3 Kasım 2016 Perşembe

Həsəd Xəstəliyi!



Müəllif: Əbu Muaz Seyfullah Ərdoğmuş
Tərcümə: Darul İttiba

   Tarix kitabları həsəd haqqında çox maraqlı bir hekayədən bəhs edir, bu çox məşhur hadisədir. Nəql edildiyinə görə xəlifələrdən birinin zamanında çox zəngin bir adam bir gün bazardan bir kölə alıb evinə gətirir. Köləsinə bir kölə kimi deyil, əsl zadəgan kimi davranır, ən gözəl və ən bahalı paltarlar alır ona, ən dadlı yeməkləri yedirir, bol bol pul verir, istədiyi şəkildə xərcləməsini tapşırır. Bir sözlə, öz oğluymuş kimi davranır. Ancaq kölənin diqqətindən qaçmayan bir nöqtə vardır, ona bu qədər yaxşı davranan sahibi həmişə düşüncəli bir haldadır, daima kədərlidir. Bir gün sahibi, ona edə biləcəyi ən böyük yaxşılığı da edər, onu azad edəcəyini söyləyərək yaxşı bir iş qurub sərmayə olaraq da külli miqdarda pul verəcəyini də deyər. Kölənin sevinci sonsuzdur. O gecə adam köləsini yanına çağırıb onunla dərdləşmək istədiyini söyləyər və ürəyini açıb danışmağa başlayar; “Bax övladım” deyər, “Sənə bu qədər ummadığın yaxşılıqları etdim, hətta səni azad etməyə və sərmayə olaraq istifadə edə biləcəyin yüklü miqdarda bir pul da verməyə niyyət etdim. Bütün bunları niyə etdiyimi bilirsənmi?” Kölə; “Xeyr” deyər, adam; “Sənə bu qədər yaxşılıq etdim, qarşılığında səndən sadəcə bir istəyim var.” deyər, “Bu istəyimi yerinə yetirsən sənə verdiyim hər şey halal olsun, ancaq istəyimi yerinə yetirməsən, haqqımı halal etmərəm. Üstəlik istəyimi yerinə yetirdiyin təqdirdə bu günə qədər verdiklərimdən qat qat daha çoxunu verəcəyimi bilmiş ol! ”  Kölə; “Əmriniz başım üstünə! Siz mənim sahibimsiniz, hər əmrinizi yerinə yetirməyə hazıram. Siz məni yenidən həyata qovuşdurdunuz, nə istəsəniz edərəm...” deyə cavab verincə, adam; “Yox, belə olmaz” deyər, “Mənə söz verməlisən. İstədiyimin nə olduğunu öyrəndikdən sonra imtina edəcəyindən qorxuram!”
   Bunun üzərinə kölə o nə istəsə edəcəyinə dair and içib söz verər, adam ondan söz aldıqdan sonra “İndi məni yaxşıca dinlə” deyər və davam edər; “Mənim təyin edəcəyim bir zamanda və məkanda başımı kəsəcəksən.”
   Kölə heyrət içində donub qalar, qulaqlarına inana bilməz; “Ey Sahibim! Bu necə ola bilər?” desə də fayda etməz, sahibi qərarlıdır, Belə bir şeyi qəbul etməyəcəyini izah etməyə çalışar, fəqət sahibi ona vermiş olduğu sözü xatırladaraq köləni razı salar.
   Gecə yarısına doğru adam gedib köləni oyadar, əlinə kəskin bir bıçaq verib arxasıyca gəlməsini söyləyərək evin damına çıxar, oradan da atlanıb digər bitişikdəki dama keçərlər, oradan da atlanıb o biri  bitişikdəki dama keçərlər. Adamın qonşusunun evidir bura. Orada pul dolu kisəni köləsinə verib; “Bu pul sənin olsun” deyər, “Mənim başımı bax burada kəsəcəksən, sonra isə istədiyin yerə gedə bilərsən.” Kölə təəccüblə donub qalmışdır. “Niyə sizi öldürməyimi istəyirsiniz?” deyə soruşar, sahibi; “Üzərində dayandığımız bu dam, qonşumun evinin damıdır. Mən bu qonşumu hədsiz dərəcədə qısqanıram. Nə edim gözüm götürmür, adamı görməyə belə dayana bilmirəm, ölsəm ondan yaxşıdır. Biz ticarətdə bir birimizin rəqibiydik, amma indi adam məndən önə keçib, hər xüsusda məndən öndədir. Hirsimdən yanıb yanıb kül oluram, dayana bilmirəm mən bu adama! Nəhayət fikirləşib bu çarəni tapdım! Özümü öldürtməklə cinayəti onun üzərinə yıxmağa qərar verdim, beləcə onu zindana atacaqlar və mən də rahatlaşacağam. Yoxsa başqa cür rahatlaşa bilməyəcəyəm. Bu cinayət şübhəsiz ki onun üstündə qalacaq, çünki biz bir birimizin rəqibiydik. Sabah cəsədi tapdıqlarında (filankəsin evində tapdıq, onsuz da onlar rəqib idilər, o halda adamı mütləq bu öldürüb!) deyərək onun yaxasına yapışacaq və cinayət gönahıyla edam edəcəklər. Mənim də istədiyim elə budur!”
   Kölə eşitdikləri qarşısında dəhşətə gəlir. “Bir insan ancaq bu qədər alçala bilər. Sənin kimi axmaq və alçaq birinin haqqı da ölümdür” deyərək onun istəyini yerinə yetirər, başını kəsib pulları da götürərək çıxıb gedər. Çox keçmədən cəsədi qonşunun damında taparlar. Adamı tutub zindana atarlar. Ancaq bir yandan da; “Əgər qatil bu adamdırsa, onu niyə öz evinin damında öldürsün ki?... Bu işdə bir iş var...” deməkdədir hər kəs.
   Bir müddətdən sonra hadisənin əsli ortaya çıxar. Vicdanı rahatsız olan kölə, qadı`nın yanına gedib danışar, “Tutduğunuz adam günahsızdır, onu öz istəyi ilə mən öldürdüm, bu adama qatil damğası vura bilmək üçün planladı hər şeyi. Qısqanclıqdan yanıb alışırdı, axırda öz həyatına qıyacaq qədər irəli getdi.” deyər. Məsələ beləcə aydınlaşdıqda qatil olaraq zənn edilən qonşu və kölə sərbəst buraxılar, hadisə də tarix səhifələrinə keçər bütün qəribəliyiylə.

 Bu bir xəstəlikdir; insan buna mübtəla ola bilər...

Bu qısqanclıq xəstəliyidir, HƏSƏDDİR!

Hiç yorum yok: