30 Kasım 2016 Çarşamba

Namaz Qılmayan Kimsənin Nigahı!



Yazı sahibi: Əbu Muaz Seyfullah
Tərcümə: Darul İttiba



Sual:
Namaz qılmayarkən evlənən kimsənin nigahı səhihdirmi?   Tövbə etdikdən sonra nigahın yenilənməsi lazımdırmı? Nigah yenilənmədən əvvəl meydana gələn uşaqların hökmü nədir?

   Şeyx Muqbil b. Hadinin cavabı:
   Alimlərin görüşlərindən səhih olanına görə namazı tərk edən kafir sayılar. Çünki Rasulullah səllallahu aleyhi va səlləm;
“Qul ilə küfr və ya şirk arasında namazın tərki vardır.”
buyurmuşdur. Əbu Davudun sünənində Burayda radiyallahu anh, Nəbi səllallahu aleyhi va səlləmin belə buyurduğunu rəvayət edir;
“Bizimlə onlar arasındakı əhd namazdır. namazı tərk edən kafir olmuşdur.”

   Buna görə elm əhlinin görüşlərindən səhih olanı, bu nigahın batil oluşudur. Nigahın təzələnməsi lazımdır. Uşaqlara gəlincə, bunlar onun uşaqlarıdır. Çünki nigah bir şübhə üzərinədir. Yenə elm əhlinin cumhuruna görə onlar namazı tərk edəni kafir görməzlər. Fəqət siz namazı tərk etmənin kafir olacağını eşitdiniz. Səhih olan onun kafir olduğudur. Allah yardımcımız olsun.”

   [Əsilətu Əhli Təris]


   

     Əbu Muaz (hafazahullah)ın bu fətva haqqındakı qeydi;

    ... Şeyx Muqbil rahiməhullahın bu fətvası ilə bağlı olaraq bunları xatırlatmaq lazımdır: Məsuliyyət ancaq elmlə başlayar. Bilavasitə, namazın tərkinin küfür olduğunu bilmədən əvvəl nigahlanmanın ləğv olması mümkün deyildir. Necə ki, Rasulullah səllallahu aleyhi va səlləm cahiliyyə dönəmində kəsdirilən kəbinlərin yenilənməsini əmr etməmişdir. Namazın tərkinin küfür olduğunu öyrəndikdən sonra namazı tərk etməyə davam edən və müsəlman olduğunu iddia edən kimsələr isə münafiq hökmündədirlər, dünyadakı hökm olaraq kəbinləri və əqdləri keçərlidir. ancaq bu kimsələrin allah qatındakı hökmləri hallarının həqiqətinə görə olar. Buna görə ər-arvaddan biri namazın tərkinin küfür olduğunu bilməklə yanaşı, namazı tərk edərsə, onun yoldaşı, kabininin batil hala gəldiyini və insanlar qatında nigahı keçərli sayılsa belə, bu nigahı davam etdirməyin zina olduğunu bilməlidir.

Yeyilməsi Haram Olanın, Satılması Da Haramdır!

Müəllif; Əbu Muaz Seyfullah
Tərcümə; Darul İttiba


Cabir radiyallahu anhdan; “Məkkənin fəth edildiyi il Nəbi səllallahu aleyhi va səlləmi Məkkədə eşitdim, belə buyururdu; “Allah Azzə və Cəllə içki, ölmüş heyvan (leş), donuz və bütlərin alqı satqısını qadağan etdi.” Bunun üzərinə; “Ey Allahın Rasulu! Ölmüş heyvanların iç yağı haqqında nə buyurursunuz, çünki onunla gəmilər yağlanır, dərilərə sürülür, çıraqlar aydınladılır.” deyildi. Cavabında; “O(nun satışı) haramdır.” buyurdu və əlavə etdi; “Allah Yəhudilərin canını alsın. Allah onlara ölmüş heyvanların iç yağını haram etdiyi vaxt bu yağı əritdilər, sonra satıb pulunu yedilər.”” [  Səhih.Əhməd (3/324); Buxari (2236); Muslim (1581); Əbu Davud (3486); Tirmizi (1297); Nəsai (4669); İbn Macə (2167) ]

   Abdurrahman b. Valə, İbn Abbas radiyallahu anhumaya üzüm şirəsi haqqında sual verincə ondan bu cavabı almışdır; “Bir nəfər Rasulullah səllallahu aleyhi va səlləmə bir şərab dağarcığı hədiyyə etmişdi, (Rasulullah səllallahu aleyhi va səlləm)ona; “Allahın bunu haram etdiyini bilmirsənmi?” dedi. Adam; “Xeyr, bilmirəm.” cavabını verdi və yanında olan birinə nəsə pıçıldadı. Rasulullah səllallahu aleyhi va səlləm adamdan; “Ona nə pıçıldadın?” deyə soruşduqda, adam; “Onu satmasını əmr etdim.” dedi. Rasulullah səllallahu aleyhi va səlləm; “İçilməsi haram olanın satılması da haramdır.” buyurdu və iki şərab dağarcığının ağızlarını açaraq içlərini boşaltdı.”  [Səhih. Muslim (1579); Malik (2/846); Nəsai (7/307-308)]

İbn Abbas  radiyallahu anhumadan; Nəbi səllallahu aleyhi va səlləm buyurdu ki; “Allah yəhudilərə lənət etsin. Leşlərin iç yağları onlara haram edilincə onu satdılar və qazancını yedilər. Şəkk yoxdur ki, Allah bir qövmə bir şeyin yeyilməsini haram edincə, onun qazancını da haram edər.” [Səhih.Əhməd (1/293, 322); Əbu Davud (3488)]


   * Bu hədisdə iç yağlarının istifadəsi deyil, satılması və qazancının yeyilməsi haram edilməsi var. Beləcə harama götürən bir vəsilə olan hiylə də yox edilmişdir.

29 Kasım 2016 Salı

Bir Kəsə Şəhid Hökmü Vermək!

Sual:
Möhtərəm Şeyx! Peyğəmbər səllallahu aleyhi va səlləm demişdir; “Şəhidlərin seyyidi Həmzədir..” Bir kəsi şəhid adlandırmağın qaydası nədir? Döyüşdə ölən bir kəsə şəhid demək olarmı? Yaxud saleh bir insan həbs edilir və zindanda vəfat edir, o kəsə şəhid demək icazəlidirmi?

   Şeyx İbn Useyminin cavabı:
   Şübhəsiz ki, şəhid sözü insanın sevdiyi bir sözdür. Uca Allah buyurur; “Şəhidlər isə öz Rəbbi yanındadırlar. Onların öz mükafatları və öz nurları vardır.” {Hədid 19}

   Lakin Allah Rasulu səllallahu aleyhi va səlləmin şəhid adlandırdıqlarından başqa bir kəsi xüsusiləşdirərək şəhid adlandırmaq olmaz. Əgər görsək ki, bir nəfər kafirlərlə döyüşüb öldürüldü. Biz ona şəhid demirik. Fəqət deyirik; “Şəhidlərdən olmasını diləyirik! Yaxud ümumi olaraq deyirik ki, Allah yolunda öldürülən hər kəs şəhiddir. Çünki şəhadət bizdən gizli olan bir məsələdir və qəlbdəki niyyətə bağlıdır. qəlbdə olan niyyət isə bizə məlum deyil. Məhz bu səbəbdən də, Peyğəmbər səllallahu aleyhi va səlləm buyurmuşdur; “Hər yaralanan kəs Allah yolunda yaralanmır. Uca Allah onun yolunda yaralanan kəsin kim olduğunu daha yaxşı bilir!” Məsələyə bu cür yanaşmaqın ehtiyyatlı yanaşmadır. Sanki Peyğəmbər səllallahu aleyhi va səlləm demək istəyir ki; “Hər öldürülən, yaxud yaralanan kəsin Allah yolunda olduğuna hökm verməyin. Çünki Allah həqiqətən, Onun yolunda kimin yaralandığını yaxşı bilir.” Belə olduğu təqdirdə, biz məsələni zahirinə görə qiymətləndirmirik. Yəni, demirik ki, filankəs şəhiddir. Çünki ola bilsin ki, onun qəlbində nəsə olsun, lakin biz bundan xəbərsiz olaq. Ola bilər ki, kimsə ona “Şücaətlidir!” desinlər deyə döyüşür. Ola bilsin ki, milliyətçilik uğrunda vuruşur, yaxud təəssübkeşlikdən dolayı vuruşur. Və ola bilər ki, Allah kəliməsinin uca olması uğrunda döyüşür. Məhz bu Allah yolunda döyüşməkdir. Yəni, bu niyyətə bağlıdır. İkincisi, biz demirik; “Filankəs şəhiddir!” Çünki onun şəhid olduğunu söyləsək, gərək onun Cənnətlik olduğuna da şahidlik edək. Çünki şəkk yoxdur ki, hər bir şəhid Cənnətlikdir. Biz isə Peyğəmbər səllallahu aleyhi va səlləmin şahidlik etdiklərindən başqa, kiminsə müəyyən olaraq Cənnət əhli olduğuna şahidlik edə bilmərik. Ola bilər ki, biz kiminsə şəhid olduğunu deməyək, lakin həqiqətdə isə, o, Allah dərghahında şəhidlərdən sayılsın. Bizim ona şəhid deməməyimizin ona bir zərəri varmı? Xeyr!
  Yaxud ola bilər ki, biz kiməsə şəhid deyək, lakin həqiqətdə isə, o, Allah qatında şəhidlərdən sayılmasın. Belə olan halda, bizim ona şəhid deməyimizin ona heç bir faydası yoxdur! Bir halda ki məsələ belədir, elə isə nə üçün bilmədiyimiz bir şey haqda susmayaq? Lakin (ümmi olaraq) deyirik ki, kim Allah yolunda vuruşarsa, o şəhiddir. Həmin şəxsin Allah yolunda döyüşənlərdən və şəhidlərdən olmasını diləyirik!


[ Şeyx İbn Useyminin səs yazısından alıntı]

Əri Namaz Qılmayan Qadın Nə Etməlidir?


 Sual:
   Əri çox zaman namaz qılmayan bir qadının əriylə olan vəziyyəti zina sayılırmı? Bu halda qadın nə etməlidir? Bu halda dünyaya gələn uşaqların dini hökmü nədir?

   Cavab:
   Həmd ancaq Allahadır.

  Birincisi; müsəlman qadının, dinindən və əxlaqından razı olunan saleh bir kişini (ər olaraq) seçməsi lazımdır. Namaz, İslam dininin ən böyük ruknudur.  Hətta İslamın ikinci ruknudur. Bu səbəblə bir qadının, namaz qılmağı, dinin dirəyini ehmal edən bir kişiylə evlənməyi qəbul etməsi ona halal deyildir.

  İkincisi; Bir qadın, heç namaz qılmayan bir kişiylə evləndiyi zaman, bu nigahın keçərli olub-olmaması mövzusunda alimlər arasında görüş ayrılığı vardır. elm əhlinin cumhuruna görə bu nigah keçərlidir. Çünki fərziyətini inkar etmədən namazı tərk edən, fasiqdir, kafir deyildir.

   Bəzi alimlər isə, bu nigahın batil olduğu görüşündədirlər. Çünki namazı tamamilə tərk edən kafirdir, müsəlman deyildir.

   Fəqət hər nə vəziyyətdə olursa olsun, bir qadın, namazı tərk etmənin küfür olmadığına inanaraq və ya namazı tərk etmənin hökmünü bilmədən və yaxud da öz ölkəsində namazı tərk edənin günahkar müsəlman olduğuna dair bir fətva verilmiş və elm əhlindən belə deyənin görüşünü təqlid edərək namazı tərk edən bir kişiylə evlənibsə, bu halda qadının nigahının batil olduğuna hökm edilməz.

  Namazı tərk edənin nigahının batil olduğunu qəbul etsək belə, sualda zikr edilən nigah zina deyə isimləndirilə bilməz. Çünki bu mövzu, elm əhli arasında mötəbər bir ixtilafdır. Belə bir mövzu da zina deyə qiymətləndirilməz.

   Üçüncüsü;   Əgər arada namaz qılırsa, uyğun olan görüşə görə onun küfrünə hökm edilə bilməz.

   Şeyxul İslam İbn Teymiyyə rahiməhullah bu mövzuda belə demişdir;
   “Şübhəsiz bir çox insan, hətta insanların çoxu, bir çox müsəlman bölgədə beş vaxt namazları nə mühafizə edib daimi qılırlar, nə də tamamilə tərk edirlər. Əksinə, aradfa qılırlar, arada da tərk edirlər. Bu səbəblə bu kimsələrdə iman və nifaq birlikdə olur. Bu kimsələr haqqında miras və bənzər hökmlər kimi İslamın açıq hökmləri icra olunar.”   [Məcmuu Fətava (c. 7, s: 618)]

   Dördüncüsü; Hökmün bilinməməsi və ya elm əhlindən keçərli olduğunu söyləyənin görüşünün təqlid edilməsi səbəbiylə ər arvadın, nigahının keçərli olduğuna inanaraq qurulan hər evlilik, bir sıra dini nəticələrin meydana gəldiyi və uşaqların atalarına nisbət edildiyi bir nigahdır.

   Şeyxul İslam İbn Teymiyyə rahiməhullah bu haqda belə demişdir;
   “Müsəlmanlar, ərin keçərli nigah olduğuna və xanımıyla əlaqədə olfuğu zaman doğacaq olan uşağın ona nisbət ediləcəyinə inandığı hər nigahın keçərli olduğu, hər ikisinin də miras ala biləcəyi mövzusunda ittifaq etmişdir. Çünki nəsəbin sübutu üçün nigahın keçərli olmasına ehtiyac yoxdur.” [Məcmuu Fətava (c. 34, s: 13)]

   Şeyxul İslam İbn Teymiyyə rahiməhullah yenə belə demişdir;
   “Ər, nigahın səhih olduğuna inanarsa, bu nigahda hədd yoxdur. Əksinə, bu nigah ilə nəsəb (doğacaq olan uşaq) ona ilhaq edilər. Bu nigaha mehr də lazımdır.” [Məcmuu Fətava (c. 3, s: 132)]

   Beşincisi; Ər çox zaman namazı tərk edirsə, qadının, bir çox elm əhlinə görə küfür sayılan bu böyük günahı tərk etməsi üçün ərinə nəsihət edib öyüd verməsi və onu Allahın qəzəbi ilə qorxutması lazımdır. Ərinə təkrar-təkrar nəsihət edib öyüd verməkdən bezməməli və ümidsizliyə qapılmamalıdır.

   Heç namaz qılmayan ərin nigahında olan və ondan qurtulma imkanı olan hər qadına nəsihətim, o ərdən qurtulmasıdır.

   Allahu Təala ən yaxşı biləndir.


   Şeyx Muhəmməd Saleh əl Münəccidin rəhbərlik etdiyi (islamqa) saytının fətvası (№:213402)

28 Kasım 2016 Pazartesi

Namaz Qılan, Oruc Tutan Və Gecə Namazına Qalxan, Fəqət Ailəsinə Və Qonşularına Pislik Edən Kimsə!


   Şeyx Muhəmməd Saleh əl Munəccidə belə bir sual verildi:

Sual:
   Namazlarını məsciddə qılan, gecə namazına qalxan, bazar ertəsi və cümə axşamları orucu ilə hər ayın 13, 14 və 15-ci günlərində oruc tutan, fəqət bununla yanaşı hər gün zövcəsi, qonşusu, zövcəsinin tanışları və başqa kimsələrlə daima mübahisə edən əxlaqsız kimsə haqqında nə deyirsiniz?


Cavab:
   Həmd, ancaq Allahadır.
Peyğəmbər səllallahu aleyhi va səlləmin insanlar arasında həyata keçməsi üçün göndərildiyi ən böyük qayələrdən biri də gözəl əxlaqdır.

   Allahu Təala, əhli Kitabdan bir qrup insanların xaricində, yer üzündə yaşayanlara baxaraq onlara və onların içərisində olduqları şirk, cəhalət və pis əxlaqa qəzəb etdikdən sonra insanlar arasında haqq dini və ədalətli həyatı ayaqda tutması üçün Muhəmməd səllallahu aleyhi va səlləmi göndərmişdir.

   Peyğəmbərimiz Muhəmməd səllallahu aleyhi va səlləm, eyğəmbər olaraq göndərilişindəki qayələrdən biri olan ən böyük qayəni, islam şəriətinin gətirdiyi bütün inanc və hökmləri, gözəl əxlaqı, ədaləti və ehsanı ayaqda tutmaqdır. Muhəmməd səllallahu aleyhi va səlləm peyğəmbər olaraq göndərilişindəki qayələrdən birinin ancaq bu hədəf üçün olduğunu açıqlamışdır. Bunun üçün də, eşidən hər kəsin qəlbinə yerləşdirmək üçün bunu həsr/çərçivələmə ədatı “İnnəmə” ilə ifadə etmişdir.

   Peyğəmbər səllallahu aleyhi va səlləm belə buyurmuşdur; “Mən, ancaq gözəl əxlaqı tamamlamaq üçün göndərildim.” [Əhməd, Müsnəd (2/318); Albani, Silsilətul Əhadisis Səhiha (45)- də həsən olduğunu demişdir.]

   Heç şübhə yoxdur ki, günümüzdə bəzi müsəlmanların qarşı qarşıya qaldıqları və sıxıntı çəkdikləri ən böyük problemlərdən biri də, ibadətlərlə əxlaq yönlərinin bir birilərindən ayrılmasıdır. Belə ki, bəzi insanların etdikləri ibadətlər, adətlər və ya bəzi şəkillərdən ibarət olub nəfs və qəlblərdəki təsirinə önəm vermədən edilən ayinlərə bənzər hala gəlmişdir. Halbuki, _ən vacib ibadətlər olan- İslamın dörd rüknünün qayələrdən biri də nəfsləri tərbiyə etmək və əxlaqı gözəlləşdirməkdir. Məsələn namaz haqqında Allahu Təala belə buyurmaqdadır;

   “Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə ibadətlərin ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir.” {Ənkəbut 45}

   Əbu Hureyrə radiyallahu anhdan rəvayət edildiyinə görə o belə demişdir;
  “Bir nəfər;
  “Ey Allahın elçisi! Filan qadın çox nafilə namaz qılması, nafilə oruc tutması və sədəqə verməsiylə anılır. fəqət o, diliylə qonşularına əziyyət edır. (Bu qadın haqqında nə deyirsən?)” deyə soruşdu.
  Rasulullah səllallahu aleyhi va səlləm;
“O (qadın), cəhənnəmdədir” buyurdu.
Həmin adam yenə də;
  “Ey Allahın elçisi! Filan qadın da az nafilə oruc tutması, az sədəqə verməsiylə anılır. Fəqət diliylə qonşularına əziyyət vermir. (Bu qadın haqqında nə deyirsən?” deyə soruşdu.
   Rasulullah səllallahu aleyhi va səlləm;
   “O (qadın) cənnətdədir” buyurdu.
[Əhməd, Musnəd (2/440); Munziri, ət Tərğib vat Tərhib (s. 3/321); Albani, əs Səhiha (190) Albani səhih demişdir.]

   Nümunə olaraq fərz oruc da belədir.
  Peyğəmbər səllallahu aleyhi va səlləm gözəl əxlaqın, qəbul olunan orucun səmərəsi olduğunu, bu səmərəni tapa bilməyənin, tutduğu orucunun Allahu Təala qatında özünə heç bir fayda verməyəcəyini açıqlamışdır.

   Əbu Hureyrə radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurmuşdur;
   “Kim yalan danışmağı və yalanla iş görməyi tərk etməzsə, Allahın, o kimsənin yeməsini və içməsini tərk etməsinə ehtiyacı yoxdur.”
  [Buxari (1903)]

   Zəkat da belədir. Zəkat, nəfsi təzkiyə etmək və onu günahların kirlərindən və qəlbin afətlərindən təmizləməkdir.

   Allah Azzə və Cəllə bu haqda belə buyurmaqdadır;
Onların mallarından sədəqə götür ki, bununla onları pak edib təmizə çıxarasan. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlikdir. Allah Eşidəndir, Biləndir.” {Tövbə 103}

   Eyni şəkildə İslamın beşinci ruknu olan həcc də belədir;
   “Həcc ziyarəti məlum olan aylardadır. Bu aylarda həcci yerinə yetirməyi niyyət edən kəs həcc ziyarəti əsnasında qadınıyla yaxınlıq etməməli, günah işlər görməməli və mübahisələrə qoşulmamalıdır. Sizin etdiyiniz yaxşılıqları Allah bilir. Özünüzlə azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!” {Bəqərə 197}

   Əgər biz İslam şəriətində gözəl əxlaqın önəmini bildirən Quran və Sünnətdən dəlilləri gətirməyə çalışsaq, burada yazmağa səhifələr yetməz.

   Dəyərli alim İbni Qeyyim rahiməhullah “Mədaricus Salikin” adlı əsərində bir bölüm açmış və o bölümü belə adlandırmışdır;
  “Dinin hamısı gözəl əxlaqdır. Dində gözəl əxlaqı ziyadələşdirən, dində səni daha çox ziyadələşdirmiş olar.”

   (Ey sual verən qardaşım) Sizə düşən iş, zövcənə və qonşularına əziyyət verən o kimsəyə Allahdan qorxmasını və Allah Azzə və Cəllənin onun etdiklərindən razı olmadığını ona xatırlatmaqdır. Hətta Allah azzə və Cəllənin qonşusuna, zövcəsinə və qohumlarına əziyyət edən kimsəyə qəzəbləndiyini və qıldığı gecə namazı ilə nafilə orucun qəlbinə, əxlaqına və hissiyyatına təsirinin harada olduğunu ona xatırlatmalısınız.

   Ona nəsihət edərkən yumşaq üslubdan istifadə edin. onun ibadətə həvəsli olması, inşəAllah ondakı xeyrə dəlalət edər.

   Əbu Hureyrə radiyallahu andan rəvayət edildiyinə görə, o belə demişdir;
   “Bir adam, Peyğəmbər səllallahu aleyhi va səlləmin yanına gələrək;
“Filan kimsə gecə (nafilə) namaz qılır, fəqət səhər açıldıqda oğurluq edir” dedi.
      Rasulullah səllallahu aleyhi va səlləm buyrdu ki;
   “Şübhəsiz onun söylədiyi şey (gecə qıldığı namazı) on oğurluqdan çəkindirəcək.”
[Əhməd, Müsnəd (2/447); Heysəmi “Məcməuz Zəvaid” də (2/261) hədis haqqında belə demişdir; Hədisin raviləri siqadır.]

Yenə də ən yaxşısını Allahu Təala bilir.


27 Kasım 2016 Pazar

Münaqişə Zamanı Həddi Aşmamaq!

Şeyx Rabi əl-Mədxəli -Allah onu qorusun- belə deyir:

Münaqişə etdiyin zaman (hətta bu münaqişən) kafirlə olsa belə onu ən gözəl əxlaq və ən üstün olan (ədəb) ilə et. Münaqişə zamanı:
  • Söyüş söymə
  • Münaqişə etdiyini pisləmə
  • Onu təhqir etmə
  • Onu alçatma
  • Ona tənə etmə
  • Üstünə qışqırıb bağırma.
[مجموع الفتاوى   (2/488)]

26 Kasım 2016 Cumartesi

Qeybət Və Qeybətin Qardaşları





Yazı sahibi: Əbu Muaz Seyfullah
Tərcümə: Darul İttiba



    Əbu Nuaym əl İsbəhani “Hilyətul Övliya”da (9/291-293), Əhməd b. Asimdən belə dediyini rəvayət etmişdir;

   İnsan qeybət etməklə nə bir təşəkkür qazanar, nə liderliyə yüksələ bilər, nə də yemək, içmək və mal kimi dünyalıq şeylərə çata bilər. Ağıl sahiblərinin yanında zərərdə, ümumun gözündə düşük, əmanət sahibi insanların yanında xain, cahillərin gözündə isə rəzil biridir. Belə bir adama da ancaq onun kimi olan biri dözə bilər. Həm dünya, həm də axirətdə onun qədər zərərdə olanını, onun qədər az faydalanını, onun qədər cahilliyini ortaya sərənini, onun qədər çox yük altında olanını görmədim. Təqva sahibi insanlar indan nifrət edər, fasiqlər ondan çəkinər, ağıl sahibləri də ondan uzaq durar.

   Qeybət, üç şeyi özündə cəmləşdirən bir isimdir ki, dördüncüsü ən təhlükəli olanıdır.

    Birincisi, qəlbində başqasının qüsurlarını görməyin, amma bayağı qorxulardan dolayı bunu dilə gətirməməndir.

   İkincisi, bu qüsurları dilə gətirməyin, ancaq haqqında danışdığın insanın adını zikr etməməyindir.

   Üçüncüsü, qəlbində bu qüsurları görüb bağışlamağın, amma yenə də dilə gətirməməyindir.

   İnsanın qüsurlarını söyləyərkən onun adını da zikr etməyin açıqca qiybətə girməkdir ki, belə bir şeyi insan nə özünə, nə də məclis yoldaşları arasında əsla dilə gətirməməlidir. İnsan bunları adət halına gətirdiyi zaman bunun bir üstü olan iftira səviyyəsinə çıxar və artıq olmamış şeyləri də olmuş kimi danışmağa başlayar. Bu şəkildə də həm iftiracı, həm qeybətçi, həm yalançı, həm də üsyançı biri olar və bu zikr edilən şeylərdən birini etməkdən artıq çəkinməz hala gələr. Bütün bunlar da yəqini yox edib şübhəni gətirəcək şeylərdir.

   Bilməlisən ki, qiybətin çıxış nöqtəsi insanın özünü qüsursuz görməsi və özünə çox güvənməsidir. Çünki birində səndə olmayan bir şeyi gördüyün və ya sənda olan bir şeyin bənzərini görmədiyin üçündür ki, qeybətini edərsən. Birinin qeybətini edirsənsə bu, sənin, qeybətini etdiyin kimsənin qüsurlarından daha çox qüsurların olduğu üçündür. Öz qüsurlarının çoxluğunu bəlkə də bilmirsən və ya bəlkə də bilirsən. Bu qüsurlarına baxmayaraq, edəcəyin qeybəti ancaq sənin kimi olan biri xoş qarşılayıb qəbul edər. Qeybətini edib dəyərini aşağı salmaq istədiyin insanın qüsurlarından daha çox qüsurlarının olduğunu bilsəydin, başqasının qeybətini etməkdən uzaq durar, səndəki qüsurlar qala qala başqasının səhvlərini açıb onu qınamaqdan utanardın.  Ancaq sən özündəki qüsurları bilirsən və bu səhvlərdə israr edirsənsə, o zaman günahın başqalarının günahlarından daha böyükdür deməkdir. Edəcəyin qeybətdən razı qalıb bu mövzuda sənə yardım edın insan da öz qüsurlarını görmədə qəlb gözü sənin qəlb gözündən daha kor olan biridir. Elə olmasaydı, bu şeyləri onun önündə zikr etmə cürətini göstərə bilməzdin.

   Böyük bəlalardan necə çəkinirsənsə, qeybətdən də eyni şəkildə çəkin! Çünki qeybət insanın qəlbinə yerləşdikdə və insan belə bir şeyin qəlbinə yerləşməsinə razı olduqda, qeybət qəlbdə digər qardaşları üçün də yer açacaqdır. Qeybətin qardaşları da dedi qodu, zülm, pis zənn, iftira və yalandır.

   Qeybətdən çəkin! Çünki qeybət, onu edən kimsəni dünyada utanc, axirətdə isə rüsvay vəziyyətə salar. Uca Allahın Kitabında da qeybət haramdır.

   Qeybət edən kəs yalan da danışar, iftira da atar. Çünki bu ikisi, imandan uzaq olan şeylərdir. Uca Allah da Peyğəmbər səllallahu aleyhi va səlləmin diliylə möminin malını, canını və haqqında pis bir zənni başqa bir möminə haram etmişdir.

   Haram edilən pis zənn də dilə gətirilməyən və qəlbdə olan pis zənndir. Artıq insan öz qüsurlarını buraxıb başqasının qüsurlarına yönələrək qəlbində pis bir zənn daşıyarsa və bunu dilə gətirərsə günahı nə qədər (böyük) olar? Belə bir halda insan öz qüsurlarına razı olmuşdur deməkdir. Nəfsin, başqasının qüsurlarına yönəlmək istədikdə bu hərəkəti öncə öz qüsurlarına yönəlt. Çünki ixlaslı olan hansı alimin yanına gedib harada qalıb, harada otura biləcəyini soruşsan, sənə; “Harada olursan ol, Allaha qarşı təqva işində ol və başqalarını rahat burax, özünə bax!” deyəcəkdir.


    Ravi deyir ki; “Əbu Abdillaha bu haqda mənə daha çox şeylər söyləməsini istədim, amma başqa bir şey danışmadı.”

Peyğəmbər Səllallahu Aleyhi Va Səlləmin İslama Dəvət Üçün Herakla Yazdığı Məktubu


İbn Abbas radiyallahu anhumanın  rəvayətinə görə, Əbu Süfyan İbn Hərb radiyallahu anh ona xəbər vermişdir ki, o, Qureyş karvanını müşayiət etdiyi zaman Herakl onu öz yanına çağırtdırdı. O vaxt qureyşlilər Şamda ticarət edirdilər. Bu da Peyğəmbər səllallahu aleyhi va səlləmin Əbu Süfyan və (başqa) Qureyş kafirləri ilə Hudeybiyədəki sülh müqaviləsi bağladığı vaxta təsadüf edirdi. Əbu Süfyan yoldaşları ilə birgə İliyaya imperatorun yanına gəldilər. Herakl Rum zadəganlarının əhatəsində ikən qureyşliləri öz məclisinə dəvət etdi. Sonra onları öz hüzuruna çağırtdırdı və tərcüməçisinin gəlməsini əmr etdi. (Herakl) soruşdu: “Peyğəmbər olduğunu iddia edən bu adama nəsəbcə ən yaxın olan hansınızdır?” Əbu Süfyan dedi: “Mən: “Onların nəsəbcə ən yaxın olanı mənəm” deyə cavab verdim.
   İmperator dedi: “Onu yaxına gətirin, yoldaşlarını isə onun arxa tərəfində saxlayın.” Sonra tərcüməçisinə dedi: “Onlara de ki, mən bundan o adam haqqında soruşacağam. Əgər mənə yalan danışsa, siz də onu yalançı hesab edin.” (Əbu Süfyan): “Vallahi, dostlarımın orada-burada mənim yalanım barədə danışacaqlarından utanmasaydım, onun barəsində əlbət ki, yalan danışardım.”
   Sonra (Heraklın) onun barəsində məndən ilk soruşduğu bu oldu: “Aranızda onun əsli-nəsəbi necədir?” Mən: “O, bizim aramızda əsilli-nəsəblidir” dedim.
O soruşdu: “Sizlərdən ondan əvvəl bu sözü deyən (peyğəmbərlik iddiası edən) bir kimsə olubmu?” Mən: “Xeyr!” dedim. O soruşdu: “Heç onun atababalarından padşah olubmu?” Mən: “Xeyr!” dedim. O soruşdu: “Onun ardınca gedənlər xalqın zadəganlarıdır, yoxsa zəifləri?” Mən: “Xalqın zəifləridir” dedim. O soruşdu: “Onlar artırlar, yoxsa azalırlar?” Mən: “Artırlar” dedim. O soruşdu: “İçərilərində onun dinini qəbul etdikdən sonra narazılığa görə dinindən dönən bir kimsə varmı?” Mən: “Yoxdur!” dedim. O soruşdu: “Söylədiklərini deməzdən (bu dinə dəvət etməzdən) əvvəl heç onu yalan danışmaqda ittiham etmişdinizmi?” Mən: “Xeyr!” dedim. O soruşdu: “Heç əhdi pozurmu?” Mən: “Xeyr (pozmur), lakin bizimlə onun arasında müvəqqəti sülh müqaviləsi mövcuddur və bu müddət ərzində onun nə edəcəyini də bilmirik” dedim. Əbu Süfyan dedi ki, mən deyilənlərə əlavə etmək üçün bu kəlmədən başqa bir şey tapa bilmədim. (Herakl) soruşdu: “Heç onunla döyüşmüsünüzmü?” Mən: “Bəli!” dedim. O soruşdu: “Onunla döyüünüz nə ilə nəticələnib?” Mən dedim: “Bizimlə onun arasında gedən döyüş dəyişkəndir. Gah o bizə qalib gəlir, gah da biz ona qalib gəlirik.”
   O soruşdu: “Sizə nəyi əmr edir?” Mən dedim: “O deyir ki, Tək Allaha ibadət edin, heç nəyi Ona şərik qoşmayın, atalarınızın söylədiklərini tərk edin. Habelə namaz qılmağı, zəkat verməyi, doğru danışmağı, iffətli olmağı və qohumluq əlaqələrini möhkəmləndirməyi də bizə əmr edir.”
 Sonra (Herakl) tərcüməçiyə belə buyurdu: “Ona de ki: “Səndən onun nəsəbi barədə soruşdum, aranızda əsilli-nəsəbli olduğunu bildirdin. Həmçinin (əvvəlki) elçilər də öz xalqlarının adlı-sanlı nəslinə mənsub olardılar. Sizlərdən ondan əvvəl bu sözü söyləyən bir kimsə olubmu deyə soruşdum, dedin ki, xeyr. Mən düşündüm ki, əgər ondan əvvəl bu sözü söyləmiş bir kimsə olsaydı, deyərdim ki, bu adam özündən əvvəl deyilmiş bir sözü təkrar edir. Ata-babalarının içində padşah olubmu deyə soruşdum, dedin ki, xeyr. Mən fikirləşdim ki, əgər atababalarından padşah olmuş olsaydı, deyərdim ki, bu adam atasının mülkünü geri almağa çalışır. Söylədiklərini deməzdən əvvəl onu yalan danışmaqda ittiham etmişdinizmi deyə soruşdum, dedin ki, xeyr. Mənə aydın oldu ki, insanlara qarşı yalan danışmayan adam, Allaha qarşı da yalan danışmaz. Onun ardınca gedənlər xalqın zadəganlarıdır, yoxsa zəifləridir deyə soruşdum, onun ardınca gedənlərin xalqın zəifləri olduğunu söylədin.
Elçilərin ardınca gedənlər də məhz onlardır. Onlar artırlar, yoxsa azalırlar deyə soruşdum, dedin ki, onlar artırlar. İmanın vəziyyəti də tamam oluncaya qədər beləcə davam edər. İçərilərində onun dinini qəbul etdikdən sonra narazılığa görə dinindən dönən bir kimsə varmı deyə soruşdum, dedin ki, yoxdur. Təbii ki, bu cür iman qəlblərə daxil olduqda belə olur. Əhdi pozurmu deyə soruşdum, dedin ki, xeyr. Peyğəmbərlər də belə olur, əhdi pozmurlar. Sizə nəyi əmr edir deyə soruşdum. Dedin ki, Tək Allaha ibadət edib heç nəyi Ona şərik qoşmamağı sizə əmr edir və bütlərə tapınmağı sizə qadağan edir. Üstəlik namaz qılmağı, doğru danışmağı və iffətli olmağı da sizə əmr edir. Və əgər sənin dediklərin doğrudursa, onda o, bu ayaqlarımın basdığı yerə sahib olacaqdır. Mən bilirdim ki, o gələcək, lakin sizlərdən olacağını güman etmirdim. Əgər onun yanına gedib çata biləcəyimə arxayın olsaydım, hər halda onunla görüşməyə çalışardım. Və əgər yanında olsaydım, ayaqlarını yuyardım.” Sonra o, Dihyanın  vasitəsilə Busranın hökmdarına  göndərilmiş (və onun tərəfindən Herakla çatdırılmış) Peyğəmbər səllallahu aleyhi va səlləmin məktubunu tələb etdi. Qasid  məktubu Herakla verdi. O da oxudu. Məktubda bunlar yazılmışdı:

    Mərhəmətli və Rəhmli Allahın adı ilə! Allahın qulu və rəsulu Muhəmməddən Rum imperatoru Herakla. Haqq yolu tutub gedənlərə salam olsun! Bundan sonra, mən səni İslama dəvət edirəm. İslamı qəbul et ki, salamat qalasan və Allah sənin mükafatını ikiqat versin. Əgər qəbul etməsən, tabeçiliyində olanların günahı sənin boynunda qalacaqdır. (Sənə Allahın mənə buyurduğunu deyirəm): “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək.” Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”. (Ali İmran 64)

Əbu Süfyan radiyallahu anh: “Herakl deyəcəyini dedikdən və məktubu oxuyub qurtardıqdan sonra
onun hüzurunda hay-küy qalxdı, səslər ucaldı və bizi bayıra çıxartdılar. Onda mən yoldaşlarıma dedim: “İbn Əbu Kəbşənin  işi (dəvəti) o qədər böyümüşdür ki, Bəni Əsfarın  hökmdarı belə ondan qorxur.” Peyğəmbər səllallahu aleyhi va səlləmin qalib gələcəyinə Allah İslamı qəlbimə salıncaya qədər qətiyyətlə inanmağa davam etdim. İliyanın sahibi və Heraklın dostu İbn Nazur Şam xristianlarının baş keşişi idi. O, rəvayət edir ki, Herakl İliyaya gəldiyi zaman, (farslara qalib gəldiyi günlərin birində) səhər oyanarkən əhvali-ruhiyyəsi çox pis idi. Heraklın patriarxlarından bəziləri ona: “Sənin halın xoşumuza gəlmir” dedilər. İbn Nazur deyir ki, Herakl ulduzlara əsasən fala baxan  kahin idi. Odur ki, onların sualına belə cavab verdi: “Mən bu gecə ulduzlara baxarkən Sünnət hökmdarının qalib gəldiyini gördüm. (Bir deyin görək) xalqlar arasında sünnət edənlər kimlərdir?” Onlar dedilər: “Yəhudilərdən başqa heç kəs sünnət etmir. Onların işi səni təşvişə salmasın. Səltənətinin şəhərlərinə xəbər göndər ki, oralardakı yəhudiləri öldürsünlər.” Elə bu vaxt Heraklın hüzuruna Ğəssan hökmdarının Allahın Elçisi səllallahu aleyhi va səlləm barəsində xəbər vermək üçün göndərdiyi adam gətirildi. Herakl qasiddən xəbər aldıqdan sonra (xidmətçilərinə əmr edib) dedi: “Gedin baxın görün, bu (kişi) sünnət edilib, ya yox.” (Xidmətçilər o kişiyə)
baxdıqdan sonra onun sünnət edilmiş olduğunu Herakla xəbər verdilər. Herakl ondan ərəblər barədə soruşdu. (Qasid) dedi: “Onlar da sünnət olunurlar.” Herakl buyurdu: “Budur, bu xalqın hökmranlığı artıq zühur etmişdir.” Sonra Herakl Rumiyyada yaşayan və elmdə (fala baxmaqda) özünə həmfikir olan dostuna məktub yazdı. (Məktubdan sonra) Herakl Himsə getdi və Peyğəmbərsəllallahu aleyhi va səlləmin zühuru və onun həqiqətən də peyğəmbər olduğu barədə fikirlərinə həmrəy olan dostundan məktub alanadək Himsi tərk etmədi. Herakl Rum zadəganlarını Himsdəki qəsrinə dəvət edib qapıların bağlanılmasını əmr etdi. Sonra onların qarşısına çıxıb dedi: “Ey Rumlular! Bu Peyğəmbər səllallahu aleyhi va səlləmə beyət edib nicat tapmaq, doğru yola yönəlmək və bir də mülkünüzün qalmağını istəmirsinizmi?” Onlar (bu sözləri eşidən kimi) vəhşi eşşəklər qaçışına bənzər (sürətlə) qapıya doğru qaçdılar, lakin qapıların bağlanmış olduğunu gördülər. Herakl onlardakı nifrəti gördükdə, iman gətirəcəklərindən ümidini üzüb: “Onları yanıma gətirin!” deyə buyurdu. (Zadəganlar onun hüzuruna gəldikdə isə belə) dedi: “Mən bayaq dediklərimi ancaq dininizə olan sıx bağlılığınızı yoxlamaq üçün söylədim. İndi isə (buna) şahid oldum.” Zadəganlar onun
qarşısında səcdə etdilər və ondan razı qaldılar. Herakl barəsindəki xəbərin (dəvətə olan münasibətinin) sonu belə oldu.


[Buxari (7, 4553); Muslim (4707, 1773/74)]

24 Kasım 2016 Perşembe

Qadının İki Gözünü Açıqda Buraxmasının Hökmü


Müəllif; Əbu Muaz Seyfullah
Tərcümə; Darul İttiba


Bismilləh

   İbn Abbas [Həsən mövquf. Təbəri (19/181); İbn Əbi Hatim (10/3153); İbn kəsir (6/481); Təfsirul Bəğavi (6/376)]   radiyallahu anhuma və Ubeydə əs Salmani [Səhih mövquf. Təbəri (19/181); İbn Əbi Hatim (10/3154); Cəssas (3/458); Suyuti, Durrul Mənsur (8/209); ibn Kəsir, Təfsir (6/482); Bəğavi, Təfsir (6/376)]   radiyallahu anhın Əhzab 59-cu ayəsinin təfsirinə dair hicab vəsflərində qadının təkcə bir gözünü açıq qoya biləcəyi ifadə edilməkdədir. Bu səbəblə bəzi qardaşlarımızın zehnlərində qadının iki gözünü açıq qoyması haqqında şübhə meydana gəlməkdədir. Hətta Səudiyyədə Şeyx Mutləq deyə birinin qadının niqab taxmasının yetərli olmayıb gözlərini də örtməsinin vacib olduğuna dair bir fətva verdiyi xəbəri də internetdə dolaşmaqdadır.

   Həqiqət budur ki, qadının iki gözünü də açıq qoya biləcəyinə dair dəlillər sabit olmuşdur.

   Bunlardan biri ehramda qadınlara niqab və əlcək qadağan edilməsi haqqındakı hədisdir.

   İbn Ömər radiyallahu anhumadan;
   “Rasulullah səllallahu aleyhi va səlləm ehramlı qadınlara bunları qadağan etdi; iki əlcək, niqab, vers ya da zəfəran ilə boyanmış geyim...”  [Səhih. Malik (730); Buxari (3/146); muslim (2012); Əbu Davud (1827); Tirmizi (763); Nəsai (2616); İbn Macə (2920); Əhməd (4252); Darimi (1730)]

   Muaza əl Adəviyyə dedi ki; Aişə radiyallahu anhadan qadının ehramda nə geyinəcəyini soruşdum. O da mənə belə cavab verdi;
   “Üzünü niqab ilə örtməz və lisam (ağzını örtən paltar) da örtməz. Fəqət paltarının bir ucunu üzünün üstündən buraxar.” [Səhih. Beyhəqi (5/47); İbn Hazm, əl Muhəllə (7/91); əl Albani, İrvaul Qalil (1023)]

   Bu hədislər, sahabə xanımlarının ehram xaricində niqab və əlcək istifadə etdiklərinə dəlalət etməkdədir.

   İsmail b. Əbi Xalid, bacısı və anasından nəql edir; O ikisi, Aişə radiyallahu anhanın yanına girdiklərində, onun üzərində qara ximar olduğunu görmüşlər. Ona;
   “Ehramda olan qadın üzünü örtə bilərmi?” deyildikdə baş örtüyünü (ximarını) köksündən başına doğru qaldıraraq;
   “Bunda sıxıntı yoxdur.” dedi.”  [Səhih. Musəddəddən nəql ilə; İbn Həcər, Mətalibul Aliyə (1194)]

   İbn Həcər isə “Ximar və niqab gözlərin altından, burun üzərindən etibarən örtülən örtükdür.” deyir.   [Fəthul Bari (4/53 Darul Marifə nəşri)]

   Üzü və başə tamamilə örtən örtük üçün isə قناعtəbiri istifadə edilməkdədir.

   İkinci dəlil isə, Əbu Hureyrə radiyallahu anhdan; Nəbi səllallahu aleyhi va səlləmin yanındaydım. Bir adam onun yanına gəldi və Ənsardan bir qadınla evlənəcəyini söylədi. Rasulullah səllallahu aleyhi va səlləm ona belə buyurdu;
  “Ona baxdınmı?”
  “Xeyr” dedi. Buyurdu ki;
  “Get ona bax. Çünki Ənsarın gözlərində bir şey var.”   [Həsən. Muslim (1424); Nəsai (3234) İsnadında Yezid b. Qeysan saduqdur, xəta edərdi.
·       Nəsai Sunənul Kubrada (3/273) bunu; Əbu Bəkr əl Mərvəzi- Əhməd b. Məni- Əli b. Haşim- Yezid b. Qeysan- Əbu Hazim- Cabir radiyallahu anh isnadıyla rəvayət etmişdir. Əbu Hureyrə radiyallahu anh yerinə Cabir radiyallahu anhın zikr edilməsi vəhmdir. Bu xətanın saduq ravi olan Əli b. Haşimdən qaynaqlı olması təxmin edilir.]

   Bu hədis, nigahlama tələbi üçün qadının gözlərinə baxmanın cəvazını, dolayısıyla qadınların naməhrəmlərə qarşı gözlərinin övrət olmadığını ifadə etməkdədir.

   Üçüncü dəlil; Subəya bt. Haris radiyallahu anhanın iki gözünün sürməli olduğundan bəhs edən rəvayət, əsri səadətdə qadınların iki gözlərini açıq qoymalarını ifadə etməkdədir.
   Ubeydullah b. Abdillah b. Utbədən;
“Mərvan, Abdullah b. Utbəni Subəya bt. əl Harisə Rasulullah səllallahu aleyhi va səlləmin ona verdiyi fətvanı soruşmaq üçün göndərdi. O da belə xəbər verdi;
   “Özü Sad b. Havlənin nigahında ikən Vida həccində əri vəfat etdi. O Bədir əshabından idi. Subəya, ərinin vəfatından sonra dörd ay on gün tamam olmadan doğdu. Loğusalığı əsnasında Əbus Sənabil b. Bakək ilə qarşılaşdı. Subəya gözlərinə sürmə çəkmişdi. Əbus Sənabil ona dedi ki;
  “Özünə yazığın gəlsin (və ya buna bənzər bir şey söylədi). Deyəsən evlənmək istəyirsən, lakin ərinin vəfatından sonra dörd ay on gün iddət gözləməlisən.” Subəya dedi ki;
   “Mən Nəbi səllallahu aleyhi va səlləmin yanına getdim və Əbus Sənabilin söylədiklərini danışdım. Nəbi səllallahu aleyhi va səlləm buyurdu ki;
   “Doğum etdiyin anda evlənməyin halal olmuşdur.”   [Səhih. Əhməd (6/432); Abdurrazzaq (11722); Təbərani (24/295)]

   Bu hədis açıqca dəlalət etməkdədir ki, Subəya radiyallahu anha iddətinin bitməsindən dolayı gözlərinə sürmə çəkmiş və Əbus Sənabil onun gözlərində sürmə olduğunu gördüyündən dolayı, iddət dönəmi qadağalarına müxalifət etdiyini düşünərək töhmət etmişdir.

   İddət gözləyən qadının sürmə, rəng, xına kimi zinətlərdən qadağan olunması məlumdur.
   Beyhəqi və Təbəri, İbn Abbas radiyallahu anhumadan; “اِلَّا مَا ظَهَرَ مِنْهَا / ancaq özlüyündən görünən qism istisna” {Nur 31} ayəsini sürmə və üzük deyə açıqladığını rəvayət etmişdirlər.   [Həsən. Təbəri (17/258); İbn Vehb, Təfsir (№: 19); Təbəri və İbn Vəhbin isnadlarında Muslim əl Avər əl Məllai zəifdir. Beyhəqi isə eynisini həsən bir isnad ilə rəvayət etmişdir. Sunənul Kubra (№: 3216)]

   Mücahid [Zəif. Təbəri (17/260) Təbərinin isnadında intiqa vardır. Başqa bir tariqdən; İbn Əbi Hatim (№: 15228) bunun isnadında Abdullah b. Qabisa məsturdur.] və Qatadə [Səhih. Təbəri (17/259)]  rahiməhumullah da eyni xüsus bildirmişdir. Şabi isə; “ “Özlüyündən görünən istisna” sözüylə qəsd edilən, sürmə və paltardır.” demişdir.   [Səhih. İbn Əbi Şeybə (3/383)]

   İbn Məsud radiyallahu anhdan da eyni mənada rəvayət edilmişdir.   [Səhih. İbn Əbi Şeybə (4/284); Təfsiru Abdirrəzzaq (4/495); İbn Əbid Dunya, əl İyal (404); Təhavi, Şərhu Məanil Asar (4/332); Təbəri (17/256, 264); Təbərani (9/228); İbn Qatan, Əhkamun Nəzər (s. 136); İbn Həbib, Qayə və Nihayə (s.215); Əl Albani, əl Hicab (s. 41); əl Albani isnadının səhih olduğunu söyləmişdir.]

   Nəticə olaraq, sürmənin görünməsi istər istəməz iki gözü göstərir.


     Allah ən yaxşı biləndir.


23 Kasım 2016 Çarşamba

Möminlərin Anası Xədicənin (radiyallahu anha) Fəziləti

Əli r.a demişdir: “Mən Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə dediyini eşitmişəm: “ (Vaxtı ilə dünyada olmuş) qadınların ən xeyirlisi İmranın qızı Məryəmdir. (Bu ümmətin) qadınlarının ən xeyirlisi isə Xədicədir.” (Buxari 3432, 3815, Muslim 6424, 2430/69) 

Əbu Musa r.a rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurdu: “Kişilərdən bir çoxları kamilliyə çatmışdır. Qadınlardan isə yalnız Fironun həyat yoldaşı Asiya və İmranın qızı Məryəm kamilliyə çatmışdır. Aişənin (radiyallahu anha) digər qadınlardan üstünlüyü isə, ətli şorbanın başqa yeməklərdən üstünlüyü kimidir.” (Buxari 3411, Muslim 6425, 2431/70) 

Əbu Hureyra r.a demişdir: “ (Bir dəfə) Cəbrail Peyğəmbərin (sallallahu aleyhi va səlləm) yanına gəlib dedi: “Ey Allahın elçisi, bax Xədicə əlində bir qab xörək şirəsi, (və ya yemək, yaxud içməyə bir şey bura) gəlir. Sənin yanına gəlib çatanda ona Rəbbindən və məndən salam söylə və Cənnətdə (onun üçün) içiboş mirvaridən (hazırlanmış), içində də nə səs-küy, nə də yorğunluq olan bir ev ilə onu müjdələ!” (Buxari 3820, Muslim 6420, 2432/71)

İsmail İbn Xalid, Abdullah İbn Əbi Aufə: “Peyğəmbər (sallallahu aleyhi va səlləm) Xədicəni (radiyallahu anha) müjdələdimi?” deyə soruşdu. O: “Bəli, səs-küylü və əziyyətli olmayan incidən bir ev ilə müjdələdi” dedi. (Buxari 3819, Muslim 6427, 2433/72)

Heyvanları Həbs Edərək Öldürməyin Qadağan Edilməsi

  Ənəs İbn Məlik r.a rəvayət edir ki, (toyuğu (diri-diri) asıb oxla vuran bir dəstə gənclərin yanından ötəndə) onlara: “Peyğəmbər (sallallahu aleyhi va səlləm) heyvanları (bağlayaraq) hədəf edərək vurmaqdan nəhy etdi”.
(Buxari 5513, Muslim 5169, 1956/58) 

(Bir dəfə) İbn Ömər r.a toyuğu (diri-diri) asıb oxla vuran bir dəstə adamın yanından keçirdi. Onlar İbn Öməri r.a görüb dərhal dağılışdılar. İbn Ömər: “Bunu kim edib? Peyğəmbər (sallallahu aleyhi va səlləm)  belə hərəkət edən kimsəni lənətləmişdir.” (Buxari 5515, Muslim 5173, 1958/59)

22 Kasım 2016 Salı

Təğannisiz Quran Qiraəti!

Allahdan Və Onun Rəsulundan Gələnlərə Sual Vermədən İttiba Edilməlidir!

Şeyx ibn Useymin (rahiməhullah) belə dedi:

- Bir qadağa gəldikdə ondan çəkin və soruşma ki, bu haramdır yoxsa məkruh?

Eləcə də əgər bir əmr gələrsə ona tabe ol və soruşma ki, bu vacibdir yoxsa müstəhəb?

Beləki, səhabələr (radıyallahu anhum), əgər Peyğəmbər (sallallahu aleyhi va səlləm) onlara bir şey əmr edərdisə, onlar "Yə Rasulullah, bununla sən vacibliyi qəsd etdin yoxsa müstəhəbliyi?" deməzdilər, bir başa əmri yerinə yetirərdilər.

Allahın və Onun Rəsulunun (salləllahu aleyhi va səlləm) əmrlərinə ən çox boyun əyənlər, ən güclü imana sahib olan insanlardır.

Uca Allah buyurur: "Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqda möminlərin sözü ancaq: “Eşidirik və itaət edirik!”– demələridir. Nicat tapanlar da məhz onlardır." (ən-Nur, 51)

(Liqaul Bəbil Məftuh, 160)

Əhli Sünnənin Başqalarından Fərqləndirən Əlamətləri!

   
Yazı sahibi: Əbu Muaz Seyfullah
Tərcümə: Darul İttiba


   Şeyx Abdulhəmid əl Hacuri (hafazahullah);
   Rəvayətlərə tabe olan sünnət əhli sələfilərin bir çox xüsusiyyətləri vardır. Bunlardan bəziləri nümunə olaraq bu şəkildədir;
1.   Allah Azzə və Cəllənin kitabı və Rasulullah səllallahu aleyhi va səlləmin sünnətindən dəlillərə önəm verib bunlarla əməl etmək.

2.   Dərs, təhsil və xütbələrdə tövhidə önəm vermək, şirkdən, sehrbazlardan, hoqqabazlardan, kahinlərdən, ərraflardan, saleh kimsələr haqqında həddi aşmaqdan, qəbrlər ətrafında təvafdan, Allah Azzə və Cəllədən başqası adına qurban kəsməkdən və rasulların göndəriliş və kitabların endiriliş səbəbi olan tövhidə zidd olan digər məsələlərdən çəkindirmək.


3.     Allah Azzə və Cəllənin kitabının və Rasulullah səllallahu aleyhi va səlləmin sünnətinin elmini əzbər, araşdırma, öyrətmək və əməl olaraq və elmin digər mövzularında çalışmaq.  “Zəmmul Kəlam və Əhlihi” kitabında (s. 337) nəql edildiyinə görə Vəki rahiməhullah belə demişdir;
   “Kim hədisi gəldiyi kimi tələb edərsə, o sünnət əhlidir.”

   Əl Bərbəhəri “Şərhus Sunnə”də (s. 102) belə demişdir; “Allah sənə rəhmət etsin, bil ki, elm çox rəvayət və kitablarla deyildir. Elmi və kitabları az olsa belə, alim ancaq elmə və sünnətlərə tabe olandır. Elmi və kitabları çox olsa belə, kitab və sünnətə müxalifət edən bidət sahibidir.”

4.     Sünnət ilə əməli geyimində, inanclarında və ibadətlərində araşdırmaq. Onlar izar və köynəklərinin ətəyini baldırlarının yarısına qədər çəkərlər. Əgər daha çox uzatmaq istəsələr, ancaq ayaq biləklərinin üzərinə qədər salarlar. Saqqallarını təraş etməz və qısaltmazlar.  Şalvar geyinməzlər. Ancaq bəziləri dəlili olmayan bəzi fətvalara aldanmaqda və ya maaş üçün məmur olmağı seçməkdədirlər. Onlara etibar edilməz.
    Əl Həsən b. Əli əl Bərbəhəri rahiməhullah, Şərhus Sünnə (s. 108) belə demişdir; “Bidət sahiblərinin tərk etdikləri sünnətləri və onların ayrıldıqları xüsusları bilib o sünnətlərə tutunan sünnət ashabından və camaatdandır. Həqiqətdə o, tabe olunmağa, yardım edilməyə və qorunmağa layiq olandır və Nəbi səllallahu aleyhi va səlləmin vəsiyyət etdiyi şeylərdəndir.”

5.     Yaxşılığı əmr etmək və pislikdən çəkindirmək mövzusunda ciddiyyətlə hərəkət edər və Allahu Təalanın bu sözüylə əməl edərlər;
   “Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır.” {Ali İmran 104}

   Onlar üç qismdə münkərə qarşı çıxarlar. Uşaqlarına qarşı və fitnə olmayan mövzularda əlləriylə qarşı çıxarlar. Şirk olan işlərdə, demokratiya, seçkilərə qatılma, hizbilik, zina, livata, sərxoşedici içkilər içmə kimi əməllərə dilləriylə çəkindirərək qarşı çıxarlar. Əl və dil ilə qarşı çıxmağa gücləri yetməyən xüsuslarda isə qəlb ilə qarşı çıxarlar. Onlar Əbu Said əl Xudri radiyallahu anhın Muslimdə (№: 49) gələn bu hədisiylə əməl edərlər;
   Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Aranızdan hər kim münkər görərsə əliylə qarşı çıxsın. Əgər buna gücü çatmazsa, diliylə, buna da gücü çatmazsa qəlbiylə qarşı çıxsın ki, bu imanın ən zəifidir.”

   Onlar münkərə qarşı çıxmadakı bu qətiyyətləri və bu xüsusda pisliyə meydan buraxmamaları haqqında biri belə bir beyt söyləmişdir;
   “Kim bir pisliyə ondan daha pisiylə qarşı çıxarsa, heyz qanını idrar ilə yuyan kimidir.”

   Pislik, ziddi ilə dəyişdirilə bilərsə, bu ən yaxşısıdır. Əgər pislik ancaq ondan daha xəfif bir pislik ilə dəyişdirilə bilərsə, bu da məşrudur. Əgər zislik ancaq özüylə eyni səviyyədə olan digər bir pisliklə dəyişdirilə bilərsə, bunun bir faydası yoxdur. Bu qism ictihada dayalı bir mövzudur. Amma əgər pislik, ancaq ondan daha pis olan bir şeylə dəyişdirilə bilərsə, bunu etmək haramdır.

6.     Kiçik, ya da böyük hər məsələdə Allah Azzə və Cəllənin kitabına və Rasulullah səllallahu aleyhi va səlləmin sünnətinə mühakimə olarlar. Bu mövzuda Allah Azzə və Cəllənin bu ayəsi ilə əməl edərlər;
    “Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar.”   {Nisa 65}

   (Şeyx Abdulhəmid əl Hacuri dedi ki) Bu qismi şeyximiz Əbu Abdirrahman Yəhya əl Hacurinin 14.2.1427 gecəsi verdiyi dərsdən götürərək bəzi əlavələr etdim.

7.    Hiziblərdən (qruplaşanlardan), ayrılıqlardan, dərnəklərdən və dinə zidd olan hər kəsdən çəkindirərlər.
     Əl Lələkai (№: 53) nəql edir: Əbu Bəkr b. Ayyaş rahiməhullaha sünnət əhli kimdir deyə sual verildiyi zaman belə cavab verdi; “Həvalar (kitab və sünnətə zidd görüşlər) zikr edildiyi zaman onlardan heç bir şeyə təəssüb göstərməyən kimsədir.”

8.     Söz, əməl və inanclarında kafirlərə bənzəməkdən çəkindirərlər. Bunun geyim, demokratiya, seçkilərə qatılmaq, onların üzərində olduqları şeylərə yaxınlıq və sevgi göstərmək kimi xüsuslarda olması fərq etməz.

9.     İstər şərqdə olsunlar, istər qərbdə, onlar ittifaq halındadırlar.

    Əbul Qasım əl Əsbəhəni “Əl Məhəccə” də (2/226) belə demişdir; “Əhli Hədis dini kitab və sünnətdən nəql yoluyla alarlar. Bunun nəticəsi olaraq da ittifaq və uyum içindədirlər.”

10.               Əhməd, əl Əvzai, Malik, Şeyxulislam (İbn Teymiyyə), əş Şevkani, Bəz, Useymin, şeyximiz Muqbil, əl Albani rahiməhullah kimi sünnət imamlarına sevgi bəsləyərlər və kitab ilə sünnəti anlamada onların yolunda gedərlər. Cəhm, Məbəd əl Cuhəni, Bişr əl Mərisi, Rafizilər, Xaricilər, Sufilər, İxvanul Muslimin, Sururilər və Təbliğ camaatı kimi bidət əhlinə də buğz edərlər.

   Əbu Osman əs Sabuni rahiməhullah, “Əqidətus Sələfi Əhlil Hədis”də (171) belə demişdir; “Sünnət əhlinin əlamətlərindən biri də sünnət imamlarını və alimlərini, sünnətin dəstəkçilərini və dostlarını sevmələri, cəhənnəmə dəvət edən və ashablarına atəş yurdunu göstərən bidət öndərlərindən buğz etmələridir. Necə ki, Allah lütfüylə sünnət əhlinin qəlblərini sünnət alimlərinin sevgisi ilə bəzəmiş və nurlandırmışdır.”

11.               Onlar cərh və tədil mənhəcini ehya edərək hizbçilər və digər batil əhlini cərh edərlər, haqq əhlini də tədil edərlər. Beləcə, hər məcruha qarşı çıxan bu mənhəc, bu zamanlarda da onlardan alınar. Birincisi; Allah Azzə və Cəllənin dini xüsusunda cəhalət səbəbiylə o məcruh kimsələrə bənzəyənlər, ikincisi batil əhlinə yaxınlıq göstərənlər, üçüncü olaraq da dinə və dəvətə tələ quranlar ortaya çıxar.

12.               Müsəlmanların idarəçilərinə qarşı üsyan etməzlər. Ənlara qarşı istər təhrik yoluyla, istər inqilab yoluyla olsun, hər cürə üsyanlara da qarşı çıxarlar. Allahu Təala belə buyurmuşdur;
“Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin.” {Nisa 59}

   Səhl ət Tustəriyə belə deyildi; “Birinin Əhli Sünnət val Cəmaatdan oluşu nə zaman bilinər?” Dedi ki; “Onda on xislət tamamlandığı zaman...” bunlar arsında ümmətə qarşı qılıncla üsyana qalxmamasını da zikr etmişdir. Bunu əl Lələkai (344) rəvayət etmişdir.

   Bu haqda dəlilləri Huzeyfə radiyallahu anhın Rasulullah səllallahu aleyhi va səlləmdən rəvayət etdiyi və Buxari və Muslimdə gələn bu hədisdir; “Müsəlmanların camaatından və imamlarından ayrılma.” Əli radiyallahu anhdan gələn rəvayətə görə də, günahı əmr etmədikləri müddətcə onlara itaət edilər. Rasulullah səllallahu aleyhi va səlləm belə buyurmuşdur;  “İtaət ancaq məşru olan mövzulardadır.”

   İbn Əbi Şeybə “Əl Musannəf”də (12/543) səhih bir sənəd ilə Suveyd b. Qafələdən rəvayət edir; “Ömər radiyallahu anh mənə dedi ki; “Ey Əba Umeyyə! Mən bu ilimdən sonra bəlkə də səninlə qarşılaşmaram. Başına, hətta bir həbəşi kölə də idarəçi olsa, dinlə və itaət et. Sənə əziyyət etsə də səbr et. Səni məhrum etsə də səbr et. Əgər dinini əskiltməyi qəsd edərsə de ki; “Dinləmə və itaət dinim haqqında deyil, canım haqqındadır.” Əsla camaatdan ayrılma.”

13.               Əhli Sünnət ruh daşıyan canlıların rəsmlərinə qarşı çıxarlar və Rasulullah səllallahu aleyhi va səlləmdən bu haqda gələn dəlillərdən dolayı bunu haram sayarlar.

14.                Elmi Allah Azzə və Cəllənin evləri olan məscidlərdə yaymaları onların əlamətlərindəndir. Allah Azzə və Cəllə belə buyurmuşdur;
“Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izin verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər.” {Nur 36}

     Rasulullah səllallahu aleyhi va səlləm məsciddə öyrədərdi. Sələf də həmçinin. Əli radiyallahu anh belə demişdir; “Məscidlər nəbilərin məclisləridir və şeytana qarşı sığınacaqdır.” [Cəmiul Əxlaqir Ravi (1181)]

   İkrimə b. Ammar belə demişdir; “Ömər b. Abdilazizin məktubunda belə dediyini eşitdim: “Bundan sonra. Elm əhlinə elmi məscidlərində yaymalarını əmr et. Çünki sünnət öldürülmüşdür.” [Raməhurmuzi, Muhəddisul Fəsil (601); əl Cəmiul Əxlaqir Ravi (1183)]

   Əgər məscidlərdə elm öyrətmə imkanı olmazsa, Allahın nəsib etdiyi şəkildə elmi yayarlar.

15.               Təqlidi tərk edərlər. İstər öz müəllimləri olsun, istər başqaları olsun hər şeyi dəlili ilə alarlar.

  Nəticə olaraq; Sünnət əhli, Allah Azzə və Cəllənin bu ayəsində əmr etdiyi kimi dinə bütün olaraq girmişdirlər;

    “Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir.” {Bəqərə 208}


      Bu mövzunu “Əl Vəsailil Cəliyyə Linəsrid Dəvətis Sələfiyyə” adlı kitabımda açıqladım. Həmd və minnət Allahadır.

21 Kasım 2016 Pazartesi

Qadın Ərinin Babasının Yanında üzünü aça bilərmi?


 Müəllif; Əbu Muaz Seyfullah
Tərcümə; Darul İttiba


   İbn Qatan əl Fasi, Əhkamun Nəzərdə (s. 240-241) belə demişdir; “Məsələ: Ərin atası qadının zinətini göstərə biləcəyi kimsələr arasında zikr edilmişdir. Ancaq ərin babası və yuxarıya doğru babalarına eyni şəkildə zinətini göstərməsi caizmidir?


   Bu ehtimali bir mövzudur. Mənə görə zahir olan bunun qadağan olunmasıdır. Çünki qadına cilbabını başının üzərindən endirməsi əmr edilmiş və ayədə zikr edilənlər xaricində qalan kimsələrə açması qadağan edilmişdir. Ərin babası isə ayədə keçməməkdədir. Əl Əb (ata)  kəliməsi həqiqətdə birbaşa ərin atası haqqında istifadə olunmaqdadır. Yuxarıdakılar (babalar) haqqında istifadəsi məcazdır. Ləfzin eyni anda həm həqiqi mənasında, həm də məcazi mənasında deyilməsi doğru deyildir. Buna görə də ayədəki  “ata” kəliməsinin yalnızca birbaşa ərin atası haqqında istifadə olunması lazımdır.

Kafirə Qadınla Zina Etmək Də Haramdır!


Yazı sahibi: Əbu Muaz Seyfullah
Tərcümə: Darul İttiba


Sual: “Şayət öz ölkəsində zidd bir hal olaraq görülmürsə, kafirə olan, dinsiz naməhrəm qadınlarla yatmaq zina sayılırmı? Mən müsəlman qadınla yatmanın zina olduğunu bilirəm. Çünki Rasulullah səllallahu aleyhi va səlləm; “Hər müsəlmanın malı, namusu və qanı digər müsəlmana haramdır.” buyurmuşdur. Rasulullah səllallahu aleyhi va səlləm doğrunu söyləyəndir. Rasulullah səllallahu aleyhi va səlləm dinsiz olan kafirə qadını zikr etməmişdir. Verəcəyiniz cavab üçün çox təşəkkür edirəm, Allah sizə xeyirli qarşılıq versin.”


   Xalid b. Hüseyn b. Abdirrahmanın cavabı (Tarix: 16 Şəvval 1424/10 Dekabr 2003):

   Bizə halalı halal edən və ona təşvik edən, haramı da haram edən, ondan çəkindirən Allaha həmd olsun. Salavat və salam; insanlara xeyri öyrədən, bəşərin hidayətə götürücüsü, aydınladıcı bir çıraq olan, ümmətinə göstərmədiyi bir xeyir və çəkindirmədiyi bir şey buraxmayan nəbimiz Muhəmmədə olsun. Allah ona, alinə və bütün ashabına salavat etsin. Bundan sonra;
    Əvvəlcə inamın və “Bu gün İslam” adlı sayt yoluyla bizmlə əlaqə yaratdığına görə sənə təşəkkür edirəm. bu saytdan yazışmağa davam etməni təmənne edirəm, Allah Azzə və Cəllədən sənə dünya və axirətində fayda verəcək xüsusları burada tapmağını nəsib etməsini diləyirəm.

   Ey qardaşım! Sualına dəfələrcə baxdım və sənin böyük bir şübhə içində olduğunu anladım. Sən kafir bir qadınla, xüsusilə də bunu yalnış görməyən küfr ölkələrində zina etmənin haram olmadığına inanırsan!

  Dəyərli qardaşım! Mən sənə deyirəm ki, Allahı inkar edib üz çevirən, şeytanı özünə vəli seçən –ki bundan Allaha sığınırıq- kimsələrin küfrdən sonra bunu günah saymamaları təəccüblü deyildir.
   Zina çirkin bir günahdır. Həlak edici böyük bir günahdır. Namus və şərəfə qarşı həddi aşmaqdır. Səlim ağıllar bunu qəbul etməz, din də bunu mübah görməz. Heç bir din, heç bir zövq-ü səlim və şərəfli istiqamət sahibi bundan razı olmaz. Kişilərdə və qadınlarda olan haqq qeyrət bu çirkinliyi rədd edər. Həm təbiət, həm zövq, həm də din bundan uzaqlaşdırar. belə bir şeyə ancaq pozğun kişi və pozğun qadın, facir kişi və facir qadın meyl edib razı olar. Buna görə Rəbbimiz belə buyurmuşdur;
  “ Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir.”  {Nur 3}

   Beləsi haqda; “quşlar öz cinsiylə uçar” deyilmişdir. Rəbbimizin kitabında və nəbimiz səllallahu aleyhi va səlləmin sünnətində, bu böyük günahın haram olduğunu göstərən bir çox dəlillər vardır. Allahu təala belə buyurmuşdur;
   “Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!” {İsra 32}

“Onlar (möminlər)  Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!” {Furqan 68-70}

      Mövla Azzə və Cəllə “zinaya yaxınlaşmayın” buyurarkən, müsəlman qadınla kafirə qadın arasında ayırım etməmişdir. Zinanın hamısı haram və çirkinlikdir. Müsəlmanların icması da bu şəkildədir.

   Ey dəyərli qardaşım! Allah Azzə və Cəllədən qorx və bu təhlükəli yoldan uzaqlaş.  Bu çirkinliyə düşərək kirlənməkdən çəkin. Zinanın dünya və axirətdə dəhşətli nəticələri vardır. Bu, imana zidd və uzaqdır. Əbu Hureyrə radiyallahu anhdan;  Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Zina edən, zina etdiyi zaman mömin deyildir.” [Buxari (2475); Muslim (57)]

   Yenə Əbu Hureyrə radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “qul zina etdiyi zaman iman ondan çıxar və bir kölgə kimi olar. Bu işi tərk etdiyi zaman iman özünə qayıdar.” [Tirmizi (2625); Əbu Davud (4690)]

   Ey dəyərli qardaşım! Allaha dərhal tövbə et və bu çirkin günahdan uzaqlaş. Bil ki, qul günah işlədikdən sonra günahını etiraf edib Allaha tövbə edərsə, Allah onun tövbəsini qəbul edər. Bu xüsus, Buxari və Muslimin Aişə radiyallahu anhadan rəvayət etdikləri ifq hadisəsiylə bağlı hədisdə sabit olmuşdur. Yenə Allah Azzə və Cəllə qulunun tövbəsinə sevinər. Ənəs radiyallahu anhdan; “Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Allah qulunun tövbəsinə birinizin kimsəsiz bir ərazidə üzərində yemək və suyunun olduğu miniyinin qaçması üzərinə emidsizliyə düşüb, bir ağacın kölgəsinə uzanıb anidən önündə miniyini  görməsi üzərinə onun gəmindən tutaraq sevincinin şiddətindən dolayı; “Allahım! Sən mənim qulumsan, mən də sənin rəbbinəm” deməsindən, sevincinin şiddətindən dolayı xətalı danışmasından daha çox sevinər.” [Buxari (6309); Muslim (2747)]

   Ey dəyərli qardaşım! Dərhal tövbə et, tövbəni ertələmə. Ömrünü, sən Allaha üsyan halında ikən öldürməyib uzadan Allaha həmd et. Çünki insan hansı hal üzrə ölərsə, o şəkildə dirilər. Ləzzətləri qaçıran ölümün sənə, Rəbbin ilə qarşılaşmağı istəməyəcəyin bir halda ikən anidən gəlməsindən çəkin. Həsrət və peşmanlıq günü olan, insanların Rəbbi önündə durdurulacağı qiyamət günü, o halda dirildilməyi arzulamadığın bir hal üzrə ölməkdən çəkin. Ə gün ki, hamilə qadın yükünü düşürər, insanları sərxoş görərsən, halbuki sərxoş deyillərdir. Lakin Allahın əzabı şiddətlidir.

   Ey dəyərli qardaşım! Mən sənə eşitməkdən xoşlanmayacağın şeyləri nəsihət edirəm. Çünki səni sevirəm. Özüm üçün istədiyim xeyri sənin üçün də istəyirəm. Çünki bu, Nəbi səllallahu aleyhi va səlləmin bildirdiyi kimi imanın tamamındandır.

1.   Sənin Allah Azzə və Cəllənin bu əmrinə uyaraq baxışlarını qorumağın, şəhvət atəşini alovlandıracaq olan harama baxmamağın lazımdır:  
 “Mömin kişilərə de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Bu onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.” {Nur 30}

2.  Sənin xüsusilə də, təhsil, iş, ticarət və bənzərləri kimi, orada olma səbəbin tamamlandısa, bu küfür ölkələrini dərhal tərk etməyin lazımdır.

3.  Əgər evli deyilsənsə evlənməkdə tələsməlisən. Çünki evlilik Nəbi səllallahu aleyhi va səlləmin xəbər verdiyi kimi harama düşməkdən qoruyucudur. İbn Məsud radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Ey gənclər! Aranızda imkanı olan evlənsin. Çünki o baxışları məhdudlaşdıran, cinsi orqanları qoruyucudur. Buna gücü çatmayan isə oruc tutsun. Çünki oruc qoruyucudur.” [Buxari (5065); Muslim (1400)]

  Evlənməyə gücün çatmırsa, oruc harama düşməkdən qoruyucudur.

4.   Kişi və ya qadın pis yoldaşlardan uzaqlaşmalısan. Xeyir əhli saleh kimsələrlə yoldaşlıq etməlisən. Pis yoldaşlar sapıqlıq və həlak səbəbidir. Saleh yoldaşlar isə qurtuluş və hidayət səbəbidir.

5.  Günaha düşər və haram işləyərsənsə, bil ki, Allah səni görməkdədir. onun səni günah üzərində görməsindən utan! bil ki, ancaq şərli kimsələrin boylayacağı tutuşdurulmuş atəş vardır. Allah onu üsyankar facirlər üçün hazırlamışdır. Yenə genişliyi göylərlə yer qədər olan, iində heç bir gözün görmədiyi, heş bir qulağın eşitmədiyi, bəşər qəlbinin xatirinə gəlmədiyi nemətlər olan cənnət vardır. Allah onu çəkinənlər və təmiz kimsələr üçün hazırlamışdır. Hansı qrupdan olmağı istərdin? ... Ağıllı kimsə nəfsini qoruyar.


6.   Daima ləzzətləri yox edən ölümü və ölümdə olan şiddətli sıxıntıları düşünməlisən. Qəbri və qaranlığı  xatırla, qiyaməti və onun əzablı hallarını düşün. Sirat körpüsünü və onun kəskinliyini, Allahın hüzurunda bir topluluğun cənnətə, bir topluluğun cəhənnəmə göndəriləcəyini, “Ey cənnətliklər! Əbədilik var, ölüm yoxdur və ey cəhənnəmliklər! Əbədilik var, ölüm yoxdur” deyiləcəyini xatırla.

7.   Qəlbini incəldən və səni xeyirli əməllər işləməyə sövq edən, piş işlərdən çəkindirən söhbət qeydlərini dinləməlisən. Yenə qəlbini incəldib səni xuşuya götürən xeyrə yönəldib şərdən uzaqlaşdıran kitablar oxumalısan.


8.  Bil ki, Allahu Təala zinakar olan kişi və qadınlara qiyamət günündə  can yaxan bir əzab hazırlamışdır. Səmura b. Cundub radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Bu gecə yuxumda iki nəfərin yanıma gəldiyini gördüm. Məni müqəddəs yerə çıxardılar.... təndir kimi bir yerə gəldik. Gurultulu səslər eşitdim. İçində çılpaq kişilər və qadınlar var idi. Alovlar onların altlarından girir, onları qapırdı... Təndir kimi bir yerdə olan o çılpaq kişi və qadınlar zina edən kişilər ilə zina edən qadınlar idi.” [Buxari (1386)]

    Əbu Umamə radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Mən yatarkən iki nəfər gəldi və məni bir dağa apardılar.. Sonra ən pis şəkildə iylənən bir qövmə gəldik. İyləri lağım qoxusu kimiydi. Mən: “Bunlar kimlərdir?” deyə soruşdum. Dedilər ki; “Bunlar zina edən kişilər ilə zina edən qadınlardır.” [İbn Huzeymə və İbn Hibban rəvayət etmişdir. Əl Albani, Səhihut Tərğibdə (2/611-612 №: 2393) səhih demişdir.]

   Zina edən qadın və kişilərin pis aqibətini bildirən hədislər çoxdur.

9.  Namazları vaxtında qılmağa, elm və öyüd məclislərinə qatılmağa həvəsli ol. Çünki bunlar imanı qüvvətləndirər və insan Allahın mürakəbəsinı və Ondan xaşyətə hazırlayar.

10.          Çoxluca allahdan bağışlanma diləməli, dua etməlisən. Duada Allahın səni görünən və görünməyən fitnələrin şərrindən qorumasını istəyərək yalvar.



Bax belə. Allah ən yaxşı biləndir. Allahdan bizə və sənə müvəffəqiyyət və doğruluq diləyirik. Allahım! Nəbimiz Muhəmmədə, alinə və ashabına salavat və salam et!

Link:



Əbu Muazın qeydi;  Bəziləri İbn Kəsirin təfsirində keçən bu ibarədən istifadə edərək kafirə qadınlara baxma çərçivəsini genişlədirlər: “Sufyan əs Sevridən rəvayət edildiyinə görə; zimmət əhli qadınların zinət yerlərinə baxmaqda sıxıntı yoxdur. Bunu qadağan etmək onların hörmətindən dolayı deyil, ancaq fitnə qorxusuyladır.” [təfsiru İbn Kəsir (3/855)] 

İbn Kəsir Əhzab surəsi 59-cu ayəsindəki “Möminlərin qadınları” ifadəsini dəlil gətirdiyini də zikr etmişdir.
   Sufyan əs Sevridən bunu məchul siqası ilə “ruviyə” deyərək nəql etmişdir. Başqa bir yerdə də isnadını tapa bilmədim.

   Yenə Buxarinin Kitabul İstizanda muallaq olaraq zikr etdiyinə görə Said b. əl həsən, qardaşı Həsən əl Basriyə; “Kökslərini və başlarını açan əcəm qadınlarının halı haqında soruşulunca; “Baxışını çevir!” demişdir. Hafiz İbn Həcər bunun isnadını tapa bilməyib. [ət Tağliq (5/120); əl Albani, Muxtəsəru Səhihil Buxari (4/102)]

   Yenə bu babda Deyləminin əl Firdovs da Əli radiyallahu anhdan zikr etdiyi zimmət əhli qadınlara  şəhvətsiz olaraq baxmaqda sıxıntı olmadığına dair bir rəvayət ilə bəzi fiqh kitablarında zikr edilən Ömər radiyallahu anhın cənazə evlərində mərsiyə deyən bir qadını döyüb örtüyü açıldıqda; “O eyniylə cariyələr kimidir, onun hörməti yoxdur.” dediyinə dair bir rəvayət də vardır ki, bunların da bir isnadını tapa bilmədim.

   Nəticə olaraq, Quran və Səhih sünnət naslarında baxış xüsusundakı qadağa ümumidir. Müsəlman qadına, ya da kafirə qadına baxışı əhatə edir. Bu ümumi qadağanın sadəcə müsəlman qadınlara baxmağa yönəlik bir qadağa olduğunu təhsis edən bir nas bilmirəm. Sünni fiqh kitabları, kafir ya da müsəlman olsun, naməhrəm qadının övrətinə(yəni ümumilikdə o qadına) baxmağın haramlığı xüsusunda icma iddia etməkdədirlər.

   Sapıq şiə və Rafizi firqələri isə kafirə qadının övrətinə baxmaqda sıxıntı olmadığını iddia etmişdirlər.


   Ən yaxşı bilən Allahdır.