6 Kasım 2016 Pazar

Sıddıq Həsən Xan Kannuci (Rahiməhullah) Deyir Ki...



Yazı sahibi: Əbu Muaz Seyfullah Ərdoğmuş
Tərcümə: Darul İttiba


   Sıddıq Həsən Xan əl Kannuci rahiməhullah “Əbcədul Ulum” da (2/406) Fiqh elmindən bəhs edərkən belə demişdir; “Bil ki, dinin əsasları, üçüncüsü olmayan iki şeydir; Kitab və Sünnət!

     Kitab, sünnət, icma, qiyas deyə dörd dəlil zikr edilməsinin elmdən bir əlaməti yoxdur. Necə ki, imam Əhməd b. Hənbəl bu gün istilah halına gətirdikləri icmaya qarşı çıxmışdır. Bu tayfanın öndəri İmam Davud əz Zahiri qiyasın dində hüccət oluşunu qəbul etməmişdir. İxtilaf halında bu iki imamın sözləri dəlildir. Buna görə də, əhli İslamdan keçmişdəkilərdən və yenilərdən zamanımıza gəlincəyə qədər böyük bir topluluq bu mövzuda bu iki imama uymuşlar, icma və qiyası tutunulacaq bir əsas olaraq görməmişlərdir. Xüsusilə də, endirilmiş Kitab və Səhih Sünnətin naslarıyla tərs düşdüyündə... Bu məsələ təqlidçilərlə tabe olanlar arasında çarpışma məsələlərindəndir. Bu mövzuda insanların ən çox müxalifət edənləri Hənəfilərdir. Çünki onlar insanların ən şiddətli məzhəb mütəəssibləridir. Şeyxul İslam İbn Teymiyyə rahiməhullahın tələbəsi Hafiz İbn Qeyyimin və onların izindən gedən hədis və Quran alimlərinin, xüsusilə də bərəkətli Yəmən imamlarıyla tələbələrinin əsərlərinə baxan bilər ki, haqq olan, Allahdan yardım görən görüş, seçilməsi lazım olan yol və etibar ediləcək söz, bu görüşdür. Bunun xaricindəkilər xəyal və həlakdır.”

Hiç yorum yok: