Yazı sahibi: Əbu Muaz
Seyfullah
Tərcümə: Darul İttiba
Sual: “Şayət öz ölkəsində
zidd bir hal olaraq görülmürsə, kafirə olan, dinsiz naməhrəm qadınlarla yatmaq
zina sayılırmı? Mən müsəlman qadınla yatmanın zina olduğunu bilirəm. Çünki
Rasulullah səllallahu aleyhi va səlləm; “Hər müsəlmanın malı, namusu və qanı
digər müsəlmana haramdır.” buyurmuşdur. Rasulullah səllallahu aleyhi va səlləm
doğrunu söyləyəndir. Rasulullah səllallahu aleyhi va səlləm dinsiz olan kafirə
qadını zikr etməmişdir. Verəcəyiniz cavab üçün çox təşəkkür edirəm, Allah sizə
xeyirli qarşılıq versin.”
Xalid b. Hüseyn b. Abdirrahmanın cavabı (Tarix:
16 Şəvval 1424/10 Dekabr 2003):
Bizə halalı
halal edən və ona təşvik edən, haramı da haram edən, ondan çəkindirən Allaha həmd
olsun. Salavat və salam; insanlara xeyri öyrədən, bəşərin hidayətə götürücüsü,
aydınladıcı bir çıraq olan, ümmətinə göstərmədiyi bir xeyir və çəkindirmədiyi
bir şey buraxmayan nəbimiz Muhəmmədə olsun. Allah ona, alinə və bütün ashabına
salavat etsin. Bundan sonra;
Əvvəlcə inamın
və “Bu gün İslam” adlı sayt yoluyla bizmlə əlaqə yaratdığına görə sənə təşəkkür
edirəm. bu saytdan yazışmağa davam etməni təmənne edirəm, Allah Azzə və Cəllədən
sənə dünya və axirətində fayda verəcək xüsusları burada tapmağını nəsib etməsini
diləyirəm.
Ey qardaşım!
Sualına dəfələrcə baxdım və sənin böyük bir şübhə içində olduğunu anladım. Sən
kafir bir qadınla, xüsusilə də bunu yalnış görməyən küfr ölkələrində zina etmənin
haram olmadığına inanırsan!
Dəyərli
qardaşım! Mən sənə deyirəm ki, Allahı inkar edib üz çevirən, şeytanı özünə vəli
seçən –ki bundan Allaha sığınırıq- kimsələrin küfrdən sonra bunu günah
saymamaları təəccüblü deyildir.
Zina çirkin
bir günahdır. Həlak edici böyük bir günahdır. Namus və şərəfə qarşı həddi
aşmaqdır. Səlim ağıllar bunu qəbul etməz, din də bunu mübah görməz. Heç bir
din, heç bir zövq-ü səlim və şərəfli istiqamət sahibi bundan razı olmaz. Kişilərdə
və qadınlarda olan haqq qeyrət bu çirkinliyi rədd edər. Həm təbiət, həm zövq, həm
də din bundan uzaqlaşdırar. belə bir şeyə ancaq pozğun kişi və pozğun qadın,
facir kişi və facir qadın meyl edib razı olar. Buna görə Rəbbimiz belə
buyurmuşdur;
“ Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə
bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər.
Möminlərə isə bu, haram edilmişdir.” {Nur
3}
Beləsi haqda;
“quşlar öz cinsiylə uçar” deyilmişdir. Rəbbimizin kitabında və nəbimiz səllallahu
aleyhi va səlləmin sünnətində, bu böyük günahın haram olduğunu göstərən bir çox
dəlillər vardır. Allahu təala belə buyurmuşdur;
“Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl
və murdar bir yoldur!” {İsra 32}
“Onlar (möminlər) Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın
haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar.
Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində
zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən
və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə
əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!” {Furqan 68-70}
Mövla Azzə
və Cəllə “zinaya yaxınlaşmayın” buyurarkən, müsəlman qadınla kafirə qadın
arasında ayırım etməmişdir. Zinanın hamısı haram və çirkinlikdir. Müsəlmanların
icması da bu şəkildədir.
Ey dəyərli
qardaşım! Allah Azzə və Cəllədən qorx və bu təhlükəli yoldan uzaqlaş. Bu çirkinliyə düşərək kirlənməkdən çəkin.
Zinanın dünya və axirətdə dəhşətli nəticələri vardır. Bu, imana zidd və
uzaqdır. Əbu Hureyrə radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə
buyurdu; “Zina edən, zina etdiyi zaman mömin deyildir.” [Buxari (2475); Muslim (57)]
Yenə Əbu
Hureyrə radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə
buyurdu; “qul zina etdiyi zaman iman ondan çıxar və bir kölgə kimi olar. Bu işi
tərk etdiyi zaman iman özünə qayıdar.” [Tirmizi (2625);
Əbu Davud (4690)]
Ey dəyərli
qardaşım! Allaha dərhal tövbə et və bu çirkin günahdan uzaqlaş. Bil ki, qul günah
işlədikdən sonra günahını etiraf edib Allaha tövbə edərsə, Allah onun tövbəsini
qəbul edər. Bu xüsus, Buxari və Muslimin Aişə radiyallahu anhadan rəvayət
etdikləri ifq hadisəsiylə bağlı hədisdə sabit olmuşdur. Yenə Allah Azzə və Cəllə
qulunun tövbəsinə sevinər. Ənəs radiyallahu anhdan; “Rasulullah səllallahu
aleyhi va səlləm buyurdu ki; “Allah qulunun tövbəsinə birinizin kimsəsiz bir ərazidə
üzərində yemək və suyunun olduğu miniyinin qaçması üzərinə emidsizliyə düşüb,
bir ağacın kölgəsinə uzanıb anidən önündə miniyini görməsi üzərinə onun gəmindən tutaraq
sevincinin şiddətindən dolayı; “Allahım! Sən mənim qulumsan, mən də sənin rəbbinəm”
deməsindən, sevincinin şiddətindən dolayı xətalı danışmasından daha çox sevinər.”
[Buxari (6309); Muslim (2747)]
Ey dəyərli
qardaşım! Dərhal tövbə et, tövbəni ertələmə. Ömrünü, sən Allaha üsyan halında
ikən öldürməyib uzadan Allaha həmd et. Çünki insan hansı hal üzrə ölərsə, o şəkildə
dirilər. Ləzzətləri qaçıran ölümün sənə, Rəbbin ilə qarşılaşmağı istəməyəcəyin
bir halda ikən anidən gəlməsindən çəkin. Həsrət və peşmanlıq günü olan,
insanların Rəbbi önündə durdurulacağı qiyamət günü, o halda dirildilməyi
arzulamadığın bir hal üzrə ölməkdən çəkin. Ə gün ki, hamilə qadın yükünü düşürər,
insanları sərxoş görərsən, halbuki sərxoş deyillərdir. Lakin Allahın əzabı şiddətlidir.
Ey dəyərli
qardaşım! Mən sənə eşitməkdən xoşlanmayacağın şeyləri nəsihət edirəm. Çünki səni
sevirəm. Özüm üçün istədiyim xeyri sənin üçün də istəyirəm. Çünki bu, Nəbi səllallahu
aleyhi va səlləmin bildirdiyi kimi imanın tamamındandır.
1. Sənin Allah Azzə və
Cəllənin bu əmrinə uyaraq baxışlarını qorumağın, şəhvət atəşini alovlandıracaq
olan harama baxmamağın lazımdır:
“Mömin
kişilərə de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini
zinadan qorusunlar. Bu onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə
etdiklərindən xəbərdardır.” {Nur 30}
2. Sənin xüsusilə də, təhsil, iş, ticarət və bənzərləri kimi,
orada olma səbəbin tamamlandısa, bu küfür ölkələrini dərhal tərk etməyin
lazımdır.
3. Əgər evli deyilsənsə evlənməkdə tələsməlisən. Çünki
evlilik Nəbi səllallahu aleyhi va səlləmin xəbər verdiyi kimi harama düşməkdən qoruyucudur.
İbn Məsud radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə
buyurdu; “Ey gənclər! Aranızda imkanı olan evlənsin. Çünki o baxışları məhdudlaşdıran,
cinsi orqanları qoruyucudur. Buna gücü çatmayan isə oruc tutsun. Çünki oruc
qoruyucudur.” [Buxari (5065); Muslim (1400)]
Evlənməyə gücün çatmırsa, oruc harama düşməkdən
qoruyucudur.
4. Kişi və ya qadın
pis yoldaşlardan uzaqlaşmalısan. Xeyir əhli saleh kimsələrlə yoldaşlıq etməlisən.
Pis yoldaşlar sapıqlıq və həlak səbəbidir. Saleh yoldaşlar isə qurtuluş və
hidayət səbəbidir.
5. Günaha düşər və haram işləyərsənsə, bil ki, Allah səni
görməkdədir. onun səni günah üzərində görməsindən utan! bil ki, ancaq şərli
kimsələrin boylayacağı tutuşdurulmuş atəş vardır. Allah onu üsyankar facirlər
üçün hazırlamışdır. Yenə genişliyi göylərlə yer qədər olan, iində heç bir gözün
görmədiyi, heş bir qulağın eşitmədiyi, bəşər qəlbinin xatirinə gəlmədiyi nemətlər
olan cənnət vardır. Allah onu çəkinənlər və təmiz kimsələr üçün hazırlamışdır.
Hansı qrupdan olmağı istərdin? ... Ağıllı kimsə nəfsini qoruyar.
6. Daima ləzzətləri
yox edən ölümü və ölümdə olan şiddətli sıxıntıları düşünməlisən. Qəbri və
qaranlığı xatırla, qiyaməti və onun əzablı
hallarını düşün. Sirat körpüsünü və onun kəskinliyini, Allahın hüzurunda bir
topluluğun cənnətə, bir topluluğun cəhənnəmə göndəriləcəyini, “Ey cənnətliklər!
Əbədilik var, ölüm yoxdur və ey cəhənnəmliklər! Əbədilik var, ölüm yoxdur”
deyiləcəyini xatırla.
7. Qəlbini incəldən və
səni xeyirli əməllər işləməyə sövq edən, piş işlərdən çəkindirən söhbət qeydlərini
dinləməlisən. Yenə qəlbini incəldib səni xuşuya götürən xeyrə yönəldib şərdən
uzaqlaşdıran kitablar oxumalısan.
8. Bil ki, Allahu Təala zinakar olan kişi və qadınlara qiyamət
günündə can yaxan bir əzab
hazırlamışdır. Səmura b. Cundub radiyallahu anhdan; Rasulullah səllallahu
aleyhi va səlləm belə buyurdu; “Bu gecə yuxumda iki nəfərin yanıma gəldiyini
gördüm. Məni müqəddəs yerə çıxardılar.... təndir kimi bir yerə gəldik.
Gurultulu səslər eşitdim. İçində çılpaq kişilər və qadınlar var idi. Alovlar
onların altlarından girir, onları qapırdı... Təndir kimi bir yerdə olan o
çılpaq kişi və qadınlar zina edən kişilər ilə zina edən qadınlar idi.” [Buxari (1386)]
Əbu Umamə radiyallahu anhdan; Rasulullah səllallahu
aleyhi va səlləm belə buyurdu; “Mən yatarkən iki nəfər gəldi və məni bir dağa
apardılar.. Sonra ən pis şəkildə iylənən bir qövmə gəldik. İyləri lağım qoxusu
kimiydi. Mən: “Bunlar kimlərdir?” deyə soruşdum. Dedilər ki; “Bunlar zina edən
kişilər ilə zina edən qadınlardır.” [İbn Huzeymə və İbn
Hibban rəvayət etmişdir. Əl Albani, Səhihut Tərğibdə (2/611-612 №: 2393) səhih
demişdir.]
Zina edən qadın və kişilərin pis aqibətini
bildirən hədislər çoxdur.
9. Namazları vaxtında qılmağa, elm və öyüd məclislərinə
qatılmağa həvəsli ol. Çünki bunlar imanı qüvvətləndirər və insan Allahın mürakəbəsinı
və Ondan xaşyətə hazırlayar.
10.
Çoxluca
allahdan bağışlanma diləməli, dua etməlisən. Duada Allahın səni görünən və
görünməyən fitnələrin şərrindən qorumasını istəyərək yalvar.
Bax belə. Allah ən yaxşı
biləndir. Allahdan bizə və sənə müvəffəqiyyət və doğruluq diləyirik. Allahım! Nəbimiz
Muhəmmədə, alinə və ashabına salavat və salam et!
Link:
Əbu
Muazın qeydi; Bəziləri İbn Kəsirin
təfsirində keçən bu ibarədən istifadə edərək kafirə qadınlara baxma çərçivəsini
genişlədirlər: “Sufyan əs Sevridən rəvayət edildiyinə görə; zimmət əhli
qadınların zinət yerlərinə baxmaqda sıxıntı yoxdur. Bunu qadağan etmək onların hörmətindən
dolayı deyil, ancaq fitnə qorxusuyladır.” [təfsiru İbn
Kəsir (3/855)]
İbn Kəsir Əhzab surəsi 59-cu ayəsindəki “Möminlərin
qadınları” ifadəsini dəlil gətirdiyini də zikr etmişdir.
Sufyan əs Sevridən bunu məchul siqası ilə “ruviyə”
deyərək nəql etmişdir. Başqa bir yerdə də isnadını tapa bilmədim.
Yenə Buxarinin Kitabul İstizanda muallaq
olaraq zikr etdiyinə görə Said b. əl həsən, qardaşı Həsən əl Basriyə; “Kökslərini
və başlarını açan əcəm qadınlarının halı haqında soruşulunca; “Baxışını çevir!”
demişdir. Hafiz İbn Həcər bunun isnadını tapa bilməyib. [ət Tağliq (5/120); əl Albani, Muxtəsəru Səhihil Buxari (4/102)]
Yenə bu babda Deyləminin
əl Firdovs da Əli radiyallahu anhdan zikr etdiyi zimmət əhli
qadınlara şəhvətsiz olaraq baxmaqda
sıxıntı olmadığına dair bir rəvayət ilə bəzi fiqh kitablarında zikr edilən Ömər
radiyallahu anhın cənazə evlərində mərsiyə deyən bir qadını döyüb örtüyü
açıldıqda; “O eyniylə cariyələr kimidir, onun hörməti yoxdur.” dediyinə dair
bir rəvayət də vardır ki, bunların da bir isnadını tapa bilmədim.
Nəticə olaraq, Quran və Səhih sünnət
naslarında baxış xüsusundakı qadağa ümumidir. Müsəlman qadına, ya da kafirə
qadına baxışı əhatə edir. Bu ümumi qadağanın sadəcə müsəlman qadınlara baxmağa
yönəlik bir qadağa olduğunu təhsis edən bir nas bilmirəm. Sünni fiqh kitabları,
kafir ya da müsəlman olsun, naməhrəm qadının övrətinə(yəni ümumilikdə o qadına)
baxmağın haramlığı xüsusunda icma iddia etməkdədirlər.
Sapıq şiə və Rafizi firqələri isə kafirə
qadının övrətinə baxmaqda sıxıntı olmadığını iddia etmişdirlər.
Ən yaxşı bilən Allahdır.
Hiç yorum yok:
Yorum Gönder