1 Kasım 2016 Salı

Tabe Olunacaq Dəlilin Səhih Olması Şərti

   
Müəllif: Əbu Muaz Seyfullah Ərdoğmuş
Tərcümə: Darul İttiba


   Şübhəsiz səhih hədislər elm ifadə edərkən, zəif hədislər zənn belə ifadə etməz. Allah Azzə və Cəllə zənnə tabe olmağı qadağan etmişdir; "Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar." {Ənam 116}
   "Şübhəsiz ki, zənn həqiqəti heç cür əvəz edə bilməz." {Yunus 36}
   "Halbuki buna dair heç bir bilgiləri yoxdur. Sadəcə olaraq zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz." {Nəcm 28}
   "Bilmədiyin bir şeyin ardıyca düşmə ." {İsra 36}

   Bir kimsə, hər hansı bir məsələdə zəif hədisə əsaslanırsa, o kimsə əslində bilmədiyi bir şeyə əsaslanır deməkdir. Çünki zəif hədis elm ifadə etməz. Zəif hədis isnadında və ya mətnində bir sıxıntıdan dolayı Allah Rəsulu Səllallahu aleyhi va səlləmə nisbət edilməsi çox kiçik bir ehtimal olan hədisdir. Yəni bu qəti elm deyildir, zəifdir. Buna görə Allah Azzə və Cəllənin;" Bilmədiyin bir şeyin arxasınca düşmə, çünki göz, qulaq bunlardan məsuldur." ayəsiylə muhatabdır.İnsan bunlardan sorğuya çəkiləcəkdir. Şübhəsiz ki, zəif hədislə əməl edən , Rasulullah səllallahu aleyhi va səlləmə aid olduğunu bilmədiyi şeyin arxasınca düşməkdədir.
   Abdullah b. Əhməd b. Hənbəl dedi ki;"Atama, içində Rasulullah səllallahu aleyhi va səlləmdən, səhabədən və tabiindən rəvayətlər olan bir kitabı, səhihini zəifini ayırd edə bilməyən kimsənin oxuyub istədiyini seçməsi, onunla əməl etməsi və fətva verməsi caizdirmi? " deyə soruşdum. "Elm əhlindən səhih olanını soruşmadıqca əməl edə bilməz." dedi.
 [İlamul Muvaqqin (4/179)]

   İmam Muslim belə demişdir;"Allah sənə rəhmət etsin, bil ki, hədis sənəti və səbəbini bilmək, səhihini səhih olmayandan ayırmaq hədis əhlinə məxsusdur. Çünki onlar insanların rəvayətlərini əzbərləmiş, onu başqalarından daha yaxşı tanıyırlar. Çünki dinlərini əsaslandırdıqları əsil, Nəbi Səllallahu aleyhi va səlləmin zamanından bu əsrə gəlincəyə qədər əsrdən əsrə nəql edilən sünnətlər və əsərlərdir. "
 [Muslim, ət Təmyiz (s. 218)]

   İbn Rəcəb belə demişdir;" İmamlar və hədis əhlinin fəqihləri, harada olursa olsun səhih hədisə tabe olurlar."
[Fədlu Elmis Sələf (s. 57) ]

   Şeyxulİslam İbn Teymiyyə belə demişdir;"Şəriətdə səhih və həsən olmayan zəif hədislərə əsaslanmaq caiz deyildir."
 [Məcmuul Fətava (1/250)]

   Hafiz İbn Həcər, belə demişdir;"Hədisin hökmlər haqqında olmasıyla fəzilətlər haqqında olması arasında fərq yoxdur. Çünki bunların hər biri dindir. "

 [Təbyinul Acəb (s. 3-4) ]

Hiç yorum yok: