18 Mart 2017 Cumartesi

Öldürülməsi Qadağan Edilən Heyvanlar!



   
   İbn Abbas radiyallahu anhumadan; Rasulullah səllallahu aleyhi va səlləm heyvanlardan bu dördünün öldürülməsini qadağan etdi; Qarışqa, arı, hüdhüd və surad” [Səhih. Əbu Davud (5267); İbn Macə (3224); İbn Hibban (1078); Darimi (2/89); Beyhəqi (9/317); əl İrva (2490)]

   Abdurrahmən b. Osman radiyallahu anh dedi ki; “Rasulullah səllallahu aleyhi va səlləmin yanında bir təbib, qurbağanı müalicədə istifadə etdiyinidən bəhs etdi. Rasulullah səllallahu aleyhi va səlləm qurbağanın öldürülməsini qadağan etdi.” [Səhih. Əhməd (3/453); Əbu Davud (3871); Nəsai (4355); Hakim (4/411); Beyhəqi (9/318)]

   Aişə radiyallahu anhadan; “Rasulullah səllallahu aleyhi va səlləm ev ilanlarını öldürməyi qadağan etdi. Təkcə əbtər (quyruğu qısa olan) ilə iki xəttlisi müstəsna. Çünki onlar gözü kor edər və qadınların qarınlarındakı cəninləri düşürdürlər. Kim onları öldürmədən buraxarsa, bizdən deyildir.” [Səhih. Əhməd (6/29, 83); Əbu Yala (7/320, 8/212); İshaq b. Rahuyə (1801); Təyalisi (1542)]

   Əbu Said əl Xudri radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurmuşdur; “Şübhəsiz ki, bu evlərdə avamir (deyilən ilan surətində cinlər) vardır. Onları gördüyünüz zaman üç dəfə getməsini söyləyin. Əgər getməzsə onu öldürün, çünki o kafirdir.” [Səhih. Muslim (2236); Əbu Davud (5257); Tirmizi (1484); Nəsai, Əməlul Yəvmə val Leylə (970-72); Təhavi, Muşkilul Əsər (6432); Beyhəqi, Ədəb (1/484); Muvatta (2798)]

  İbn Teymiyyə dedi ki; “İnsanı haqsız yerə öldürmək caiz olmadığı kimi cinləri də haqsız yerə öldürmək caiz deyildir. Zülm hər halda haramdır. Kafir belə olsa, heç kəsin birinə zülm etməsi halal olmaz. Cinlər fərqli şəkillərə bürünərlər. Ev ilanı görüldüyündə bu bir cin ola bilər. Ondan üç dəfə getməsi istənilər. Əgər insanlara ilan şəklində görünərək düşmənlikdə inad edərsə, bundan dolayı öldürülər.” 

Öldürülməsi Əmr Edilən Heyvanlar!



Aişə radiyallahu anhadan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Beş həşərat vardır ki, bunların hamışı fəvasiq (fasadçı)dir. Bunlar Hərəm bölgəsində də, Hərəm xaricində də öldürülərlər; Əqrəb, çalağan, qarğa, siçan və insanlara hücum edən it.” Müslimin bir rəvayətində; “...və ilan” da zikr edilməkdədir.” [Səhih. Əhməd (6/97, 98); Buxari (1829); Muslim (1198, 1200); İbn Macə (3078); Tirmizi (837)]

   Sad b. Əbi Vaqqas radiyallahu anhdan; “Rasulullah səllallahu aleyhi va səlləm vəzaq (zəhərli kərtənkələ) öldürməyi əmr etdi və onu fasiq deyə adlandırdı.” [Səhih. Əhməd (1/176); Muslim (2238); Buxari (3307)]

   Ummu Şureyk radiyallahu anhdan; “Nəbi səllallahu aleyhi va səlləm zəhərli kərtənkələnin öldürülməsini əmr etdi və buyurdu ki; “O İbrahim aleyhissələm üçün yandırılan atəşi körükləyirdi.” [Səhih. Əhməd (6/462); Buxari (3307); Muslim (2237)]

   Əbu Hureyrə radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Kim ilk zərbədə zəhərli kələri öldürərsə, ona yüz həsənə vardır. İkinci zərbədə öldürərsə, birincisindən az bu qədər, bu qədər savab alar. Üçüncü zərbədə öldürərsə, ikincisindən aşağı olaraq bu qədər, bu qədər savab alar.” [Səhih. Əhməd (2/355); Muslim (2240); İbn Macə (3229); Tirmizi (1482)]

   İbn Ömər radiyallahu anhumadan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “İlanları öldürün. İki cizgili və quyruğu qısa olanları da öldürün. Çünki onlar gözü kor edər, hamiləyə düşük etdirərlər. Kim onları öldürməzsə bizdən deyildir.” [Səhih. İbn Hibban (12/456); Təbərani (12/296, 310)]

   Əbu Hureyrə radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Onlarla (ilanlarla) savaşa başladığımızdan bəri barışmadıq. Kim onlardan birini öldürməyi qorxusundan tərk edərsə, bizdən deyildir.” [Səhih. Əhməd (2/520); Əbu Davud (5248); Təhavi, Şərhu Muşkilil Əsər (1338); Həllal, əs Sunnə (1327); Humeydi (1156)]

   İbn Məsud radiyallahu anhdan; o da Rasulullah səllallahu aleyhi va səlləmdən rəvayət edir; “Rasulullah səllallahu aleyhi va səlləm ilanların öldürülməsini əmr etdi və; “Kim onların intiqamından qorxarsa, bizdən deyildir.” buyurdu.” [Səhih. Nəsai (3193); Əbu Davud (5249); Təbərani (9/351); Xatib, Tarix (12/242); Dinəvəri, Mucaləsə (1762); Əbu Bəkr əş Şafi, Qaylaniyyat (318); İbn Cəməə Məşyəhə (162); Əbul Qasım əl Hannai, əl Hannaiyyat (176)]


   Aişə radiyallahu anhadan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Cinlər xaricində bütün ilanları öldürün. Quyruğu qısa və belində xətt olan ilanları öldürün. Çünki onlar analarının qarınlarındakı uşaqları öldürür, gözləri kor edərlər. Kim onları öldürməzsə, məndən deyildir.” [Səhih. İshaq b. Rahuyə, Musnəd (2/570, 3/1025, №: 1143, 1774); Əhməd (6/49, 157); Haris b. Əbi usamə, Musnəd (418)]