8 Kasım 2016 Salı

Axirət İşlərini Deyil, Dünya İşlərini İstəyənlərə Allah Nifrət Edər!



Müəllif: Əbu Muaz Seyfullah Ərdoğmuş
Tərcümə: Darul İttiba


   Allahu Təala belə buyurmuşdur; “İnsanlar arasında: “Ey Rəbbimiz! Bizə verəcəyini elə bu dünyaibn da ver!”– deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur.”  {Bəqərə 200}

   Əbu Hureyrə radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Allah Azzə və Cəllə dünya işlərinin alimi, Axirət işlərinin cahili olan kimsəyə buğz edər.”  [Səhih. İbn Hibban (1/273); Beyhəqi (10/194); Deyləmi (558); Xatib (4/426); Albani, əs Səhiha (195)]  

   İbn Ömər radiyallahu anhuma deyir ki; “Elm üçdür; şəriəti ğyrədən Kitab (Quran), Sünnət, bir də “bilmirəm” demək.”  [Həsən Mövquf. Təbərani, Evsat (1/299); Xatib (4/24); İbn Abdilbərr, Cəmi (2/24)]

   Əl Əvzai rahiməhullah dedi ki; “Elm, Rasulullah səllallahu aleyhi va səlləmin ashabından nəql ediləndir. Onlardan gəlməyən elm deyildir.” [Səhih maqtu. İbn Abdilbərr, Cəmiul Bəyanil Elm (1420-21); İbn Asakir, Tarix (35/201); İbn Kəsir, əl Bidayə (10/117)] 

   Əbu Hureyrə radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Kim onunla Allahın rızası tələb ediləcək bir elmi, dunyalıq bir şey əldə etmək üçün öyrənərsə, qiyamət günündə Cənnətin ətrini də hiss edə bilməz.”  [Səhih. Əhməd (2/338); Əbu Davud (3664); İbn Hibban (78); Hakim (1/85)]

   İbn Məsud radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Bütün dərdləri tək dərd- Axirət dərdi edərsə, dünya dərdlərinə qarşı Allah ona yetər. Kimin də dünya əhvalı dərdlərini çoxaldarsa, Allah dünya vadilərinin hansında həlak olursa olsun, onunla maraqlanmaz.”  [Həsən. İbn Macə (257); İbn Əbi Asım, Zühd (s. 80)]

   İmam Şafi rahiməhullah deyir ki; “Qurandan başqa elmlərin hamısı boş işdir. Ancaq hədis və dində fiqh xaric.” [Əbu Nuaym, əl Hilyə (9/153); İbn Cövzi, Sıfatus Safvə (2/165)]

   Rasulullah səllallahu aleyhi va səlləm faydasız elmdən Allaha sığınardı. [Səhih. Muslim (2722); İbn Macə (3837); Əbu Davud (1553)]


   Sufyan əs Sevri belə demişdir; “Elm ancaq Allaha təqva üzrə qul olmaq üçün öyrənilər. Elmin digər şeylərə qarşı fəziləti, onunla Allahdan qorxulduğu üçündür.”  [Şatibi, əl Muvafaqat (1/32); Əbu Nuaym, əl Hilyə (6/631)]

Hiç yorum yok: