Şeyx Saleh əl-Fauzan (hafizəhullah) "Azanla iqamə arası edilən dua rədd olunmaz" - hədisini zikr edərək belə dedi :
"İnsanlardan bir çoxu, azan və iqamə arasında olan duaya səhlənkar yanaşır və həmin vaxt Qur'an oxumaqla məşğul olurlar. Şəkk yoxdur ki, Qur'an oxumaq, əzəmətli bir əməldir. Ancaq Qur'anı başqa vaxtda da oxumaq olur. Sənin həmin anda dua və zikrlə məşğul olmağın, Qur'an oxumaqdan daha fəzilətlidir. Çünki, müstəcəb vaxtlarda edilən dua, adi vaxtlarda edilən duadan daha əfzəldir. Qur'anı isə, nə vaxt istəsən oxuya bilərsən. Bu vaxt duaya xasdır. Sənin həmin vaxtda duayla, zikrlə və istiğfarla məşğul olmağın, Qur'an tilavəti ilə məşğul olmaqdan daha əfzəldir. Sən bunu düzgün başa düş."
Təshili-l-İməm 6/326
Hiç yorum yok:
Yorum Gönder