12 Kasım 2016 Cumartesi

İxlas!

İmam İbnul Qayyim (rahiməhullah) belə deyir:
- Cuneyd dedi: "İxlas - qul ilə Rəbbi arasında olan bir sirdir. Onu nə yaza biləcək bir mələk, nə korlaya biləcək bir şeytan nə də onu çöndərə biləcək bir nəfsi istək bilə bilməz." 
- Səhl'ə belə deyildi: "Nəfsə ən ağır gələn şey nədir?" O dedi: "İxlas. Çünki onda nəfsin heç bir payı yoxdur."
- Onlardan (sələflərdən) bəziləri belə deyir: "İxlas - sənin, öz əməlinə Allahdan başqa nə kiminsə şahid olmasını, nə də Ondan başqa kiminsə (səni) mükafatlandırmasını istəməməyindir."
- Məkhul dedi ki: "Elə bir qul yoxdur ki, 40 gün (Allah ilə) ixlaslı olsun və Allah onun qəlbindəki hikmət mənbəyini onun dilində üzə çıxarmasın (danışdıqda hikmət dolu sözlər danışmasın)."
- Yusuf bnul-Huseyn dedi: "Dünyada ən uca şey - İxlasdır. Mən qəlbimdən nə qədər riyanı yox etməyə çalışsamda, o, sanki, yenidən başqa bir formada bitirdi (əmələ gəlirdi)."
- Əbu Suleymən əd-Dərani deyir: "Qul ixlaslı olarsa, ondan çoxlu vəsvəsələrin və riyanın gəlməsi kəsilər."
("Mədəricus Səlikin", 2/92)

Hiç yorum yok: