26 Kasım 2016 Cumartesi

Qeybət Və Qeybətin Qardaşları





Yazı sahibi: Əbu Muaz Seyfullah
Tərcümə: Darul İttiba



    Əbu Nuaym əl İsbəhani “Hilyətul Övliya”da (9/291-293), Əhməd b. Asimdən belə dediyini rəvayət etmişdir;

   İnsan qeybət etməklə nə bir təşəkkür qazanar, nə liderliyə yüksələ bilər, nə də yemək, içmək və mal kimi dünyalıq şeylərə çata bilər. Ağıl sahiblərinin yanında zərərdə, ümumun gözündə düşük, əmanət sahibi insanların yanında xain, cahillərin gözündə isə rəzil biridir. Belə bir adama da ancaq onun kimi olan biri dözə bilər. Həm dünya, həm də axirətdə onun qədər zərərdə olanını, onun qədər az faydalanını, onun qədər cahilliyini ortaya sərənini, onun qədər çox yük altında olanını görmədim. Təqva sahibi insanlar indan nifrət edər, fasiqlər ondan çəkinər, ağıl sahibləri də ondan uzaq durar.

   Qeybət, üç şeyi özündə cəmləşdirən bir isimdir ki, dördüncüsü ən təhlükəli olanıdır.

    Birincisi, qəlbində başqasının qüsurlarını görməyin, amma bayağı qorxulardan dolayı bunu dilə gətirməməndir.

   İkincisi, bu qüsurları dilə gətirməyin, ancaq haqqında danışdığın insanın adını zikr etməməyindir.

   Üçüncüsü, qəlbində bu qüsurları görüb bağışlamağın, amma yenə də dilə gətirməməyindir.

   İnsanın qüsurlarını söyləyərkən onun adını da zikr etməyin açıqca qiybətə girməkdir ki, belə bir şeyi insan nə özünə, nə də məclis yoldaşları arasında əsla dilə gətirməməlidir. İnsan bunları adət halına gətirdiyi zaman bunun bir üstü olan iftira səviyyəsinə çıxar və artıq olmamış şeyləri də olmuş kimi danışmağa başlayar. Bu şəkildə də həm iftiracı, həm qeybətçi, həm yalançı, həm də üsyançı biri olar və bu zikr edilən şeylərdən birini etməkdən artıq çəkinməz hala gələr. Bütün bunlar da yəqini yox edib şübhəni gətirəcək şeylərdir.

   Bilməlisən ki, qiybətin çıxış nöqtəsi insanın özünü qüsursuz görməsi və özünə çox güvənməsidir. Çünki birində səndə olmayan bir şeyi gördüyün və ya sənda olan bir şeyin bənzərini görmədiyin üçündür ki, qeybətini edərsən. Birinin qeybətini edirsənsə bu, sənin, qeybətini etdiyin kimsənin qüsurlarından daha çox qüsurların olduğu üçündür. Öz qüsurlarının çoxluğunu bəlkə də bilmirsən və ya bəlkə də bilirsən. Bu qüsurlarına baxmayaraq, edəcəyin qeybəti ancaq sənin kimi olan biri xoş qarşılayıb qəbul edər. Qeybətini edib dəyərini aşağı salmaq istədiyin insanın qüsurlarından daha çox qüsurlarının olduğunu bilsəydin, başqasının qeybətini etməkdən uzaq durar, səndəki qüsurlar qala qala başqasının səhvlərini açıb onu qınamaqdan utanardın.  Ancaq sən özündəki qüsurları bilirsən və bu səhvlərdə israr edirsənsə, o zaman günahın başqalarının günahlarından daha böyükdür deməkdir. Edəcəyin qeybətdən razı qalıb bu mövzuda sənə yardım edın insan da öz qüsurlarını görmədə qəlb gözü sənin qəlb gözündən daha kor olan biridir. Elə olmasaydı, bu şeyləri onun önündə zikr etmə cürətini göstərə bilməzdin.

   Böyük bəlalardan necə çəkinirsənsə, qeybətdən də eyni şəkildə çəkin! Çünki qeybət insanın qəlbinə yerləşdikdə və insan belə bir şeyin qəlbinə yerləşməsinə razı olduqda, qeybət qəlbdə digər qardaşları üçün də yer açacaqdır. Qeybətin qardaşları da dedi qodu, zülm, pis zənn, iftira və yalandır.

   Qeybətdən çəkin! Çünki qeybət, onu edən kimsəni dünyada utanc, axirətdə isə rüsvay vəziyyətə salar. Uca Allahın Kitabında da qeybət haramdır.

   Qeybət edən kəs yalan da danışar, iftira da atar. Çünki bu ikisi, imandan uzaq olan şeylərdir. Uca Allah da Peyğəmbər səllallahu aleyhi va səlləmin diliylə möminin malını, canını və haqqında pis bir zənni başqa bir möminə haram etmişdir.

   Haram edilən pis zənn də dilə gətirilməyən və qəlbdə olan pis zənndir. Artıq insan öz qüsurlarını buraxıb başqasının qüsurlarına yönələrək qəlbində pis bir zənn daşıyarsa və bunu dilə gətirərsə günahı nə qədər (böyük) olar? Belə bir halda insan öz qüsurlarına razı olmuşdur deməkdir. Nəfsin, başqasının qüsurlarına yönəlmək istədikdə bu hərəkəti öncə öz qüsurlarına yönəlt. Çünki ixlaslı olan hansı alimin yanına gedib harada qalıb, harada otura biləcəyini soruşsan, sənə; “Harada olursan ol, Allaha qarşı təqva işində ol və başqalarını rahat burax, özünə bax!” deyəcəkdir.


    Ravi deyir ki; “Əbu Abdillaha bu haqda mənə daha çox şeylər söyləməsini istədim, amma başqa bir şey danışmadı.”

Hiç yorum yok: