnət ilə əqiqi eyni gündə edərdilər, əqiq yeməyinə dəvət edərdilər. Çünki yeni doğulan uşaq üçün ediləcək şeyləri bildirən hədisdə doğumun yeddinci günü təyn edilmişdir. Sünnət (xitan) üçün ayrı mərasim etməyə və bu səbəblə yemək verməyə gəlincə, bu bir bidətdir.

   Həsən əl Basridən; “Osman b. Əbil As sünnət (xitan) yeməyinə dəvət edilincə qəbul etmədi və belə dedi; “Biz Rasulullah səllallahu aleyhi va səlləm zamanında sünnət yeməyi görmədik və qatılmadıq.” [Həsən. Təbərani (9/57 №: 8381-82); Əhməd (4/217); Ruyani (1504); Tahavi, Muşkilul Əsər (3033); İbn Adiy, əl Kamil (2/302); Bəğavi, Mucəm (2519); Əbu Yaladan nəql edilir; Mətalibul Aliyə (1699-1700); və Busayri, əl İthaf (3295-96); Məcməuz Zəvaid (6209); Əl Albani, əs Səhiha (2/221)]


   Sünnət olan xüsus, xitan ilə əqiqin eyni gün (yeddinci gündə) edilib, insanların sünnət mərasiminə deyil, əqiq yeməyinə dəvət edilməsidir.

3 Şubat 2017 Cuma

Dəccalın Vəsfləri Və Edəcəyi Şeylər!

1. Dəccal Yəhudidir!
2. Dəccal Kafirdir!
3. Dəccal qısırdır!
4. Dəccal insanı öldürüb dirildir!
5. Dəccal çox qüvvətlidir!
6. Dəccal çox cəlddir!
7. Dəccal qalın boyunludur!
8. Dəccal alnı açıqdır!
9. Dəccal qırmızı üzlüdür!
10. Dəccal yekəpər biridir!
11. Dəccal qısaboydur!
12. Dəccalın ayaqlarının arası açıqdır!
13. Dəccal xoşagəlməz biridir!
14. Dəccal gəncdir!
15. Dəccalın saçı çox qıvrımdır!
16. Dəccalın iki gözü arasında kafir yazılıbdır!
17. Dəccalın gözü şüşə kimi yaşıldır!
18. Dəccalın sağ gözü kor və ya çəpdir!
19. Dəccalın sol gözü sönük və ya içi çıxarılmış üzüm dənəsi kimidir!
20. Dəccalın ayaqları əyridir!
21. Dəccalın yanında axan iki çay vardır!
22. Dəccal göy üzünə əmr etdiyi zaman yağış yağar!
23. Dəccal torpağa əmr etdiyi zaman meyvə və tərəvəz yetişər!
24. Dəccal torpağa əmr etdiyi zaman xəzinələrini çıxarar!
25. Dəccal heyvanların sinələrindəki südü artırar!
26. Dəccal meyvələrin və tərəvəzlərin bərəkətini artırar!
27. Dəccalın yanında çörəkdən və ətdən dağlar vardır!

[Buxari (6976, 6980); Muslim (2933, 2934, 2937, 2942); Əbu Davud (4316, 4320); Əhməd (2/291, 7892, 4/20, 16368)]

Cinlərin Rafizilərdən Bəraət Etməsi!

İbnul Cevzi , Sələmə ibn Şəbibin bu sözünü qeyd edir:

  Məkkəyə köçməyə qərar verdim, evimi satdim. İşlərimi bitirib evi təsilm edərkən, evin qapısında durdum və: Ey Ev Xalqı (cinləri nəzərdə tutur)! Sizinlə qonşu olduq, bizə yaxşı qonşu oladunuz.Allah sizə xeyir mükafat versin ! Biz indi evi satdıq, Məkkəyə köçmək üzərəyik. Allahın salamı və rəhməti üzərinizə olsun ! dedim. Deyir ki : Evdən biri mənə belə cavab verdi : Allah sizədə xeyirli mükafat versin ! Bizdə sizdən xeyirdən başqa şey görmədik. Bizdə köçmək üzərəyik. Çünki bu evi alan bir rafizidir.Onlar Əbu Bəkrə (radiyəllahu anh) və Ömərə (radiyəllahu anh) söyürlər!

[İbnul Cevzi, Sifətus Safvə]

2 Şubat 2017 Perşembe

Sad B. Əbi Vəqqas Radıyallahu Anhın Oğluna Vəsiyyəti!

  Sad b. Əbi Vəqqas radiyallahu anh ölüm döşəyində ikən oğluna:
    - “Ey oğul! Sənə məndən daha yaxşı nəsihət verəni tapa bilməzsən!

   1) Namaz qılmaq istədikdə gözəlcə dəstəmaz al və o son namazınmış kimi, başqa namaz qılmayacaqsanmış kimi namaz qıl!
   2) Tamahkârlıqdan çəkin! Çünki o əsl kasıblıqdır!
  3) Qənaətkar olmağa çalış! Çünki o zənginlikdir!
 4) İşində və sözlərində diqqətli ol!
 5) Sonradan üzr istəmək məcburiyyətində qalacağın hər şeydən çəkin!
 6) Xeyirli olduğuna inandığın işi et!”

[Təbərani, Mucəmul-Kəbir (1/142)]


   Amir b. Sad b. Əbi Vəqqas radiyallahu anhdan rəvayətə görə onun atası vəfatı ilə nəticələnən xəstəliyi zamanı belə demişdir:
 - “Mənə Rəsulullah sallallahu aleyhi va səlləmə düzəldildiyi kimi bir qəbir edin və mənim üzərimə kərpic daşlarını şaquli olaraq qoyun."


[Müslim, Beyhəqi (407)]

Abdullah B. Rəvaha Radiyallahu Anhın Bacısına Vəsiyyəti!

Numan b. Bəşir radiyallahu anh belə dedi:
“Abdullah b. Rəvaha radiyallahu anh huşunu itirdi və bacısı ağlayaraq:
   -Ey Mənim dağ kimi qardaşım, ey belə olan, ey elə olan- deyib onun üçün ağı deməyə başladı.

Abdullah b. Rəvaha radiyallahu anh  özünə gəlincə bacısına: -Sən bir şey söylədikcə, şübhəsiz ki mənə də; “sən belə birisənmi?” deyilirdi. Onun üçün mən ölüncə mənim üçün ağlama-  dedi.”


[Buxari, Beyhəqi]

1 Şubat 2017 Çarşamba

İxtilaflar Üç Qismə Bölünməkdədir!

Şeyxulİslam İbn Teymiyyanın, Allah ona rəhmət etsin, açıqlamasına əsasən ixtilaflar üç qismə bölünməkdədir:

Birincisi – ibadətin növ müxtəlifliyinə aid ixtilaf (ixtilafu tanauu`). Buraya, təsdiq olunmuş, lakin bir birindən fərqlənən söz və əməllər daxildir. Məsələn, Quranın müxtəlif oxunuşu məsələsində, sahabilər arasında düşmüş ixtilaf və peyğəmbərin , (Allahın salamı və salavatı ona olsun), onları ixtilaf etdikləri üçün danlamaması və onlara: “Hər iki oxunuş düzgündür” (əl-Buxari, 3/146) deməsi. Həmçinin buraya azan, istiftah duası, namazda oturuş qaydası və Allahın zikr olunması, qorxu namazı və buna bənzər ibadətlərin müxtəlif formada edilməsinə aid ixtilaflar daxildir. Bu ibadət növlərinin müəyyən səbəblərə görə biri o birisindən daha üstün tutulduquna baxmayaraq, onların hamısı qanuniləşdirilmişdir.

İkincisi – ziddiyat ixtilafı (ixtilafu tadad). Buraya, sünnə və bidət, halal və haram kimi bir birinə tam zidd olan məsələlər daxildir.

Üçüncüsü – fəhmi ixtilaf (ixtilafu əfhəm). Buna misal, peyğəmbərin (Allahın salamı və salavatı ona olsun) “Sizlərdən heç biriniz, Banu Qurayza məkanına çatmamış əsr namazını qılmasın” deyərək əmr verməsi və bu əmrin başa düşülməsində sahabilərin ixtilaf etdiyini bilərək, onları bu əmələ görə danlamamasıdır. əl-İqtida, 3548. Birinci üçüncü ixtilaf növləri caizdir, ikinci növ isə haramdır.

Əslən, dini məsələlərdə ixtilaf etmək pislənilir. “Ümmətimdə olan ixtilaf – mərhəmətdir” hədisinə gəldikdə isə, imam əs-Subkinin, Allah ona rəhmət etsin, qeyd etdiyi kimi bu hədis əsli olmayan uydurma bir hədisdir. Həmçinin bax “Silsilə ad-daifa vəl-maudu”, 58, 61.

Allah, ixtilaf etməyənlərin Öz mərhəməti altında olduqlarını bildirdikdən sonra, ixtilaflar necə mərhəmətdən ola bilər?!

Uca Allah buyurur: “Onlar hələ də ixtilafdadırlar. Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. (Rəbbin) onları bunun üçün yaratmışdır”. (Hud, 118-119). 

Ömər ibn Abdul-Əziz demişdir: “Allahın mərhəməti altında olanlar ixtilaf etməmək üçün yaranmışlar”. Bax “Ahkamul-Quran”, 3/1072.

İbn Məsud demişdir: “İxtilaf – şərdir”. Abu Davud, 1960. Şeyx əl-Albani hədisin səhihliyini təsdiqləmişdir.
Uca Allah həmçinin buyurur: “Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır”. (Ən-Nisa, 4:59) 

İmam əl-Muzani demişdir: “Allah ixtlafa düşməyi məzəmmət etmiş və ixtilaf olduqda Quran və Sünnəyə üz tutmaqı əmr etmişdir. Əgər ixtilaf dindən olsaydı, Allah onu məzəmmət etməzdi. Həmçinin mübahisələr də Onun hikmətindən olsaydı, o halda O Quran və Sünnəyə qayıtmağı əmr etməzdi”. Bax “Camiul-bəyanil-ilm”, 2/910).

Uca Allah həmçinin buyurmuşdur: “Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar”. (Ən-Nisa, 82).

İmam İbn Həzm demişdir: “Burada Uca Allah ixtilafların Ondan olmadıqını bildirmişdir. Küfr və digər günahlar kimi, ixtilaflar da Uca Allahın iradəsi ilə bu həyatda mövcuddur”. Bax “əl-İhkam”, 5/44.