13 Kasım 2016 Pazar

Nass Və İcma İlə Namazın Tərki Küfürdür!



Müəllif: Əbu Muaz Seyfullah
Tərcümə: Darul İttiba



   Allahu Təala belə buyurmuşdur; “Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– dedikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu.” {Bəqərə 34}
   Bu ayə namazın tərkinin küfür olduğuna dəlalət etməkdədir. Ayədə bəhs edilən üz çevirmə Allaha ibadətin əsli və ən önəmlisi olan səcdədən üz çevirmədir.
  “Siz Allaha səcdə qılın və Ona ibadət edin!” {Nəcm 62}

   “Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın, Rəbbinizə ibadət edərək yaxşı işlər görün ki, bəlkə nicat tapasınız.” {Həcc 77}

   Bu üz çevirmə kibir sifətidir. Necə ki, Allahu Təala belə buyurmuşdur;
   “Göylərdə və yerdə olanların hamısı, heyvanlar da, mələklər də təkəbbür göstərmədən Allaha səcdə qılırlar.” {Nəhl 49}

   İbadət zillətdir. Necə ki “Tariqun muəbbəd” deyilir. Yəni zəlil, çeynənmiş yol. Allah üçün səcdə zilləti sərgiləməkdədir. Bu zilləti sərgiləməklə əmr olunan, bundan üz çevirincə kibirlənmiş olar. Beləcə namazı tərk edən kimsə kafirlərin bu sifətiylə vəsflənmiş olar:
  “Onlara: “Rüku edin!”– deyildiyi zaman rüku etməzlər.” {Mursəlat 48}

   Bu, Allahın məxluqatı yaratmadakı məqsədindən üz çevirmədir. Çünki belə buyurmuşdur; “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.” {Zariyat 56}

   Kibrin və kobudluğun əsli qəlbdədir. Nəbi səllallahu aleyhi va səlləm yolun ortasında yeriyən və “yol genişdir” deyən bir qadın haqqında; “Onu tərk edin, o zorba(kobud) bir qadındır.” demiş və sonra; “Bu (zorbalıq) ancaq qəlbdədir” buyurmuşdur. [Nəsai, Sunənul Kubra (10315)] 

Yenə buyurmuşdur; “Kimin qəlbində zərrə ağırlığınca kibir varsa cənnətə girə bilməz.”[Muslim (91)]
   
Lakin bir topluluq Allahın hökmünə etirazlarını dilləriylə ortaya qoyar. Bu Allahın əmrinə qarşı kibirlənməkdir.
   Digər bir topluluq namazdan və Allah üçün səcdələrdən üz çevirərək bunu əzalarıyla ortaya qoymuşlar. Bu da Allahın zatına qarşı kibirlənməkdir.
   İblis isə Allah üçün səcdələrdən üz çevirmədi, bilavasitə Onun əmrinə üsyan etdi. Allahın əmrinə üsyan etdiyi üçün onun günahı küfrə qədər getdi. “O dedi: “Mən Sənin palçıqdan yaratdığınamı səcdə edəcəyəm?!” {İsra 61}

   Kibrini, haqqı rədd etməsini və insanların atasını dəyərsiz görməsini diliylə bəyan etdi. Nəbi səllallahu aleyhi va səlləm belə buyurmuşdur; “Kibir haqqı inkar etmək və insanları dəyərsiz görməkdir.” [Muslim (91)]

   Bu göstərir ki, kibir əzalarda ortaya çıxmışdır. Yenə dəyərsiz görmə də əzalarla meydana gələ bilər. Allahu Təala belə buyurmuşdur; “Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər, onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər, - öz ailələrinin yanına fərəhlə qayıdırdılar.” {Mutaffifin 29-31}

   İblisin üz çevirib kibirlənərək kafirlərdən olması, Allahın əmrinə qarşı kibirlənməkdir. Namazı və Allah üçün səcdələri qəsdən tərk edərək Allah Subhənəhu və Təalanın zatına qarşı bu kibirlənmə isə daha təhlükəlidir.
   Şeyxulislam rahiməhullah Cəmiur Rəsail val Məsaildə (6/295) belə demişdir; “Allah Təala xatırladıldığı zaman səcdə etməyənin ayələrinə iman etməmiş olacağını xəbər verərək belə buyurmuşdur; “Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəbbinə həmd-səna ilə təriflər deyirlər.” {Səcdə 15}

   bu ayə Allah üçün səcdə etməyənin iman etmiş olmadığına dəlildir. Bu da namazı tərk edənin kafir olduğunu göstərir.”
   Yenə ən qüvvətli dəlillərdən biri Nəbi səllallahu aleyhi va səlləmin; “Qul ilə küfr arasında namazın tərki vardır.” [Muslim (82)]  hədisidir. Burada küfr kəliməsi mərifə olaraq “əl kufr” şəklində gəlmişdir. Yenə Rasulullah səllallahu aleyhi va səlləm belə buyurmuşdur; “Aramızdakı əhd namazdır. Namazı tərk edən kafir olar.”  [Tirmizi (2809); İbn Macə (1079); Nəsai (463); Əhməd (5/346)]
  
  Burada qəsd edilən dindən çıxaran böyük küfrdür.
   Bu haqda səhabənin icması nəql edilmişdir.


Mücməl nəql:

1     Abdullah b. Şəqiq belə demişdir; “Muhəmməd səllallahu aleyhi va sələmin ashabı namazın tərki xaricində əməllərdən birinin tərkini küfür görməzdilər.” [Tirmizi (2622)]

2- Əbuz Zubeyr, Cabir radiyallahu anhdan; “Siz aranızda günahları küfr olaraq görərdinizmi?” deyə soruşduqda belə demişdir; “Xeyr. Qul ilə küfr arasında ancaq namazın tərki vardır.”  [Ləlkai, Etiqad (1537)]  

Mücahid də Cabir radiyallahu anhdan bənzərini rəvayət etmişdir. [İbn Batta, əl İbanə (876)]

3- Həsən əl Basri rahiməhullah dedi ki; “Mənə çatdığına görə Rasulullah səllallahu aleyhi va səlləmin ashabı; “Qul ilə şirk qoşması və kefir olması arasında üzürsüz olaraq namazı tərk etməsi vardır.” deyərdilər. [İbn Batta, əl İbanə (877); Ləlkai, Etiqad (1502, 1539); Həllal, əs Sunnə (1372)]


Müfəssəl nəql:

1-  Misvər b. Məhrəmə radiyallahu anh, İbn Abbas radiyallahu anhuma ilə birlikdə Ömər b. əl Xattab radiyallahu anhın yanına girdilər və; “Namaz ey möminlərin əmiri!” Ömər radiyallahu anh dedi ki; “Bəli, namazı tərk edənin İslamdan nəsibi yoxdur.” Yarasından qan axdığı halda namazı qıldı.”  [Muvatta (təharət 51); Abdurrəzzaq (579-581); Həllal, əs Sunnə (1371)]

2-   Əli radiyallahu anhdan; “İslamın üç ayağı vardır. İman, namaz və camaat. İman olmadan namaz qəbul edilməz. İman edən də namaz qılar.” [Ləlkai, Etiqad (4/908); İbn Əbi Şeybə, İman (113)]

3-   İbn Məsud radiyallahu anhın yanında; “Namazı tərk etdiyini heç görmədik” dedilər. Bunun üzərinəv İbn Məsud dedi ki; “Namazın tərki küfürdür.” [Ləlkai,  Etiqad (1534)]

4-    Əbud Dərda radiyallahu anhdan; “Namazı olmayanın imanı yoxdur.” [İbn Batta, əl İbanə (887); Ləlkai, Etiqad (1536); Həllal, əs Sünnə (1371)]

5-    İbn Abbas radiyallahu anhumadan; “Namazı tərk edən kafir olmuşdur.”  [Mərvəzi, Təzimu Qadris Salah (939)]

6-  Namazı tərk edənin kafir olduöu on altı səhabədən rəvayət edilmiş olub, buna müxalifət edən bir səhabə bilinməməkdədir. İbnul Qeyyim belə demişdir; Daha əvvəl bunun eynisi Muaz b. Cəbəl, Abdurrahman b. Avf və Əbu Hureyrə radiyallahu anhumdan zikr edilmişdi. Onlara müxalif olan bir səhabə bilinməməkdədir.”


 Namazın tərkinin küfr olduöu xüsusu, Əbu Hənifə xaricində üç imamdan da nəql edilmişdir. Əbu Hənifə isə imanın tanımı xüsusunda sünnətə müxalifət etmişdir. Əbu Hənifə isə imanın tanımı mövzusunda sünnətə müxalifət etmişdir.

Hiç yorum yok: