19 Kasım 2016 Cumartesi

Həşr 2 Ayəsini Qiyasa Dəlil Gətirənlərə İbni Hazmın Cavabı.

Tərcümə: Darul İttiba


Dində qiyasla hökm vermək halal deyildir. Qiyas batildir və batilliyi Allah qatında qətidir.
Dəlili; daha əvvəl, rəyin batilliyini isbatlayarkən qarşıya qoyduğumuz dəlillərin eynisidir.
Desələr ki, Quranda qiyasın keçərliliyinə dair dəlil vardır :

" Onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. İbrət götürün,
ey ağıl sahibləri!" {Həşr 2}

Biz də deyərik ki, Ərəb dilində " itəbiru" sözünün mənası "qiyas edin" deyildir. Dil alimlərindən heç biri ona bu mənanı verməmişdir. Onun mənası ancaq "ibrət alın, təəccüblənin" dir.
Necə ki, Allahu Təala buyurmuşdur ki;
" Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır."{Yusuf 111}

Əgər "itəbiru" nun mənası "qiyas edin" olsaydı, onların yıxdıqları kimi evlərimiz yıxmağımız vacib olardı. Əmr isə bunu ifadə etməməkdədir.

İbn Hazm. (Usul-İ-Din)

Hiç yorum yok: