Müəllif; Əbu Muaz Seyfullah
Tərcümə: Darul İttiba
İbnul Qayyim rahiməhullah, şeytanın insanı azdırma mərtəbələrini
belə sıraladı:
Birinci Mərtəbə:
Şeytan küfr, şirk, Allah və Rəsuluna düşmənliklə, adəmoğluna
üstünlük təmin etsə, inləməsi yüngülləşər və onunla birlikdə yorulan kəslər də
rahatlayar. Bu, quldan istədiyi ilk şeydir. Onu ələ keçirənə qədər daima onunla
birlikdə olar. Bunu reallaşdırdığında onu əsgərlərindən biri edər və onu öz
yoldaşlarının başına vəkil olaraq təyin edər. Beləcə o qul da, İblisin dəvətçilərindən
və vəkillərindən olar.
İkinci Mərtəbə:
Bu bid'ətdir. Şeytan bunu günah işləmək və üsyankarlıqdan
daha çox sevər. Çünki onun zərəri dinin özünədir. Bu, başqalarına keçən zərərdir.
Tövbə edilməyən günahdır. Peyğəmbərin dəvətinə müxalifətdir. Onların gətirdiklərinin
əksinə dəvətdir. Bu, küfr və şirk qapısıdır. Bid'ət onu ələ keçərdiyi və özlərindən
biri etdiyində, artıq o da onun vəkili və dəvətçilərindən biri olaraq qalar. Əgər onu bu dərəcəyə gətirməzsə
və azmışlara düşmən olanlardan etdiyi kəslərdənsə, onu üçüncü mərtəbəyə köçürər.
Üçüncü Mərtəbə:
Bunlar, fərqli növləriylə böyük günahlardır. Şeytan, insana
böyük günah etdirməyə çox həvəslidir. Xüsusiylə də, o adam arxasından gedilən bir alimdirsə,
insanları ondan nifrət etdirmək üçün bunu çox istəyər. Sonra onun günahlarını
xalq arasında yayar. Onların arasından bunları yaya bilən birini tapar. O, ağılınca sanki dini bir vəzifə
olaraq və Allaha qulluq üçün onun günahlarını yayar. Artıq o, fərqində olmadan
İblisin vəkili olar.
"İnananlar arasında çirkin şeylərin yayılmasını
arzulayan kəslər üçün dünyada da, axirətdə də çətin bir cəza vardır. Allah bilər,
siz bilməzsiniz." (Nur 19)
Onları yaymağı
arzuladıqlarında vəziyyət belədirsə, yayma işini üzərinə götürdüklərində vəziyyət
necə olar, görəsən? Onlar öyüd verməzlər, amma iblisə itaət edib ona vəkillik
edərlər. Bunların hamısı, insanları alimdən və elmdən faydalanmaqdan iyrəndirmək
üçündür. Bu kimsənin günahları üfüqə
çatsaydı, (o günahlar) Allah qatında daha yüngül olardı. Çünki o tövbə etdiyində
Allah onun tövbəsini qəbul edər, işlədiyi
pislikləri yaxşılıqlarla dəyişdirərdi. Bunların
günahları isə, möminlərə haqsızlıq etmə, onların namuslarına dil uzatma və
ayıblarını ortaya çıxarmaqdır. Allahu Təala qullarını güdməkdədir. Ürəklərdə gizli olanlar
Ona gizli qalmaz. Şeytan bu mərtəbədən aciz qalsa, onu dördüncü mərtəbəyə köçürər:
Dördüncü Mərtəbə:
Bunlar, bir araya gəlincə, bəlkə də sahiblərini həlak edəcək
olan kiçik günahlardır.
Deyirəm ki: İmam Əhməd, Səhl b. Sad radıyallahu anh'dan, Rəsulullah
sallallahu əleyhi və sellem'in belə buyurduğu rəvayət edilmişdir: "Kiçik
hesab edilən günahlardan çəkinin. Çünki kiçik hesab edilən günahların vəziyyəti,
bir vadiyə enib və birinin odun, digərində
də bir odun gətirdiyi topluluğun vəziyyətə
bənziyər. Beləcə onlar, çörəklərini bişirəcək qədər odun toplayar. Nə vaxt
kiçik hesab edilən günahlar işlənərsə, onlar sahibini həlak edərlər.
" [Fethu'l-Bari,
(11/329) Hafiz İbn Həcər; isnadı hasen demişdir.]
Darimi və İbn Macə, Aişə radıyallahu anhadan, Nəbi sallallahu əleyhi
və səlləm'in ona belə buyurduğunu rəvayət etdilər: "Kiçik hesab edilən
günahlardan çəkin! Çünki onların içində
Allah tərəfindən bir araşdırıcı (mələk) vardır. " [ Darimi, (2/303),
İbn Macə, (2/1417), əl Albani, “Silsilətul Əhadisis Səhiha”da (513) səhih
demişdir.]
Əsəd b. Musa “Zühd”də
Əbu Eyyub əl-Ənsari radıyallahu anhın bu sözünü nəql etdi: "Adam, bir
yaxşılıq edər, ona güvənər və kiçik hesab edilənləri unudar. Onlar(kişik
günahlar) onu hər tərəfdən əhatəyə almış olaraq Allah ilə qarşılaşar. Yenə adam bir pisliyi
işlər, bundan ötəri qorxar və əmin bir
halda Allah ilə qarşılaşar. " [Fəthu'l-Bari
(11/330)]
İbnul Qayyim rahiməhullah
sözlərinə belə davam edir: Qul, şeytanı
bu mərtəbədən aciz buraxarsa, onu, beşinci mərtəbəyə köçürər:
Beşinci Mərtəbə:
Bu dərəcə savab da, cəza da olmayan, ancaq aqibəti onlarla məşğul
olması səbəbiylə, onda olan savabı qaçırmaq olan mübahlarla məşğul olmaqdır.
Deyirəm ki: Bu mübahlar, çox yatmaq, çox yeyib-içmək, lüks
geyinmək və faydasız şeylər üzündən yuxusuz qalmaq kimi işlərdir.
Qul, şeytanı bu dərəcədən aciz buraxar, nəfəslərinin
miqdarını, onların kəsiləcəyini və onların qarşılığında, axirət səadəti və əzab
olduğunu bilərək vaxtı mövzusunda xəsis davranar və vaxtını boş işlərə xərcləməzsə,
onu altıncı mərtəbəyə nəql edər:
Altıncı Mərtəbə:
Qulu, fəziləti daha
üstün olan şey yerinə, fəziləti aşağı olan əməllə məşğul etməsidir. Ona, fəziləti
aşağı olan xeyiri işləməsini əmr edər. Qulu ona təşviq edər və gözəl göstərər.
Bu həyata keçincə, ondan daha fəzilətli və daha üstün olanı tərk edər.
İnsanlardan buna diqqət yetirən azdır. O, itaət və yaxınlıq olduqda şübhə edilmətən
itaət növlərindən birinə çağıran güclü və hərəkətli bir dəvətçi gördüyü zaman
belə düşünər;Bu dəvətçi şeytanşeytandan biri ola bilməz. Çünki şeytan xeyiri əmretməz!”
O belə deyər və bunu bir xeyir olaraq görərək onun Allahdan bir dəvətçi
olduğunu deyər. Bu kimsə üzrlüdür. Çünki bu kimsə, şeytanın şərr olan bir
qapıya çatmaq üçün yetmiş xeyir qapısını əmr edəcəyini və ya bu yetmiş qapı ilə
onun əlindən daha böyük xeyri və daha üstün olanı qaçırmağa çalışdığını bilməməkdədir.
Onu tanımaq
ancaq Allah Azzə və Cəllənin qulun qəlbinə
atdığı bir nurla mümkündür. Bunu ancaq, peyğəmbər'lərin varis'lərindən olan ümmət
içindəki vəkillərindən və yer üzündəki xəlifələrindən olan kimsə bilər.
İnsanların çoxu bundan məhrumdurlar. Bu onların ağıllarına gəlməz. Allah,
qullarından dilədiklərinə lütf edər.
Qul şeytanı bu altı
mərtəbədən aciz və çarəsiz buraxarsa, ağlını qarışdırmaq, açdığı döyüşlə fikrini
məşğul etmək və insanların ondan faydalanmasına maneə törətmək üçün müxtəlif pisliklər düşündürmək, çaşdırmaq,
ondan çəkindirmək və söndürmək surətiylə insan və cinlərdən olan tərəfdarlarını
ona müsallat edər. Fəsadçı insan və cin şeytanlarını buraxıb usanmadan ona müsallat
etməyə çalışar. " [ət-Təfsiru'l Qayyim (614)]
Bu, cəmiyyətimizdə açıqca görülən bir vəziyyətdir. Dininə,
peyğəmbərlərinin sünnə'sinə sarılan və onun metodunu izləyən elə bir qul yoxdur ki, üz çevirmə, tərs davranış,
qohum olanın və olmayanın, dost və düşmənlərin ələ salmalarıyla qarşılaşmasın.
O adamın Allahdan başqa sığınacaq yeri yoxdur. Bu açıq və gizli olaraq, İslama
sarılanların halıdır. Bunlar, Nəbi sallallahu əleyhi və selləm'in "Nə xoş
qəriblər(in halına)ə" sözüylə müjdələdiyi qəriblərdir. [Müslim, (2/176, Nəvəvi)]
Hiç yorum yok:
Yorum Gönder