Müəllif: Əbu Muaz Seyfullah Ərdoğmuş
Tərcümə: Darul İttiba
Allah Azzə və Cəllə buyurur ki;
“
Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba
və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən
peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq.
Biz yalnız Ona təslim olanlarıq!” {Bəqərə 136}
Bu ayədə möminlərə; “Allaha iman etdik” demələri
əmr olunur.
“Bədəvilər: “Biz
iman gətirdik!”– dedilər. De: “Siz qəlbən iman gətirmədiniz! Ancaq: “Biz müsəlman
olduq!”– deyin. İman sizin qəlblərinizə hələ daxil olmamışdır.” {Hucurat 14}
Allahu Təala bu ayədə inanc olmadan dil ilə
söyləmənin iman olmadığını xəbər verir. Qəlblərində iman olsaydı, onlar qəlb ilə
təsdiqi və dil ilə iqrarı birləşdirmiş möminlər olardılar. Hədislər də eyni
şeyi göstərməkdədir;
İbn Ömər
radiyallahu anhumadan mərfuən; “Mən insanlar Allahdan başqa haqq ilahın
olmadığına, Muhəmmədin (səllallahu aleyhi və səlləm) Allahın Elçisi olduğuna şəhadət
edincəyə, namaz qılıncaya, zəkat verincəyə qədər onlarla savaşmaqla əmr
olundum. Bunları etdilərmi, qanlarını, mallarını mənə qarşı qorumuş (aman
altına almış) olarlar. İslamın haqqı xaric. Artıq (səmimi olub olmadıqlarına
dair) halları Allaha qalmışdır.”
[Buxari, İman (17); Muslim, İman (36); Beyhəqi,
Şuab (1/39)]
Əbu Hureyrə radiyallahu anhdan mərfuən; “Get və qarşılaşdığın hər kəsi qəlbində yəqinliklə
Allahdan başqa ilah olmadığına şəhadət etdikləri təqdirdə cənnətlə müjdələ.”
[Muslim (s. 59); Beyhəqi, Şuab (1/39) ]
Muaz b. Cəbəl radiyallahu anhdan mərfuən; “Kim qəlbindəki sədaqət ilə “Əşhədu ən
lə iləhə illəllah va əşhədu ənnə Muhəmmədən Rasulullah” deyə şəhadət etdiyi halda
ölərsə Cənnətə girər.”
[Əhməd (4/16); Nəsai, Əməlul Yəvmə (1134);
İbn Macə (4285); Təbərani (5/43); İbn Mubərak, Zühd (s. 323); Beyhəqi (10/124);
Şuabul İman (1/40); Mizzi, Töhfətul Əşraf (8/398); Təhzibul Kəmal (1/415); Məcməuz
Zəvaid (1/20) səhihdir.]
Ənəs radiyallahu anhdan; Rasulullah səllallahu
aleyhi va səlləm buyurdu ki; “Qulun qəlbi doğru olmadıqca imanı da doğru
olmaz, dili doğru olmadıqca da qəlbi doğru olmaz.”
[Həsəndir. Əhməd (3/198); Beyhəqi, Şuab
(1/41); Məcməuz Zəvaid (1/53); Tərğib və Tərhib (3/353)]
Əbu Qatadə radiyallahu anhdan mərfuan; “Kim
diliylətələffüz edib, qəlbində yəqinliklə Allahdan başqa haqq ilah olmadığına,
Muhəmmədin Onun Rasulu olduğuna şəhadət edərsə, Cəhənnəm onu yandırmaz.”
[Beyhəqi, Şuab (1/41); Cəmiul Cəvami (1/789)
]
Mücahid rahiməhullah, Allahu Təalanın; “Ancaq
bilərək haqqa şəhadət verənlər isə istisnadır...” {Zuxruf 86} ayəsi haqqında dedi ki; “Haqqa şəhadət
etmək, Allahı rəbbi olaraq bilməkdir.”
[Beyhəqi, Şuab (1/42); Suyuti, Durrul Mənsur
(6/24) ]
Hiç yorum yok:
Yorum Gönder