31 Ağustos 2017 Perşembe

Quran Və Sünnəni Təzim Et ki, Allah da Səni Uca Tutsun!

Şeyx ibn Bəz rahiməhullah belə deyir:
Qul Allahın kitabını və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsini təzim (uca tutmaq) edib ona sözlə və əməllə tabe olmadıqca dünyada və axirətdə hidayətə nail ola bilməz. Bundan sonra doğru istiqamətdə getməli və ölüm gələnə qədər bu yolda səbr etməlidir.

("Məcmua Fətava" 2/139)

23 Ağustos 2017 Çarşamba

Kibirli İnsanların Axirətdəki Halları!

İmam Əhməd b. Hənbəl deyir ki; bizə Yəhya... Amr b. Şuaybdan, o da atasından, o da babasından , o da Rasulullah səllallahu aleyhi va səlləmdən nəql etdi ki; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu;

   Təkəbbürlülər qiyamət günü insan şəklində tozlar kimi həşr olunarlar. Kiçiklərdən olan hər şey onlara üstün gələr. Nəhayət cəhənnəmdə bir zindana girərlər ki , Ona Buləs deyilir. Cəhənnəm əhlinin axıntılarından ibarət olan palçıqdan onlara içirilər və irinli atəş onların üzərinə çıxar.

İbn Kəsir, Təfsir (Bəqərə 90'ın Təfsiri)

7 Ağustos 2017 Pazartesi

İNSANA ÜZ VERMİŞ MÜSİBƏTLƏRDƏN ORTAYA ÇIXAN SAVABLAR!

1. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər salləllahu aleyhi və səlləm buyurur:

Müsəlmana üz verən hər bir yorğunluq, xəstəlik, kədər, üzüntü, əziyyət, hətta ona batan tikanla belə Allah təalə onun günahlarını təmizləyir.
Buxari və Muslim rəvayət etmişdir.
Ənəs radıyallahu anhudan gələn rəvayətdə Allah Rasulu salləllahu aleyhi və səlləm buyurur:
2. Həqiqətən, mükafatın böyüklüyü bəlanın böyüklüyü ilədir. Allah təalə bir qövmü sevdikdə onları imtahana çəkər. Razı qalana Allahın razılığı, qəzəb edənə Allahın qəzəbi var.
("Silsilətul-Əhədisis-Sahihə", 1/276 ) Hədis həsəndir.
3. Peyğəmbər salləllahu aleyhi və səlləm buyurur:
Bir kişinin Allah qatında bir mənziləsi (dərəcəsi) olar. Yəni, Allah təalə bir kişiyə uca bir mənzilə yazar. O qul öz əməli ilə ona çata bilməz və Allah təalə onu xoşlamadığı şeylərlə imtahana çəkər ki, onu həmin mənziləyə (dərəcəyə) çatdırsın.
("Silsilətul-Əhədisis-Sahihə", 1599.) Hədis həsəndir.
4. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər salləllahu aleyhi və səlləm buyurur:
Mömin kişi və qadının özündən, malından, uşağından bəla əl çəkməz, hətta üzərlərində heç bir günah qalmadan Allahla görüşənədək. (Yəni ölənədək günahlardan təmizlənmələri üçün bəla onları müşahidə edər.)

("Sahihul-Cəmi", 58188.) Hədis səhihdir.