6 Kasım 2016 Pazar

Birdən Çox Evliliyə Ehtiyacı Olan Evlənməlidir!

Sual:
Əs-Sələmu aleykum va rahmətullah va bərəkətuhu.
Zövcələr arasında ədalətli davranmağa gücü çatmamasından qorxan kimsə eyni zamanda fuhuşa düşməkdən də qorxursa nə etməsi lazımdır?

Cavab: Aleykum sələm va rahmətullahi va bərəkətuhu.
Bu kimsənin bir zövcəsi olub bununla qane olmursa, birdən artıq evliliyə ehtiyacı varsa evlənməlidir. Gücü yetdiyi qədəriylə ədalət tətbiq etməyə çalışar. Ədalət isə xərcləmə, sığınma, geyim-keçim kimi  zahirdəki işlər haqqındadır. Qəlbin meyl etməsinə gəlincə, bu, Allah Təbərək va Təâlə'nin əlindədir. Nəbi sallallahu aleyhi va səlləm bunu edər və belə deyərdi:
"Allahım bu mənim gücümün yetdiyi qismdir. Gücümün yetmədiyi mövzularda məni sorumlu tutma."
   Bu (güc yetməyən qism) qəlbin meyl etməsi və arzusudur. Evlənməyə ehtiyac varsa ey qardaşım, evlənməlisən. Allah Təbərak va Təalədən yardım istə. Allah yardımcın olsun.
Fətva: Şeyx Muhamməd b. Hâdi əl-Mədxəli.

Link: http://ar.miraath.net/fatwah/3463

Hiç yorum yok: