17 Kasım 2016 Perşembe

Kişilərlə Qadınların Mədrəsələrdə/Məktəblərdə Qarışıq Təhsil Almağı Haqqında Fətvalar



Yazı sahibi: Əbu Muaz Seyfullah
Tərcümə: Darul İttiba


  Örtülü olsalar belə, arada pərdə olmadan kişinin qadınlara dərs verməsi caiz deyildir;

  Elmi araşdırmalar və fətva komissiyasına 11.3.1416 tarixində 1202 №lu fətvada belə soruşuldu;
“Müəllimin qız tələbələrə aralarında pərdə olmadan bir birilərini gördükləri halda elm öyrətməsi caizdirmi? Çünki qızların üzləri örtülü olduğu üçün əsasən onların üzlərini görməməkdədir. Belə bir məktəbə getmək və üzünü görməyəcəksə, arada pərdə olmadan onunla danışmaq caizdirmi? Qadın, məktəbdə stulda oturan müəllimlə dərslərlə bağlı məsələləri və başqa şeyləri, yanlarında məhrəm bir kimsə olmadan danışa bilərmi? Yaxud müəllim  onların dərslərlə bağlı suallarına və başqa suallarına cavab verə bilərmi? Bunun telefon vasitəsiylə edilməsinə imkan olduğu da bilinməkdədir. Bəzi müəllimlər gəncdir və ya orta yaşların başlarındadır. Qəz tələbələr isə əsasən gənc və uşaqlardır.”

   Cavab:  Fətva komissiyası araşdırma nəticəsində bu cavabları vermişdir;

  Birincisi; Kişilərlə qadınlar  arasında məktəblərdə və ya başqa yerlərdə bir yerdə olmaları əzəmətli münkərlərdən və din və dünya haqqında böyük pisliklərdəndir. Qadının, kişilərlə qadınların qarışıq olduğu məktəb və iş yerlərində olması caiz deyildir. Bu qadının vəlilərinə də ona bu mövzuda icazə vermələri caiz deyildir.

   İkincisi; Kişinin, örtülü olmayan bir qadına elm öyrətməsi caiz deyildir. Şəri təsəttürlə örtülü olsa da onunla xəlvətdə qalması caiz deyildir. Qadın, yad kişilərin yanında tamamilə övrətdir. Amma başı örtüb, üzü açıq qoymaq tam bir örtünmə deyildir.

   Üçüncüsü; Kişilərin, qadınlara məxsus xüsusi bir məktəbdə, kişi tələbələrlə qız tələbələrin, kişi müəllimlərlə qız tələbələrin arasında qarışıb ünsiyyət qurma yoxdursa, pərdə arxasından dərs verməsində problem yoxdur. Əgər qız tələbələr bir şey soruşmaq ehtiyacı duyarlarsa, bağlı/pərdəli pəncərədən soruşmalıdırlar. Yaxud telefon yoluyla soruşarlar. Lakin qız tələbələrin yumşaq danışmaqdan və sözü gğzəlləşdirib kübar danışmaqdan çəkinmələri lazımdır.” [Fətaval Ləcnətid Daimə (12/155-157)]


   Pərdə arxasından olmadıqca kişinin qadınlara dərs verməsi caiz deyildir!

Sual:  “Burada çərkəzlərdən və başqa irqlərdən müsəlmanlar var. Allaha həmd olsun, onların qadınlarına din məsələlər haqqında dərs vermək üçün gün təhsis etmək nəsib oldu. Gənc qızlara xüsusilə yetkinlik yaşına çatmış olanlarına dərs vermək caizdirmi? Şərtləri nədir?”

Cavab: Kişilərin örtülü qadınlara elm öyrətməsi, şəri təsəttür ilə örtülü olsalar belə, elm öyrətmək üçün onlarla xəlvətdə qalması caiz deyildir. Qadın, yad kişi yanında tamamilə övrətdir. Başı örtüb üzü açıq saxlamaq isə tam örtünmə deyildir.
   Lakin qadının pərdə arxasından, qadınlara məxsus məktəbdə, kişi tələbələrlə qız tələbələrin bir yerdə olmadıqları və kişi müəllimin qız tələbələrlə qaynayıb-qarışmadığı məkanlarda elm öyrənməsində sıxıntı yoxdur. [Fətəval Ləcnətid Daimə (12/157-159)]


   Qız-oğlan qarışıq məktəblərdə oxumaq və işləmək caiz deyildir!

  Sual: Litsey çağındakı qız tələbələrə dərs verilən bir məktəbdə bir müəllimin işləməsi haqqında İslamın hökmü nədir?”

  Cavab:  Bu caiz deyildir, çünki bu özünü fitnəyə atmaqdır. [Fətəval Ləcnətid Daimə (12/151)]


   Qız-oğlan qarışıq məktəblərdə müəllimlik etmək caiz deyildir!

 Sual: Mən təxminən bir ildir saqqal buraxmış bir gəncəm. Gücüm yetdiyincə itaət etməyə və qadağalardan uzaq durmağa çalışıram. İş axtarmaq xüsusunda çətin bir problemlə qarşılaşdım. Qızlara dərs verilən bir məktəbdə müəllimlik işi tapdım. Bu işdə işləməyə davam etməyim caizdirmi və bu işdən bu ana qədər qazandığım malın hökmünü öyrənmək istəyirəm.”

Cavab: “Birincisi; İnsanın litsey çağındakı qızlara dərs vermə işində işləməsi, arada bir pərdə olmadan dərs verdiyi üçün sual sahibinin ölkəsində bilindiyi üzrə qızların təbərrüc etdiyindən və gözəlliklərini açdıqlarından, bunun haram oluşunda ağıl sahibi bir kimsə şübhə etməz. Çünki bunun həm kişi üçün, həm də qadın üçün pis nəticələri və açıq pislikləri vardır. Əl Ləcnətid Daimənin (12/149) fətvasında belə gəlmişdir; “Kişinin arada pərdə olmadan qızlara dərs verməsi caiz deyildir. Çünki bunda böyük təhlükələr və vahiməli nəticələr vardır.”

   İkincisi; Bu iş qarşılığında qazanılan malı istifadə edib faydalanmaqda sıxıntı yoxdur. Çünki aldığın bu pul, əslən mübah olan dərs vermə qarşılığında alınmış puldur. Bu işdəki haramlıq isə (əsli deyil) arızi/səbəbdən dolayıdır.
   Lakin sənə fərz olan, bir an əvvəl bu işi tərk edib, haram və fitnəyə düşməkdən salamatda qalacağın başqa bir iş axtarmaqdır.” [Şeyx Muhəmməd Saleh əl Münəccid nəzarətində İslam-qa fətvaları №: 79549]


  Oğlan-qız qarışıq məktəblərdən başqasını tapa bilməyən və oxumağa möhtac olan nə edər?

   Şex İbn Useyminə qız-oğlan qarışıq olmayan bir məktəb tapa bilməyən gənc haqqında sual verildi. Belə cavab verdi;

“Sənin bu halda olmayan bir məktəb axtarmağın lazımdır. Əgər bu halda olandan başqa məktəb tapa bilməsən və oxumağa möhtacsansa, dərs al. Gücün yetdiyincə çirkinliklərdən, fitnədən uzaq dur, gözünü yum, dilini mühafizə et, qadınlarla danışma və onların yanına getmə.” [Fətava Nurun aləd Dərb (1/103, 13/127)]


Hiç yorum yok: