10 Kasım 2016 Perşembe

Qadın Kürəkəninin Qarşısında Zinət Yerlərini Aça Bilərmi?



Müəllif: Əbu Muaz Seyfullah
Tərcümə: Darul İttiba


   Quran və səhih sünnətdən ibarət vəhyə gözlərini və qulaqlarını məzhəbləri və rəyləri din qəbul edən azmışların qiyas yoluyla bulaşdıqları bir batil də diqqətimi cəlb etdi.

   Sualda; “Bir qadın kürəkəninin yanında başı açıq otura bilərmi?” deyilir. Hənəfilik dininə mənsub Osman ünlü adlı şəxs də belə cavab verir; “Otura bilər. Çünki əbədi məhrəmidir (!)

   Bunun bənzəri bir fətvanı da Quran və Sünnət inkarçısı olmalarına baxmayaraq, özlərini Quran tərəfdarı kimi göstərməyə çalışan Abdulaziz Bayındır rəhbərliyindəki Süleymaniyə Vəqfi saytında gördüm. Daha da qəribəsi, Qurana zidd olan bu fətvalarında Nur surəsi 31-ci ayəsini dəlil gətirmələridir. Dəlil gətirdikləri ayə, verdikləri fətvanı yalanlamaqdadır!
   Allahu Təala belə buyurmuşdur;
~~24.31~
وَقُلْ لِلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ اَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلَا يُبْدٖينَ زٖينَتَهُنَّ اِلَّا مَا ظَهَرَ مِنْهَا وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلٰى جُيُوبِهِنَّ وَلَا يُبْدٖينَ زٖينَتَهُنَّ اِلَّا لِبُعُولَتِهِنَّ اَوْ اٰبَائِهِنَّ اَوْ اٰبَاءِ بُعُولَتِهِنَّ اَوْ اَبْنَائِهِنَّ اَوْ اَبْنَاءِ بُعُولَتِهِنَّ اَوْ اِخْوَانِهِنَّ اَوْ بَنٖى اِخْوَانِهِنَّ اَوْ بَنٖى اَخَوَاتِهِنَّ اَوْ نِسَائِهِنَّ اَوْ مَا مَلَكَتْ اَيْمَانُهُنَّ اَوِ التَّابِعٖينَ غَيْرِ اُولِى الْاِرْبَةِ مِنَ الرِّجَالِ اَوِ الطِّفْلِ الَّذٖينَ لَمْ يَظْهَرُوا عَلٰى عَوْرَاتِ النِّسَاءِ وَلَا يَضْرِبْنَ بِاَرْجُلِهِنَّ لِيُعْلَمَ مَا يُخْفٖينَ مِنْ زٖينَتِهِنَّ وَتُوبُوا اِلَى اللّٰهِ جَمٖيعًا اَيُّهَ الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ
Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz müsəlman qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını yerə vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız.” {Nur 31}

   Allah Azzə və Cəllə Nisa surəsi 23-cü  ayəsində də nigahı haram olanları açıqlayaraq belə buyurmuşdur;

~~4.23~
حُرِّمَتْ عَلَيْكُمْ اُمَّهَاتُكُمْ وَبَنَاتُكُمْ وَاَخَوَاتُكُمْ وَعَمَّاتُكُمْ وَخَالَاتُكُمْ وَبَنَاتُ الْاَخِ وَبَنَاتُ الْاُخْتِ وَاُمَّهَاتُكُمُ الّٰتٖى اَرْضَعْنَكُمْ وَاَخَوَاتُكُمْ مِنَ الرَّضَاعَةِ وَاُمَّهَاتُ نِسَائِكُمْ وَرَبَائِبُكُمُ الّٰتٖى فٖى حُجُورِكُمْ مِنْ نِسَائِكُمُ الّٰتٖى دَخَلْتُمْ بِهِنَّ فَاِنْ لَمْ تَكُونُوا دَخَلْتُمْ بِهِنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ وَحَلَائِلُ اَبْنَائِكُمُ الَّذٖينَ مِنْ اَصْلَابِكُمْ وَاَنْ تَجْمَعُوا بَيْنَ الْاُخْتَيْنِ
Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları, – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir, – öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq haram edildi.” {Nisa 23}

   Nisa 23-cü ayəsində keçən;  “Xanımlarınızın anaları xaric” ifadəsi ilə kürəkənə qaynanasının nigahının haram olduğu açıqlanmışdır. Fəqət qadının zinət yerlərini göstərməsini qadağan edən Nur surəsi 31-ci ayəsində, qadın üçün kürəkəni istisna edilənlər arasında zikr edilməməkdədir. Yenə qadının əmi və dayısının da istisna edilmədiyini daha əvvəlki bir yazıda açıqlamışdım.
   Buna görə qadın, məhrəmi olsa belə, kürəkəninin yanında zinət yerləri olan əlləri, qolları, üzü, saçları, ayaqları və boynunu göstərə bilməz. Çünki Nur surəsi 31-ci ayədə sayılanlardan “...başqasına zinət(yer)lərini göstərməsinlər” buyurulmaqdadır. Sayılanlar arasında da qadının əmisi, dayısı, kürəkəni kimi məhrəmi olduğu digər ayədə bildirilən kimsələr istisna edilməmişdir.

   Buna görə qadının əmisi, dayısı və kürəkəni qarşısında zinət yerlərini aça biləcəyini söyləyənlər ancaq həvalarıyla etdikləri qiyas nəticəsində bunu söyləyir və Allahın məşru etmədiyi şeyi din olaraq qoyurlar!

~~42.21~
اَمْ لَهُمْ شُرَكٰٶُا شَرَعُوا لَهُمْ مِنَ الدّٖينِ مَا لَمْ يَاْذَنْ بِهِ اللّٰهُ وَلَوْلَا كَلِمَةُ الْفَصْلِ لَقُضِىَ بَيْنَهُمْ وَاِنَّ الظَّالِمٖينَ لَهُمْ عَذَابٌ اَلٖيم

“Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün şəriət qanunu edə bilən şərikləri vardır? Əgər həlledici Söz olmasaydı, aralarındakı iş bitmiş olardı. Həqiqətən, zalımları ağrılı-acılı bir əzab gözləyir.”  {Şura 21} ~~4.23~

Hiç yorum yok: