3 Kasım 2016 Perşembe

İftira


Müəllif; Əbu Muaz Seyfullah Ərdoğmuş
Tərcümə; Darul İttiba


   Dinimizə görə iftiranın hər cürəsi haramdır. Allah Azzə və Cəllə iftira edənləri (müftəriləri) sevməməkdədir. Ən böyük müftəri isə (şirk qoşan) müşriklərdir. Çünki onlar Allaha ortaqlıq iftirası atmaqdadırlar.
   Muaz b. Əsəd əl Cuheni radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Kim bir mömini bir münafiqə qarşı qoruyarsa, Allah Azzə və Cəllə də onun üçün Qiyamət günü ətini cəhənnəm atəşindən qoruyacaq bir mələk göndərər, Kim də bir müsəlmana pislənməsini istəyərək iftira atarsa, Allah Azzə və Cəllə onu Qiyamət günündə cəhənnəm körpülərindən birinin üstündə söylədiyi (günahından təmizlənib) çıxıncaya qədər həbs edər.”
 [Əbu Davud]

  
Müsəlman iftira xəstəliyinə əsla qapılmamalı, özü düşmədiyi kimi bu pis xasiyyəti daşıyanları gördüyü zaman da onları bundan çəkindirməlidir. Bunu etdiyi təqdirdə, o insana böyük bir yaxşılıq etmiş olacaq və onu həm özü və həm də insanlara qarşı zərərli olan bu pis xəstəlikdən qurtarmış olacaqdır.


“Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir.” {Hucurat 12}

“Kim xəta edər və ya günah qazanarsa, sonra da onu təqsiri olmayanın boynuna atarsa, özü özünə böhtan atmış və açıq aydın günaha batmış olar.” {nisa 112}

“ İsmətli qadınları zinada günahlandırıb, sonra dörd şahid gətirməyən kəslərə səksən çubuq vurun və onların şahidliyini heç vaxt qəbul etməyin. Onlar əsl fasiqlərdir.” {Nur 4}

“Bundan sonra tövbə edib özlərini islah edənlərdən başqa. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.” {Nur 5}

“O zaman siz bunu dilinizə gətirir, bilmədiyiniz sözü danışır və onu əhəmiyyətsiz bir şey hesab edirdiniz. Halbuki bu, Allah yanında çox böyük günahdır.” {Nur 15}

“Nə üçün siz onu eşitdiyiniz zaman: “Bizə bunu danışmaq yaraşmaz. Allahım! Sən pak və müqəddəssən! Bu, çox böyük bir böhtandır!”– demədiniz?” {Nur 16}

“Murdar əməldən xəbəri olmayan ismətli mömin qadınları zinada günahlandıranlar dünyada və axirətdə lənətə düçar olarlar. Onları böyük bir əzab gözləyir...” {Nur 23}

“Mömin kişiləri və mömin qadınları etmədikləri bir işdən ötrü günahlandıranlar, sözsüz ki, öz üzərilərinə böhtanla bərabər açıq-aydın ağır bir yük götürmüşlər.” {Əhzab 58}

“ İslama dəvət edildiyi halda, Allaha qarşı yalan uydurandan daha zalım 
kim ola bilər? Allah zalım adamları doğru yola yönəltməz.” {Saff 7}


Bir iftira digər iftiralara səbəb olur və yerləşdiyi yerdə əbədi qalır.
  • ·      İftira eşşək arısına bənzəyir, onu ilk vuruşda öldürə bilməzsən, heç toxunmamaq daha yaxşıdır.
  • ·      İftira, qılıncdan daha zalım silahdır, çünki iftiranın açdığı yaralar heç vaxt qapanmaz.
  • ·      İftira, pis bir it kimidir, qaçanın arxasıyca hürər, qorxmadan üzünə baxdıqda isə səsini kəsər.
  • ·      İkiüzlülüyü, yaltaqlığı bacaran iftiranı da bacarar.
  • ·      İnsan çox vaxt başqasına atmaq istədiyi palçığa özü bulanar.
  • ·      İnsan iftiraya ancaq önəm verməməklə qalib gələ bilər. İftira ediləni deyil, edəni kirlədər.
  • ·      İnsanlara ox atmaq, dil ilə daşlamaqdan daha yüngüldür. Çünki dil daşlaması hədəfini mütləq tapar. [Süfyan əs Sevri]
  • ·      Qar kimi olsan da, yenə iftiradan qurtula bilməzsən.
  • ·      Məqsəd iftira atmaq olduqdan sonra deyiləcək söz tapılmaz, hətta fəzilətli olmaq da iftiranın yanında sönük qalar.
  • ·      Başqalarının əməyini öz adına çıxartmaqla, xəyanət arasında elə də böyük fərq yoxdur.
  • ·      Bilmədən edilən xəta yalnışlıqdır, bilərək edilən xəta isə xəyanətdir.

Hiç yorum yok: