16 Kasım 2016 Çarşamba

Heç Kimə Rəy İlə Hökm Verməsi Halal Deyildir!

Dində heç kim rəy ilə hökm qoya bilməz.

Heç kimin rəy ilə hökmetməsi halal deyildir. Allahu Təala buyurur ki;
" Biz Kitabda heç bir şeyi  nəzərdən qaçırmadıq."{Ənam 38}

"Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə
inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin." {Nisa 59}

Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki;
"İnsanlar başlarına cahil idarəçilər seçdilər. Onlar da rəy ilə hökmetdilər. Beləliklə həm özləri azdılar, həm də xalqı yoldan çıxardılar. " Buxari və digərlərinin kitablara yazdıqları bu hədis, səhih bir sənədə sahibdir.

Bu barədə başqa bir hədis də nəql edə bilərik;
" Allah elmi insanlardan çəkib almaz. Lakin elmin alınması, alimlərin alınmasıyla olar. Bir alim qalmayınca insanlar özlərinə cahil öndərlər təyin edərlər, onlardan soruşarlar , onlar da elmsiz olaraq fətva verərlər, həm özləri azarlar, həm də xalqı azdırarlar." {Səhih. Buxari (100); Müslim (2673)} 

Abdullah b. Amr b. As deyir ki;
"İsrail oğulları doğruluq üzrə yaşayardılar. Nə zaman ki, aralarında Səbaya əl Umemoğulları deyə bir camaat yarandı, bu zaman onlar rəy ilə hökm verməyə başladılar. Həm özləri azdı, həm də İsrail oğullarını yoldan çıxardılar."

   Ömər b. Xattab buyurdu ki;
"Rəyi davamlı şəkildə ittiham altında tutun. "

Səhl b. Hənif deyir ki;
"Dində sərdedilmiş bütün rəyləri davamlı töhmət altında tutun."

Əli b. Əbi Talib deyir ki;
"Əgər din rəy il olsaydı, məstin altı məshə daha layiq olardı."

Demək olar bütün səhabə, bu xüsusda bənzər ifadələr demişdir.
   Əgər rəyi müdafiə edənlər "Muaz hədisini" dəlil göstərməyə çalışarlarsa, onlara deyərik ki, bu hədis batildir. Belə ki, məzkur hədis, Haris b. Amr adında məchul bir nəfər tərəfindən nəql edilmişdir. Humus hədis əhli də bu adamı tanımamışdırlar. Burası xüsusilə göz önündə tutulmalıdır ki, Allah Rəsulunun Muaza; "Əgər Allahın kitabında və Rəsulun sünnətində tapmasan, nə edərsən?" qəbilindən bir söz sərf etməsi tamamilə batildir; "Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq."{Ənam 38}   
   
"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım..." {Maidə 3} buyruqlarını
eşitdiyi halda , Rəsul necə belə bir ifadə işlədə bilər? 

Şübhəsiz din Allahu Təalanın yuxarıdakı şəhadətiylə bütünlüyünü qazanmışdır.
Beləliklə dində rəy ilə hökm qoyma iddiası da keçərsizləşdi.
İbn Hazm. {Usul-İ-Din}

Hiç yorum yok: