7 Kasım 2016 Pazartesi

Dörd Xəlifənin Rəy Və Qiyasdan Uzaq Oluşları



 Müəllif: Əbu Muaz Seyfullah Ərdoğmuş
Tərcümə: Darul İttiba


  Əbu Bəkr Radiyallahu anhın Rəy və Qiyas Haqqındakı Sözləri

   Əbu Bəkr radiyallahu anh belə demişdir;
   “Allahın Kitabı(ndakı bir ayə) haqqında görüşümlə bir şey söyləsəm, hansı yer məni saxlayar, hansı göy məni kölgələndirər.” [Səhih mövquf. İbn Əbi Şeybə (6/136); Bəzzar (18/236); İbn Hazm, əl Muhalla (1/72)]



  Ömər Radiyallahu Anhın Rəy Və Qiyas Haqqındakı Sözləri

   İbn Şihabdan; Ömər b. əl Xattab radiyallahu anh minbər üzərində belə demişdir; “Ey insanlar! Şübhəsiz ki, şəxsi görüş, ancaq Rasulullah səllallahu aleyhi va səlləmdən gəlibsə, isabətlidir. Çünki Allah ona göstərirdi. Bizə gəlincə, bizim görüşlərimiz ancaq zənn və zorlamadır.” [Səhih ligayrihi mövquf. İbn Abdilbərr, Cəmi (1033); Beyhəqi (10/117)]

   İbn Ömər radiyallahu anhumadanI; Ömər radiyallahu anh belə demişdir; “Dində şəxsi görüşlərinizi daima ittiham edin. Həqiqətən də, şəxsi görüş ancaq zənn və zorlamadır.” [Səhih mövquf. Hərəvi, Zəmmul Kəlam (273); Əhməd, Fədailus Səhabə (558); Bəzzar (1/253)]

  Mücahid rahiməhullah belə nəql edir; Ömər radiyallahu anh belə demişdir; “Yarışdırmaqdan yəni qiyas etməkdən çəkin.” [Darimi (197); Əbu Haysəmə, Elm (65); Xatib, əl Fəqih (2/35-36 №: 475)]

    Said b. əl Museyyib belə deməkdədir; Ömər radiyallahu anhın insanlar arasında ayağa qalxdı və belə dedi; “Ey insanlar! Diqqət edin! Şübhəsiz ki, rəy ashabı Sünnətin düşmənləridir. Hədisləri əzbərləməkdən aciz qalarlar. Onlardan birinə insanlar sual verdiyi zaman bilmirəm deməkdən utanarlar və şəxsi görüşləriylə sünnətlərə qarşı inad edərlər. Beləcə həm azarlar, həm də bir çoxlarını azdırarlar. Ömərin nəfsi əlində olana and olsun ki, Allah, dinini şəxsi görüşlərə ehtiyacsız buraxmadıqca Nəbisinin ruhunu almamış və vəhyi qaldırmamışdır. Şayət din rəy ilə alınacaq olsaydı, məstlərin üstünü deyil, altını məsh etmək daha layiq olardı. Bu kimsələrdən çəkinin və çəkindirin.” [Səhih mövquf. Əhməd (1/92); Əl Muhalla (1/72); İbn Abdilbərr,  Cəmi (2/67); Şueyb əl Arnaut: isnadı həsəndir dedi.]



   Osman Radiyallahu Anhın Rəy Və Qiyas Haqqındakı Sözü

   Osman radiyallahu anh belə demişdir;
   “Bu sadəcə mənim görüşümdür, diləyən alar, diləyən tərk edər.”  [Həsən. Əhməd (1/92); Əl Muhalla (1/72); İbn Abdilbərr, Cəmi (2/67)]



  Əli Radiyallahu Anhın Rəy Və Qiyas haqqındakı sözü


   Əli radiyallahu anhdan; “Şayət din rəy/şəxsi görüşlə olsaydı, əlbəttə məstlərin altını məsh etmək, üzərini məsh etməkdən daha doğru olardı. Fəqət mən Rasulullah səllallahu aleyhi va səlləmin məstlərinin üzərini məsh etdiyini gördüm.” [Səhih. Əbu Davud (1/42); əl Albani, İrvaul Qalildə (1/140) səhih demişdir.]

Hiç yorum yok: