Sual:
Möhtərəm Şeyx! Peyğəmbər səllallahu aleyhi va səlləm
demişdir; “Şəhidlərin seyyidi Həmzədir..” Bir kəsi şəhid adlandırmağın qaydası
nədir? Döyüşdə ölən bir kəsə şəhid demək olarmı? Yaxud saleh bir insan həbs
edilir və zindanda vəfat edir, o kəsə şəhid demək icazəlidirmi?
Şeyx İbn Useyminin cavabı:
Şübhəsiz ki, şəhid
sözü insanın sevdiyi bir sözdür. Uca Allah buyurur; “Şəhidlər isə öz Rəbbi
yanındadırlar. Onların öz mükafatları və öz nurları vardır.” {Hədid 19}
Lakin Allah Rasulu
səllallahu aleyhi va səlləmin şəhid adlandırdıqlarından başqa bir kəsi xüsusiləşdirərək
şəhid adlandırmaq olmaz. Əgər görsək ki, bir nəfər kafirlərlə döyüşüb öldürüldü.
Biz ona şəhid demirik. Fəqət deyirik; “Şəhidlərdən olmasını diləyirik! Yaxud
ümumi olaraq deyirik ki, Allah yolunda öldürülən hər kəs şəhiddir. Çünki şəhadət
bizdən gizli olan bir məsələdir və qəlbdəki niyyətə bağlıdır. qəlbdə olan niyyət
isə bizə məlum deyil. Məhz bu səbəbdən də, Peyğəmbər səllallahu aleyhi va səlləm
buyurmuşdur; “Hər yaralanan kəs Allah yolunda yaralanmır. Uca Allah onun yolunda
yaralanan kəsin kim olduğunu daha yaxşı bilir!” Məsələyə bu cür yanaşmaqın
ehtiyyatlı yanaşmadır. Sanki Peyğəmbər səllallahu aleyhi va səlləm demək istəyir
ki; “Hər öldürülən, yaxud yaralanan kəsin Allah yolunda olduğuna hökm verməyin.
Çünki Allah həqiqətən, Onun yolunda kimin yaralandığını yaxşı bilir.” Belə
olduğu təqdirdə, biz məsələni zahirinə görə qiymətləndirmirik. Yəni, demirik
ki, filankəs şəhiddir. Çünki ola bilsin ki, onun qəlbində nəsə olsun, lakin biz
bundan xəbərsiz olaq. Ola bilər ki, kimsə ona “Şücaətlidir!” desinlər deyə
döyüşür. Ola bilsin ki, milliyətçilik uğrunda vuruşur, yaxud təəssübkeşlikdən
dolayı vuruşur. Və ola bilər ki, Allah kəliməsinin uca olması uğrunda döyüşür.
Məhz bu Allah yolunda döyüşməkdir. Yəni, bu niyyətə bağlıdır. İkincisi, biz
demirik; “Filankəs şəhiddir!” Çünki onun şəhid olduğunu söyləsək, gərək onun Cənnətlik
olduğuna da şahidlik edək. Çünki şəkk yoxdur ki, hər bir şəhid Cənnətlikdir.
Biz isə Peyğəmbər səllallahu aleyhi va səlləmin şahidlik etdiklərindən başqa,
kiminsə müəyyən olaraq Cənnət əhli olduğuna şahidlik edə bilmərik. Ola bilər
ki, biz kiminsə şəhid olduğunu deməyək, lakin həqiqətdə isə, o, Allah dərghahında
şəhidlərdən sayılsın. Bizim ona şəhid deməməyimizin ona bir zərəri varmı? Xeyr!
Yaxud ola bilər ki,
biz kiməsə şəhid deyək, lakin həqiqətdə isə, o, Allah qatında şəhidlərdən
sayılmasın. Belə olan halda, bizim ona şəhid deməyimizin ona heç bir faydası
yoxdur! Bir halda ki məsələ belədir, elə isə nə üçün bilmədiyimiz bir şey haqda
susmayaq? Lakin (ümmi olaraq) deyirik ki, kim Allah yolunda vuruşarsa, o şəhiddir.
Həmin şəxsin Allah yolunda döyüşənlərdən və şəhidlərdən olmasını diləyirik!
[ Şeyx İbn Useyminin səs yazısından
alıntı]
Hiç yorum yok:
Yorum Gönder