9 Kasım 2016 Çarşamba

Əməlləri Puç Edən Dil!


Tərcümə: Darul İttiba


  İbn Qeyyim rahiməhullah "Dərd və Dəva" kitabında (səh.200-201) dil və ondakı müsibətlər haqqında belə deyir; “ Əgər qəlbindəkini bilmək istəyirsənsə dilinin hərəkətinə bax. Çünki o səni -sahibi istəsə də, istəməsə də- qəlbdə olana mütləq götürər.

   Yəhya b. Muaz deyir ki; “Qəlb qazan kimidir, içindəkilərlə birlikdə durmadan qaynayar. Onun çömçəsi isə dildir. ”

   Danışarkən adamın dilinə (danışığına) bax. O sənə -acı və ya şirin, doğru və ya yalan- qəlbdəkini çömçəylə götürüb təqdim edər. Qazandan çömçəylə çıxardığınla yeməyin dadına baxdığın kimi, bir çömçə olan dilinin qəlbindən çıxardığıyla da qəlbindəkinin dadını da bilərsən. Beləcə işin həqiqətini öyrənərsən.

   Heyrət edilən bir hal var ki, o da budur: insana haram yemək, zülm, zina, oğurluq, içki içmək, harama baxmaq və s. dən qorunmaq və uzaqlaşmaq asan gəlir, ancaq dilinin hərəkətini nəzarət altına almaq çətin gəlir. Zühd, dindarlıq və çox ibadətdə barmaqla işarə edilən bir adam görərsən ki, nə dediyini bilmədən və önəmsəmədən Allahın qəzəbini cəlb edəcək elə sözlər sərf edər ki, tək kəliməsindən dolayı şərqlə qərb arasındakı məsafədən daha dərinlərə düşər. Fuhşiyyatdan və zülmdən şiddətlə çəkinən necə insanların, nə dediyinə diqqət etmədən daima həyatda olanlara və ölənlərə iftira atdığını görə bilərsən.

    Hadisənin dəhşətini öyrənmək istəyirsənsə, Muslimin Səhihində Cundub b. Abdullah radiyallahu anh kanalıyla rəvayət etdiyi Rasulullah səllallahu aleyhi va səlləmin bu hədisinə bax; “Bir nəfər; 'Vallahi, Allah filanı bağışlamayacaq.' dedi. Bunun üzərinə Allah: 'O kimdir ki, mənim haqqımda əhkam kəsərək filanı bağışlamayacağımı söyləyir? Budur... O filanı bağışladım, o kimsənin əməlini isə yox etdim, sildim.' dedi.” Budur, Allahın dilədiyi qədər (illərlə) Ona ibadət edən bu abidin tək bir sözündən dolayı bütün əməlləri silinmişdir.

   Eyni hədisi Əbu Hureyrə radiyallahu anh da rəvayət etmişdir. Əbu Hureyrə radiyallahu anh sonunda belə demişdir: “Dünyasını və dinini həlak edən bir cümlə danışdı.”

Hiç yorum yok: