30 Aralık 2016 Cuma

Qadın Atasının Yanında Saçlarını Aça Bilərmi?

Yazı sahibi: Əbu Muaz Seyfullah
Tərcümə: Darul İttiba


Cavab: Bəyənilən, qadının üz, əllər və saç daxil olmaq üzrə bütün bədənini yadlara qarşı örtməsidir. Çünki Allahu Təala: "Baş örtüklərini yaxaları üzərinə endirsinlər" buyurmuşdur.

   Bu isə ancaq üzün, saçın və digər yerlərin örtülməsiylə mümkün olar. Rəsulullah sallallahu aleyhi və salləmin: "Qadın tamamilə övrətdir" hədisinə görə, bunları göstərməsi haramdır. Fitnə, bunlara baxıldığına görə meydana gəlməkdədir. Üzün və əllərin açılmasının caiz olduğunu göstərən rəvayət isə səhih deyil.

   Qadının qardaşları, ataları kimi məhrəmlərinə və qadınlara qarşı övrəti isə öz özlüyündə görünən xaricində açması caiz olan; başı, üzü, əlləri, boynu və ayaqlarıdır.

   Əbu Ubeydə b. Abdullah b. Zem'a'dan: "Anası Zeynəb bt. Əbi Sələmə, əz-Zübeyr b. əl-Avvam radıyallahın xanımı Əsma bt. Əbi Bəkri əmizdirmişdi. Zeynəb bt. Əbi Sələmə dedi ki:
   "Zübeyr mən daranarkən yanıma girər, saç hörüklərimdən birini tutar və belə deyərdi: "Mənə bax. Rəbbimə and olsun ki, o mənim atam, doğanlar qardaşlarımdır. Harrə günündən əvvəl Abdullah b. əz-Zübeyr mənə elçi göndərib qızım Umm Gülsümü Həmzə b. əz-Zubeyri istədi. Həmzə, Zübeyrin Kəlb qəbiləsindən olan xanımından olma oğlu idi. Elçiyə dedim ki:
"Bu evlilik onun üçün uyğun olarmı? O ancaq bacısının qızıdır." Beləcə Abdullah b. əz-Zubeyrə xəbər göndərdim. Dedi ki: "Sən yalnız buna mane olmaq istəyirsən. Mən sənin qardaşın deyiləm. Sənin qardaşların Esmanın doğduqlarıdır. Zübeyrin Esmadan başqa xanımlarından olan uşaqları sənin qardaşın deyil. Göndər və soruş." Bunun üzərinə mən də birini göndərib soruşdum. Rəsulullah sallallahu aleyhi və səlləmin səhabələri və möminlərin anaları oraya toplaşdı. Onlar dedilər: "Süd əmizdirmə, kişilər tərəfindən heç bir şeyi (evliliyi) haram etməz." Bunun üzərinə qızımı onunla nigâhladım. Ölənə qədər onun yanından ayrılmadı." [Həsən. Şafii Müsnəd (886); İbn Əbi Şeybə (17647); Darəkutni (4/180)]

   Bu hədis, qadının məhrəmləri yanında saçlarını göstərə biləcəyinə dəlalət edər.

   İbn Kəsir Təfsirində belə demişdir [Təfsiru İbn Kəsir (3/283)]: "Baş örtüklərini yaxalarının üstünə salsınlar" ayəsində, qadınlar üçün edilən və ucları geniş olan niqablar nəzərdə tutulur. Bunlar Cahiliyyə dövrü qadınlarının adət və görünüşlərinə müxalifət etsinlər deyə sinələrini örtmək üzrə qadınların sinələri üzərinə qoyular. Cahiliyyə dövrü qadınları belə etməzdilər. Əksinə qadın, kişilər arasında sinəsi açıq olaraq gəzər, sinəsini hər hansı bir şeylə örtməzdi. Bəzən olurdu ki boynunu, saç hörgülərini və qulaqlarındakı sırğaları da açıqda buraxardı. Allahu Təala mömin qadınlara, istər görünüşləri ilə və istərsə də hallarıyla örtünüb gizlənmələrini əmr etmişdir. Necə ki başqa bir ayədə belə buyurulur:
    "Ey peyğəmbər; Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki: cilbablarını üzərlərinə çəksinlər. Bu, onların tanınması və incidilməmələri üçün daha doğrudur. "{Əhzab, 59}

   Burada da:" Baş örtüklərini yaxalarının üstünə salsınlar "buyurmuşdur. Xumr sözü ximar sözünün çoxluğudur. Ximar isə başı örtən, bu gün insanların örtük / niqab dedikləri örtüyüdür.

Səid b. Cubeyr, ayənin bu hissəsini belə açıqlayır:
 "Baş örtüklərini (ximarlarını) sinə və boyunları üzərinə örtüb bağlasınlar ki hər hansı bir qismi görünməsin." [Səhih Maqtu. İbn Əbi Xatim (14407)]

   Buxarinin Aişə radıyallahu anhadan rəvayətində O belə demişdir:
"Allah, ilk mühacir qadınlara rəhmət etsin. Allahu Təala: "Baş örtüklərini yaxalarının üstünə salsınlar" ayəsini endirəndə, onlar parçaları kəsdilər (böldülər) və bunlarla başlarını və üzlərini örtdülər. "[Səhih. Buxari (4758)]

    Yenə Buxarinin Aişə radıyallahu anhadan rəvayətində o belə demişdir:
"Baş örtüklərini yaxalarının üstünə salsınlar" ayəsi nazil olduqda, onlar paltarlarını gğtürüb yanlarından yardılar və bunlarla başlarını və üzlərini örtdülər." [Səhih. Buxari (4759)]


İbn Əbi Hatim rəvayət edir: Safiyyə bt. Şeybə radıyallahu anhə -dən:
"Biz Aişə radıyallahu anhanın yanında ikən Qureyşin qadınlarını və üstünlüklərini yada salmışdıq. Aişə radıyallahu anha belə dedi:
"Şübhəsiz ki, Qureyş qadınlarının üstünlüyü vardır. Allaha and olsun ki, mən Allahın kitabını təsdiqdə və nazil olanlara imanda Ənsar qadınlarından daha üstününü və daha güclüsünü görmədim. Nur surəsində "Baş örtüklərini yaxalarının üstünə salsınlar" ayəsi nazil oldu. Kişiləri evlərinə dönüb Allahu Təalanın onlara qadınlar haqqında nazil etdiyini oxudular. Hər kəs bu ayəni arvadına, qızına, bacısına və qohumuna oxudu. Onlardan heç bir qadın qalmayıb, paltarlarına doğru yönəldilər və bunlarla başlarından aşağı örtündülər ki Allahu təalanın kitabından endirmiş olduğuna iman etmiş və onu təsdiq etmiş olsunlar. Səhər namazda Rəsulullah sallallahu əleyhi və səlləmin arxasında başdan aşağı örtülü olaraq dayandılar. Sanki başları üzərində qarğalar vardı."b Hədisi bir başqa kanaldan olmaqla Əbu Davud, ayrıca Safiyyə bt. Şeybədən rəvayət etmişdir. [Səhih. İbn Əbi Xatim (14406); Əbu Davud (4100)]


   İbn Cərir (ət-Təbəri), Aişə radıyallahu anhadan rəvayət edir: "Allahu Təala ilk mühacir qadınlara rəhmət etsin. Allahu Təala "Baş örtüklərini yaxalarının üstünə salsınlar" ayəsini endirəndə onlar çölə çıxarkən geyilən paltarlarının ən sıx toxunmuş olanlarını ortalarından yardılar və bunlarla üzlərini örtdülər." Aişə radıyallahu anhanın bu sözünü Əbu Davud, İbn Vəhb kanalıyla rəvayət etmişdir. [Səhih. Təbəri (18120); Əbu Davud (4102)]

28 Aralık 2016 Çarşamba

Qadının Qadınlar Qarşısında Təbərrüc Etməsi!

Yazı sahibi: Əbu Muaz Seyfullah
Tərcümə: Darul İttiba


Sual:

        Son zamanlarda toylarda bəzi qadınların bədən xəttlərini müəyyən edən darlıqda, bəzisi sinə və ya kürəyin bir qismini göstərəcək dərəcədə üst tərəfi və ya alt tərəfi açıq olan geyimlər geydikləri müşahidə olunmaqdadır. Qadınların, yalnız qadınlar arasında olduğu səbəbiylə bu cür paltarlar geyməsinin dindəki hökmü nədir? Qadının vəlisinə bu mövzuda düşən vəzifə nədir?


Cavab:

    Müslimin Səhihində Əbu Hüreyrə radıyallahu anhdan rəvayət Rəsulullah sallallahu aleyhi və səlləmin belə buyurduğu sabit olmuşdur:

   "İki sinif insan vardır ki, onlar cəhənnəmlikdirlər; Bunlardan biri əllərində inək quyruğu kimi qamçılar olub insanları döyəcəklər. Digəri; bədənlərini müəyyən edəcək paltar geyən, bu paltarlarla kişiləri meylettirmək üçün nazlanaraq yeriyən, saçlarını dəvə hörgücü kimi başlarında yığan qadınlardır ki, bunlar cənnətə girə bilməyəcək və çox uzaq məsafələrdən belə hiss edilən cənnətin qoxusunu, hiss edə bilməyəcəklər. "[Səhih. Malik (Libas, 7); Müslim (2128); Əhməd (2/355, 440); Deyləmi (3783); Beyhəqi (2/234); Şuabul-İman (7801); İbn Hibban (16/500); Təbərani, Əvsat (2/224); Darimi (İstizan, 15)]


   Rəsulullah sallallahu aleyhi və səlləm: "geyinmiş çılpaqlar" buyurmuşdur. Yəni üzərlərində fərz olan təsəttürü təmin etməyən, ya qısa, ya şəffaf və ya dar paltarlar vardır.

   Sinənin üst tərəfinin açıq olması bunlardandır. Çünki bu, Allahu Təalanın: "Baş örtüklərini yaxalarının üzərinə endirsinlər" əmrinə ziddir. Qurtubi təfsirində belə demişdir: "Qadın sinəsini örtmək üçün hicabı yaxası üzərinə endirər." Sonra Aişə radıyallahu anhadan bu əsəri zikr edir: "Qardaşı Abdurrahman b. Əbi Bəkrin qızı Hafsa, Onun yanına boynunu müəyyən edən nazik bir baş örtüyü ilə girincə Aişə radıyallahu anha onu alıb cırdı və: "Ancaq örtücü olan qalınlıqda hicab örtülər" dedi. [Səhih. Beyhəqi (2/235); Muvatta (1625); İbn Sad (8/71, 72); İbn Abdilbərr, əl-İstizkar (1690); Şərhu-Sunnə (6/24); Albani, Cilbabul Mər`ə (s.126); Qurtubi təfsiri (12/230)]

   Təmim qəbiləsindən üzərlərində bədəni göstərən nazik paltar olan bir qadın camaatı Aişə radıyallahu anhanın yanına gəlmişdılər, Aişə radıyallahu anha onlara dedi ki;
"Əgər siz Allaha iman edənlərdənsinizsə, (bilin ki) nazik paltar mömin xanımlara əsla yaraşmaz." [Qurtubi (14/244)]

   Başqa bir xəbərdə rəngli və nazik bir örtüyü olan bir gəlin yanına girdiyində Aişə radıyallahu anha: "Belə geyinən bir qadın Nur surəsinə iman etməmişdir" demişdir. [Qurtubi (14/244)]

   Aişə radıyallahu anhanın yanına üzərində nazik baş örtüyü olan bir qadın girincə, Aişə radıyallahu anh o örtüyü alıb cırdı və belə dedi:  "Allahın Nur surəsində nə endirdiyini bilmirsənmi ?" Bunun üzərinə ona öz ximarını (hicabı) geydirdi. " [Səhih. Dürrul-Mənsur (7/287); Səid b. Mansur və İbn Mərduyədən.]

    Qadının vəlisinin haram olan hər paltardan əngəlləməsi, açıq-saçıq olaraq və ya qoxu sürünmüş olaraq çıxmaqdan qadağan etməsi lazımdır. Çünki heç kimin heç kim yerinə ödəniş edə bilməyəcəyi, vasitəçilik edə bilməyəcəyi, kömək görməyəcəyi qiyamət günündə qadından məsul olan, onun vəlisidir.


Allah hamımızı sevib razı olduğu şeyə müvəffəq etsin.

27 Aralık 2016 Salı

Falçılara Sual Vermək Onlara Yardım Etməkdir!

Fətvanın Sahibi: Favzan.
Fətvanın №-si: “Də'vət” 1466 cəmadis-səni. 1415h

Sual: Qiymətli daşları və malları oğurlayanı ifşa etmək üçün falçılardan və gözbağlayıcalardan kömək kimi istifadə etmək olarmı?

Cavab: İtmiş malları və başqa şeyləri soruşmaq üçün falçıların və sehrbazların yanına getmək olmaz. Çünki peyğəmbər –sallallahu aleyhi və səlləm- o şeyi qadağan etmiş və onu edəni çox şiddətli təhdid edərək belə demişdir: “Kim kahinə (falçıya) gedərsə onun namazı qırx gün qəbul olmaz.”

Başqa bir hədisdə isə bu cür demişdir: “Kim falçıya gedərsə və onun dediyini təsdiq edərsə o, Muhəmməd –sallallahu aleyhi və səlləm-ə nazil edilənə (Qur'ana) küfür etmiş olar.” Çünki onların yanına gedib sual vermək, onlara yardım etmək və həmin batil şeyləri dəstəkləmək sayılır. Bu da müsəlmanın əqidəsinə xələl gətirir. Əqidə də dinin əsasıdır. Əgər onda xələl olsa bütün dinə xələl gələcək. Allahdan başqa güc və qüvvət sahibi yoxdur. Vacib olan isə falçıları və sehrbazları təkzib etmək və onlara qarşı mübarizə aparmaqdır.

26 Aralık 2016 Pazartesi

Ölçü Və Çəkidə Hiylə Etmək!

Allahu Təala belə buyurmuşdur; “Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın. Düz tərəzi ilə çəkin. İnsanların əşyalarını əksik verməyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin. Sizi və əvvəlki nəsilləri Yaradandan qorxun!” {Şüara 181-184}

   Abdullah b. Ömər radiyallahu anhumadan; Rasulullah səllallahu aleyhi va səlləm bizə yönələrək belə buyurdu; “Ey Mühacirlər camaatı! Beş şey vardır ki, onlarla mübtəla olacağınız zaman (heç bir xeyir qalmaz). Mən sizin o şeylərə çatmağınızdan Allaha sığınıram: Bir millətin içində zina - fuhuş ortaya çıxıb nəhayət o millət bu günahı açıq aşkar işlədiyində, mütləq içlərində taun xəstəliyi və onlardan öncə gəlib keçmiş millətlərdə meydana gəlməmis xəstəliklər yayılar. Ölçü və çəkini əskik edən hər millət mütləq qıtlıq, keçim sıxıntısı və başlarındakı hökmdarın zülmü ilə cəzalandırılarlar. Mallarının zəkatını verməkdən imtina edən hər millət mütləq yağışdan məhrum qalarlar. (Quraqlıq cəzasıyla cəzalandırılar) və heyvanlar olmasa, onlara yağış yağdırılmaz. Allahın əhdini və Rasulunun əhdini (yəni düşmənlə etdikləri andlaşmanı) pozan hər millətin başına mütləq Allah özlərindən olmayan düşməni musallat edər və düşmən o millətin əlindəkinin bəzisini alar. Və imamları (yəni dövlət adamları) Allahın Kitabı ilə əməl etməyib Allahın endirdiyi hökmlərdən işlərinə gələni seçdikcə (yəni digər hökmləri yerinə gətirmədikcə) Allah onların əzabını öz aralarında verər. (Yəni iç fitnə, fəsad və anarxiya kimi əzablarla cəzalandırar.)”

[Həsən. İbn Macə (4019); Hakim (4/540); Əbu Nuaym (3/333); Beyhəqi (3314); əl Albani, əs Səhiha (106)]

Qadının Qadınların Yanındakı Geyim Tərzi!

Yazı sahibi: Əbu Muaz Seyfullah
Tərcümə: Darul İttiba


   Bu zamandakı qadınların və qızların bir-birləriylə fitnəyə düşmələrinə ən əhəmiyyətli səbəblərdən biri, qadınlar arasında da olsa, bəzənmə və geyimdəki başıboşluqdur. Şəriət isə xeyirin əldə edilməsi və tamamlanması, pisliklərin isə azaldılması və yox edilməsi üzrə gəlmişdir.

   Son zamanlarda məşhur olan utancverici görüntüler və geyimi iffətli Müsəlmanların geyim və görünüşlərindən deyil. Kafirlərin ölkələrindən keçmişdir. Qadınlar arasında bu çirkin görünüş və geyimlərlə öyünmək məşhur hala gəlmişdir. Qısa paltarlar, çılpaqlıq, incə və şəffaf paltarlar, badi və strec deyilən bədənə yapışan paltarlar, jeans və dar şalvarlar kimi paltarlar, "kişilər görmür" səbəbiylə qadınlar arasında geyilməyə başlamışdır.

 Kömək istəniləcək olan Allahdır.

   Qadının, qadınlar yanında zinət və dəstəmaz üzvlərindən başqasını göstərməsinin caiz olmadığını göstərən dəlillərdən biri də səhabə qadınlarının, qadınlar arasında hamamlara gedənlərə qarşı çıxmalarıdır.

   Aişə radıyallahu anhə -dən: Nəbi sallallahu əleyhi və səlləm: "Hamamlar ümmətimin qadınlarına haramdır" [Səhih. Hakim (4/322); Əl Albânî səhih demişdir. Əs-Sahiha (3439)] buyurmuşdur.

   Şam'lıların qadınları Aişə radıyallahu anha'nın yanına girəndə, Aişə radıyallahu anha onlara belə demişdir: "Siz qadınları hamamlara gedən kəslərin bölgəsindən bilərsinizmi? Mən Rəsulullah sallallahu aleyhi və səlləmin belə buyurduğunu eşitdim: "Hər hansı bir qadın paltarını ərinin evindən başqa yerdə çıxarsa Allah ilə özü arasındakı pərdəni parçalamış olur." [ Səhih. Əhməd (6/41, 173, 198, 267); Əbu Davud (4010); Əbu Davud Tayalisi (1518); Tirmizi (2803); İbni Macə (3750); Darimi (2651); İshaq b. Rahuya (3/915); Beyhəqi, Şuab (6/157); Hakim (4/321); Təbərani, Əvsat (5/84, 7/100); Əbu Yala (8/139); Hatib, Tarix (3/58); Hatib, Muvaddahu Evham ( 1/357); Əbdürrəzzaq (1/294)]

    Qadınların idman etdikləri salonlar, üzdükləri sahil və hovuzlar ilə iş mühitləri də bu hökmə daxildir. Buna görə Ömər radıyallahu anh ətrafa belə yazmışdı:
"Müsəlman qadınlar, xəstəlik xaricində hamama girməsin. Qadınlarınıza Nur Surəsini öyrədin. " [Həsən. Abdurrazzaq (1/295)]

   Sələfin xanımları yaşlı olsalar belə, şəffaf və ya bədəni müəyyən edən paltar geyilməməsi mövzusunda həris idilər.

   Əl-Munzir b. əz-Zübeyr rahiməhullah, İraqdan gəldiyində Əsma bt. Əbi Bəkr radıyallahu anhanın gözləri kor olmasından sonra, ona incə bir paltar göndərdi. Əsma radıyallahu anha o paltara əliylə toxundu, sonra belə dedi: "Uf! Bunu ona geri verin!" Bu geri qaytarma əl-Münzirə ağır gəldi və: "Ey anacan! O şəffaf deyil "dedi. Esma radıyallahu anha: "Şəffaf olmasa da bədəni müəyyən edər" dedi. Bunun üzərinə Munzir ona başqa bir paltar aldı, Esma radıyallahu anha onu qəbul etdi və: "Mənə elə beləsini geydir" dedi." [Həsən. İbn Sad, Tabaqat (8/252); İbn Asakir, Tarix (60/290); əl-Albani, Cilbabu'l-Məra (s.127)]

Qadınlar Arasında Şalvar Kimi Dar Paltar Geyinmək
   Qadınların bədən üzvlərini müəyyən edən dar və ya dərisinin rəngini müəyyən edən şəffaf paltarlar geymələri, qadınlar arasında olsa belə caiz deyil.

   Qadının paltarında şərt olan şeylərdən biri, qızılı müəyyən edən şəffaflığı olmaması və bədən əzasını müəyyən edəcək darlıqda olmamasıdır.

   Usamə b. Zeyd radıyallahu anhuma'dan: "Rəsulullah sallallahu aleyhi və səlləm mənə Qıpti toxumalarından dar bir rida və ya paltar geyindirdi. Mən də onu xanımıma geydirdim. Rəsulullah sallallahu əleyhi və səlləm mənə: "Niyə Qıpti parçasından paltarı geymədin?" dedi. Mən də: "Ey Allahın rəsulu! Onu xanımıma geydirdim "dedim. Rəsulullah sallallahu əleyhi və səlləm mənə belə buyurdu: "Ona əmr et ki, o paltarın altına qalın bir şey də geyinsin. Onun sümüklərin həcmini müəyyən etməsindən qorxuram. " [Həsən. Əhməd (5/205);  Ziyau'l-Makdisi, əl-Muxtarə (4/150); Təbərani (1/160)]

   Ömər radıyallahu anh belə deyərdi:
"Qadınlarınıza Qıpti parçasından geydirməyin. Çünki o şəffaf və dardır."  [Səhih. Abdurrazzaq (7/51); İbn Əbi Şeybə (6/24)]


   Bundan ötrü, qadınların qadınlar arasında və ya məhrəmləri yanında olsa belə şalvar geymələri, xüsusilə bədəni müəyyən edən dar şalvar geymələri, şəffaf paltarlar geymələri caiz deyil. Yaxşı, bəs yad kişilərin qarşısında bunları necə geyə bilərlər ?!

25 Aralık 2016 Pazar

Bidət Əhlinin Əlamətlərindən!

Alləmə Rabi ibn Hədi əl-Mədxali (Allah onu qorusun);

    Hər bir rafizi, sufi, hizbi və bunların yolunda olub sələfi olduqlarını iddia edən kəzzəblərin  hamısının  hədis əhlinə buğz etdiklərini görərsən, onların adları gəldikdə eşitmək belə istəmirlər, xüsusən də bunların bidətlərinə və zəlalətlərinə qarşı çıxan və şeyxlərini bidətçi çıxaranları. Ən sərt şəkildə və müxtəlif yollarla sələfilərə qarşı hərb edirlər.  Bəzən də yalan danışmaqda və yalan, batil şaiələr yaymaqda yəhudiləri belə üstələyirlər.

    Əgər hər hansı bir kəsi Sünnə əhlinə tənə edən görsən, bu onun bidətçi olmasına dəlildir, bəzən də zındıq olur. Əgər hər hansı bir kəsi Sünnə əhlinə, hədis əhlinə tənə edən görsən, bil ki, onlara müxalifdir, onların yolunu təhqir edərək alçaq görür. Bunda heç bir şək yoxdur.

   Yoxsa ki, Sünnə əhlinə tənə etməyə onu nə vadar etmişdir? Onu buna vadar edən onun azğın olmasıdır və o, öz azğınlığında, murdarlığında və şərrində batıb qalmışdır. Bu onların əlamətlərindəndir. Bu şər əhlinin, bidət əhlinin əlamətlərindəndir. Hətta əhli sünnədən olduğunu desə də belə, ona inanma, çünki o kəzzəbdir.

   Bu kəzzəb batilçi sənə deyəcəkdir ki, "mən sələfiyəm", lakin o kəzzəbdir. Bunu yalnız hiyləylə deyir, münafiq kimi, o da deyir ki, "mən möminəm, mən müsəlmanam"! Münafiq "mən kafirəm, mən münafiqəm, mən İslama nifrət edirəm" deməz, əksinə deyər ki, "mən müsəlmanam" və namaz qılar, sədəqə verər və sair işlər görər, lakin İslama və müsəlmanlara nifrət edər.

   İndi də insanların çoxu deyir ki, sələfidir, lakin onu yalnız hədis əhlinə nifrət edən və onlara tənə edən görürsən.

   Hədis əhli hər yerdə: Məkkədə, Mədinə, Yəməndə, Hindistanda, Pakistanda, hər yerdə mövcuddurlar. Bu kəslərin isə hədis əhli ilə yalnız hərb etmək münasibəti vardır. Digər tərəfdən isə bidət əhli ilə gizlində də, aşkarda da dostluq edir, onları müdafiə edir və onarı müdafiə etməkdə özünü həlak edir.

   Bu kəslər heç bir şək yoxdur ki, bidətçidirlər, hətta özlərini nə adlandırırlar adlandırsınlar, özlərini necə vəsf edirlər etsinlər. Bütün bunlar onların hallarını açıb göstərən əlamətlərindəndir.

Şeyxin "Məcmu kutub və rasəil və fətəvası" 2/311,312.

Eşq Xəstəliyi Və Pis Ölümə Aparan İbrətlik Eşq Hekayələri!

       Tərcümə: Darul İttiba

  İbn Qeyyim rahiməhullah deyir ki; Nəfslərdə zinaya əyilim var. Bunu edən çoxdur. Səbəbi isə çox vaxt EŞQdir. Qəlblərin fitrətində də aşiqlərə acıma hissi vardır. Çox insanlar aşiqə yardımı ibadət və Allaha yaxınlaşma vəsiləsi olaraq görürlər. Aşiq olduğu kimsə ona haram da olsa, insanlar belə düşünürlər. Çünki bu bizim fitrətimizə qoyulmuşdur. Bir də belə şeyləri qadınlar və xidmətçilər kimi ağılı az olanlar bizə bol bol danışarlar. Eyni zamanda bu günah iki tərəfin də razılığı ilə olar və bunda təcavüz, zülm və qəsb kimi nəfslərin xoşlamadığı şeylər baş verməz. Həmçinin, nəfslərdə onlara hökm edən şəhvət var. Bu səbəbdən hadisəni gözündə çox böyük və çirkin görməz. Qəlbini şəfqət bürüyər və bu onun cəzasını verməkdən çəkindirər. Bütün bunlar iman azlığından qaynaqlanmaqdadır.”

»     Birinə ölüm anında “Lə iləhə illəllah, de” deyildi. O isə dayanmadan “Müncab hamamına haradan getmək lazımdır?” deyirdi.
   Hafiz Əbu Muhəmməd deyir ki; “Bu şerin hekayəsi belədir; Bir nəfərin evinin qapısı hamamın qapısına bənzəyirdi. Bir gün evinin önündə dayanarkən oradan gözəl bir cariyə keçdi və; “Müncab hamamına haradan getmək lazımdır?” dedi. Adam; “Müncab hamamı buradır.” dedi. Cariyə öndən, adam da onun arxasından içəri girdi. Cariyə oranın adamın evi olduğunu və adamın onu aldatdığını anlayınca, onunla birlikdə olmaqdan sevinirmiş kimi davrandı və; “Yanımızda həyatımızı rəngləndirəcək və bizə ləzzət verəcək bir şeylərin olması doğru olmazmı?” dedi. Adam; “Bu dəqiqə istədiyin və arzuladığın hər şeyi gətirəcəyəm.” dedi və qapını qığıllamadan çıxıb getdi. Alacaqlarını alıb geri qayıtdıqda cariyənin çıxıb getdiyini gördü. Bunun üzərinə həmin adam qara sevdaya yaxalandı və daima onu zikr edər oldu. Yollarda və küçələrdə yeriyər və belə deyərdi; “Vaah, bir gün yorğun halda soruşan qadın; Müncab hamamına haradan getmək lazımdır.” deyə!
   Yenə bir gün belə deyərkən bir cariyə pəncərədən belə cavab verdi; “Onu əlinə keçirən kimi, evə bir gözətçi tapsaydın və ya qapını qıfıllasaydın.”
   Adamın sevdası daha da artdı və şiddətləndi. Bu hal üzrə davam etdi və dünyadakı son sözü də bu oldu.”

»     Hafiz Əbu Muhəmməd davamla belə deyir;....
   Rəvayət olunur ki, Misirdə azan və namaz üçün daima məscidə gedən itaət gözəlliyi üzrə və ibadət nuru olan bir nəfər vardı. Bir gün adəti üzrə azan üçün minarəyə çıxdı. Minarənin altında bir xristianın evi var idi. Oraya baxdı və xristianın qızını gördü. O an aşiq oldu. Azanı oxumadan aşağı endi. Evə, qızın yanına girdi.
·     Qız; “Nə olub, nə istəyirsən?” dedi.
·     Adam; “Səni istəyirəm.” dedi.
·     Qız; “Nə üçün?” dedi.
·     Adam; “Sən mənim ağlımı əsir aldın, qəlbimi oğurladın.” dedi.
·     Qız; “Səninlə zina etməyə əsla razı olmaram.” dedi.
·     Adam; “Elə isə səninlə evlənərəm.” dedi.
·     Qız; “Sən müsəlmansan, mən isə xristian. Atam heç vaxt məni sənə verməz.” dedi.
·     Adam; “Elə isə mən də xristian olaram.” dedi.
·     Qız; “Əgər elə olarsa, mən də evlənərəm.” dedi.
   Adam onunla evlənmək üçün xristian oldu və onlarla birlikdə evlərində qaldı. Eyni gün bir ara evin damına çıxdı. Oradan yıxılıb öldü. Beləcə həm qızı əldə edə bilmədi, həm də dinini itirdi.

·     Hafiz Əbu Muhəmməd davam edir; Deyilənə görə bir nəfər bir qadına aşiq oldu, ona vuruldu. Sevgisi qəlbinə elə yerləşdi ki, bu ona əzab verməyə başladı. Nəhayət yatağa düşdü. Digəri isə ondan uzaq durmağa başladı, daha da uzaqlaşdı. Aradakılar aralarında gedib gəldilər. Nəhayət digəri onu ziyarət etməyə söz verdi. İnsanlar gəlib ona bunu xəbər verdilər. O buna həddindən çox sevindi və kədəri, üzüntüsü yox olub getdi. Bu təyin olunan görüşü gözləyərkən ara düzəldənlər gələrək ona belə dedi; “Mənimlə birlikdə yolun yarısına qədər gəldi sonra geri qayıtdı. Onunla danışıb gəlməyə məcbur etdimsə də, “Mənimlə sevindi, nəşələndi. Şübhə yaradacaq bir vəziyyətə düşmək, günahla ittiham olunmaq istəmirəm.” dedi. Nə qədər məcbur etdimsə də qəbul etmədi və geri qayıtdı.” Bunu eşidən iztirablı adam yenidən xəstələndi və əvvəlkindən daha betər bir hala gəldi. Halı üzündən oxunurdu. Dedi ki;

    Ey Sənəm, ey xəstənin rahatlığı,
   Ey bir dəri, bir sümük qalmışın şəfası,
   Sənin razılığın könlüm üçün daha şirindir,
   Yaradanın və Cəlal sahibinin rəhmətindən!

   Ona; “Ey adam, Allahdan qorx!” dedim. “Bəli, elə dediyim kimidir!” dedi. Yanından qalxdım, daha evinin qapısından çıxmadan onun ölüm qışqırığını eşitdim.



   Uğursuz sondan Allaha sığınırıq!



   İbn Qeyyim rahiməhullahın “Dərd və Dəva” adlı əsərindən.

Qadının Qadına Qarşı Övrəti!

Yazı sahibi: Əbu Muaz Seyfullah
Tərcümə: Darul İttiba


   Qadının, qadınlar qarşısındakı övrəti, qadının məhrəmlərinə qarşı olan övrəti kimidir. Qadının, eyni zamanda dəstəmaz üzvləri olan zinət yerlərini öz cinsindən olan qadınlara göstərməsi caizdir. Qadınların arasında olduğu səbəbiylə qadının örtüyünü açması isə caiz deyil. Allahın dinində bunun yeri yoxdur.
   Qadının qadına qarşı övrətinin, kişinin kişiyə qarşı övrəti kimi olduğu, yəni diz ilə göbək arası olduğu fikri doğru deyil. Buna dəlalət edən səhih və ya zəif bir dəlil yoxdur. Bu görüşün elmdən və dəlildən qoxusu belə yoxdur. Əksinə Kitab və Sünnət nasları, qadının qadınlara qarşı övrətinin; qadının məhrəmlərinə qarşı övrətiylə eyni olduğunu göstərir. Bunu dəstəkləyən şeylərdən biri də cariyənin övrət baxımından Hürrün (azad qadının) övrətinin yarısı qədər olmasıdır.

   Abdullah b. Amr radıyallahu anhuma'dan: Nəbi sallallahu əleyhi və səlləm belə buyurdu:
"Biriniz, xidmətçisi olan köləsini və ya işçisini evləndirdiyi zaman göbək ilə diz arasına baxmasın." [Həsən. Əbu Davud (4114); Əhməd (2/87); Beyhəqi (2/226); əl Albani həsən demişdir.]

   Beyhaki dedi ki: "Səhih olan, cariyənin evləndikdən sonra artıq ağasına, azad qadının da məhrəmlərinə, iş  görərkən görünən qismdən başqasını göstərməməsidir."

   İbn Teymiyyə rahiməhullah dedi ki: "Hicab, cariyələrə deyil, azad qadınlara məxsusdur. Möminlərin Nəbi sallallahu aleyhi və sallam və xəlifələrinin zamanındakı adətləri, azadların örtünməsi, cariyələrin isə açıq olmasıdır. Ömər radıyallahu anh üzünü örtən bir cariyə gördüyü zaman onu döyər və belə deyərdi:
 "Hürlərəmi bənzəməyə çalışırsan ey alçaq!" [Səhih. Beyhəqi (2/226); Təlhisul-Xabir (468); İbnul-Həcc, əl-Mədxal (1/145); Şeyx əl Albânî rahiməhullah: "Ömər radıyallahu anhdan sabitdir" demişdir. Əl-Hicab (s.45)]

    Cariyələr başını, əllərini və üzlərini açıq buraxardılar... Yenə ümmət üçün fitnədən qorxulduğu zaman cariyələrin üzərinə örtü endirmiş və örtmüşlərdir. Onlara baxmaqdan və onların baxmasından çəkinmək lazımdır. Kitab və sünnədə cariyələrə baxmanın və onların örtünməyi tərk edib zinətlərini göstərmələrinin mübah olduğunu göstərən bir dəlil yoxdur. Lakin Quran, azadların əmr etdiyi şeyi cariyələrə əmr etməmişdir... Vəziyyət belə olduğuna görə cariyənin açılması və ona baxmaq bir fitnədir. Belə olmasa belə, bunun qarşısını almaq lazımdır. Kişinin kişilərə və qadının qadınlara qarşı vəziyyəti də belədir. Əgər bir qadın, qadınlar üçün fitnə olursa və bir kişi, kişilər üçün fitnə olursa, ismətin qorunması üçün baxışları endirməyə dair əmr onlara baxmaq haqqında da keçərli olur. "

   Ömər radıyallahu anhın bu hərəkəti, üzü örtmənin azad qadınlara xas olduğunun ən qüvvətli dəlillərindəndir. Azad qadınlar üzlərini örtməklə cariyələrdən ayrılırlar.

   Allah Təala belə buyurmuşdur:
"Mömin qadınlara da söylə: Onlar da gözlərini haramdan çəkinsinlər və iffətlərini qorusunlar. Özbaşına kənarda zinətlərini göstərməsinlər və baş örtülərini yaxalarının üzərinə qoysunlar. zinətlərini; ərlərindən, atalarından, yaxud ərlərinin atalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, öz qadınlarından, əlləri altındakılardan (kölə və cariyələrindən), qadına ehtiyacı olmayan iqtidarsız kişilərdən, təbii olan xidmətçilərdən və qadınların övrət yerlərini hələ bilməyən uşaqlardan başqasına göstərməsinlər . Zinətlərini gizlədikləri şeylərin görünməsi üçün ayaqlarını yerə vura-vura yeriməsinlər. Ey möminlər! Hamınız Allaha tövbə edin də, nicat tapasınız. "  (Nur 31)


    Dəlil olma yönü budur: Allahu Təala məhrəmləri zikr etdikdən sonra və mülkiyyəti altında olanlardan əvvəl qadınları zikr etmişdir. Bu səbəbdən dolayı, qadınların qadınlara qarşı hökmü, ayədə onlardan əvvəl və sonra zikr edilənlərlə eynidir.

Nur Surəsi 31-ci Ayədəki “Zinət” Nədir?


Müəllif: Əbu Muaz Seyfullah
Tərcümə: Darul İttiba


   "Mömin qadınlara da söylə: Onlar da gözlərini haramdan çəkinsinlər və iffətlərini qorusunlar. Özbaşına kənarda zinətlərini göstərməsinlər və baş örtülərini yaxalarının üzərinə qoysunlar. zinətlərini; ərlərindən, atalarından, yaxud ərlərinin atalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, öz qadınlarından, əlləri altındakılardan (kölə və cariyələrindən), qadına ehtiyacı olmayan iqtidarsız kişilərdən, təbii olan xidmətçilərdən və qadınların övrət yerlərini hələ bilməyən uşaqlardan başqasına göstərməsinlər . Zinətlərini gizlədikləri şeylərin görünməsi üçün ayaqlarını yerə vura-vura yeriməsinlər. Ey möminlər! Hamınız Allaha tövbə edin də, nicat tapasınız. " { Nur 31}

    Allahu Təala bu ayədə əmiləri və dayıları zikr etməmişdir. Bunun səbəbi əmi və dayıların məhrəmi olmaması deyil. İkrimə və Şabi belə demişlər:
  "Bu ayədə əmi və dayı zikr edilməmişdir. Çünki onlar öz oğullarına vəsifləndirirlər. Qadın əmi və dayı yanında hicabı (üzünü) aça bilməz. " [Səhih Maqtu. İbni Əbi Şeybə (4/13); Əhməd, Ahkamun-Nisa (31)]

   Ərə gəlincə; bütün bunlar (bu qadağalar) onun üçündür və qadın bir başqasının hüzurunda olmadığı şəkildə onun üçün bəzənib geyinər.

   Alimlər belə demişdirlər: Ayədə halal olmayan şeylərdən baxışları qısmaq və Allahın haram etdiyi şeylərdən fərci qorumaq əmr edilmiş, qəsdsiz olaraq öz-özlüyündə görünən xaricində zinəti göstərmək qadağan edilmişdir.

Bu ayə məhrəmlərə göstərilə biləcək sərhədi yalnız zinət olaraq açıqlayır.

   Naməhrəmlərə gəlincə; "Öz özlüyündə görünən istisna, zinətlərini göstərməsinlər və baş örtüklərini yaxalarının üzərinə çəksinlər" buyurulmuşdur.

   Yenə burada gizli zinətləri ərlərindən, atalarından və ayədə zikr edilənlərdən başqalarına göstərməkdən qadağa var. Ayədə qadının gizli zinətlərini bu kəslərə göstərməsinin mübah olduğu bildirilməkdədir. Ayənin özləri haqqında nazil olduğu zamandakı qadınların ənənəsində məhrəmləri yanında göstərdikləri gizli zinətlər nə idisə, onları, bu ayədə sayılan kəslərə göstərə bilər. Qadının ərinə qarşı batini zinətlərini göstərməsi isə daha başqa dəlillər ilə xüsusiləşdirilmişdir.

   İbni Məsud radıyallahu anh; Ayədəki "öz özlüyündə görünən istisna olmaqla zinətlərini açmasınlar" ifadəsi haqqında deyir ki;
   "Ziynət iki cürdür; görünən zinət və yalnız ərinin görə biləcəyi gizli zinət. Görünən zinət; Ərəb qadınlarının geyməyi adət etdikləri paltarlarının üzərinə geydikləri örtüklər ilə paltarlardır. Gizli zinət isə ərindən başqasına göstərməsi caiz olmayan; sürmə, üzük, bilərzik kimi şeylərdir. " [Səhih. İbni Əbi Şeybə (4/284); Təfsiru Abdirrəzzaq (4/495); İbn Əbid-Dunya, əl-İyal (404); Tahavi, Şərhi Məanil-Asar (4/332); Təbəri (17/256, 264); Təbərani (9 / 228); İbnu Qatan, Kitabun-Nazar (s136); İbn Həbib, Gayə və Nihayə (s.215)]

Digər rəvayətdə ləfzi belədir:
"Ziynət iki cürdür: Ziynətuz-Zahira (açıq zinət) ki, o paltardır. Digəri isə gizlənən xalxal, sırğa və bilərziklərdir. " [Səhih. Təbəri (17/256); İbn Əbi Xatim (14395)]

Yenə İbn Məsud radıyallahu anh; "Zinətlərini öz-özlüyündə görünən istisna olmaqla" cümləsindəki zinət paltardır. Necə ki "Məscidə hər çıxışınızda ziynətinizi " {Əraf 31}  ayəsində də paltar nəzərdə tutulur "demişdir. [Səhih. Təbəri (17/257)]

İbn Abbas radıyallahu anhuma dedi ki:
"Ayədə keçən görünən zinət; üz, göz sürməsi, əldəki xına və üzükdür. Bunlar evinə gələn insanlara görünər." [Həsən. İbn Cərir ət-Təbəri (17/259)]

İbn Abbas radıyallahu anhuma'nın nəzərdə tutduğu kəslər, qadının yanına girə bilən əri xaricindəki məhrəmləridirlər.

   Bunu ayrıca bu ləfızlə rəvayət etdilər: "İbn Abbas radıyallahu anhuma "zinətlərini göstərməsinlər" ayəsi haqqında; "Qadın xalxalını, qolluğunu, boğazını və saçlarını ərindən başqasına göstərə bilməz" dedi.” [Həsən. İbn Əbi Hatim (8/2576); İbn Abdilbərr, ət-Təmhid (16/230); Beyhəqi (7/94); Təbəri (17/267)]

Bu İbn Əbi Xatimin ləfzidir. Beyhakinin ləfzi belədir:
 "Bu insanlara göstərə biləcəyi zinətləri sırğaları, boyunbağısı, bilərzikləridir. Xalxal, pazubəndi, boynunu və saçlarını isə yalnız ərinə göstərə bilər." [Həsən. Təbəri (17/264, 267)]

İbn Abbas radıyallahu anhuma'dan digər rəvayət bu şəkildədir:
 "İbn Abbas; "Zinətlərini göstərməsinlər" ayəsi haqqında: əl və üzü (göstərməsinlər) deməkdir "dedi. [Səhih. İbn Əbi Şeybə (4/283); İbn Əbi Hatim, Təfsir (8/2574)]

   Ayədə "zinətlərini ərlərindən, atalarından ... başqasına göstərməsinlər" cümləsiylə nəzərdə tutulan zinəti, İslam alimləri açıqlamışdırlar.

Beyhəqi dedi ki: "Qadının bu ayədə sayılan kəslərə göstərə biləcəyi zinətlər; sırğaları, gərdanlığı, bilərzikləri və saçıdır. Xalxal, pazubənd və sinəsini isə ərindən başqasına göstərə bilməz. Mucahid dedi ki:

"Bunlar sırğalar, dirsəklər və ayaqlarıdır." [Beyhəqi, Sünən (7/151)]

24 Aralık 2016 Cumartesi

Başqalarının Bayramlarına, Festivallarına Və Xüsusi Günlərinə Qatılanlar Bizdən Deyil!


Tərcümə: Darul İttiba


   Ənəs b. Malik radıyallahu anhdan rəvayət olunduğuna görə o belə demişdir:
   "Rəsulullah sallallahu aleyhi və səlləm (hicrətdən sonra Məkkədən) Mədinəyə gəldiyində, Mədinəlilərin (Novruz günü ilə MİHRİCAN günü deyə) oynayıb əyləndikləri iki günləri vardı. Rəsulullah sallallahu əleyhi və səlləm:" Bu günlər nədir? " deyə soruşdu. Mədinəlilər: "Biz (İslamdan əvvəl), cahiliyyət dövründən bu yana bu günlərdə əylənirik" dedilər. Bunun üzərinə Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu: "Şübhəsiz ki, Allah sizə, o iki günün yerinə (dünya və axirətdə) daha xeyirli olan iki bayramı: qurban bayramı ilə Ramazan bayramını vermişdir. "  [Səhih. Əbu Davud (1134); Nəsai (1556); əl-Albani əs-Sahiha (2021)]

Abdullah b. Amr radıyallahu anhuma'dan rəvayət olunduğuna görə, o belə demişdir:  Hər kim, əcəm ölkəsindən keçsə (başqa bir rəvayətdə: Müşriklərin diyarında iqamət etsə), onlarla birlikdə onların Novruz və Mihrican bayramlarını qeyd etsə və ölənə qədər bu hal üzrə onlara bənzəsə, qiyamət günü onlarla bərabər həşr olunar. "  [Səhih mövkuf. Beyhəqi (9/234); Hakim ət-Tirmizi, Nəvadirul Üsul (1/255); Dulabi, əl-Kuna (3/1048); İbn Qeyyim, Ahkamu Əhli'z-Zimmə (1 / 723-724)]

Ömər b. Əl-Xəttab radıyallahu anhdan rəvayət olunduğuna görə o belə demişdir:
"Bayram günlərində, kilsələrində müşriklərin yanlarına girməyin. Çünki Allahın lənəti, onların üzərlərinə enməkdədir."  [Səhih mövkuf. Abdurrazzaq (1/411); Beyhəqi (9/234); Beyhəqi, Şuab (7/43); Əbul Qasım əl-Xurafi, Fəvaid (no: 24)]

   Ömər b. əl-Xəttab radıyallahu anh yenə belə demişdir: "Bayramlarına qatılma mövzusunda Allahın düşmənlərindən çəkinin (onlardan uzaq durun)." [Səhih mövquf. Buxari, Tarix (4/14); Beyhəqi (9/234)]

   Ömər b. Əl-Xəttab radıyallahu anh belə demişdir: Allahın düşmənləri olan yəhudi və xristianların bayramlarından çəkinin. Çünki onların bir araya gəldikləri yerlərdə üzərlərinə qəzəb enər, sizə də isabət etməsindən qorxuram. Onların dil üslublarını öyrənməyin. Əks halda əxlaqınız onların əxlaqına bənzəyər. " [Səhih mövquf. Beyhəqi, Şuabul-İman (7/43); Məkrizi, əl-Məvayə vəl-Etibar (1/330); İbn Kəsir, Musnədu'l-Faruq (2/494)]

   Elm əhlinin icması ilə müsəlmanın, yeni il kimi dini bayramlarında kafirlərlə bir araya gəlməsi və bu bayramlara iştirak etməsi caiz deyil. Çünki bunda onların etdiklərinə razı olmaq və kömək etməkdən söhbət gedir. Necə ki, Allah Təala belə buyurmuşdur:

   "Günah işləmək və düşmənçilik etmək üçün kömək göstərməyin." {Maidə 2}

   Şübhə yoxdur ki, onların batil bayramlarına qatılmaq, günahda yardımlaşmaq olub haramdır.

   Əl-Kəttani, belə deyər: "Elm əhli, dinlərinin şüarlarında onlarla birlikdə olmağın caiz olmadığında ittifaq etmişdirlər. Əbdülməlik b. Həbib, el Vadıhada dedi ki: İbnul Qasımdan Xristianların bayramlarını qeyd etmək üçün mindikləri gəmiyə minməyin hökmü soruşuldu. Üzərində toplandıqları şirklərindən ötrü üzərlərinə qəzəb enməsindən qorxulduğu üçün bunu çirkin gördü və bunun onların dinlərinə təzim mənasına gəlib, şirklərində kömək etmək olduğunu ifadə etdi ... Bunun Malik və digər alimlərin görüşü olduğunu söylədi. Bu mövzuda ixtilaf edən kimsə bilmirəm. "  [ed-Devahiyu'l-Mudhiyədə (s.85)]

   Yenə elm əhlinin icması ilə bu bayramlarında onları təbrik etmək və dünyəvi bayramlarında iştirak etmək də haramdır. Çünki bunlar bizim dinimizdə bidət və haram olan bayramlardır. Yenə içində dini və ya dünyəvi bayram olan bu günləri bayram (tətil, bayram günü) etmək də haramdır. Çünki bu qadağa bənzəmədəndir. [Əl-iktizâ (1 / 426-640, 2 / 581-616); Şeyx Əbdüləziz b. Baz, Fətava (s.894); əl Vəla vəl-Bəra (s.331)]

   İbn Qeyyim rahiməhullah belə deyir: "Onları özlərinə xas, küfr şüarlarından ötrü təbrik etmək ittifaqla haramdır. Məsələn bayramlarında və oruclarında "Təbrik edirəm, bayramınız mübarək olsun " və buna bənzər sözlər söyləməkdə olduğu kimi. Bunu söyləyən kimsə küfrdən salamat qalsa belə, bu etdiyi haramdır. Bu eynilə bütə səcdə etmələrini təbrik etmək kimidir." [Ahkamu Əhliz-Zimmə (1/162)]


   Şeyx Muhəmməd b. Useymin rahiməhullah belə demişdir: "Müşriklərin etdiklərinə şəxsən qatılsa da qatılmasa da, onları bu şəkildə təbrik etmək haramdır. Əgər biz onları bayramlarında təbrik etsək bizim də onlardan fərqimiz qalmaz. Çünki o bizim bayramımız deyil. Bu Allahın razı olduğu bir bayram deyil. Bunu istər dinlərindən bir bidət olaraq uydurmuş olsunlar, istərsə dinlərinə görə qanuni olsun fərq etməz, İslam bunları nəsh etmiş, ortadan qaldırmışdır ... Müsəlmanın bu kimi bayramlar münasibəti ilə edilən dəvətdən razı olması da haramdır. Çünki onlara iştirakı ifadə etməsindən ötəri, bu onları təbrik etmənin ən irəli ölçüsüdür. Yenə müsəlmanların kafirlərə bənzəmələri, bu münasibətlə mərasimlərinə qatılmaları, hədiyyə alıb vermələri, şirniyyat və ya yemək paylamaları, tətil etmələri haramdır ... Hər kim bunlardan birini etsə günahkardır. İstər gözəl rəftar üçün, istər sevgidən ötəri, istər çəkindiyinə görə və ya istərsə başqa bir səbəblə etmiş olsun, vəziyyət dəyişməz. Çünki bu, Allahın dinində taviz vermək və müdahənədə olmaq olub, kafirlərin nəfslərini dinləriylə öyünmələrində dəstəkləməkdir. " [Mecmuu Fətava (3/45, 46)]

21 Aralık 2016 Çarşamba

Qızıl Alqı Satqısı İlə Bağlı Bilinməsi Lazım Olan Bir Məsələ!

 Tərcümə: Darul İttiba


  Fərq ödəyərək, qızılı qızılla dəyişdirmək caiz deyildir. Verdiyi qızıl zinəti ilə aldığı qızıl zinəti arasındakı qiymət fərqini ödəyərək bir çox kimsə, zinətlərini zərgərə verib, fərqli qızıl zinətləri almaqdadır. Bu cür alqı satqı haramdır, caiz deyildir. aradakı fərq faizdir. Buna görə, qızıl qarşılığında qızıl satılması halında biri 18, digəri 21 əyar olsa belə, ağırlıqlarının bir birinə bərabər olması və tərəflərin ayrılmadan əvvəl qızılları təslim almaları şərtdir.

   Məsələn, bir qadın öz zinətini, 10.000 manata zərgərə satmağa, sonra da daha az qramda bir zinəti 10.000 manata almağa sözləşməsi və eyni zaman içərisində bu alqı satqını həyata keçirməsi caiz deyildir. Çünki bu alqı satqı görüntüdən ibarətdir və bu davranışla haram edilmiş olan bir iş məşrulaşdırılmağa çalışılmışdır. Fəqət bu alqı satqı, eyni zaman dilimində edilməzsə, yəni qadın öz zinətini zərgərə satıb pulunu aldıqdan sonra çıxıb gedər, başqa bir vaxt da yenidən gələrək başqa bir zinəti alarsa, caiz olar.

   İmam Əhməd b. Hənbəl rahiməhullah bu haqda belə deyir; “Bir qadın öz zinət əşyasını zərgərə satdıqdan sonra bazarda gəzər, istədiyi zinəti axtarar. İstədiyi zinətin sadəcə öz zinətini satdığı zərgərdə olduğunu anladıqdan sonra yenidən o zərgər dükanına qayıdaraq istədiyi zinəti ala bilər.” [İbn Useymin, əl Fətava ən Nisaiyyə (s. 90)]


[Əbu Muaz Seyfullahın “Səhih İslam Fiqhi” adlı kitabından alıntı]

20 Aralık 2016 Salı

Yalnış Olan Hədis Əhlinin Üslubu Deyil, Bidət Əhlinin Yaltaqlığıdır!


Müəllif: Əbu Muaz Seyfullah
Tərcümə: Darul İttiba


1- Səfinə radıyallahu anhdan:
Nəbi sallallahu aleyhi və səlləm naxışlarla bəzənmiş bir evə girməzdi " [Səhihdir. İbn Hibban (8/91); Hakim (2/186); Əhməd (5/220-222); İbn Macə (3360); Əbu Davud (3755); Təbərani (7/84)]

2- Əbu Sələbə əl-Huşəng radıyallahu anhdan:
"Bir adam barmağında qızıldan bir üzük olduğu halda Nəbi sallallahu aleyhi və səlləmin yanına oturdu. Rəsulullah sallallahu əleyhi və səlləm əlindəki dəyənəklə adamın əlinə vurdu. Sonra da adama əhəmiyyət vermədi. Adam da üzüyünü çıxarıb atdı ..." [Həsəndir. İbn Hibban (1/410); Tahavi (4/261); Əhməd (4/195); Nəsai (8/171)]

3- Əbu Səid əl-Xudri radıyallahu anhdan:
"Bir adam barmağında qızıldan bir üzük olduğu halda Nəcran'dan Rəsulullah sallallahu aleyhi və səlləmin yanına gəldi. Nəbi sallallahu aleyhi və səlləm üzüyü görüncə adamdan üz çevirdi. Adam da Rəsulullah sallallahu əleyhi və səlləmdən heç bir şey soruşa bilmədi. Bunun üzərinə adam, xanımının yanına geri döndü və ona vəziyyəti izah etdi. Xanımı: "Səndə bir hal var. Rəsulullah sallallahu aleyhi və səlləmin yanına qayıt və üzüyü də at " dedi. Adam gəlib Rəsulullah sallallahu aleyhi və səlləmin yanına girmək üçün izn istədi. Ona icazə verdi. Adam salam verdi, Nəbi sallallahu aleyhi və səlləm də salamı aldı. Adam: "Ey Allahın rəsulu! Məndən nə üçün üz çevirdin? " deyə soruşdu. Rəsulullah sallallahu əleyhi və səlləm: "Sən mənə barmağında atəşdən bir köz olduğun halda gəldin." Buyurdu. Adam: "Ey Allahın rəsulu! O halda mən indi sizə daha çox atəş közü gətirdim "dedi. Çünki adam Bəhreyndən bəzəkli əşyalar gətirmişdi. Nəbi sallallahu əleyhi və səlləm: "Gətirdiyi şeylər bizdən bir şeyi zənginləşdirməyəcək və bizim yanımızda Harrənin daşlarından fərqsizdir. Lakin onlar dünya həyatının keçici zövqüdür "buyurdu. Adam: "O halda səhabələrinin içərisində mənə bir üzr bəyan et ki, sənin hər hansı bir şey səbəbiylə mənə əsəbiləşdiyini sanmasınlar" dedi. Bunun üzərinə Rəsulullah sallallahu əleyhi və səlləm ayağa qalxıb adama üzr bəyan etdi və aralarında keçən vəziyyətin üzüklə bağlı olduğunu bildirdi. Adam: "O halda üzüyü nədən düzəltdirim?" dedi. Rəsulullah sallallahu əleyhi və səlləm: "Dəmir, gümüş və ya tuncdan" buyurdu. " [Səhihdir. İbn Hibban (7/411); Əhməd (3/14); Nəsai (8/170)]

4- Cabir b. Abdillah radıyallahu anhuma'dan:
"Nəbi sallallahu aleyhi və səlləm Ömər b. əl-Xəttab radiyallahu anhdan Məkkənin fəthi ilində Muhassab vadisində ikən, Kəbəyə çatmasını, orada olan bütün surətlərin silinməsini əmr etdi. Çünki Nəbi sallallahu aleyhi və səlləm Kəbənin içindəki bütün şəkillər silinincəyə qədər oraya girməmişdir. "
[Səhihdir. İbn Hibban (7/540); Əbu Davud (4156); Beyhəqi (7/268); Əhməd (3/335, 336, 383, 396)]

5- Kumandanlardan birini bir kimsə tərifləməyə başlayınca Miqdad b. Əsvəd radıyallahu anh onun üzərinə torpaq atmağa başlamış və "Nəbi sallallahu aleyhi və səlləm bizə məddahların üzünə torpaq saçmamızı əmr etdi" demişdir.
[Səhihdir. Muslim (Zühd 68)]

6- İbn Abbas radiyallahu anhuma Ərəfatda camaatın təlbiyə gətirmədiklərini görüncə bunun səbəbini soruşmuş, xalqın Müaviyədən qorxduqları üçün təlbiyə gətirmədiyini öyrənincə dərhal çadırından çıxmış və: "Ləbbeyk, Allahummə Ləbbeyk. Onlar Əli radıyallahu anha olan qəzəblərindən ötrü sünnəti tərk edirlər!" dedi.  [Səhihdir. Nəsai, (3006)]

7- İbn Ömər radıyallahu anhuma'nın azadlı nökəri ona Mədinədən getmək istədiyini, zamanın pisləşdiyini söyləyincə, İbn Ömər radıyallahu anhuma: "Yerində otur! Axmaq! Çünki mən Rəsulullah sallallahu əleyhi və səlləmi "Əgər bir kimsə Mədinənin şiddət və çətinliyinə qatlanarsa, qiyamət günündə mən ona şahid yaxud şəfaətçi olaram" buyurarkən eşitdim." demişdir. [Səhihdir. Muslim (Həcc 482)]

8- Abdullah b. Ömər radıyallahu anhuma oğlunun, xanımını məscidə göndərməyəcəyi ilə əlaqədar sözü üzərinə, daha əvvəl heç kimə söymədiyi şəkildə söymüşdür.  [Səhihdir. Abdurrazzak (3/147, 5107); Əhməd (2/127, 140, 143)]

9- Biri İbn Ömər radıyallahu anhuma'ya Ramazanda təravihi imamın arxasında qılımmı?" deyə soruşdu. O da ona Quranı oxuyub oxumadığını soruşdu. Adam bəli deyincə: "Elə isə niyə eşşək kimi susursan? Get evində qıl "dedi. [Səhihdir. Abdurrazzaq (4/263)]

10- Umar b. Rueybə, Bişr b. Mərvanı Cümə günü minbərdə əllərini qaldıraraq dua edərkən görüncə: "Allah bu əllərin bəlasını versin Rəsulullah sallallahu əleyhi və səlləmi minbər üzərində gördüm; işarə barmağından başqasını qaldırmazdı "demişdir. [Səhihdir. Muslim (həcc 53)]

11- Əbu Bəkrə radiyallahu anh Rəsulullah sallallahu aleyhi və səlləmin daş atmağı qadağan etdiyinə dair hədisi izah edərkən əmisinin oğlu daşı almış və: "Bunu mu qadağan etdi?" deyərək atmış, Əbu Bəkrə radiyallahu anh də bunun üzərinə: "Diqqət et! Mən sənə Rəsulullah sallallahu əleyhi və səlləm xəbər verir və qadağan etdiyini deyirəm, sən isə hələ də atırsan. Vallahi yaşadığım müddətcə artıq səninlə danışmaram" demişdir. [Səhihdir. Əhməd (5/46); Muslim (sayd 54)]

12- İbn Ömər radıyallahu anhuma məsciddə hədis rəvayət edərkən orada olan bir qissəciyə kürəyini dönərək oturmuş, o qissəci əllərini qaldırıb dua etmiş, İbn Ömər radıyallahu anhuma isə əlini qaldırmamışdır. [Həsəndir. Abdurrazzak (3/218)]

13- Müaviyə b. Əbi Süfyan, qızıl və ya gümüşdən hazırlanmış su qabını öz ağırlığından daha artıq satınca Əbud-Dərda radıyallahu anh: "Mən Rəsulullah sallallahu əleyhi və səlləmi eşitdim, O belə edilməsini qadağan etdi. Ancaq misli mislinə satılmasına icazə verdi "dedi. Müaviyə: "Mən bunda qorxu olduğunu sanmıram" dedi. Əbud-Dərda: "Bunun etdiyini qınayıb məni dəstəkləyəcək bir kəs yoxdurmu? Mən ona Rəsulullah sallallahu əleyhi və səlləmdən hədis rəvayət edirəm, o isə öz fikirini söyləyir. Mən sənin olduğun yerdə artıq qala bilmərəm ... " demişdir. [Səhihdir. Malik (sehr 33); Şafii, ər-Risalə (s.192)]

14- İbn Ömər radıyallahu anhuma Əbu Eyyub radıyallahu anhı evinə dəvət etdi. Əbu Eyyub divarda bir pərdə asılı olduğunu gördü. İbn Ömər: "Divara pərdə (divar xalçası kimi) asma barəsində qadınlar bizə qalib gəldi" deyincə, Əbu Eyyub: "Bunu hər kəsdən gözləyərdim, amma səndən gözləməzdim. Vallahi sənin yeməyini yeməyəcəyəm "deyərək geri döndü. [ Səhihdir. Buxari (Nigah 76)]

15- İbn Məsud radıyallahu anh bir evdə surət görüncə geri dönmüşdür. [Səhihdir. Buxari (Nigah 76)]

16-  Mərvan b. Hakim sünnədə olanın əksinə olaraq bayram namazında xütbəni önə alınca Əbu Səid radıyallahu anh bunun səbəbini soruşdu. Mərvan bu vəziyyətin tərk edildiyini söyləyincə Əbu Səid radıyallahu anh üç dəfə: "Əsla olmaz! Allaha and olsun ki, siz mənim bildiyimdən daha xeyirlisini edə bilməzsiniz" deyərək oradan ayrılmışdır. [Səhihdir. Muslim (Salatu'l-iydəyn 9)]

17- Aişə radıyallahu anha yanında qalan bir ailənin evində nərd olduğunu öyrənincə: "Əgər o nərdi çıxarmasanız, mən sizi evimdən qovacağam" demişdir. [Həsəndir. Malik (ru'yə 6); Şərhu-Sunnə (12/385); Buxari, Ədəbul-müfrəd (1274)]

18- Ömər radıyallahu anh, Əbu Bəkr radıyallahın bacısını, ölü ardından fəryadla ağladığı üçün yanından uzaqlaşdırmışdır.  [Səhihdir. Buxari (husumət 5)]

19- Ömər radıyallahu anh bir adamın başında pişik dərisindən bir papaq görüncə onu alıb cırmış və "Mən bunu ancaq leş olaraq görürəm" demişdir. [Munqatı. Abdurrazzaq (1/71)]

20- Huzeyfə radıyallahu anh Mədaində ikən özünə gümüş qabda su gətirən birinin əlindən stəkanı alıb sahibinə atmış və "Bunu ilk dəfə etmədim. Mən onu gümüş stəkanla su verməkdən qadağan etmişdim. Lakin o bundan əl çəkmədi. " demiş və bununla əlaqədar olan hədisi rəvayət etmişdir. [Səhihdir. Əhməd (5/396, 397, 398, 400)]

21- İbn Ömər radıyallahu anhuma özünə gümüş qabda su verilsə o qabı sındırardı. [Səhihdir. Abdurrazzaq (Mamərin Cami kitabı (11/70)]

    Şübhəsiz ki, Rəsulullah sallallahu əleyhi və salləm və səhabələrinin, hüccət çatmış kəslərin sünnəyə müxalif davranmalarına qarşı yuxarıda zikr edilənlərin və daha burada zikr etmədiyim bir çox rəvayətlərdə rəftarları ortadadır.

   Video çəkilişləri edən və surətlərini nəşr etdirən sapdırıcı şeyxlərin və onları dinləyənlərin sələfilik iddiaları harada, surət olan bir evə girməyi belə qəbul etməyən bu ümmətin sələfi harada?!

   Qadınların qarşısına çıxaraq söhbət edən haramxor həvapərəstlər, mütəvatir naslar və icma ilə sabit olmuş pərdə hicabını həvalarıyla ortadan qaldıran, hətta qadınların da kişilərin qarşısına çıxıb dərs verə biləcəyini iddia edən sələfilik təqiyyəsi edən xəbis mötəzilə şeyxləri harada, qadından daha zərərli bir fitnə ünsürü qoymadığını söyləyən Nəbi sallallahu əleyhi və səlləm ilə Onun ancaq pərdə arxasından hədis rəvayət edən xanımları harada?!

   Yaxşılığı əmr etmə və pisliyi qadağan etmə vacibini aradan qaldırıb rahatca günah işləmə mühiti yaratmaq üçün "Əvvəl tövhid" şüarını pis əməllərinə alət edən, fiqhi məsələlərdə zəlalətlərini bu şüarla gizləməyə çalışan, sünnələrin əhya edilməsini fitnə olaraq görən, sünnəyə riayət edilməsindən ötrü "rüsvay olduq" tufanı qoparan əyyamçı saxta sələfilər harada, yuxarıda hallarından nümunə verdiyimiz Nəbi sallallahu aleyhi və səlləm və səhabələri harada?!

   Fitrə sədəqəsinin pul ilə verilə biləcəyini, qadının məhrəmsiz səfərə çıxa biləcəyini, avamın belə kafir ölkələrində yaşaya biləcəyini, (seçkilərdə) səs vermədən istifadə etmənin imandan (!) olduğunu, bidət əhlinə qarşı yumşaq davranılacağını, tövhid (!) uğrunda hər cür güzəştə gedilə biləcəyini, cürbəcür kəlam və fəlsəfə oyunlarıyla gündəmə gətirən yol kəsicilər harada, "iman söz və əməldir" deyən, Məhəmmədin Rəsulullah sözüylə ittiba olmadan tövhid etibarsızdır deyən, Allah və Rəsulunun əmrlərindən heç bir şeyi əhəmiyyətsiz, faydasız və kiçik görməyən Əhli-Sünnə mənhəci harada?

   Xocalarının xatiri üçün Allah Rəsulunun sünnəsini görməməzlikdən gələn, mütəşabehlərə yapışıb möhkəmləri rədd edən, Hədis əhlinin sünnəyə uyğun dəvət metodunu "Üslupsuz (!)"  görən, batili rədd edəcəyi yerdə, batilə qarşı çıxanla məşğul olub: "elm əhli heç belə edərmi, yaraşar mı?" deyən və bu samandan iddianın altından mikroplu su axıdan anlayış harada, Allah və Rəsulunun önünə kimsəni keçirməyən, keçən olarsa kim olursa olsun; əlləri, dilləri və ürəkləriylə ona mane olan Səhabə və tabiinin anlayışı harada?!


   İxtilaflardan ibrət alınması lazım olarkən, həvalarının göstərdiyi istiqamətdə ixtilafı nümunə göstərən anlayış harada, Allah Azzə və Cəllənin ixtilafı qınaması və iman edənlərə ixtilaflarını Allah və Rəsuluna ərz etməyi əmr etməsi harada?!

19 Aralık 2016 Pazartesi

Təqlidə Cevaz Verənlərə Sual !

 Tərcümə: Darul İttiba


  İbn Hazm rahiməhullah belə deyir:
"Allah, sizi –mükəlləf olma səbəbiniz olan- ağıldan məhrum etdimi?
  Halbuki Allah belə buyurur:
"Onlar Qur'an barəsində düşünməzlərmi? Yoxsa qəlbləri qıfıllıdır? " {Muhəmməd 24}

"Ey iman gətirənlər! Siz özünüzə baxın. " {Maidə 105}

"Hər kəsin qazanacağı yalnız özünə aiddir." {Ənam 164}

"Allah hər kəsi yalnız qüvvəsi yetdiyi ölçüdə mükəlləf edər." {Bəqərə 286}

   Əgər gücünüz yetməsəydi Allah sizi Quranın ayələrini anlamaq və onları düşünməklə məsul tutardımı? Əgər idrakınızın Peyğəmbəri anlamağa kifayət olmasaydı; nə ona izah etməyi əmr edərdi, nə də sizə itaəti əmr edərdi. Bundan başqa, necə olur ki, Allahın kəlamını anlamada qeyri-kafi qalan ağılınız, Əbu Hənifənin, Şafinin və Malikin sözlərini anlaya bilir. Dində ağılı çatmadığı üçün təqlid ilə məmur olan ümmət təqlid üçün hansı müftünü, hansı səbəbdən seçəcək və bu mövzuda ağıl bunu  necə anlayacaq.”
[İbn Hazm, əl-Ehkam (c. II, s. 848, s. 823)]

"Avam təqlidinə cəvaz verənlərə ayrıca bu sualı vermək lazımdır:

Avam kimi təqlid etməlidir? "Məmləkətin ən məlumatlı alimini" desələr, belə deyərik:
   Əgər ölkədə iki fərqli görüşə sahib olan alim varsa -ki çox vaxt bu belədir- nə edəcəyik? Onlardan istədiklərimizdən görüşünümü alacağıq? Şübhəsiz ki, bu yeni bir din əldə etmə kimi olar. Birinin halal dediyi bir məsələyə digərinin haram deməsi, iki ayrı din anlayışının varlığı deyilmi? İndoneziyadakıların Maliki, Yəmənlilərin Şafini, Xorasanlıların Əbu Hənifəni təqlid etdiklərini nəzərə alsaq, -adı çəkilən imamların fərqli anlayışlarından yola çıxaraq- hər məmləkətin ayrı dini olmuş olar. Bu, dində əsassızlıq mənasını verər. Halbuki bu, Allahın muradına ziddir. O bunu belə ifadə etmişdir:

  "Hələ Quran haqqında gərəyi kimi düşünmeyeceksin mi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda uyğunsuzluqlar olardı. " {Nisa 82}

   İbn Hazm belə deyir: "Sizin təqlid etdiyiniz imamla başqalarının təqlid etdiyi imam arasındakı fərq nədir?
   [İbn Hazm, əl-Muhalla (c.I, s. 18, 65)]

   Ya da "sizinlə təqlid etdiyiniz kimsə arasındakı fərq nədir?
   [İbn Hazm, əl-Əhkam (c. II, s. 838)]

   Əgər, aradakı fərqin elm və fəzilət olduğunu söyləsəniz; hər iki mövzuda da Peyğəmbər sallallahu aleyhi və səlləmdən daha üstün olan kimsə yoxdur, deyərik. Digər tərəfdən, imanda və əməldə kimin daha fəzilətli olduğuna dair bir fikir irəli sürmək mümkün deyilkən, muqallid, təqlid etdiyi kimsənin ən fəzilətli kimsə olduğunu haradan biləcək? Bundan başqa, Quranın nüzuluna və Peyğəmbərin hökmlərinə şəxsən şahid olmuş olan Əbu Bəkir, Aişə, Əli, Ömər, Muaz və İbn Məsudun; Sufyan əs Səvri, Əvzai, Malik, Əbu Hənifə, Əbu Yusif, Şafi və s., səhabədən daha alim və daha fəzilətli olduğu hər mömin tərəfindən tərəddüdsüz bilinən bir xüsusdur. Elə isə onlar varkən niyə məzhəb imamlarını təqlid etdin? "Onlardan sonra bunlar gəldiyi üçün"-desə, "bunlardan sonrakıları nə üçün təqlid etmirsən? Əgər "onlardan sonra olma" bir fəzilətdirsə, təqlid etdiklərindən sonra gələnlərin də fəzilətli olması lazımdır. Onları niyə təqlid etmirsən? "
 [İbn Hazm, əl-Əhkam (c. II, s. 839)]


İbn Qeyyim rahiməhullah təqlidçilər haqqında belə deyir:
   "Siz sabah Allahın hüzurunda qulların cinayətləri, nigahları, malları və cəzalarıyla əlaqədar məsələlərdə təqlidə əsaslanaraq verdiyiniz hökmlərdən və Allahın dinində bu halaldır, bu haramdır deyə verdiyiniz fətvalardan ötrü sorğuya çəkiləcəyinizi bilirsiniz. Allah "bu fətvaları nəyə əsasən verdiniz" deyə soruşsa, necə cavab verəcəksiniz? Bəziniz, "İmam Məhəmməd," Kitabul- Asl "adlı əsərində İmam Əbu Hənifə və İmam Əbu Yusifin fikirlərini rəvayət etmişdir. Biz də o kitabdakı görüşə görə fətva verdik "deyəcək, kiminiz də arxasından getdiyi digər imamların əsərlərini zikr edəcək. Beləcə Allah və Rəsulundan təbəqə-təbəqə aşağı endiyinizi etiraf edəcəksiniz. Halbuki, dinin qaynaqları bəllidir. Allahın hüzurunda bunlardan başqası dəlil olaraq qəbul olunmaz.


[İbn Qeyyim, İlamul-Muvaqqin (s. 188)]

Allahın Razılığı Üçün Qulun Özünü Həbs Etməsi!


 Tərcümə: Darul İttiba


   İbni Qeyyim rahiməhullah belə dedi:
"Allahu Təalanın razılığını və axirət mükafatını istəyən kimsə, özünü bu iki şeylə həbs etməlidir:

Birincisi;
   Qəlbini yalnız Allahu Təalaya yönəltməlidir. Beləcə yalnız Allahu Təalanın razılığını əldə etməyə çalışar. Ondan başqasının razılığını istəməz və Ondan başqasının razılığına əhəmiyyət verməz.

İkincisi;
  Dili, Allahu Təalanı çox zikr etmək, imanını və elmini artıracaq şeyləri söyləmək kimi faydalı şeylər danışar. Yenə bütün üzvlərini, hər cür günahı işləməkdən saxlayaraq yalnız Allahu Təalanın fərz etdiyi və bəyəndiyi əməllər üçün istifadə edər.

   Mömin qul, Allahu Təalaya qovuşana qədər belə davam edər. Belə etdiyi üçündür ki, Allahu Təala onu bu həbs həyatından qurtarar, ona çox geniş və çox gözəl bir azadlıq verir. Qul, nə zaman ki, bu iki həbsə səbr etməz, ondan qaçar və şəhvətinin əsiri olarsa, bu dünyadan ayrıldığı zaman ən dar və ən qorxunc həbsə girər.

   Bu səbəblə, dünyadan ayrılan hər bir insan ya həbsdən çıxıb mütləq azadlığa qovuşar, ya da azadlığını itirib həbsə girər.

 Müvəffəq edən Allahu Təaladır. "


Əl-Fəvaid (s: 54)

18 Aralık 2016 Pazar

Nəfsini Yoxla!


Tərcümə: Darul İttiba


   “Hər müsəlmanın öz nəfsini, haq üzrə olan bir kimsəyə həvası səbəbiylə meylindən dolayı yoxlaması lazımdır. Özünə haqq açıqca görünmədən əvvəl filan kimsənin dəlil ilə dəstəkli olduğu üçünmü, yoxsa sırf o filankəs olduğu üçünmü ona meyl edir deyə yoxlamalıdır. O kimsə haqq üzrə olsa belə belə bir meyl caiz deyildir. Belə deyir; “Haqq üzrə olan kimsəylə birlikdə olsa belə, bu şəkildə bir meyl cahiliyyə hökmündəndir.”  insanların çoxu bu təhlükəyə fikir verməzlər.

   Hər müsəlmanın müxtəlif məsələlərdə bu mövzuyla bağlı olaraq Allahdan çəkinməsi, kimin yanında olursa olsun, məqsədinin sadəcə haqqı bilmək olması lazımdır.

   Bundan dolayı, Şafi rahiməhullah belə demişdir; “Bir münazərəyə girdiyimdə haqqın yoldaşımda və ya məndə olmasına fikir vermərəm.”

   Haqqın sadəcə özündə olmasını təmənne etməz, əksinə haqqın yoldaşında olmasını və ona dəstək olmağı təmənne edərdi. Bu uca əxlaq və dosdoğru bir dindir.

   Allahdan bizi və sizi bu şəkildə haqqı araşdıranlardan etməsini, həvadan və cahiliyyə üslublarından uzaqlaşdırmasını diləyirik.

   Ey qardaşlar! Biz nəfslərimizi yoxlamalıyıq. Kim özündə belə bir xəstəlik taparsa, nəfsinin müalicəsinə yönəlməli, daima haqqı araşdıraraq özünü təəssübdən qurtarmalıdır. Çünki kor təəssüb sahibini Allahu Təalaya şirk qoşmağa və ya təhlükəli sapıqlıqlara aparır.”


  [ Şeyx Rəbi b. Hadi əl Mədxəlinin saytında “ət Təəssubuz Zəmim” adlı məqalədən alıntı ]

Şeytan İki Növdür!

Şeyx Muhəmməd ibn Muhəmməd Muxtar əş-Şinqiti (حفظه الله تعالى) belə demişdir : 

"Şeytan iki növdür

   İnsanlardan olan şeytanlar və cinlərdən olan şeytanlar. Və kim Allaha yaxınlaşmaq istəsə o gərək insan və cinlərdən olan şeytanlardan uzaqlaşsın. İnsanlardan olan şeytanlara gəldikdə isə onlar o kəslərdir ki, Allaha itaətə razı olmurlar və bundan boyun qaçırırlar, insanın Allahın rəhmətindən ümidini üzər və ruhdan salarlar. İnsan gərək onlara qulaq asmasın və bilsin ki, əsl dost sevgi, məhəbbət, yoldaşlıqda ona qarşı doğru olan, ona eyiblərini göstərən, onu Rəbbinin sevgisinə, Yaradıcısına ibadətdə itaətkar olmağa çağırandır.

   Cinlərdən olan şeytanlar isə insanın qəlbinə vəsvəsələr atar, ona deyər : “Gözlə, hələ nə qədər ömrün var, tələsmə, bu həyatdan ləzzət al, həyatın şəhvətlərindən ləzzət al, gecəni istədiyin kimi keçir, bu həyatın ləzzətləri ilə istədiyini et, həyat uzundur” – beləcə insana arzular verər, təsəlli verər və unutdurar, ta ki onu həlak yollarına təslim edənə kimi – Allahdan bizi və sizi bundan qorumasını istəyirik."

[ "Gözəl Həyat" kitabı (səh. 7) ]

15 Aralık 2016 Perşembe

Sübh Azanının İki Dəfə Olması Və İlk Azanda Təsvib

Tərcümə: Darul İttiba


   Abdullah b. Məsud radiyallahu anhdan: Nəbi (Səllallahu aleyhi va səlləm) belə buyurdu: "Birinizi Bilalın azanı sahurundan əngəlləməsin. Çûnki o gecə namazı qılanlarınızın istirahət etməsi və yatanları xəbərdar etmək üçün gecə azan oxuyur ( və ya nida edir). Bu, fəcr (və ya sübh) vaxtı ûçün deyildir." Barmağını yuxarı qaldırıb aşağı endirərək: "Belə oluncaya qədər" dedi. Hədisin ravisi Zubeyr dedi ki: "İki işarət barmağından birini digərinin ûzərinə qoydu, sonra sağına və soluna uzatdı." [Səhih. Buxari (621); Muslim (1093)]

   Aişə radiyallahu anhadan, rəvayət edir ki: "Bilal radiyallahu anh gecə azan oxuyurdu. Rəsulullah (Səllallahu aleyhi va səlləm) dedi ki: "İbni Ummu Məktum azan oxuyana qədər yeyin, için. Çünki o, fəcr doğana qədər azan oxumaz." [Səhih. Buxari (1918)]

   Bir rəvayətdə belə keçir: "İbni Ummu Məktum kor idi. İnsanlar ona "Sübh oldu, sübh oldu" demədikcə azan oxumazdı." [ Səhih. Buxari (617)]

Təsvib: Sübhün ilk azanında "Həyyə aləl fələh dedikdən sonra "əs sələti xayrun minən nəvm" deyə iki dəfə söylənməsidir. Bu ikinci azanda deyilməz: İbn Ömər radiyallahu anhumadan: "(Sübh) İlk azanda həyyə aləl fələh dedikdən sonra müəzzin iki dəfə: "əs sələtu xayrun minən nəvm: namaz yuxudan xeyirlidir." deyərdi." [Həsən. Beyhəqi (1/423); Təhavi, Şərhu Məanil Asar (1/137)]

   Əbu Məhzurə radiyallahu anhdan: "Nəbi (Səllallahu aleyhi va səlləm) buyurdu ki: "Sübhün ilk azanında:"Əs sələtu xayrun minən nəvm, əs sələtu xayrun minən nəvm" de. [ Səhih. Əbu Davud (105)]

   Sübhdə fəcrdən əvvəl və fəcr doğarkən olmaq ûzrə iki azan oxunması və ilk azanda təsvib edilməsi Ramazan ayına xas deyildir və bu an tərk edilmiş sünnətlərdəndir. Bu sünnətin yerini bir bidət almışdır. Zamanımızda sûbh həm tək azan oxunmaqda, həm bu azan fəcr doğmadan əvvəl oxunmaqda və həm də təsvib edilməkdədir. Ramazan ayında isə imsaq ûçûn sübh azanı oxunması lazım olduğu vaxtdan, yəni fəcri sadiqdən təxminən bir saat əvvəl oxunmaqdadır.

    Allah bizi bu bidətdən qurtarsın və salamatlığa çıxarsın.


  [Əbu Muaz Seyfullahın “Səhih İslam Fiqhi” kitabından alıntı]

14 Aralık 2016 Çarşamba

Dostlar Üç Növ Olur!

Dost – insan üçün çox lazımlı bir varlıqdır. Lakin, bir çoxumuz, bu fəxri ad’ı, ona layiq olmayan – yəni, əslində heç dost sayılmayacaq şəxslərə verə bilirik.. Həyatımızda xüsusi yer ayırdığımız insanları kiçicik bir süzgəcdən keçirmək, çox yararlı olacaqdır.

Dostlar üç növ olur:

1. Mənfəət dostu. O, səninlə malından (pulundan), mövqeyindən və s. yararlanmaq üçün yoldaşlıq edir. İstifadə etdiyi fayda bitdikdən sonra isə sənin düşməninə çevriləcəkdir; sanki nə o, səni tanıyır, nə də sən onu. Belə “dost”lar necə də çoxdur.. Həmçinin səndən mənfəət uman dostlar da çoxdur: “Onlardan elələri də var ki, sədəqələrlə bağlı sənə nöqsan tuturlar. Bundan onlara bir şey çatsa, razı qalar, bir şey çatmasa, dərhal qəzəblənərlər.” (Tövbə, 58)

   Məsələn, xətrini çox istədiyin dostun haqqında düşünürsən ki, o da sənin barəndə eyni fikirdədir. Amma bir dəfə oxumaq üçün kitabını istəyir.. Ona “Allaha and olsun ki, bu kitab sabah mənə lazımdır.” – desən, səndən inciyəcək və düşmənçilik edəcək.. Məgər beləsi dost hesab edilə bilərmi? Belə dost yalnız mənfəət dostu adlanır.

2. Ləzzət dostu. Səninlə ünsiyyət və söhbət etmək ona ləzzət verdiyi üçün dostluq edir. Lakin, həqiqətdə münasibətlərinizdə heç bir fayda yoxdur: nə o, sənə xeyir verir, nə də sən ona. Belə dostluq vaxt israfından başqa bir şey deyildir. Vaxtı belə boş yerə sərf etməkdən çəkinmək lazımdır.


3. Həqiqi dost. Belə dost sənə sanki bəzək verir.. Səni ucaldır və səni alçaldan hər bir şeyə mane olur, xeyir qapılarını sənin üzünə açır. Əgər xəta etsən, o, səni xətandan ləyaqətini alçaltmayacaq tərzdə çəkindirəcəkdir. Bax, bu həqiqi dostluqdur.

Böyük İslam alimi Məhəmməd Saleh’in “Şərh hilə talibul-ilm” (s. 102) adlı əsərindən istifadə olunmuşdur.



13 Aralık 2016 Salı

Rafizilər!

  Əli radıyallahu anh dedi ki: "Bir dəstə cəhənnəmə girənə qədər məni sevməkdə həddi aşacaq. Bir dəstə də cəhənnəmə girənə qədər mənə nifrət edəcək. "
[İsnadı səhihdir. İbn Əbi Şeybə (6/374); Əhməd, Fazailu's-Səhabə (952); İbn Əbi Asim, əs-Sünnə (2/476 no: 983, 986); Abdullah b. Əhməd, əs-Sünnə (1338)]

   Əli radıyallahu anh buyurdu ki; "Bizim Əhli beytimiz uğrunda iki firqə həlak olacaq; biri bizi həddindən artıq dərəcədə tərifləyən və sevənlər, digəri də bizə böhtan atanlardır. "
  [Səhihdir. İbn Əbi Şeybə (6/374); Əhməd (1/160); Əhməd, Fazailu's-Səhabə (951, 964, 1087, 1147, 1221); Hakim (3/132); İbn Əbi Asim (1005); Abdullah b. Əhməd, əs-Sünnə (1337, 1339); Əbu Yala (534); Acurri, Şəriyə (1961);  Haraiti, İttilau'l-Qulub (364)]

   Əli radıyallahu anh dedi ki; "Bu ümmət yetmiş üç firqəyə ayrılacaq, ən pisləri də bizi, əhli beyti sevdiklərini iddia edib də əməllərimizə müxalifət edənlər olacaq."
[Acurri, Şəriyə (1806, 1807, 1939); Abdullah b. Əhməd, əs-Sünnə (1269); Darəkutni, İləl (4/188); Əbu Nuaym, Hilyə (5/8); Hatib, Tarix (13/104); İbn Asakir (58/95); İbn Batta, əl-İbanə (229); Bərzənci, əl-İsaaq (s .74)]

   Məhəmməd b. Huseyn əl-Acurri rahiməhullah dedi ki: "Əgər bir kimsə; “ Əli radıyallahu anhın: "Onları öldürün, çünki onlar müşriklərdir" dediyi rəvayət edilmişdir, Əli radıyallahu anh onlardan kimisə öldürdümü?” desə, ona deyilər ki; Bəli. Beləki, onları odda yandırmış, quyulara atmış, bir qismini sürgün etmiş, bir qrupu çəkindirmiş və qorxutmuşdur. Əli radıyallahu anh bu barədə geri durmamışdır. Əbu Bəkir və Ömər radiyallahu anhuma'dan təbərri edənlərdən bəri olmuşdur. "
[Acurri (1939)]

   Osman b. Əbi Osmandan: "Bəzi Şiələr Əli b. Əbi Talib radıyallahu anhın yanına gəldilər və: "Ey Möminlərin Əmiri! Sən o`san? " dedilər. "Mən kiməm?" dedi. "Sən o`san!" dedilər. "Təəssüflər olsun sizə, kiməm mən?" dedi. "Sən Rəbbimizsən" dedilər. "Dönün və tövbə edin" dedi. Onlar qəbul etməyincə boyunlarını vurdu. Sonra quyular qazaraq onları quyulara atdırdı. Sonra Qənbərə: "Mənə kəsilmiş odunlar gətir" dedi. O da gətirdi və onları yandırdı. Sonra dedi ki: "Nə zaman bu çirkin işlə qarşılaşdınızsa, atəş hazırladım və Qənbəri çağırdım."
[Acurri, Şəriyə (1940-41); Əbuş Şeyx, Tabaqatul Muhəddisin (2/217); Dinəvəri, Mucaləsə (3/454); İbnul-Ərəbi, Mucəm (67, 1508); Əbu İshaq, əl-Cüz Əhvalir-Rical (s.36-39); İbn Asakir (42/475); Muqbil b. Hadi, İlhadul-Xomeyni (s.154); Fəthul-Bari (12/270); İbn Həcər: isnadı həsən dedi.]

   Fudayl b. Mərzuqdan: Həsən b. Həsən radiyallahu anhuma Rafizilərdən birinə dedi ki: "Vallahi, Allah imkan versə, sizin əllərinizi və ayaqlarınızı kəsərik, tövbənizi də qəbul etmərik."
[Acurri,Şəriyə (1942); Darəkutni, Fadailu's-Səhabə (31); əs-Səvaiqu'l-Muhriqa (1/162)]

   Yenə o belə demişdir: "Harurilərin Əli radiyallahu anh haqqında sapdıqları kimi, Rafizilər də bizim haqqımızda sapıdacaklar.”

[Acurri, Şəriyə (1943) Darəkutni, Fadailu's-Səhabə (32); əs-Səvaiq (1/162)]

12 Aralık 2016 Pazartesi

İblisin Yer Üzündəki Dəstəkçiləri!


   İblisin yer üzündəki dəstəkçiləri o kimsələrdir ki, onlar insanları elm almaqdan və dində alim olmalarından uzaqlaşdırarlar.

  Onların insanlara zərəri, cinlərdən olan şeytanların zərərindən daha böyükdür.

  Onlar (insanın) qəlbi ilə Allahın doğru yolu arasına girərlər.

[مفتاح دار السعاد (1/160)]

Deyirəm ki; Bu eyni zamanda Tuğyanın(Tağutluq) ən yüksək mərtəbələrindəndir! Çünki elm almaq bir ibadət, bundan insanları uzaqlaşdırmaq isə həddi aşmaqdır!

   Tağut kəliməsinin məsdəri olan “Tuğyan”: “Üsyan etmək, həddi aşmaq, azğınlıq və sapqınlıq” kimi mənalara gəlməkdədir. [Bax: “T-ğ-y” Maddəsi: İbn Manzûr, Lisânul-Ərəb; Firûzâbâdî, əl-Qâmûsul-Muhît; Zəbidî, Tâsul-Arus; Ragıb, Mufrədat;… İbn Cövzî, Zâdul-Məsir (1/231-232); Qurtubî, əl-Câmiu li Əhkâmil-Qurân (3/281) ]

   Həmçinin, Şeyxulislam İbn Teymiyyə rahiməhullah belə demişdir; “Tağut, “fəlut” kökündə olub “tuğyan”dan əmələ gəlmişdir. Tuğyan isə, həddi aşmaqdır. Bu da zülm və haqsızlıqdır.” [İbn Teymiyyə, Mecmûul-Fətâvâ (28/200)]

   İmam Bəğavi rahiməhullah tağut haqda belə demişdir; “Tağut, insanın tuğyan etməsinə səbəb olan hər şeydir.” [Bəğavî, Məâlimut-Tənzîl (1/350)]

   Qadı Bəydavi rahiməhullaha görə isə tağut; “Tüğyanın zirvəsinə çatan, Allaha qulluğa əngəl olan şeydir.” [Bəydâvî, Envârut-Tənzîl (1/155)]


   “Sözsüz ki, kafir olanlar, insanları Allah yolundan sapdıranlar və hidayət yolunu tanıdıqdan sonra Peyğəmbərə qarşı çıxanlar Allaha heç bir zərər vura bilməzlər. Allah onların bütün əməllərini puça çıxaracaqdır.” {Muhəmməd 32}