17 Kasım 2016 Perşembe

Qadınlarla Kişilərin Bir Birinə Qarışması Haqqında Bir Şübhə Və Cavabı


Müəllif: Əbu Muaz Seyfullah
Tərcümə: Darul İttiba


Şübhə: “Qadınların iffətləri örtüklərində və kişilərlə qarışmaqdan uzaq durmalarında deyil, nəfslərindədir.”

   Cavab: Şübhə yoxdur ki, qadınların iffətləri təkcə nəfslərində deyil, birbaşa geyimlərində və qadın kişi qarışıqlığından uzaq durmalarındadır. Təsəttür haqqında başıboşluq iffətləri ləkələyər.
   Qadın, təsirlənməyən cansız bir varlıq deyil. Tam tərsi, qadın zəifdir və dəyişikliyə qarşı sürətlidir. Qadın və kişilərin bir birinə qarışması səbəbiylə tesirlənməsindən əmin olunmaz. İmanı qüvvətli olsa belə, o məsumə deyildir. Necə ki, Allah Azzə və Cəllə belə buyurur;

“Bunu yaxşı bilin ki, Allah insan ilə onun qəlbi arasına girər.”

   Hal beləykən, bəs qadın və kişi qaynaşmasının və imanları zəif olanların çox olduğu hallar necə olar?
   Kişilər qadınları cəzb etdiyi kimi, qadın da kişiləri cəzb edir. Necə ki, Yusif aleyhissələmi görən qadınlar ondan təsirlənmişlər və fitnəyə düşmüşdülər. Yusif aleyhissələm belə demişdi; 
“Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən mən onlara meyl edər və cahillərdən olaram” {Yusif 33}

   Rasulullah səllallahu aleyhi va səlləm də belə buyurmuşdur; “Biriniz bir qadın gördüyü zaman öz xanımının yanına getsin. Çünki bu, nəfsində olan şeyi yox edəcəkdir.” {Muslim (1403) Cabir radiyallahu anhdan rəvayət etmişdir.}

   Bəs kişi sevdiyi qadına, qadın da sevdiyi kişiyə buraxılsa  hal necə olar? O ikisi gün keçdikcə bir biriylə ünsiyyətə davam edərsə aralarındakı rəğbət artıb müsibətləri böyüməzmi?
   Bəs əgər qadının (təkcə nəfsi) iffətiylə qalmağa davam etdiyini düşünsək, ac qurdlardan onu kim qoruyacaq? Hilələrdən və şeytanı addımlardan necə salamatda qalacaq?
   İslam, kişilərlə qadınlar arasındakı qarışmağı, ünsiyyəti haram edərkən, qadının iffətli olanı ilə olmayanı arasında fərq qoymamışdır. Allah Azzə və Cəllə belə buyurur;

 “Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür.” {Əhzab 36}


   “Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar.”  {Nur 63}



Hiç yorum yok: