24 Kasım 2016 Perşembe

Qadının İki Gözünü Açıqda Buraxmasının Hökmü


Müəllif; Əbu Muaz Seyfullah
Tərcümə; Darul İttiba


Bismilləh

   İbn Abbas [Həsən mövquf. Təbəri (19/181); İbn Əbi Hatim (10/3153); İbn kəsir (6/481); Təfsirul Bəğavi (6/376)]   radiyallahu anhuma və Ubeydə əs Salmani [Səhih mövquf. Təbəri (19/181); İbn Əbi Hatim (10/3154); Cəssas (3/458); Suyuti, Durrul Mənsur (8/209); ibn Kəsir, Təfsir (6/482); Bəğavi, Təfsir (6/376)]   radiyallahu anhın Əhzab 59-cu ayəsinin təfsirinə dair hicab vəsflərində qadının təkcə bir gözünü açıq qoya biləcəyi ifadə edilməkdədir. Bu səbəblə bəzi qardaşlarımızın zehnlərində qadının iki gözünü açıq qoyması haqqında şübhə meydana gəlməkdədir. Hətta Səudiyyədə Şeyx Mutləq deyə birinin qadının niqab taxmasının yetərli olmayıb gözlərini də örtməsinin vacib olduğuna dair bir fətva verdiyi xəbəri də internetdə dolaşmaqdadır.

   Həqiqət budur ki, qadının iki gözünü də açıq qoya biləcəyinə dair dəlillər sabit olmuşdur.

   Bunlardan biri ehramda qadınlara niqab və əlcək qadağan edilməsi haqqındakı hədisdir.

   İbn Ömər radiyallahu anhumadan;
   “Rasulullah səllallahu aleyhi va səlləm ehramlı qadınlara bunları qadağan etdi; iki əlcək, niqab, vers ya da zəfəran ilə boyanmış geyim...”  [Səhih. Malik (730); Buxari (3/146); muslim (2012); Əbu Davud (1827); Tirmizi (763); Nəsai (2616); İbn Macə (2920); Əhməd (4252); Darimi (1730)]

   Muaza əl Adəviyyə dedi ki; Aişə radiyallahu anhadan qadının ehramda nə geyinəcəyini soruşdum. O da mənə belə cavab verdi;
   “Üzünü niqab ilə örtməz və lisam (ağzını örtən paltar) da örtməz. Fəqət paltarının bir ucunu üzünün üstündən buraxar.” [Səhih. Beyhəqi (5/47); İbn Hazm, əl Muhəllə (7/91); əl Albani, İrvaul Qalil (1023)]

   Bu hədislər, sahabə xanımlarının ehram xaricində niqab və əlcək istifadə etdiklərinə dəlalət etməkdədir.

   İsmail b. Əbi Xalid, bacısı və anasından nəql edir; O ikisi, Aişə radiyallahu anhanın yanına girdiklərində, onun üzərində qara ximar olduğunu görmüşlər. Ona;
   “Ehramda olan qadın üzünü örtə bilərmi?” deyildikdə baş örtüyünü (ximarını) köksündən başına doğru qaldıraraq;
   “Bunda sıxıntı yoxdur.” dedi.”  [Səhih. Musəddəddən nəql ilə; İbn Həcər, Mətalibul Aliyə (1194)]

   İbn Həcər isə “Ximar və niqab gözlərin altından, burun üzərindən etibarən örtülən örtükdür.” deyir.   [Fəthul Bari (4/53 Darul Marifə nəşri)]

   Üzü və başə tamamilə örtən örtük üçün isə قناعtəbiri istifadə edilməkdədir.

   İkinci dəlil isə, Əbu Hureyrə radiyallahu anhdan; Nəbi səllallahu aleyhi va səlləmin yanındaydım. Bir adam onun yanına gəldi və Ənsardan bir qadınla evlənəcəyini söylədi. Rasulullah səllallahu aleyhi va səlləm ona belə buyurdu;
  “Ona baxdınmı?”
  “Xeyr” dedi. Buyurdu ki;
  “Get ona bax. Çünki Ənsarın gözlərində bir şey var.”   [Həsən. Muslim (1424); Nəsai (3234) İsnadında Yezid b. Qeysan saduqdur, xəta edərdi.
·       Nəsai Sunənul Kubrada (3/273) bunu; Əbu Bəkr əl Mərvəzi- Əhməd b. Məni- Əli b. Haşim- Yezid b. Qeysan- Əbu Hazim- Cabir radiyallahu anh isnadıyla rəvayət etmişdir. Əbu Hureyrə radiyallahu anh yerinə Cabir radiyallahu anhın zikr edilməsi vəhmdir. Bu xətanın saduq ravi olan Əli b. Haşimdən qaynaqlı olması təxmin edilir.]

   Bu hədis, nigahlama tələbi üçün qadının gözlərinə baxmanın cəvazını, dolayısıyla qadınların naməhrəmlərə qarşı gözlərinin övrət olmadığını ifadə etməkdədir.

   Üçüncü dəlil; Subəya bt. Haris radiyallahu anhanın iki gözünün sürməli olduğundan bəhs edən rəvayət, əsri səadətdə qadınların iki gözlərini açıq qoymalarını ifadə etməkdədir.
   Ubeydullah b. Abdillah b. Utbədən;
“Mərvan, Abdullah b. Utbəni Subəya bt. əl Harisə Rasulullah səllallahu aleyhi va səlləmin ona verdiyi fətvanı soruşmaq üçün göndərdi. O da belə xəbər verdi;
   “Özü Sad b. Havlənin nigahında ikən Vida həccində əri vəfat etdi. O Bədir əshabından idi. Subəya, ərinin vəfatından sonra dörd ay on gün tamam olmadan doğdu. Loğusalığı əsnasında Əbus Sənabil b. Bakək ilə qarşılaşdı. Subəya gözlərinə sürmə çəkmişdi. Əbus Sənabil ona dedi ki;
  “Özünə yazığın gəlsin (və ya buna bənzər bir şey söylədi). Deyəsən evlənmək istəyirsən, lakin ərinin vəfatından sonra dörd ay on gün iddət gözləməlisən.” Subəya dedi ki;
   “Mən Nəbi səllallahu aleyhi va səlləmin yanına getdim və Əbus Sənabilin söylədiklərini danışdım. Nəbi səllallahu aleyhi va səlləm buyurdu ki;
   “Doğum etdiyin anda evlənməyin halal olmuşdur.”   [Səhih. Əhməd (6/432); Abdurrazzaq (11722); Təbərani (24/295)]

   Bu hədis açıqca dəlalət etməkdədir ki, Subəya radiyallahu anha iddətinin bitməsindən dolayı gözlərinə sürmə çəkmiş və Əbus Sənabil onun gözlərində sürmə olduğunu gördüyündən dolayı, iddət dönəmi qadağalarına müxalifət etdiyini düşünərək töhmət etmişdir.

   İddət gözləyən qadının sürmə, rəng, xına kimi zinətlərdən qadağan olunması məlumdur.
   Beyhəqi və Təbəri, İbn Abbas radiyallahu anhumadan; “اِلَّا مَا ظَهَرَ مِنْهَا / ancaq özlüyündən görünən qism istisna” {Nur 31} ayəsini sürmə və üzük deyə açıqladığını rəvayət etmişdirlər.   [Həsən. Təbəri (17/258); İbn Vehb, Təfsir (№: 19); Təbəri və İbn Vəhbin isnadlarında Muslim əl Avər əl Məllai zəifdir. Beyhəqi isə eynisini həsən bir isnad ilə rəvayət etmişdir. Sunənul Kubra (№: 3216)]

   Mücahid [Zəif. Təbəri (17/260) Təbərinin isnadında intiqa vardır. Başqa bir tariqdən; İbn Əbi Hatim (№: 15228) bunun isnadında Abdullah b. Qabisa məsturdur.] və Qatadə [Səhih. Təbəri (17/259)]  rahiməhumullah da eyni xüsus bildirmişdir. Şabi isə; “ “Özlüyündən görünən istisna” sözüylə qəsd edilən, sürmə və paltardır.” demişdir.   [Səhih. İbn Əbi Şeybə (3/383)]

   İbn Məsud radiyallahu anhdan da eyni mənada rəvayət edilmişdir.   [Səhih. İbn Əbi Şeybə (4/284); Təfsiru Abdirrəzzaq (4/495); İbn Əbid Dunya, əl İyal (404); Təhavi, Şərhu Məanil Asar (4/332); Təbəri (17/256, 264); Təbərani (9/228); İbn Qatan, Əhkamun Nəzər (s. 136); İbn Həbib, Qayə və Nihayə (s.215); Əl Albani, əl Hicab (s. 41); əl Albani isnadının səhih olduğunu söyləmişdir.]

   Nəticə olaraq, sürmənin görünməsi istər istəməz iki gözü göstərir.


     Allah ən yaxşı biləndir.


Hiç yorum yok: