8 Kasım 2016 Salı

Muhəmməd Nasiruddin əl Albaninin Alimlərin Qatındakı Yeri!


Alləmə Muhəmməd ibn İbrahim Əliş Şeyx:
"O, Sünnə sahibidir, haqqa yardım edir və batil əhlinə qarşı durur".
(Fətəva 4/92)

İmam Abdul Aziz ibn Bəzz:
"Bu əsrdə səmanın altında Alləmə Muhəmməd Nasiruddin əl Albani kimi hədisi bilən birini görmədim".
(Həyətul-Əlbəni 65-66)

Həmçinin bu hədis barədə soruşuldu
[Allah bu ümmət üçün hər yüz ilin başında bir nəfər göndərir, bu ümmətin dinini təmizləyir, təzələyir] 

Şeyxdən bu əsrdə o kəsin kim olduğu barədə soruşulduqda dedi:
"Şeyx Muhəmməd Nasiruddin əl Albani. Zənnimcə bu əsrdə mucəddid odur. Doğrusunu Allah bilir".
(Şərhu Buluğul-Məram)

Həmçinin demişdir:
"Səmanın altında bu əsrdə şeyx Nasirdən daha elmlisini tanımıram".

Alləmə Muhəmməd Saleh əl-Useymin:
"Albani Əhli Sünnədən olan bir kişidir, Allah ona rəhmət eləsin. Sünnəni müdafiə edəndir. Hədisdə imamdır, bu əsrdə ona tay olan birisini tanımıram..... Bu kişini -Allah ona rəhmət eləsin - kitablarından tanıyırıq, bəzən onunla bir məclisdə olurdum, oradan onu tanıyıram. Əqidəsi sələfidir, mənhəci salamatdır".
(Fətəva uləmə əkəbir səh.4)

Həmçinin şeyx ibn Useymin  Məkkə Haramında tələbələrə hədiyyə olaraq şeyx Albaninin kasetlərini paylayaraq demişdir:
"Şam diyarının muhəddisi, istəsəniz belə deyin, əsrinin muhəddisi şeyx Muhəmməd Nasiruddin əl Albani".
(1426/26 ramazan səhər dərsində)


Yəmənin Muhəddisi Alləmə Muqbil əl-Vadii:
"Şeyx Muhəmməd Nasiruddin əl Albaninin hədis elmində tayı bərabəri yoxdur. Allah onun elmi və kitabları ilə İslama, alışıb yanan cahillərdən, mitinq və çevriliş sahiblərindən qat-qat artıq faydalar vermişdir".

"Belə etiqad edirəm və ümid edirəm ki, şeyx Muhəmməd Nasiruddin əl Albani mucəddidlərdəndir (dini təzələyən), onun barəsində bu hədis öz təsdiqini tapır;
[Allah bu ümmət üçün hər yüz ilin başında bir nəfər göndərir, bu ümmətin dinini təmizləyir, təzələyir]
Əbu Davud rəvayət etmiş və İraqi səhihləşdirmişdir."

"Şeyx Nasirə, onun elminə yalnız hava əhli olan bidətçi ləkə yaxar. Bunlar Əhli Sünnəyə buğz edib, insanları ondan çəkindirənlərdir...

Mən hər bir elm tələbəsinə nəsihət edirəm ki, şeyx Muhəmməd Nasiruddin əl Albaninin kitablarına həris olsunlar. Allah bilir ki, şeyxin yeni çıxan hər bir kitabını almağa tələsirəm və Allah bilir ki, şeyxin kitabları ilə elmimiz artmaqda davam edir".
(İqamətul-Burhan səh 6-7)

Cərh və Tədil imamı Alləmə Rabi ibn Hədi əl-Mədxali deyir:
"Allaha and olsun ki, buna ibn Bəzz, ibn Useymin və şeyxlə eyni vaxtda yaşamış alimlər də razıdırlar ki, hədisdə ona çatan olmayıb və olmayacaq da. Hətta neçə əsrlərdir ki, şeyx Albaninin çatdığına çatan olmayıb. Mən belə görürəm ki, mütaliədə nə ibn Teymiyyə, nə ibn Həcər ona çatmayıb. Əzbərdə ondan çox əzbərləyiblər, lakin mütaliədə, bəhsdə və ciddi bir şəkildə təhqiq etməkdə onun bənzəri yoxdur.
İslama elə bir kitabxana təqdim etmişdir ki, hətta dövlətlər və müəssisələr bunu etməkdən acizdirlər. Artıq hədis yazan hər bir kəs bu kişinin əlinin altından keçir.
Ərəblər bu kişiyə zülm etdi və dəyərini bilmədilər. Bu kişini Allahu Təalə Avropanın ortasından götürüb şərqdə ən yaxşı kitabxana olan "Məktəbə Zahiriyyəyə" gətirir, altmış il oraya sarılır və bu əzəmətli əməyini təqdim edir. Bizim tərəfimizdən isə nə ilə qarşılaşır? Təəssüflər olsun ki, fəzilət əhlini yalnız fəzilət sahibləri bilir və alimlər də onun fəzilətini bilib, bunu etiraf etdilər. İbn Bəzz, ibn Useymin və başqa İslam alimləri. Hindistan, Pakistan, Məğrib alimləri və başqaları bu kişinin məqamını və ümmətə əqidədə, mənhəcdə və Peyğəmbər (sallallahu aleyhi və səlləmin) Sünnəsinə xidmətdə nələr verdiyini tanıdılar. Allah ona rəhmət etsin, dinə və Peyğəmbərin (sallallahu aleyhi və səlləmin) Sünnəsinə əməl edib, xidmət edənlərə verdiyi ən xeyirli mükafatı versin".
1426/1/26 tarixindəki məclis.


Hiç yorum yok: