14 Kasım 2016 Pazartesi

Musiqili Olan Kafe, Restoran Kimi Yerlərdə Oturmağın Hökmü!


Yazı sahibi; Əbu Muaz Seyfullah
Tərcümə; Darul İttiba


  “Bilinməlidir ki, musiqiyə nisbətlə haramlıq və günah ancaq musiqini qəsdli olaraq dinləməyə bağlıdır. Amma qəsdsiz eşidən və zehnini dinlədiyi şeydən uzaqlaşdırıb qəlbiylə bundan ikrah hissi duyan kimsə üçün günah yoxdur. Çünki bunda onun öz əlində olan bir şey yoxdur. Münkərə gücü yetdiyincə qarşı çıxmalıdır. Çünki Nəbi səllallahu aleyhi va səlləm; “Kim bir münkər görərsə onu əliylə dəyişdirsin, buna gücü çatmayan diliylə, buna da gücü çatmayan qəlbiylə. Bu da imanın ən zəifidir.” Muslim rəvayət etmişdir.

   Zikr etdiyimiz xüsusun dəlili İbn Ömər radiyallahu anhumanın azadlısı Nafinin rəvayətidir. O dedi ki; “İbn Ömər radiyallahu anhuma çalğı səsi eşidincə barmaqlarını qulaqlarına qoydu və miniyinin yönünü çevirdi.
“Ey Nafi! Səsi eşidirsənmi?” deyir, mən də;
 “Bəli” deyirdim. Mən xeyr deyənə qədər irəlilədi. bunun üzərinə barmaqlarını çəkdi və yola davam etdi. Dedi ki; “Rasulullah səllallahu aleyhi va səlləmin çoban qavalı eşitdiyi zaman eyniylə belə etdiyini gördüm.” 
Bunu Əhməd, Əbu Davud və İbn Macə rəvayət etmişlər, Əl Albani, Təhrimu Ələtit Tarbda səhih demişdir.

   İbn Rəcəb, Nuzhətul Əsmada dedi ki; “İbn Ömər radiyallahu anhuma Nafiyə qulağını tıxamağı əmr etməmişdir. Çünki o qəsdlə dinləmirdi. Tam tərsi sadəcə eşidirdi. Eşidən, dinləyən ilə eyni deyildir və eşitməkdən dolayı haramlıq olmaz. Çünki bunu qəsdən etmirdi. Eşitməyənə qədər qulağını tıxaması daha fəzilətli olsa da hal belədir.”

   Şeyxul İslam İbn Teymiyyə rahiməhullah, Məcmuul Fətavada belə demişdir; “Əmr və qadağa mücərrəd olaraq eşitmə haqqında deyil, birbaşa dinləmək haqqındadır. Görmə məsələsi də belədir. Çünki qeyri ixtiyari olaraq görmə ilə qəsdən baxmaq fərqlidir. Yenə (yad qadından gələn) gözəl qoxunu hiss etmə də belədir. Qadağa və haramlıq ancaq qəsdən qoxlamaq haqqındadır. Amma insan öz qəsdi olmadan burnuna qoxu gələrsə, bundan dolayı günah qazanmaz.
   Beş hissiyat, yəni eşitmə, görmə, qoxulama, dadma və toxunma ilə işlənən haramlar da belədir. Əmr və qadağa ancaq  qulun bu haqdakı qəsdi və əməlinə bağlıdır. Amma öz istəyi olmadan meydana gələrsə, əmr və ya qadağa mümkün olmaz. Sünəndə İbn Ömər radiyallahu anhumadan gələn hədis bunu ifadə etməkdədir.-burada yuxarıda keçən hədisi zikr edər-  Bəzi insanlar deyir ki; “hədis səhihdirsə, İbn Ömər radiyallahu anhumaya qulaqlarını tutmaq əmr edilməmişdi. Buna onun yaşı kiçik olduöu və ya onun qəsdən dinləmədiyi şəlində cavab verilmişdir. O sadəcə eşitmişdir və bundan dolayı günah qazanmamışdır. Nəbi səllallahu aleyhi va səlləm isə daha fəzilətli və daha kamil olanı tələb etdiyindən qulaqlarını tıxamışdır. Bu eyniylə caiz olmayan şeyləri danışan bir topluluğun yanına gedən kimsənin qulaqlarını tıxamasının daha gözəl olması kimidir. Fəqət qulaqlarını tıxamasa da ona günah yoxdur. Fəqət eşitdiyi çeylərdə dini bir zərər varsa və bunun ancaq qulaqlarını tıxamaqla qarşısını ala bilərsə o zaman bunu etməlidir.”

   Buna görə fəzilətli olan musiqi səsini eşitməmək üçün mümkünsə qulaqlarını tıxamaqdır. Şayət bu mümkün olmazsa qəlbiylə bu səsdən üz çevirər. Çünki qulaq ancaq qəlbin hazır olmasıyla dinləyər. Nəfsini və qəlbini zikr və bu zikrlərin mənalarını təfəkkür ilə məşğul et. Və ya içindən Quran oxu və ya Allahın ayələrini tədəbbür et!

   Qəlbinlə musiqi dinləməkdən üz çevirib, ondan xoşlanmadığın müddətcə bunu eşitməyində bir sıxıntı yoxdur.”

[İslamveb.net fətvaları, fətva №: 142457]

Hiç yorum yok: