29 Kasım 2016 Salı

Əri Namaz Qılmayan Qadın Nə Etməlidir?


 Sual:
   Əri çox zaman namaz qılmayan bir qadının əriylə olan vəziyyəti zina sayılırmı? Bu halda qadın nə etməlidir? Bu halda dünyaya gələn uşaqların dini hökmü nədir?

   Cavab:
   Həmd ancaq Allahadır.

  Birincisi; müsəlman qadının, dinindən və əxlaqından razı olunan saleh bir kişini (ər olaraq) seçməsi lazımdır. Namaz, İslam dininin ən böyük ruknudur.  Hətta İslamın ikinci ruknudur. Bu səbəblə bir qadının, namaz qılmağı, dinin dirəyini ehmal edən bir kişiylə evlənməyi qəbul etməsi ona halal deyildir.

  İkincisi; Bir qadın, heç namaz qılmayan bir kişiylə evləndiyi zaman, bu nigahın keçərli olub-olmaması mövzusunda alimlər arasında görüş ayrılığı vardır. elm əhlinin cumhuruna görə bu nigah keçərlidir. Çünki fərziyətini inkar etmədən namazı tərk edən, fasiqdir, kafir deyildir.

   Bəzi alimlər isə, bu nigahın batil olduğu görüşündədirlər. Çünki namazı tamamilə tərk edən kafirdir, müsəlman deyildir.

   Fəqət hər nə vəziyyətdə olursa olsun, bir qadın, namazı tərk etmənin küfür olmadığına inanaraq və ya namazı tərk etmənin hökmünü bilmədən və yaxud da öz ölkəsində namazı tərk edənin günahkar müsəlman olduğuna dair bir fətva verilmiş və elm əhlindən belə deyənin görüşünü təqlid edərək namazı tərk edən bir kişiylə evlənibsə, bu halda qadının nigahının batil olduğuna hökm edilməz.

  Namazı tərk edənin nigahının batil olduğunu qəbul etsək belə, sualda zikr edilən nigah zina deyə isimləndirilə bilməz. Çünki bu mövzu, elm əhli arasında mötəbər bir ixtilafdır. Belə bir mövzu da zina deyə qiymətləndirilməz.

   Üçüncüsü;   Əgər arada namaz qılırsa, uyğun olan görüşə görə onun küfrünə hökm edilə bilməz.

   Şeyxul İslam İbn Teymiyyə rahiməhullah bu mövzuda belə demişdir;
   “Şübhəsiz bir çox insan, hətta insanların çoxu, bir çox müsəlman bölgədə beş vaxt namazları nə mühafizə edib daimi qılırlar, nə də tamamilə tərk edirlər. Əksinə, aradfa qılırlar, arada da tərk edirlər. Bu səbəblə bu kimsələrdə iman və nifaq birlikdə olur. Bu kimsələr haqqında miras və bənzər hökmlər kimi İslamın açıq hökmləri icra olunar.”   [Məcmuu Fətava (c. 7, s: 618)]

   Dördüncüsü; Hökmün bilinməməsi və ya elm əhlindən keçərli olduğunu söyləyənin görüşünün təqlid edilməsi səbəbiylə ər arvadın, nigahının keçərli olduğuna inanaraq qurulan hər evlilik, bir sıra dini nəticələrin meydana gəldiyi və uşaqların atalarına nisbət edildiyi bir nigahdır.

   Şeyxul İslam İbn Teymiyyə rahiməhullah bu haqda belə demişdir;
   “Müsəlmanlar, ərin keçərli nigah olduğuna və xanımıyla əlaqədə olfuğu zaman doğacaq olan uşağın ona nisbət ediləcəyinə inandığı hər nigahın keçərli olduğu, hər ikisinin də miras ala biləcəyi mövzusunda ittifaq etmişdir. Çünki nəsəbin sübutu üçün nigahın keçərli olmasına ehtiyac yoxdur.” [Məcmuu Fətava (c. 34, s: 13)]

   Şeyxul İslam İbn Teymiyyə rahiməhullah yenə belə demişdir;
   “Ər, nigahın səhih olduğuna inanarsa, bu nigahda hədd yoxdur. Əksinə, bu nigah ilə nəsəb (doğacaq olan uşaq) ona ilhaq edilər. Bu nigaha mehr də lazımdır.” [Məcmuu Fətava (c. 3, s: 132)]

   Beşincisi; Ər çox zaman namazı tərk edirsə, qadının, bir çox elm əhlinə görə küfür sayılan bu böyük günahı tərk etməsi üçün ərinə nəsihət edib öyüd verməsi və onu Allahın qəzəbi ilə qorxutması lazımdır. Ərinə təkrar-təkrar nəsihət edib öyüd verməkdən bezməməli və ümidsizliyə qapılmamalıdır.

   Heç namaz qılmayan ərin nigahında olan və ondan qurtulma imkanı olan hər qadına nəsihətim, o ərdən qurtulmasıdır.

   Allahu Təala ən yaxşı biləndir.


   Şeyx Muhəmməd Saleh əl Münəccidin rəhbərlik etdiyi (islamqa) saytının fətvası (№:213402)

Hiç yorum yok: