20 Ocak 2017 Cuma

Elm Tələbini Davam Etdirməyə Təşvik!

Əbu Hureyrə  radiyallahu anh dedi ki;

   «İnsanlar "Əbu Hureyrə nə çox hədis rəvayət edir”  deməkdədirlər! Əgər Allahın kitabında olan bu iki ayə olmasaydı, mən bir hədis də danışmazdım. Sonra bu ayələri oxudu;

    “Şübhəsiz ki, Allahın nazil etdiyi kitabda olanları gizli saxlayanlar və bununla cüzi miqdarda pul əldə edənlər öz qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah onları danışdırmaz və onları təmizə çıxarmaz. Onlar üçün ağrılı-acılı bir əzab vardır.” {Bəqərə 174}

  “ Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri nazil etdikdən sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar!” {Bəqərə 159}

   Və şübhəsiz ki, bizim Muhacir qardaşlarımızı, bazarlarda alqı-satqı etmək məşğul etdi. Ənsar qardaşlarımızı da ərazilərində işləmələri əngəllədi. Ancaq, Əbu Hureyrə qarın toxluğuna Rasulullahdan ayrılmır və beləcə onların ola bilmədikləri yerlərdə oldu.»

[Buxari, Muslim]


   Əbu Ömər b. Abdilbərr rahiməhullah dedi ki;

   Bu hədisdə bir neçə incə məqam vardır;

1. Rasulullah səllallahu aleyhi va səlləmin hədisləri, Allahu Təalanın endirdiyi kitabın hökmündəndir.

  2. Elmi açıqlamaq, yaymaq və öyrətmək lazımdır.

  3. Alimlərdən ayrılmamaq və elmə rəğbət edərək aza qane olmaq lazımdır.

  4. Elmi, dünyadan və dünya qazancı ilə məşğul olmaqdan önə çəkmək lazımdır...

[Cəmiu Bəyanil Elmi va Fadlihi]

Hiç yorum yok: