11 Kasım 2016 Cuma

Allah Rasulu Səllallahu Aleyhi Va Səlləmdən Əvəzsiz Nəsihətlər!

Usamə ibn Şərik (radiyallahu anhu) rəvayət edir ki, mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanında idim.

“Hər yandan onun yanına bədəvilər gəldi. Onlardan başqa hamı susmuşdu. Onlar insanlar arasında etdikləri və günah sayılmayan bəzi işlər barədə soruşub dedilər: “Ey Allahın Rəsulu! Filan, filan işləri görməkdə bizə günah varmı?” O (səllallahu aleyhi va səlləm) dedi: “Ey Allahın qulları! Allah günahları bağışlayır. Yalnız o adam istisnadır ki,  zülm törədərək başqa birisinin qeybətini edər. Həmin adam günah qazanıb həlak olar”. Onlar dedilər: “Ey Allahın Rəsulu! Özümüzü  müalicə edəkmi?” O (səllallahu aleyhi va səlləm) dedi: “Bəli, ey Allahın qulları! Özünüzü müalicə  edin. Qüdrətli və əzəmətli Allah elə bir xəstəlik verməmişdir ki, onun dərmanını vermiş olmasın. Yalnız bir xəstəlik istisnadır”. Onlar dedilər: “Nədir o, ey Allahın Rəsulu?” O(səllallahu aleyhi va səlləm): “Qocalıqdır” deyə cavab verdi. Onlar dedilər: “Ey Allahın Rəsulu! İnsana bəxş edilən ən xeyirli şey nədir?” O (səllallahu aleyhi va səlləm) dedi: “Gözəl əxlaq”.

Tabərani, mucəmul əvsat 6/268. Albani, silsilə sahiha 433.


Hiç yorum yok: