31 Ekim 2016 Pazartesi

İxtilafları Quran Və Sünnəyə Ərz Etmək!

Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin. (Nisə-59)

İmam Şafii (rahiməhullah) "Allaha və Onun Elçisinə müraciət edin" qövlü haqqında demişdir:

Yəni Allah'ın və Rəsulunun sözlərinə müraciət edin deməkdir.

Şafii,Ər-Risalə (264)

30 Ekim 2016 Pazar

Qiyamət Nə Zaman Qopacaq?


Əli radiyallahu anhın belə dediyi rəvayət edilmişdir:

Rasûlullah Səllallahu aleyhi va səlləm bizə sübh namazını qıldırdı. Namazdan sonra bir nəfər ondan; "Qiyamət nə zaman qopacaq?" deyə yüksək səslə soruşdu..........Nəhayət Rasulullah səllallahu aleyhi va səlləm; "Qiyamətin nə zaman qopacağını soruşan haradadır?" deyə soruşdu. Adam dizləri üstünə çömələrək, "Anam atam sənə fəda olsun. Sualı sənə verən mənəm!" dedi. Bunun üzərinə Rasulullah səllallahu aleyhi va səlləm belə qarşılıq verdi:
"İdarəçilər zülm etdiklərində, ulduz falı doğrulandığında, qədər yalanlandığında, nəhayət əmanətlər qənimət qəbul edildikdə(yağmalandığında), sədəqə (zekât) zorakılıq sayıldığında, fuhuş artdığında qövmün həlak olar (qiyamət qopar)."

[ Heysəmi, Məcməuz Zəvaid (7/328) ]

İttiba Tövhidi


Müəllif: Əbu Muaz Seyfullah Ərdoğmuş
  Tərcümə: Darul İttiba


   Allah Azzə və Cəllə belə buyurmuşdur;"İxtilafa düşdüyünüz şeylər barəsində hökm vermək ancaq Allaha aiddir. Bu mənim Rəbbim olan Allahdır. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam." {Şura 10}  

Allah Azzə və Cəllənin bizi Nəbisi Səllallahu aleyhi va səlləmin sözünə döndürdüyünü görürük. Tövhidi iqrar etmiş bir müsəlmanın mübahisə anında Quran və Rasulullah səllallahu aleyhi va səlləmdən gələn bir xəbərdən başqa bir şeyə müraciət edəcəyi və bu ikisində olmayan bir şey gətirəcəyi eşidilməmişdir. Əgər hüccət iqaməsindən sonra bunu edərsə, o fasiqdir. Fəqət Kitab və Sünnətin əmrlərinin xaricinə çıxıb bu ikisindən başqasına itaət edilə biləcəyini halal sayarsa, o bir kafirdir. Bizə görə bunda heç bir şübhə yoxdur.

   Necə ki, İshaq b. Rahuyə belə deyərdi; "Özünə Rasulullah səllallahu aleyhi va səlləmdən bir xəbər çatan və onun səhih olduğunu qəbul edən, sonra təqiyyə etmədən onu rədd edən kimsə , bir kafirdir."

   Rasulullah səllallahu aleyhi va səlləmdən səhih olaraq gəldiyini qəbul etdiyi bir rəvayətin əksinə görə hərəkəti halal sayanı təkfir etməyimizdə hüccət gətirdiyimiz dəlil, Allahu Təalanin Nəbi Səllallahu aleyhi va səlləmə xitabən bu ayəsidir;

"Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar." {Nisa 65}

  Ağlı olana, çəkinənə, Allaha və axirət gününə iman edənə, bu əhdin Rəbbi Təala tərəfindən ondan alınmış bir əhd olduğuna və Allah Azzə və Cəllənin ona tövsiyə olduğuna yəqin olaraq inanması üçün yetərlidir. İnsan nəfsini yoxlasın, əgər nəfsində Rasulullah səllallahu aleyhi va səlləmdən özünə səhih olaraq çatan, Onun hökm verdiyi hər xəbərə qarşı sıxıntı duyursa, ya da Rasulullah səllallahu aleyhi va səlləmdən gələnlərə qarşı nəfsi təslim olmayıbsa, nəfsi falan və filanın sözünə və ya qiyasına , ya da istehsanına meyl edirsə və ya çəkişdiyi mövzularda Rasulullah səllallahu aleyhi va səlləmdən başqa birinə mühakimə olursa bilsin ki, o mömin deyildir. Allahu Təala bunu and içərək söyləmişdir. Allahu Təala doğrunu söyləyəndir.  Bu kimsə mömin olmadığına görə , o bir kafirdir. Üçüncü bir qismə yol yoxdur.

   Təqlid edən və ya Malikə, Əbu Hənifəyə, Şafiyə, Süfyana, əl Əvzaiyə, Əhməd b. Hənbələ, Davud əz Zahiriyə Allah onlardan razı olsun tabe olan hər kəs bilsin ki, bu imamlar dünyada, axirətə və şahidliklərin ediləcəyi gündə ondan bəridirlər.

   Allahım! Sən bilirsən ki, aramızda keçən heç bir şeydə, mübahisə etdiyimiz heç bir mövzuda, hökmündə ixtilaf etdiyimiz heç bir xüsusda Sənin kəlamın və peyğəmbərin -əleyhis sələtu vas sələm- kəlamından başqasına mühakimə olmarıq. Yer üzündəki hər kəs bizə qəzəblənsə də, bizə müxalifət etsələr, qruplaşaraq hərb etsələr də Peyğəmbərinin hökm etdiyi heç bir şeydə nəfsləsimizdə sıxıntı duymarıq. Biz buna könüldən təslim olanlarıq. Tərəddüd etmədən o hökmə doğru qaçarıq. Buna müxalifət edən hər kəs üsyankardır. Bunun sənin qatında xəta olduğuna yəqinliklə iman edərik. Mən sənin qatındakı doğruya isabət edənəm. Allahım! Bizi bunda sabit et, buna mûxalif etmə! Allahım! Səndən uşaqlarımızla birlikdə bizi və müsəlman qardaşlarımızı da qarşılıq yurduna çatana qədər bu yola sıx sarılanlardan etməni diləyirəm. Amin ey mərhəmətlilərin ən mərhəmətlisi! " [əl İhkam (1/89)]

   Buna görə bizim Allahdan başqasına ibadət etməyimiz caiz olmadığı kimi Allaha Rasulullah səllallahu aleyhi va səlləmin sünnətindən başqasıyla ibadət etməyimiz də caiz deyildir. Allahı ibadətdə birlədiyimiz kimi eyni şəkildə Rasulullah səllallahu aleyhi va səlləmi də tabe olmada biləməyimiz lazımdır. Çünki təşridə Ondan başqasına tabe olunmaz. Nə bir imama, nə bir məzhəbə, nə bir görüşə , ya da qiyasa və ya bunun bənzərlərinə tabe olub Rasulullah səllallahu aleyhi va səlləmin namaz qıldığı kimi namaz qılar, orucumuzu Onun tutduğu kimi tutar, zəkatımızı Onun verdiyi kimi verər, həccimizi Onun etdiyi kimi edərik. Dini ağıllardan, görüşlərdən və fikirlərdən almarıq. İbadətdə Rasulullah səllallahu aleyhi va səlləmin sünnət etmədiyi heç bir şeyi istihsan etmərik. (gözəl görmərik.)

   Peyğəmbər Səllallahu aleyhi va səlləmin üsul, füru, zahir, batin, elm, əməl kimi dinin tamamını bəyan etdiyinə inanmaq, İslamda bilinməsi zəruri olan məsələlərdən biridir. [Məaricul Vusul (s. 2) ; Muvafaqatu Səhihul Mənqul li Sərihul Məqul (1/13) ]

   İttibada Nəbi Səllallahu aleyhi va səlləmin sünnətin tək qəbul edilməsi və onun xaricindəki sözlərin, görüşlərin tərk edilməsi tövhidin növlərindən bir növdür.

   İbnul Qeyyim rahiməhullah belə demişdir:"(Rasulullah səllallahu aleyhi va səlləm) ə qarşı ədəbin başı bunlardır; Tam mənasıyla ona təslim olmaq, əmrinə boyun əymək, əqli deyilən batil xəyallarla etiraz etmədən verdiyi xəbəri qəbul və təsdiq edərək qarşılamaq, bu xəbərlər haqqında şübhəyə düşməmək, insanların görüşlərini və zehnlərin süprüntülərini onun önûnə keçirməmək, necə ki Onu göndərən Allah Subhənəhu Təala, ibadət, xuşu, zillət, tövbə və təvəkküldə birlənirsə, Rasulullah səllallahu aleyhi va səlləmi də hökmü qəbul etmədə, təslimiyyətdə , boyun əymədə və itaətdə birləməkdir. Bu iki tövhiddir. Qulun Allahın əzabından qurtulması ancaq bu ikisiylə mümkûndür. Biri rəsulu göndərənin tövhidi /birlənməsi, digəri də rəsula uyma tövhididir. " [Mədaricus Salikin (2/387) ]

   " Tövhidul İttiba ki bununla qəsd edilən, Rasulullah səllallahu aleyhi va səlləmə tabel olmanın həyata keçirilməsidir. İttiba tövhidi, mühakimə olma və təslim olmada rəsulun birlənməsidir. Hal belə olduğuna görə Allahın endirdiyi ilə hökm etmək ittiba tövhididir. 

Allahu Təala belə buyurmuşdur;"Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar." {Nisa 65} 

Şərhu Əqidətit Təhaviyə (1/228); Abdulaziz b. Muhəmməd b. Əli b. Əbdullətif, Nəvaqizul İman (248); Nasir əl Qifari, Usulud Din ində Əimmətil Ərbəə Vahidə (s. 25 vd.)

   " İttiba Tövhidi, Allaha Rasulullah səllallahu aleyhi va səlləmdən gələnlərdən başqasıyla ibadət etməməkdir." [Əli əl Hudayr, əl Vicazə Şərhu Usulis Sələsə (s. 84) ]

   " Nəbəvi Sünnətin Qurani Kərim ilə əlaqəsi, Rasulullah səllallahu aleyhi va səlləmin risalətinə şahidliyin, Allah Azzə və Cəllənin tövhidinə şahidliklə olan əlaqəsi kimidir. Çünki birinci şəhadətə Allah Azzə və Cəllənin uluhiyyətində, rububiyyətində və isim və sifətlərində tövhidi deyilərkən, ikinci şəhadətə, Rasulullah səllallahu aleyhi va səlləmə ittibada tövhid deyilir ." [Muhəmməd Abdullah Əbu Bəkr, əs Sunnətun Nəbəviyətil Məsdəris Səni (s. 42) ]

   Dini zərurətlərdən biri də, dinin sadəcə Rasulullah səllallahu aleyhi va səlləmdən alınacağını bilməkdir. Bu səbəblə Əhli Sünnətin yolu, səhih nasdan dönməmək, ağla tərs düşür iddiasıyla və kiminsə sözü ilə nassa müxalifət etməməkdir.

   Buxari rahiməhullah belə dedi; "Humeydinin belə dediyini eşitdim;"Şafi rahiməhullahın yanındaydıq. Bir nəfər gəlib bir məsələ soruşdu. İmam:"Rasulullah səllallahu aleyhi va səlləm belə hökm verdi." dedi. Adam;"Bəs sən nə deyirsən bu haqda?" deyincə Şafi qəzəblənərək ;"Subhənəllah! Məni kilsədəmi görürsən? Məni sinaqoqdamı görürsən? Məni zünnar taxanların arasındamı görürsən? Mən sənə Rasulullah səllallahu aleyhi va səlləm hökm verdi deyirəm, sən:"Sən nə deyirsən?" deyirsən. " dedi. " [ Hilyətul Övliya (9/106); Beyhəqi, Mənaqibuş Şafi (1/474); Siyəru Aləm (10/34) ]

   Sələfdən buna bənzər bir çox söz gəlmişdir. Çünki bu hal, ibadəti Allaha xas etmənin bir vacibidir. 

Allah Azzə və Cəllə belə buyurmuşdur; "Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür." {Əhzab 36}

   İmam Şafi belə deyir :"Özünə Rasulullah səllallahu aleyhi va səlləmin sünnəti açıqlanan kimsənin, bir başqasının sözünə uymasının caiz olmadığı mövzusunda alimlər icma etmişdirlər." Şafi, ər Risalə (539, 541, 598); İbnul Qeyyim, İlamul Muvaqqin (2/282); Fullani, əl İkaz (83);  Fəthul Məcid (555)