9 Kasım 2016 Çarşamba

Dəccalın Çıxacağını İnkar Edənlər Haqqdan Uzaqlaşmışdır!



Müəllif: Əbu Muaz Seyfullah Ərdoğmuş
Tərcümə: Darul İttiba


   İbn Abbas radiyallahu anhumadan; Ömər radiyallahu anh xütbəsində dedi ki; “Şübhəsiz bu ümmətdən bir topluluq gələcək... dəccal(ın çıxışını) yalanlayacaqlar.”  [Səhih. Əhməd (1/23); Abdurrazzaq (7/330); Nəsai, Sunənul Kubra (4/274)]

   Dəccal Adəm oğullarından bir insandır. İnsanlar onu yaxşı tanısınlar və pisliklərindən çəkinsinlər deyə hədislərdə onun bir çox xüsusiyyətləri keçməkdədir. Belə ki, Dəccal çıxdığında möminlər onu tanıyar, onun fitnəsinə düşməzlər. Əksinə doğru sözlü Rasulullah səllallahu aleyhi va səlləmin xəbər verdiyi xüsusiyyətləriylə onu tanımaqdadırlar. Onun bu xüsusiyyətləri onu digər insanlardan ayırır. Ona ancaq bu xüsusiyyətlərini bilməyən cahil adam aldanar. Allah bizi qorusun.
   Dəccalın xüsusiyyətləri bunlardır; Qırmızı üzlü, qısa boylu, pırtlaşıq, qıvrım saçlı, alnı açıq, qalın boyunlu və sağ gözü silik gənc bir adamdır. Bu sağ göz, çölə doğru bəlli olmayacaq şəkildədir amma içə doğru da deyil. Göz sanki sönmüş üzüm kimidir. Sol gözünün üzərində qalın bir ət parçası vardır. Alnında kafir mənasında ف ر) hərfləri tək tək yazılmışdır və ya birləşmiş olaraq (كافر) kafir yazılmışdır. Bunu oxuma yazma bilən və bilməyən hər müsəlman oxuyar. Eyni zamanda o qısırdır və uşağı da olmaz.

   İbn Ömər radiyallahu anhuma, Rasulullah səllallahu aleyhi va səlləmin belə buyurduğunu rəvayət edir; “Mən bir dəfə yatmışdım, (yuxumda) Kəbəni təvaf edirdim... (İsa əleyhissələmi gördükdən sonra Dəccalı gördüyünü söyləmiş və onu bu şəkildə vəsf etmişdir): İri yarı, qırmızı üzlü, qıvrım saçlı, gözü şikəst bir adam gördüm. Sanki onun gözü salxımından çölə çıxmış iri üzüm dənəsi kimiydi. “Bu Dəccaldır” dedilər. Ona bənzərlikdə insanların ən yaxını İbn Qatandır ki, bu zat Huzaa qəbiləsindən olan bir adamdı.”  [Səhih. Buxari (7128)]

   İbn Ömər radiyallahu anhuma belə demişdir; Rasulullah səllallahu aleyhi va səlləm insanlar arsında ikən Dəccaldan bəhs etdi və: Şübhəsiz ki, Uca Allah çəpgöz (və ya  şikəst gözlü) deyildir. Xəbəriniz olsun ki, məsih Dəccalın sağ gözü şikəstdir. Sanki onun gözü salxımından çölə çıxmış iri bir üzüm dənəsi kimidir.”  [Səhih. Buxari (7127)]

   Nəvvas b. Səman radiyallahu anhdan gələn hədisdə Rasulullah səllallahu aleyhi va səlləm onu belə təsvir etmişdir: “O çox qıvrım saçlı bir gəncdir. Gözü çölə çıxmışdır. Mən onu Abduluzza b. Qatana bənzədirəm.”  [Səhih. Muslim (Nəvəvi şərhi, 18/65)]
  
   Ubadə b. Samit radiyallahu anhdan gələn hədisdə Rasulullah səllallahu aleyhi va səlləm belə buyurmuşdur; “ Şübhəsiz ki, Məsih  Dəccal qısa boylu, pırtlaşıq, qıvrım saçlı, gözü şikəst və gözü silikdir. Gözü nə qabarıq, nə də basıqdır. Əgər sizi aldadarsa, bilin ki sizin Rəbbiniz şikəst gözlü deyildir.”  [Səhih. Ziyaul Maqdisi, əl Muxtarə (8/264); Əhməd (5/324)]

   Əbu Hureyrə radiyallahu anh, Rasulullah səllallahu aleyhi va səlləmin belə buyurduğunu rəvayət etmişdir; “İnsanları azdıran Məsih isə gözü şikəst, alnı açıq, boynu qalın və əyri birisidir.”  [Həsən. Əhməd (15/28-30) ; Əhməd Şakir səhih demişdir. İbn Kəsir isə həsən olduğunu söyləmişdir. ən Nihayə (1/130)]


   Dəccalın axır zamanda çıxacağına dair hədislər mütəvatirdir. O, Allahın ona dilədiyincə qeyri adi hallar verdiyi həqiqi bir şəxsdir. Hədislərdə açıqca gəldiyinə görə Dəccal müəyyən bir adamdır. Onun xurafə, yalan və ya batilin simvolu olduğuna dair heç bir dəlil yoxdur.

Hiç yorum yok: