15 Kasım 2016 Salı

Hamamlara Və Yaxud Dənizə Girən Qadınlar Allahdan Qorxsun!


Müəllif: Əbu Muaz Seyfullah
Tərcümə: Darul İttiba


Aişə radiyallahu anhadan; Aişə radiyallahu anhanın yanına (ümumi) hamamlara gedən qadınlar gəlincə, Rasulullah səllallahu aleyhi va səlləmin belə buyurduğunu rəvayət etdi;

 “Hər hansı bir qadın evinin xaricində üst paltarını (çarşabını) çıxararsa Allah Azzə və Cəllə onun üzərindən hıfzu himayəsini qaldırar.” [Səhih. Əhməd (6/41, 173, 198, 267); Əbu Davud (4010); İbni Macə (3750)]

Saib rahiməhullahdan; “Bəzi qadınlar Rasulullah səllallahu aleyhi va səlləmin xanımı Ummu Sələmə radiyallahu anhanın yanına girdilər. Onlara; ‘Siz kimlərsiniz?’ deyə soruşdu. Dedilər ki; ‘Humusluyuq.’ Ummu Sələmə radiyallahu anha; ‘O hamamları olan yerin xalqısınız?’ dedi. Onlar; ‘Bir sıxıntısı varmı?’ dedilər. Ummu Sələmə radiyallahu anha da dedi ki; Rasulullah səllallahu aleyhi va səlləmin belə buyurduğunu eşitdim;
   “Hər hansı bir qadın, paltarını evi xaricində çıxararsa, Allah onun pərdəsini parçalayar.” [Həsən. Hakim (4/321); Əhməd (6/301); Əbu Yala (12/460)]

   Muaz b. Ənəs rahiməhullah və başqalarından; Nəbi səllallahu aleyhi va səlləm Ummud Dərda radiyallahu anhanı hamamdan gələrkən görüncə; “Haradan gəlirsən ey Ummud Dərda?” dedi. O da; “Hamamdan gəlirəm ey Allahın Rasulu.” dedi. Bunun üzərinə Rasulullah səllallahu aleyhi va səlləm;
   “Hər hansı bir qadın paltarını evindən başqa yerdə çıxararsa, Allah ilə özü arasındakı pərdəni parçalamış olar.” buyurdu." [Həsən. Təbərani (24/252, 255, 25/73); Əhməd (6/361)]
 
   Cabir radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu;
   “Allaha və axirət gününə iman edən kimsə xanımını hamam göndərməsin. Allaha və axirət gününə iman edən kimsə hamama qətvəsiz(kişilərin beldən aşağı bağladıqları örtük) girməsin. Allaha və axirət gününə iman edən kimsə üzərində içki içilən süfrəyə oturmasın. ” [Səhih. Hakim (4/320); Tirmizi (2801); Əhməd (3/339)]

   Şeyx Əbu Zərr əl Kalmuni bu hədislərlə bağlı olaraq belə demişdir; “Buradakı hamamlar, ümumi ifadə olub, qadınlara xas olanlardır. Bu hədis, üzmə yerləri və çimərlikləri də əhatə edir. Allah müsəlmanların qadınlarını buralardan qorusun. Buna görə Müsəlman qadının övrətini mühafizə edən müsəlman qadınların yanında, kişilərin görməyəcəyi bir yerdə üst paltarını (çarşabını) çıxarması caizdir.” [Qadının qadına qarşı övrətinin diz ilə göbək arası olduğuna dair hər hansı bir dəlil yoxdur. Tam tərsi, qadının müsəlman qadına və məhrəmlərinə qarşı, zinət yerləri olan əlləri, qolları, başı, ayağı və boynu xaricində hər yeri övrətdir.]  Bunun xaricindəki yerlərə müsəlman qadın baxa bilər. Ancaq müşrikə qadın, yad kişi hökmündədir. Məcbur qalmadıqca müsəlman qadının, müşrikə qadın yanında övrətini aça bilməz. Buna görə də müsəlman qadının övrətini başqa bir qadının yanında açması caiz deyildir. Hətta anası, bacısı və qızı olsa da, doğum və xəstəliyin müalicəsi kimi zərurətlər xaricində övrətini aça bilməz." [əl Kalmuni, Fəfirru ilallah (s. 270)]


Hiç yorum yok: