17 Kasım 2016 Perşembe

Qız-Oğlan Qarışıq Məktəblərdə Təhsil Almanın Hökmü!

  

Yazı sahibi: Əbu Muaz Seyfullah
Tərcümə: Darul İttiba

 
Sual: Yeddi yaşından kiçik oğlan və qız uşaqlarının eyni sinifdə din və Quran dərsi görmələri caizdirmi?

Şeyx Əhməd b. Yəhya ən Nəcminin cavabı; Belə etmək olmaz. Ta ki qız uşaqları oğlanlarla oturub danışmağa öyrəşməsinlər və kiçiklər arasında bir birinə maraq başlamasın. Bunu tərk etmək din üçün və qızların oğlanlardan uzaq qalması üçün daha ehtiyyatlıdır.”
  [ Qaynaq: Əsilətu Zülqarneyn əl Əndənusi]


Şeyx  İbn Bəz rahiməhullah belə demişdir:  “əl Cəzirə jurnalının 3754 sayı və 15.04.1403 tarixli buraxılışında bir yazarın, ibtidai siniflərdə oğlanlarla qızların qarışıq oxumalarının pis nəticələri haqqında bir yazısından xəbər tutdum və bu xüsuslara toxunmaq ehtiyacı hiss etdim;

   Şübhəsiz ki, Kişi qadın qarışıqlığı bir çox şərrin və böyük pisliklərin vəsiləsi olub, caiz deyildir. Necə ki, Nəbi səllallahu aleyhi va səlləm belə buyurmuşdur; “Uşaqlarınıza yeddi yaşına gəldiklərində namazı əmr edin və on yaşına gəldiklərində bundan dolayı döyün. Yataqlarını da ayırın.”
   Nəbi səllallahu aleyhi va səlləm onların yataaqlarının ayrılmasını ancaq birinin digərinə on yaşlarında və daha böyük yaşlarda yaxınlaşıb oğlanlarla qızlar arasında meydana gələ biləcək bir çirkinliyin qarşısını almaq üçün əmr etmişdir. Şübhə yoxdur ki, məktəblərdə onların bir yerdə olmaları, hər gün buna bir vəsilədir. Yenə bu, daha sonrakı zamanlarda da bir biriylə ünsiyyət etmələrinə bir vəsilədir.

   Hər halukarda məktəblərdə oğlanlarla qızlar arasında ünsiyyət münkərdir, səbəb olacağı muxtəlif pisliklərdən dolayı caiz deyildir. Din də şirk və günaha səbəb ola biləcək pisliklərin önünü tıxasa belə, yenə də kamil olaraq gəlmişdir. Buna dəlalət edən bir çox ayə və hədislər vardır. Şayət burada sözü uzatmış olmasaydıq əlbəttə onlardan bir çoxunu zikr edərdim. Allamə İbnul Qeyyim rahiməhullah İlamul Muvakkiin kitabında bunlardan doxsan doqquz dəlil zikr etmişdir. Bu yazara və digərlərinə nəsihətim; müsəlmanlara qapalı olan şərr qapılarını açmağa qalxmamalarıdır. Allahdan hər kəs üçün hidayət və müvəffəqiyyət diləyirəm.”


Hiç yorum yok: