20 Kasım 2016 Pazar

Qəlbin Tez Tez Sıxılmasının Səbəbi!


   Günahkar qəlbində özü ilə Allah arasında hər zaman bu sıxıntı və yalnızlığı hiss edər. Heç bir həzz o sıxıntını apara bilməz. Dünyanın bütün həzzi onun üçün toplansa da, yenə də onun qarşısını ala bilməz. Təbii ki, bu sıxıntını yalnız qəlbində həyat olan kəslər hiss edə bilər. 

Necə ki şair deyir:
          "Ölü yaranın ağrısını hiss etməz."
["Divanu Əbi Tayyib əl-Mutənəbbi" 245.]

   Bir nəfər qəlbində duyduğu sıxıntıdan arif kəslərdən birinə şikayət etmişdi. O isə belə cavab vermişdi: “Əgər sıxıntıya salırsa səni günahlar,
Tərk etsən onları, qəlbin rahatlıq tapar.”
["Mədaricus salehin" 2/406.]

   Qəlbə günahın yaratdığı sıxıntıdan daha acı və daha kədərli sıxıntı ola bilməz.
[İbn Qayyim (rahiməhullah) "Dərd və Dəva"]

İbnul Qayyim rahiməhullah belə deyir:
 “  Nə vaxt görsən ki, qəlbin Allah və Onunla görüşməyə olan sevgini tərk edib əvəzində ora məxluqatın sevgisi, dünyayla razılıq ve onunla zövq almaq daxil olubsa, bilki o artıq çevrilmişdir.”
[Fəvaid 3/743]

İbnul Qayyim rahiməhullah deyir ki;
Cəhalət  qəlbə sıxıntı, həsrət və tənhalıq hissini salır. Qulun elmi artdıqca isə, köksü açılır və genişlənir. Lakin bu hər bir elmə aid deyildir, əksinə yalnız Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) miras buraxdığı elmə aiddir, o faydalı elmdir! Onun əhli (elmin əhli) - köksləri ən açıq, qəlbləri ən geniş, əxlaqları ən gözəl və yaşayışları ən yaxşı olanladır!
[Zədul Mə'əd, 2/24]

İbn Racəb (Allah ona rəhmət etsin) demişdir:
"Ey Adəm oğlu! Əgər öz qədrini bilsən, özünü günahlarla alçaltmazsan. Sən məxluqların seçilmişisən və Cənnət sənin üçün hazırlanıb"
["Lətaiful-məarif" (183)]

Fudeyl ibn İyad (Allah ona rəhmət etsin) belə demişdir:
"Peşman olmamışdan öncə  fikirləşib əməl edin. Dünyaya da aldanmayın. Çünki sağlam olanı xəstələnir, təzə olanı köhnəlir, neməti fani olur, cavanı da qocalır."

[İmam Beyhəqi, "Əz-zühd əl-kəbir"( s.484)]

Hiç yorum yok: