13 Şubat 2017 Pazartesi

İnsanın Gücü Çatmayacağı Bir Şeyi Nəzir Etməsi Caiz Deyildir!

 
İmran b. Husayn radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Günah xüsusunda edilən nəzrə və qulun sahib olmadığı bir şey haqqında etdiyi nəzrə vəfa (nəziri yerinə yetirmə) yoxdur.” [Səhih. Muslim (3/1262); Əbu Davud (3316); Nəsai (7/19); İbn Macə (2124)]

   Ənəs b. Malik radiyallahu anhdan; “Rasulullah səllallahu aleyhi va səlləm iki oğlunun arasında götürülən bir adam görüb halını soruşdu. “Yeriməyi nəzir etdi” dedilər. Bunun üzərinə Rasulullah səllallahu aleyhi va səlləm; “Şübhəsiz Allah, bunun nəfsinə əzab etməsinə möhtac deyildir.” buyurdu və (bir şeyə) minməsini əmr etdi.” [Səhih. Buxari (1865); Muslim (1642); Əbu Davud (3301); Tirmizi (1537); Nəsai (7/30)]

   Uqbə b. Amir radiyallahu anhdan; “Bacım, Beytullaha qədər yeriməyi nəzir edib məndən onun adına Rasulullah səllallahu aleyhi va səlləmlə danışmağımı istədi. Mən də Rasulullah səllallahu aleyhi va səlləmlə danışdım. Rasulullah səllallahu aleyhi va səlləm; “Həm yerisin, həm də (bir miniyə) minsin.” buyurdu.” [Səhih. Buxari (1866); Əbu Davud (3297); Əhməd (4/143); Nəsai (7/19)]


   Əbu Hureyrə radiyallahu anhdan; “Rasulullah səllallahu aleyhi va səlləm iki oğlunun arasında onlara söykənərək gedən bir qocaya çataraq; “Buna nə olub?” deyə soruşdu. Oğulları; “Ey Allahın Rasulu! Nəziri var idi.” cavabını verdilər. Bunun üzərinə Rasulullah səllallahu aleyhi va səlləm; “Min ey qoca! Çünki Allahın sənə və nəzrinə ehtiyacı yoxdur” buyurdu.” [Səhih. Muslim (3/1264); İbn Macə (2135)]

Hiç yorum yok: