28 Kasım 2017 Salı

Sələfilik Üç Əsas, Üzərində Durmaqdadır!

Muhəddis şeyx Muhəmməd Bəzmul deyir:

"Sələfilik üç əsas, üsul üzərində durmaqdadır:

Birinci əsas: ibadəti ixlasla Allah üçün etmək,

İkinci əsas: camaata və hakimi eşidib, itaət etməyə sarılmaq,

Üçüncü əsas: bidətdən və bidətçilərdən həzər etmək, çəkinmək.

"Sələfi mənhəcinin tərifi, xüsusiyyətləri və islah edici dəvəti" kitabı səh.7,8

21 Kasım 2017 Salı

Zahid Olmağın Əlaməti!

Fudeyl bin İyad (Allah ona rəhmət etsin) demişdir:

“Dünyaya və insanlara qarşı zahid olmağın əlaməti budur ki, insanların sənə tərifləməsini  sevməyəsən və məzəmmətinə əhəmiyyət verməyəsən. Tanınmamağın və tərif edilməməyin səni narahat etməsin. Allah qatında tərifəlayiqsənsə, insanların gözündə məzəmmət olunmağına görə məyus olma.”

(Hilyətul Ovliyə: 8/9).

4 Kasım 2017 Cumartesi

Gözəl Əxlaqın Əlamətləri!

(Alimlərdən) bəziləri gözəl əxlaqın əlamətlərini cəm edərək demişlər:

«Gözəl əxlaq çox həyalı, az əziyyət verən, çox islah edən, doğru sözlü, az danışan, çox əməl edən, az xəta edən, dünyaya az yönələn, qohumluq əlaqəsini qoruyan, təmkinli, səbirli, şükür edən, razı qalan, həlim, mülaim, iffətli, şəfqətli, lənət etməyən, söyüş söyməyən, aravuranlıq və qeybət etməyən, tələsməyən, kin-küdurət bəsləməyən, paxıllıq və həsədkarlıq etməyən, təbəssüm edən, gülərüz, Allah üçün sevən, Allah üçün nifrət edən, Allah üçün razı qalan, Allah üçün qəzəblənən olmaqdır.»

(İhyə'u Ulumid-Din, Ğazali, 17)

31 Ekim 2017 Salı

Üzülmə!


İbnul Qayyim (Allah ona rəhmət etsin) buyurmuşdur:

- Əgər Allah qulu üçün örtüyü qaldıraraq, quluna onun işlərini necə idarə etdiyini və Allahın onun özündən də çox onun mənfəətinə necə maraq göstərdiyini bildirsəydi, həmin qulun qəlbi Allaha qarşı sevgidən əriyər və Allaha şükr etməsindən dolayı parça-parça olardı...

Buna görə də, əgər dünyanın ağrı və acıları səni yorubsa, üzülmə! Ola bilsin ki, Allah dua vasitəsi ilə sənin səsini eşitmək istəmişdir... Sadəcə öz istək və arzularını səcdədə ərz et və (elə oradaca) onları unut... Və bil ki, (sən unutsan da), Allah unutmur..!

[İbnul Qayyim "Bədəiul Fəvaid" kitabı]

1 Eylül 2017 Cuma

Sünnəyə İttiba Edib Səbr Etmək!



Şeyx ibn Bəz rahiməhullah belə deyir:
Qul Allahın kitabını və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsini təzim (uca tutmaq) edib ona sözlə və əməllə tabe olmadıqca dünyada və axirətdə hidayətə nail ola bilməz. Bundan sonra doğru istiqamətdə getməli və ölüm gələnə qədər bu yolda səbr etməlidir.

("Məcmua Fətava" 2/139)

31 Ağustos 2017 Perşembe

Quran Və Sünnəni Təzim Et ki, Allah da Səni Uca Tutsun!

Şeyx ibn Bəz rahiməhullah belə deyir:
Qul Allahın kitabını və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsini təzim (uca tutmaq) edib ona sözlə və əməllə tabe olmadıqca dünyada və axirətdə hidayətə nail ola bilməz. Bundan sonra doğru istiqamətdə getməli və ölüm gələnə qədər bu yolda səbr etməlidir.

("Məcmua Fətava" 2/139)

23 Ağustos 2017 Çarşamba

Kibirli İnsanların Axirətdəki Halları!

İmam Əhməd b. Hənbəl deyir ki; bizə Yəhya... Amr b. Şuaybdan, o da atasından, o da babasından , o da Rasulullah səllallahu aleyhi va səlləmdən nəql etdi ki; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu;

   Təkəbbürlülər qiyamət günü insan şəklində tozlar kimi həşr olunarlar. Kiçiklərdən olan hər şey onlara üstün gələr. Nəhayət cəhənnəmdə bir zindana girərlər ki , Ona Buləs deyilir. Cəhənnəm əhlinin axıntılarından ibarət olan palçıqdan onlara içirilər və irinli atəş onların üzərinə çıxar.

İbn Kəsir, Təfsir (Bəqərə 90'ın Təfsiri)

7 Ağustos 2017 Pazartesi

İNSANA ÜZ VERMİŞ MÜSİBƏTLƏRDƏN ORTAYA ÇIXAN SAVABLAR!

1. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər salləllahu aleyhi və səlləm buyurur:

Müsəlmana üz verən hər bir yorğunluq, xəstəlik, kədər, üzüntü, əziyyət, hətta ona batan tikanla belə Allah təalə onun günahlarını təmizləyir.
Buxari və Muslim rəvayət etmişdir.
Ənəs radıyallahu anhudan gələn rəvayətdə Allah Rasulu salləllahu aleyhi və səlləm buyurur:
2. Həqiqətən, mükafatın böyüklüyü bəlanın böyüklüyü ilədir. Allah təalə bir qövmü sevdikdə onları imtahana çəkər. Razı qalana Allahın razılığı, qəzəb edənə Allahın qəzəbi var.
("Silsilətul-Əhədisis-Sahihə", 1/276 ) Hədis həsəndir.
3. Peyğəmbər salləllahu aleyhi və səlləm buyurur:
Bir kişinin Allah qatında bir mənziləsi (dərəcəsi) olar. Yəni, Allah təalə bir kişiyə uca bir mənzilə yazar. O qul öz əməli ilə ona çata bilməz və Allah təalə onu xoşlamadığı şeylərlə imtahana çəkər ki, onu həmin mənziləyə (dərəcəyə) çatdırsın.
("Silsilətul-Əhədisis-Sahihə", 1599.) Hədis həsəndir.
4. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər salləllahu aleyhi və səlləm buyurur:
Mömin kişi və qadının özündən, malından, uşağından bəla əl çəkməz, hətta üzərlərində heç bir günah qalmadan Allahla görüşənədək. (Yəni ölənədək günahlardan təmizlənmələri üçün bəla onları müşahidə edər.)

("Sahihul-Cəmi", 58188.) Hədis səhihdir.

20 Temmuz 2017 Perşembe

Məzhəb Təəssübkeşliyinin Fəsadlarından!

Məzhəb təəssübkeşləri tez-tez tövhid diyarını pis şəkildə xatırlayırlar. Lakin, indiki tövhid diyarında öz məzhəbçi həmfikirlərinin hicrətin 6-cı əsrindən başlayaraq törətdikləri əməllərdən nədənsə heç danışmırlar. Bir namazı dörd dəfə, bəzən isə beş dəfəyə qılmaqla hamının namazı qılıb qurtarması baş tuturdu. Halbuki, indi bir imamın arxasında hamının namazı eyni vaxtda qurtarır.

Deməli, Abbasi xilafətinin son vaxtlarında, hicrətin 6-cı əsrində Kəbə ətrafında hər məzhəb üçün bir məqam inşa edilmişdi. Hər məzhəbin tərəfdarları özlərinə ayrılmış xüsusi yerdə namaz qılırdılar və bir məzhəb nümayəndəsi digərinin arxasında durub namaz qılmırdı. Korkoranə "məzhəb təəssübkeşliyi" insanları bir-birinin arxasında namaz qılıb bir ümmət olmaqdan belə yayındırmışdı.


Kəbədə «Mizyab»la üzbəüz yerdə hənəfilər («Hicri İsmail» tərəfdən uzanan, yağış suyunun axması üçün düzəldilən kiçik kanala deyilir), «Yəmən küncü» ilə üzbəüz yerdə malikilər, «İbrahim məqamı»nın arxasında şafilər, «Qara daş» və «Yəmən küncü» arasındakı məsafə ilə üzbəüz hənbəlilər namaz qılırdılar. Namazları ardıcıl qılırdılar. Əvvəlcə şafilər, sonra hənəfilər, sonra malikilər, sonra da hənbəlilər namazlarını qılırdılar. Zeydlər üçün də bir yer ayrılmışdı. Lakin, məğrib namazı vaxtı vəziyyət daha da acınacaqlı olurdu. Məğrib namazının vaxtı qısa olduğundan məzhəblər namazlarını eyni vaxtda dörd müxtəlif yerdə, dörd imamın arxasında qılmalı olurdular. Bu zaman isə səslər bir-birinə qarışırdı. İnsanlar namazda tez-tez çaşır və səhv səcdəsi etməyə məcbur olurdular.

Kəbənin yanında "məzhəbçilərin" törətdikləri bu bidətdən danışanlardan biri də ibn Cubeyr olmuşdur ki, o, hicrətin 579-cu ilində həcc ziyarətində şahidi olduğu qarışıqlıqdan ətraflı şəkildə danışmışdır. «Rihlətu ibn Cubeyr» kitabı, 70-ci səhifəyə baxa bilərsiniz.

O qeyd etmişdir ki: «Bəzən maliki (məzhəbindən olan) şafi və hənəfi imamın səsinə tabe olub rukuya gedir və ya hansısa başqa (məzhəbdən olan) imamın səsiylə salam verirdi (yəni, öz imamını qabaqlayırdı)

Sən hər bir kəsin səhv səcdəsi etməkdən qorxduğu üçün sakitcə öz imamını (və ya imamın sözlərini təkrarlayan) müəzzinin səsini dinlədiyini görərdin.

Bununla yanaşı bir çox insanlar səhv səcdəsi edirdilər.» (Rihlətu ibn Cubeyr, səh 70)

Bu bidət, alimlərin çəkindirməsinə baxmayaraq uzun müddət, beş əsr boyunca məzhəb təəssübkeşləri tərəfindən davam etdirilmişdir. Hal-hazırda isə Allaha həmd olsun ki, Kəbədə bu bidət yoxdur və ümmət bir imamın arxasında namaz qılır.»

(Ətraflı bax, Tərixu iməratul-Məscidil-Haram, səh 233)


Yazdı: Sahib Əsədov

Nəsihəti Tərk Etmək İcazəli Deyildir!

İmam Bərbəhari -Allah ona rəhmət etsin- belə deyir:

"Müsəlmanların dinlərinə aid olan məsələlərdə, onlara nəsihət etməyi gizlətmən (tərk etmən) sənə halal deyildir. Nəsihət etdiyin insanlar istər yaxşı işlər görüb saleh əməllər edən olsun istərsədə günahkar (bir tayfa, heç bir halda sənə onlara nəsihəti tərk etmək icazəli deyildir.)
Kim nəsihət etməni gizlədərsə O, artıq müsəlmanlara ğışş etmiş (onları aldatmışdır)
Müsəlmanlara ğışş edən (onları aldadan bu etdiyi əməliylə) artıq dinə xəyanət etmişdir, Dinə xəyanət edən kəs isə artıq Allaha, Rəsuluna və mömünlərə xəyanət etmişdir."

شرح السنة رقم ٧٦ ص ٨٥

9 Temmuz 2017 Pazar

Müsəlmanın Müsəlman Üzərindəki Haqqları!

İbn Muflih (rahimahullah ) buyurur:

Müsəlmanın müsəlman üzərində haqqlarındandır ki:

*Eybini ortsün
*Xatasını bağışlasın
*Gözünün yaşına rəhm etsin
*Səhvini keçsin
*Üzrünü qəbul etsin
*Qeybətinə izn verməsin
*Daimi nəsihət etsin
*Dostluğun qorusun
*Tapşırığın yerinə yetirsin
*Dəvətinə icabət etsin
*Hədiyyəsini qəbul etsin
*Əlaqələri gücləndirsin
*Nemətinə təşəkkür etsin
*Gözəl köməklik etsin
*Ehtiyacın ödəsin
*İstəyində tanışlıq etsin
*Asqırdıqda cavab versin
*İtirdiyini tapmağa kömək eləsin
*Dostluq eləsin düşmənlik yox
*Ona zülm edənə qarşı kömək eləsin
*Başqasına zülmdən onu qorusun
*Və Bu işdə onunla razı olmasın
*Onu alçaltmasın
*Özünə istədiyini onada istəsin
*Özünə istəmədiyini onada istəməsin

[Ədəbuşşəriyyə (1/290)]

24 Haziran 2017 Cumartesi

Ramazan Ayının Bitmәsini Tәqvimә (astronomik hesablara) Əsaslanan Dövlәtlәrә, Dini Qurumlara Tabe Olmaq Lazımdırmı ?

Bu haqda Şeyx Saleh әl Münәccidin fetvası:

: إذا صام مع بلد تعمل بالحساب فهل يفطر معها؟
أنا طالب أدرس في ولاية كارنتكا في الهند وحال المسلمون هنا مختلفون في بداية ونهاية رمضان ، فالولاية هنا تحدد بداية رمضان من بداية العام وهذا يعني أنهم لا يعتمدون على القمر مما دعا بعض المسلمين وأكثرهم العرب إلى التخلي عنهم والبداية مع السعودية ، فهل هذا صحيح ؟ وماذا يفعل الآن من صام معهم ؟

Mən, Hindistan'ın Karnataka vilayətində oxuyan bir tələbəyəm.Burdaki müsəlmanların, Ramazan ayının başlama ve bitməsi məsələsi bir birinnən fərqlidir .  Bu vilayəttə Ramazan ayının başlangıcı ilin əvvəlindən etibarən bildirilmişdir. Bu isə, oruca başlama məsələsində Ramazan ayının ( hilalın )görülməsinə etibar edilməməsi anlamına gəlməktədir.
Və bu durum, bəzi müsəlmanların bu vilayətdəki müsəlmanlardan ayrılıb Səudi Ərəbistan ilə birliktə oruca başlamalarına yol açmağdadır. 
Buna görə onların belə yanaşması ( bu məsələyə,yəni səudiyə ərəbistanla oruca başlaması ) doğrumudur?

Və Hindistan xalqı ilə birliktə oruca başlayanlar nə etməlidilər?

الحمد لله
إذا كان المسلم موجوداً في بلد يعتبر الرؤية الشرعية لإثبات دخول الشهر وخروجه ، فإنه مأمور بموافقتهم في الصيام والإفطار ، وقد سبق بيان ذلك في جواب السؤال رقم (12660).

أما إذا كان المسلم في بلد كافر ، أو في بلد يتلاعبون بدخول الشهر وخروجه حسب أهوائهم ، غير مراعين في ذلك الرؤية الشرعية ، فإنه يتبع أقرب البلاد إليه ، ممن يتحرون رؤية الهلال ، وإن صام مع بلد يثق في رؤيتها كبلاد الحرمين فلا بأس . 
وبناء على ذلك ؛ فإذا كانت الهند قد صامت بعد الدول التي تتحرى الهلال بيوم مثلا ، فيقال لمن صام معهم : لا تفطر مع الهند وأفطر مع الدولة التي ترى الهلال ، واقض يوما مكان اليوم الأول من رمضان .
والله أعلم .

Şeyx Münəccid ümümi olaraq ramazan ayının başlama və bitməsində ölkəyə tabe olmağ haqda danışandan sonra deyir :

Yox əğər müsəlman kafir bir ölkədə vəya ayın başlama və bitişi məsələsində şəri baxımdan hesablama  edilməyən və öz arzularına görə hərəkət edilən ölkədə yaşayırsa, bu təqdirdə hilalın görünməsini araşdırıb oruca başlayan ən yaxın ölkənin halına uyaraq oruca başlayarlar ve onlarla birliktə bayram edərlər. Əgər Səudiyə Ərəbistan xalqı kimi, hilalı gördüklərinə  güvəndiyi ölkənin xalqıyla birliktə oruca başlayarsa, bunda problem yoxdur
Və Buna görə də  Hindistan xalqı, hilalın göründüyü başqa ölkələrdən bir gün sonra oruca başlamışsa, Hindistan xalqı ilə oruca başlayan kimsəyə belə deyilər:
Hindistan xalqı ilə birliktə bayram etmə !!!

http://sh.bib-alex.net/fatawae/Web/26332/014.htm

18 Haziran 2017 Pazar

Fitrə Zəkatın Müxtəsər Əhkamları!

Fitrə zəkatını çıxartmaq:

Kişi və qadına azad və qula varlı və kasıba sağlam və xəstəyə vacibdir.
Həmçinin ana bətnində olan uşağın adından çıxartmaq müstəhabdır, yəni bəyənilir. 

Fitrə zəkatın hikmətlərindən.

Allahın nemətinə şükür növüdür. Yəni, Allah ﷻ sənə oruc tutmağı nəsib edib və buna görə də, Allaha şükür edirsən.
Bədənin bir növ zəkatıdır. Zəkatı çıxartmaqla, Allaha ﷻ şükür edirsən ki, səni bu günə kimi yaşadıb.
Kasıb və fəqirlərə köməkdir, onları sevindirər.
Zəkatını vaxtında çıxardan, savab qazanar.

Fitrə zəkatını çıxartmaq vaxtı.

Fitrə zəkatı, bayram namazına qədər çıxardılır. Ondan sonra isə adi sədəqə kimi sayılır. Ona görə də, tez çıxartmağa tələsin. Rəsulullahın ﷺ əshabələri رضي الله عنهم bayramdan qabaq bir, iki və bəziləri üç gün öncə çıxarardılar.

Diqqət: Fitrə zəkatını bilərəkdən bayramdan sonraya saxlayıb çıxartmaq isə, bəzi alimlər qəbul olmadığını və haram olduğunu buyurublar.

Fitrə zəkatın miqdarı.

Fitrə zəkatın miqdarı 3 kq. ərzaq edir və bu miqdar əfzəl sayılır.
Yəni, hər ailə üzvünə 3 kilo müəyyən növ ərzaq çıxarmaq lazımdır.

Misal üçün: ailədən bir nəfər 3 kilo düyü, digər ailə üzvü 3 kilo yenə düyü və ya noxud və ya başqa növ ərzaqdan çıxarda bilər.

Fitrə zəkatı kimə verilir?

Fitrə zəkatı kasıblara və fəqirlərə verilir.

Fitrə zəkatını pulla çıxartmaq caiz deyil.

Yəni, 3 kilo düyü əvəzinə 3 kilonun pulunu vermək olmaz. Bu cür etmək sünnəyə ziddir.
Fitrə zəkatdan əlavə nə versəniz (çay, şəkər, yağ, meyvə-tərəvəz, ət və sairə) savabdır, Allah عز وجل sizə bu əməlinizə görə Firdous cənnəti nəsib etsin.

Allah ﷻ buyurur:
﴿... وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ فَلِأَنْفُسِكُمْ ۚ وَمَا تُنْفِقُونَ إِلَّا ابْتِغَاءَ وَجْهِ اللَّهِ ۚ وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ يُوَفَّ إِلَيْكُمْ وَأَنْتُمْ لَا تُظْلَمُونَ ﴾ الآية
《... Xərclədiyiniz hər bir sədəqə özünüz üçündür. Siz onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz. Malınızdan Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə zülm edilməz》
(Əl-Bəqərə sürəsi, 272 ayə)

Fitrə zəkatı hansı növ ərzaqlardan çıxardılır?

Hər ölkənin, şəhərin yemək adətinə görə və həmin məntəqədə yeyilən əsas ərzaqlardan verilməlidir.
Ona görə də, bu məsələdə məmləkətdən məmləkətə, bəldədən bəldəyə fərq var.
Məsələn, Azərbaycanda əsas ərzaqlardan hesab olunan:
düyü (3 kq) un (3 kq) və ya un məmulatları, makaron 3 kq, vermişel 3kq və sairə.
kişmiş (3 kq)
noxud (3 kq)
mərci (3 kq)
lobya (3 kq)
qarabaşaq (qrecka) (3 kq)
Və sairə ərzaqlardan 3 kq təxminən çıxardılır.

Diqqət: Fitrə zəkatını duz, şəkər, çay, yağ və ona oxşar ərzaqlardan çıxartmaq olmaz. Bu növ ancaq zəkatla əlavə vermək olar. Yuxarıda qeyd etdiyim kimi._
Ən əfzəlini çıxardın.

Kasıb və fəqirin fitrə zəkatını çıxartmağa imkanı yoxdursa, o, heç nə çıxartmır.

Allah ﷻ buyurur:
﴿ لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا وُسْعَهَا...﴾ الآية
《Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər...》.
(Əl-Bəqərə sürəsi, 286 ayə)

Allah ﷻ buyurur:
﴿لِيُنْفِقْ ذُو سَعَةٍ مِنْ سَعَتِهِ ۖ وَمَنْ قُدِرَ عَلَيْهِ رِزْقُهُ فَلْيُنْفِقْ مِمَّا آتَاهُ اللَّهُ ۚ لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا مَا آتَاهَا ۚ سَيَجْعَلُ اللَّهُ بَعْدَ عُسْرٍ يُسْرًا﴾ الآية
《Var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə Özünün ona verdiyi nemətdən artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir》.
(Ət-Talaq sürəsi, 7 ayə)

Diqqət: Lakin, ona fitrə zəkatından kifayətdən artıq verilibsə, o zaman həmin artıqdan başqa kasıb və fəqirlərə fitrə zəkatını çıxartmalıdır.

8 Mayıs 2017 Pazartesi

Fudeyl İbn İyadın Nəsihəti!

Fudeyl ibn İyad (Allah ona rəhmət etsin) demişdir:

«Sənin yanına bir kişi gəlib başqa bir kişidən şikayət edərsə, ona de ki: Ey qardaşım, onu əhv et, çünki, əhv etmək təqvaya daha yaxındır. Əgər deyərsə ki: «Qəlbim əhv etməyi bacarmır, Allahın da əmr etdiyi kimi haqqımı alacağam» - de ki: Əgər doğru iş görmək istəyirsənsə, haqqını (sənə edilən zülmün) misli qədərində al. Əks təqdirdə isə əhv etmək qapısına qayıt. Çünki, bu qapı geniş bir qapıdır. Hər kim əhv edər və islah edərsə, onun əcrini Allah verəcəkdir. Əhv etməyi bacaran kimsə gecələri öz yatağında (rahatca) yatar. Nəfsinin qalib gəlməsini istəyən isə (oyaq qalaraq) o məsələləri düşünər.»

(Hilyətul-Əvliyə, 2/377)

23 Nisan 2017 Pazar

Heç Bir Mәzhәbi Tәqlid Etmәyәn Xәta Edirmi?

Şeyxul islam ibn Teymiyyә bu haqda demişdir:
Kim desəki: Mәn dörd imamdan heç birini tәqib etmirәm , әksinә yalnız Quran vә Sünnәyә tabeyәm , bu halda heç bir kәsә icazәli deyil ki ona desin: 
Sәn (haqq yoldan) uzaqlaşmısan ! 
Vә kim ki belә desә, onu buna görә cәzalandırmaq ( tәrbiyәlәndirmәk)  lazımdır.
"Cәmiul mәsәil ", 8/434

14 Nisan 2017 Cuma

Malik ibn Dinarın yuxusu!


Malik ibn Dinar məşhur tabiinlərdən (Peyğəmbər - Ona Allahın salavatı və salamı olsun - və onun səhabələrindən sonrakı nəsil) olmuşdur. O öz əxlaqı və Allaha itaəti ilə seçilən, insanlara Allahın və Onun elçisinin hökmlərini öyrədən fəzilətli insan idi. O, Hindistanda İslamın yayılmasında böyük rol oynamış və orada ilk məscidi tikmişdir. Bir gün o, öz keçmişi və necə tövbə etməsi haqqında danışaraq demişdi: Mən gəncliyimdə çox qəddar və zalım, həm də çox içki içən, Allaha asi bir qul idim. Bu xüsusiyyətimə görə hətta evlənmək üçün heç kim qızını mənə vermirdi. Nəhayət mən bir kənizlə evləndim və gözəl bir qız övladım dünyaya gəldi. Qızımı çox sevirdim, ona həddindən artıq bağlanmışdım, yalnız onunla təskinlik tapırdım. Qızıma sevgim günbəgün artırdı, amma onun hər dəfə içki badəsini aşıraraq dağıtmağına baxmayaraq, şərabı tərgitmirdim. Bir gün yenə qızımla oynamaq həvəsilə evə gələrkən onun öldüyünü gördüm... Bundan sonra əvvəlkindən daha da pis oldum, insanlara qarşı çox səbirsiz idim, içməyi daha da artırdım. Bir gün şeytan mənə vəsvəsə verdi: "Sən bu gün elə içməli, elə sərxoş olmalısan ki, heç ayaq üstə durmağa taqətin qalmasın!" Elə də oldu. Sərxoş olduqdan sonra yatdım və çox dəhşətli yuxu gördüm... Yuxumda gördüm ki, qiyamət günüdür insanlar məşhərə toplanırlar. Mən də oraya getmək istədikdə, qarşıma nəhəng və qorxunc bir ilan çıxdı və mənə hücum etdi. Ağzı böyük, gözləri isə çox qorxunc idi. Mən var gücümlə ondan qaçmağa başladım, o isə məndən əl çəkməyərək arxamca düşmüşdü. Yolda qoca və çəlimsiz bir kişiyə rast gəldim və ondan kömək istədim. O dedi: "Mən zəif bir adamam. Səni bu heyvandan xilas etməyə gücüm yetməz". Mən qaçmağa davam etdim və nəhayət, Cəhənnəmin kənarına çatdım, hətta az qala Cəhənnəm dərəsinə yıxılacaqdım. Oradan səs gəldi: "Geri qayıt, sən Cəhənnəm əhli deyilsən!". Mən qaçaraq yenidən həmin kişinin yanına qayıtdım və ondan kömək istədim. Kişi mənim halımı görüb ağlayaraq dedi: "Mən bu cür qüvvətli heyvana qarşı sənə kömək etməyə çox zəifəm, amma o təpədə görünən qəsrə get, bəlkə, sənə orada kömək edərlər!". Kişinin göstərdiyi qəsrə çatanda, qapı açıldı və içəri daxil oldum. İçəridə üzləri ay kimi parlaq çoxlu uşaqlar var idi. Qızım da onların arasında idi. O mənim qucağıma atıldı və biz ağladıq... İlan artıq çox yaxınlaşmışdı, qızım əli ilə ona işarə etdi və o çəkilib getdi. Sonra qızım mənə Qurandan bu ayəni oxudu: "Möminlərin qəlbinin Allahın zikri və haqdan nazil olan (ayələr) üçün yumşalması, daha öncə özlərinə Kitab verilmiş, uzun bir müddət keçdikdən sonra isə qəlbləri sərtləşmiş, çoxusu da fasiq olmuş kimsələr kimi olmaması vaxtı gəlib çatmadımı?" (əl-Hədid, 16) Mən qızımdan "bütün bunların mənası nədir?" soruşdum, o dedi: "Atacan, gördüyün bu əcaib heyvan dünyada işlədiyin günahlarındır. Onu sən bəslədin, böyütdün və səni çətin vəziyyətə salacaq bu həddə onu sən çatdırdın. Atacan, məgər dünyada işlənən əməllərin axirət günündə təcəssüm edərək qarşına çıxacağını bilmirsənmi? O yaşlı və zəif insan sənin gözəl əməllərin idi. Sən onu elə zəif, elə gücsüz və çarəsiz etdin ki, sənə kömək edəcək gücü belə qalmamışdı. Buradakı uşaqlar isə müsəlmanların körpə ikən ölmüş uşaqlarıdır. Qiyamət gününə qədər biz burada qalırıq, həmin gün Rəbbimizdən sizin bağışlanmanızı diləyəcəyik" Bu an yuxudan oyandım. Ağlayırdım. Öz-özümə: "Allaha qul olmağın vaxtı yetişib!" - dedim. Dərhal qüsl aldım. Tövbə etmək və cənnət yolunu seçmək üçün məscidə yollandım. Məscidə daxil olduğum zaman imam qızımın yuxuda mənə dediyi ayəni oxuyurdu: "İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?!" (əl-Hədid, 16). Malik ibn Dinar tabiinlərin ən hörmətlisi və ən çox ibadət edəni idi. O, gecələr ağlayaraq dua edirdi: "Allahım! Kimin cənnətə, kimin də cəhənnəmə girəcəyini yalnız Sən bilirsən. Görəsən, mən hansılardanam? Rəbbim, məni cənnət əhlindən et, cəhənnəm odundan qoru!" O, daima məscidin qapısı önündə durar və insanlara səslənərdi: "Ey günhkar insanlar! Rəbbinizə dönün! Ey qafil insanlar! Sizi yaradanın yoluna qayıdın! Rəbbiniz hər gecə sizə səslənir, sizi çağırır. Bəs, siz haraya gedirsiniz? Allah sizə: "Mənə bir qarış yaxınlaşana, mən on qarış yaxınlaşaram. Mənə sarı yeriyənə tərəf isə qaçaram", - deyir. Məgər bu, sizə kifayət etmirmi?" 

(İbn Hibban, 5311; İbn Qudamə "ət-Təvvabin" kitabı, İbn əl-Cəzəri və başqaları).

10 Nisan 2017 Pazartesi

Şeyx Muqbilin Azərbaycanlı Sələfilərə Etdiyi Nəsihət!

Sual:
Azərbaycandaki əhli sünnə gənclərə həmçinin, dünyanın müxtəlif yerlərində olan əhli sünnəyə nə nəsihət edərdiniz?

Şeyx Muqbil:
Onlara Allahdan qorxmağı nəsihət edirəm.
Bu, Allahın məxluqatına etdiyi bir vəsiyyətdir.

Allah Təalə buyurur:
“Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı tövsiyə etdik”
(ən-Nisa, 131)

Sonra Allah üçün ixlaslı olmağı tövsiyə edirəm.

Allah Təalə buyurur:
“Bil ki, xalis din ancaq Allaha məxsusdur”
(əz-Zumər, 3)

Bundan sonra isə bütünlüklə faydalı elm öyrənməyə yönəlməyi nəsihət edirəm.

Muslim (rahiməhullah) Ömər ibn əl-Xattabın (Allah ondan razı olsun) belə buyurduğunu rəvayət edir: “Allah Təalə bu kitabla bəzi qövmləri ucaldır, bəzilərini isə alçaldır”

Beləcə, həmçinin Allahın kitabını əzbərləməyə önəm verməyi nəsihət edərdim.
Həqiqətən də, bu önəmli məsələdir.
Allahın kitabını əzbərləsən sənə fayda verəcək,

Məsələn: xütbə verərkən, təlim zamanı, qrammatika öyrənərkən, çünki, qrammatika alimləri misalları Quran ayələrindən gətirirlər, həmçinin ədəbiyyat öyrənərkən, çünki Quran ən uca ədəbiyyatdır.

Buna görədə bacardıqları qədər Quran əzbərləmələrini nəsihət edirəm.

Bundan sonra, dəvət edərkən bacardıqları qədər səbrli, təmkinli olmağı və tələsməmələrini tövsiyə edirəm.

Bu məsələdə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) həyatına baxmalıdır.

Mən Allaha həmd edirəm ki, əhli sünnənin dəvəti vasitəsi ilə bir çox xeyir baş vermişdir.
Bununla belə məncə onlar çox zəif hərəkət edirlər, amma onlar nəyi bacarırlarsa onun hüdudlarında edirlər.

Bununla belə Allah Təalə bir xeyir nəsib etmişdir.

Həmçinin, nəsihət edirəm ki, onlardan kim bacararsa elm əhlinin yanına səfər etsin.
Onun yanında bir-iki il qalsın.
Sonra ölkəsinə qayıtsın və Allah onun vasitəsi ilə İslam və müsəlmanlara fayda versin.

Sonra isə nəsihətim odurki, dini məsələləri böyük alimlərdən soruşsunlar.

Məsələn: Şeyx Albani, Şeyx İbn-Baz və onların mislində olan digər alimlər.



3 Nisan 2017 Pazartesi

Cihadın Fəziləti!




Uca Allah belə buyurur; “Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. Çünki onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. Bu, Allahın Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur.” {Tövbə 111}

   “Sizə yüngül gəlsə də, ağır gəlsə də, döyüşə çıxın, malınız və canınızla Allah yolunda cihad edin! Biləsiniz ki, bu sizin üçün daha xeyirlidir.” {Tövbə 41}

   “Sizin xoşunuza gəlməsə də, cihad sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz.” {Bəqərə 216}

   “Allah yolunda ölənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu duymursunuz.” {Bəqərə 154}

   Ənəs radiyallahu anhdan; Nəbi səllallahu aleyhi va səlləm belə buyurdu; “Müşriklərə qarşı mallarınızla, canlarınızla və dillərinizlə savaşın.” [Səhih. Əhməd (3/124, 153, 251); Əbu Davud (2504); Nəsai (3096); Hakim (2/81)]

   Abdullah b. Əbi Əvfa radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “EY insanlar! Düşmənlə qarşılaşmağı təmənne etməyin, Allahdan afiyət istəyin! Ancaq düşmənlə qarşılaşınca da (hərbin bütün şiddətlərinə qarşı) səbr edin. Yaxşı bilin ki, Cənnət mütləq şəkildə qılıncların kölgələri altındadır.” [Səhih. Buxari (2966); Muslim (1742)]

   Ənəs radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Səhər və ya axşam, hər hansı bir zamanda Allah yolunda (cihad üçün) bir dəfə yeriyiş, heç şübhəsiz dünyadan və dünyadakı şeylərin hamısından xeyirlidir.” [Səhih. Əhməd (3/132); Buxari (2792); Muslim (1880)]

   Ənəs radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Ölən və Allah qatında böyük bir xeyrə malik olan heç bir qulu, yenidən dünyaya qayıtması və dünya ilə dünyadakı hər şeyin özünün olması sevindirməz, ancaq şəhid istisnadır. Çünki o, şəhid olmanın fəziləti səbəbiylə gördüyü şeylərdən dolayı, yenidən dünyaya qayıtmaq və dünyada bir dəfə də öldürülmək onu sevindirər.” [Səhih. Buxari (2795)]


   Əbu Hureyrə radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurmuşdur; “Kim savaşmadan və savaşmağı içindən keçirmədən ölərsə, nifaqdan bir şöbə üzrə ölər.” [Səhih. Muslim (1910)]

18 Mart 2017 Cumartesi

Öldürülməsi Qadağan Edilən Heyvanlar!



   
   İbn Abbas radiyallahu anhumadan; Rasulullah səllallahu aleyhi va səlləm heyvanlardan bu dördünün öldürülməsini qadağan etdi; Qarışqa, arı, hüdhüd və surad” [Səhih. Əbu Davud (5267); İbn Macə (3224); İbn Hibban (1078); Darimi (2/89); Beyhəqi (9/317); əl İrva (2490)]

   Abdurrahmən b. Osman radiyallahu anh dedi ki; “Rasulullah səllallahu aleyhi va səlləmin yanında bir təbib, qurbağanı müalicədə istifadə etdiyinidən bəhs etdi. Rasulullah səllallahu aleyhi va səlləm qurbağanın öldürülməsini qadağan etdi.” [Səhih. Əhməd (3/453); Əbu Davud (3871); Nəsai (4355); Hakim (4/411); Beyhəqi (9/318)]

   Aişə radiyallahu anhadan; “Rasulullah səllallahu aleyhi va səlləm ev ilanlarını öldürməyi qadağan etdi. Təkcə əbtər (quyruğu qısa olan) ilə iki xəttlisi müstəsna. Çünki onlar gözü kor edər və qadınların qarınlarındakı cəninləri düşürdürlər. Kim onları öldürmədən buraxarsa, bizdən deyildir.” [Səhih. Əhməd (6/29, 83); Əbu Yala (7/320, 8/212); İshaq b. Rahuyə (1801); Təyalisi (1542)]

   Əbu Said əl Xudri radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurmuşdur; “Şübhəsiz ki, bu evlərdə avamir (deyilən ilan surətində cinlər) vardır. Onları gördüyünüz zaman üç dəfə getməsini söyləyin. Əgər getməzsə onu öldürün, çünki o kafirdir.” [Səhih. Muslim (2236); Əbu Davud (5257); Tirmizi (1484); Nəsai, Əməlul Yəvmə val Leylə (970-72); Təhavi, Muşkilul Əsər (6432); Beyhəqi, Ədəb (1/484); Muvatta (2798)]

  İbn Teymiyyə dedi ki; “İnsanı haqsız yerə öldürmək caiz olmadığı kimi cinləri də haqsız yerə öldürmək caiz deyildir. Zülm hər halda haramdır. Kafir belə olsa, heç kəsin birinə zülm etməsi halal olmaz. Cinlər fərqli şəkillərə bürünərlər. Ev ilanı görüldüyündə bu bir cin ola bilər. Ondan üç dəfə getməsi istənilər. Əgər insanlara ilan şəklində görünərək düşmənlikdə inad edərsə, bundan dolayı öldürülər.” 

Öldürülməsi Əmr Edilən Heyvanlar!



Aişə radiyallahu anhadan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Beş həşərat vardır ki, bunların hamışı fəvasiq (fasadçı)dir. Bunlar Hərəm bölgəsində də, Hərəm xaricində də öldürülərlər; Əqrəb, çalağan, qarğa, siçan və insanlara hücum edən it.” Müslimin bir rəvayətində; “...və ilan” da zikr edilməkdədir.” [Səhih. Əhməd (6/97, 98); Buxari (1829); Muslim (1198, 1200); İbn Macə (3078); Tirmizi (837)]

   Sad b. Əbi Vaqqas radiyallahu anhdan; “Rasulullah səllallahu aleyhi va səlləm vəzaq (zəhərli kərtənkələ) öldürməyi əmr etdi və onu fasiq deyə adlandırdı.” [Səhih. Əhməd (1/176); Muslim (2238); Buxari (3307)]

   Ummu Şureyk radiyallahu anhdan; “Nəbi səllallahu aleyhi va səlləm zəhərli kərtənkələnin öldürülməsini əmr etdi və buyurdu ki; “O İbrahim aleyhissələm üçün yandırılan atəşi körükləyirdi.” [Səhih. Əhməd (6/462); Buxari (3307); Muslim (2237)]

   Əbu Hureyrə radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Kim ilk zərbədə zəhərli kələri öldürərsə, ona yüz həsənə vardır. İkinci zərbədə öldürərsə, birincisindən az bu qədər, bu qədər savab alar. Üçüncü zərbədə öldürərsə, ikincisindən aşağı olaraq bu qədər, bu qədər savab alar.” [Səhih. Əhməd (2/355); Muslim (2240); İbn Macə (3229); Tirmizi (1482)]

   İbn Ömər radiyallahu anhumadan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “İlanları öldürün. İki cizgili və quyruğu qısa olanları da öldürün. Çünki onlar gözü kor edər, hamiləyə düşük etdirərlər. Kim onları öldürməzsə bizdən deyildir.” [Səhih. İbn Hibban (12/456); Təbərani (12/296, 310)]

   Əbu Hureyrə radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Onlarla (ilanlarla) savaşa başladığımızdan bəri barışmadıq. Kim onlardan birini öldürməyi qorxusundan tərk edərsə, bizdən deyildir.” [Səhih. Əhməd (2/520); Əbu Davud (5248); Təhavi, Şərhu Muşkilil Əsər (1338); Həllal, əs Sunnə (1327); Humeydi (1156)]

   İbn Məsud radiyallahu anhdan; o da Rasulullah səllallahu aleyhi va səlləmdən rəvayət edir; “Rasulullah səllallahu aleyhi va səlləm ilanların öldürülməsini əmr etdi və; “Kim onların intiqamından qorxarsa, bizdən deyildir.” buyurdu.” [Səhih. Nəsai (3193); Əbu Davud (5249); Təbərani (9/351); Xatib, Tarix (12/242); Dinəvəri, Mucaləsə (1762); Əbu Bəkr əş Şafi, Qaylaniyyat (318); İbn Cəməə Məşyəhə (162); Əbul Qasım əl Hannai, əl Hannaiyyat (176)]


   Aişə radiyallahu anhadan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Cinlər xaricində bütün ilanları öldürün. Quyruğu qısa və belində xətt olan ilanları öldürün. Çünki onlar analarının qarınlarındakı uşaqları öldürür, gözləri kor edərlər. Kim onları öldürməzsə, məndən deyildir.” [Səhih. İshaq b. Rahuyə, Musnəd (2/570, 3/1025, №: 1143, 1774); Əhməd (6/49, 157); Haris b. Əbi usamə, Musnəd (418)]

28 Şubat 2017 Salı

Haqq Üzrə Zahir Olan Tayfa Haradadır?

Müəllif; Əbu Muaz Seyfullah
Tərcümə; Darul İttiba


   Qureyb əs Səhuli, Murrə əl Bəhzi radiyallahu anhdan rəvayət edir; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu;

   “Ümmətimdən bir tayfa, onlara düşmənlik edənlərə qarşı haqq üzərinə zahir olmağa davam edər, onlar yeyənlər arasında bir qab kimidirlər. Ta ki onlar, bu haldaykən Allahın əmri (qiyamət) gələr.” Dedik ki; “Ey Allahın Rasuu! Onlar haradadır?” Belə buyurdu; “Beytul Maqdis tərəfindədirlər.”  [Buxari əl Qunada (№: 752) muallaq olaraq rəvayət etmiş, Təbərani Mucəmul Kəbirdə (20/317), Fəsəvi, Əl Marifə Vat Tarixdə (2/171), İbn Asakir Tarixu Dıməşqdə (1/209-210) və başqaları; Abbad ər Ramli- Əbu Zura Yəhya əs Səybani- Abdurrahman b. Valə- Qureyb əs Səhuli ki, o İbn Əbrəhədir- Kab b. Murrə yoluyla mövsul olaraq rəvayət etmişdir. İsnadı səhihdir.]

   Abbad ər Ramli haqqında İbn Main, Fəsəvi, İbn Hibban və əl İcli “siqa” demişdirlər.

   Əbu Zura Yəhya b. Amr əs Səybani; siqadır.


   Abdurrahmən b. Valə; Müslimin ricalından, siqa bir ravidir.

    Qureyb b. Əbrəhə; əl İcli və İbn Hibban siqa olduğunu söyləmişdirlər. Təhavi onun rəvayətini səhih saymışdır. Fəsəvi və Əbu Zura əd Dıməşqi onun Şamlı tabiinin yüksək təbəqəsindən zikr etmişdirlər. Bəziləri onun səhabə olduğunu zikr etmişdir, lakin bu səhih deyildir. İbn Yunus dedi ki; “Misir Fəthinə və əl Cizə mühasirəsinə qatılmışdır. Əbu Reyhanədən və Murrə b. Kabdan rəvayətlər etmişdir. Şamlı və Misirli bir çox kimsə ondan rəvayət etmişdirlər. Aralarında əl Heysəm b. Xalid, Şubə əş Şabani, Sevban b. Şəhr və başqaları da vardır. Abdulaziz b. Mərvan onu İsgəndəriyyə qalasına vali təyin etmişdir...”


  Allah ən yaxşı biləndir.

22 Şubat 2017 Çarşamba

Sələfdən Faydalı Nəsihətlər!

Şeyx ibn Useymin rahiməhullah belə demişdir:
   Qəlb batil ilə məşğul olduğu zaman, orada haqqın məşğul olmasına yer qalmır. Necəki haqq ilə məşğul olduğu zaman batil ilə məşğul olmağa yer  qalmadığı kimi.  [Buluğul Məram (5/30)]

   Həmçinin belə demişdir:
   “Xeyr əhlindən olan insanlarla dostluq etməyə həris olki, sən haqq yoldan azdıqda onlar səni doğru yola yönəltsin, unutduqda xatırlatsin, cahil olduqda isə səni öyrətsin.„ [Şərh Səhih Buxari (1/62)]

   Sufyan əs-Sevri rahiməhullah Əli əs-Suləmi rahiməhullaha nəsihət edərək belə demişdir:
   Səni dünyadan uzaqlaşdırıb axirətə rəğbət bəsləyən kimsələrlə otur. Dünya söhbətlərinə dalmış və onun əhli olan kimsə ilə oturma. Həqiqətən onlar sənin dinini də, qəlbini də ifsad edəcəklər. Ölümü xatırlamağı çoxalt, və keçmiş günahların üçün Allahdan bağışlanma dilə. Ömrünün qalan hissəsi üçün Allahdan salamatlıq istə. [Hilyətul-Övliyə (7/82)]

   Ömər radıyallahu anhu belə demişdir:
   Sənə aid olmayan bir işə qarışma. Düşmənindən qaç. Sadiq (əmin) olduğun kimsədən başqa heçkimlə dostluq etme. Sadiq dost isə Allahdan qorxan kimsədir. Günahkar kimsə ilə dost olma ki ondan asiliyi öyrənməyəsən və ona sirlərini də vermə. Öz işlərində ancaq Allahdan qorxanlarla məsləhətləş. [Muvatta (1784)]

20 Şubat 2017 Pazartesi

Mübahisə Etməkdən Çəkinin!


Mübahisə etmək həm din və həm də dünya işlərində qınanmışdır. Bu ona görədir ki, mübahisə edən tərəf özünün haqlı olduğunu isbat etməyə çalışar. Qarşı tərəfdən haqq söz deyilsə belə, çox az qism istisna olmaqla, heç bir mübahisəçi məğlub olmağı, haqsız çıxmağı və bunun nəticəsində haqqı qəbul edib, səhfini düzəldib tövbə etməyi nəfsinə sığışdırmaz. Əzəli elmiylə bizi bizdən daha yaxşı tanıyan Rəbbimiz, Kitabında mübahisə etməyi və edənləri qınamışdır, ancaq ibrət alan və əməl edən necə də azdır!

ü Mübahisə edənlərin çoxu haqsızdır!
   “Əgər onlar səninlə mübahisə edərlərsə, de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!” Kitab verilənlərə və savadsızlara isə de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, bil ki, sənin öhdənə düşən ancaq haqqı təbliğ etməkdir. Allah qullarını görür.” {Ali İmran 20}

   “Sənə bilik gəldikdən sonra kim səninlə İsanın barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək” {Ali İmran 61}

   “Ey Kitab əhli! Nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat və İncil ancaq ondan sonra nazil edilmişdir, məgər anlamırsınız?” {Ali İmran 65}

ü Mübahisə edənlər çox vaxt üsyan edir!
  “...Nəhayət... Peyğəmbərin əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz....” {Ali İmran 152}

ü İşlərində çəkişərək sünnətə uymayanlar həqiqi iman gətirməyənlərdir!
   “Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar.” {Nisa 65}

ü Allah barəsində höcətləşmək küfrdür və sonu atəşdir!
   “Qövmü onunla höcətləşdi. O dedi: “Allah məni doğru yola yönəltdiyi halda, siz Onun barəsində mənimlə höcətləşirsiniz? Rəbbimin istədiyi şeylərdən başqa mən, sizin Ona şərik qoşduqlarınızdan qorxmuram. Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Məgər düşünüb ibrət almayacaqsınız?” {Ənam 60}

   “Onlar Allah barəsində mübahisə edirlər. Halbuki O, şiddətli cəza verəndir.” {Rəd 13}

   “Onlar öz Rəbbi barəsində höcətləşən iki dəstədir. Kafirlər üçün oddan paltar biçiləcək, başlarına da qaynar su töküləcəkdir.” {Həcc 19}

ü Mübahisə edənlərin gücü zəifləyər!
   “O zaman Allah yuxunda sənə onları az göstərdi. Əgər onları sənə çox göstərsəydi, ruhdan düşər və döyüş barəsində bir-birinizlə mübahisə edərdiniz. Lakin Allah sizi qorudu. Şübhəsiz ki, O, kökslərdə olanları bilir.” {Ənfal 43}

   “Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir.” {Ənfal 46}

   “Biz hər ümmət üçün onun yerinə yetirə biləcəyi bir şəriət müəyyən etdik. Qoy onlar bu işdə səninlə höcətləşməsinlər. Sən onları Rəbbinə ibadət etməyə dəvət et. Həqiqətən, sən ən doğru bir yoldasan.” {Həcc 67}

ü Çəkişərək mübahisə edənlər əzaba uğramaqdan qorxmalıdır!
   “Onlar sadəcə olaraq, bir-birləri ilə höcətləşərkən özlərini yaxalayacaq bir tükürpədici səsi gözləyirlər.” {Yasin 49}

   “Şübhəsiz ki, bu, od sakinlərinin bir-biri ilə höcətləşməsi bir həqiqətdir.” {Sad 38}


  “Allah deyəcəkdir: “Mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim.” {Qaf 28}

Əhli Olmadığı Halda Fətva Verməyə Çalışanın Günahı!

   İbn Qeyyim rahiməhullah deyir ki;
   “Fətva verməyə əhil olmadığı halda fətva verməyə çalışan kəs günaha girər. Belə bir kəsə fətva səlahiyyəti verən idarəçilər də günaha girərlər.

Əbul Fərəc İbnul Cövzi belə demişdir;
   “Ümeyyə oğullarının etdiyi kimi idarəçilərin bu kimi insanlara mane olmaları lazımdır. Onlar yolu bilmədiyi halda qafilələrə yol göstərən, özləri kor olduqları halda insanlara qibləni tərif edən, tibb elmindən anlamadığı halda insanları müalicə etməyə çalışan həkim kimidirlər. Bundan daha betəri isə, fətva verdikləri insanların hamısından daha betər halda olmalarıdır.
   Bu idarəçi tibdən anlamayan insanların həkimlik etməsinə əngəl olduğu halda, Kitab və Sünnətdən anlamayan, fiqhdən xəbərsiz insanların fətva verməsinə niyə əngəl olmur?”


   [İlamul Muvakkiin (207)]

19 Şubat 2017 Pazar

Cihadın Fəziləti


   Uca Allah belə buyurur; “Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. Çünki onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. Bu, Allahın Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur.” {Tövbə 111}

   “Sizə yüngül gəlsə də, ağır gəlsə də, döyüşə çıxın, malınız və canınızla Allah yolunda cihad edin! Biləsiniz ki, bu sizin üçün daha xeyirlidir.” {Tövbə 41}
   “Sizin xoşunuza gəlməsə də, cihad sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz.” {Bəqərə 216}

   “Allah yolunda ölənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu duymursunuz.” {Bəqərə 154}

   Ənəs radiyallahu anhdan; Nəbi səllallahu aleyhi va səlləm belə buyurdu; “Müşriklərə qarşı mallarınızla, canlarınızla və dillərinizlə savaşın.” [Səhih. Əhməd (3/124, 153, 251); Əbu Davud (2504); Nəsai (3096); Hakim (2/81)]

   Abdullah b. Əbi Əvfa radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “EY insanlar! Düşmənlə qarşılaşmağı təmənne etməyin, Allahdan afiyət istəyin! Ancaq düşmənlə qarşılaşınca da (hərbin bütün şiddətlərinə qarşı) səbr edin. Yaxşı bilin ki, Cənnət mütləq şəkildə qılıncların kölgələri altındadır.” [Səhih. Buxari (2966); Muslim (1742)]

   Ənəs radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Səhər və ya axşam, hər hansı bir zamanda Allah yolunda (cihad üçün) bir dəfə yeriyiş, heç şübhəsiz dünyadan və dünyadakı şeylərin hamısından xeyirlidir.” [Səhih. Əhməd (3/132); Buxari (2792); Muslim (1880)]
   Ənəs radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Ölən və Allah qatında böyük bir xeyrə malik olan heç bir qulu, yenidən dünyaya qayıtması və dünya ilə dünyadakı hər şeyin özünün olması sevindirməz, ancaq şəhid istisnadır. Çünki o, şəhid olmanın fəziləti səbəbiylə gördüyü şeylərdən dolayı, yenidən dünyaya qayıtmaq və dünyada bir dəfə də öldürülmək onu sevindirər.” [Səhih. Buxari (2795)]

   Əbu Hureyrə radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurmuşdur; “Kim savaşmadan və savaşmağı içindən keçirmədən ölərsə, nifaqdan bir şöbə üzrə ölər.” [Səhih. Muslim (1910)]

16 Şubat 2017 Perşembe

Yemək Yeyərkən Necə Oturmaq Lazımdır?

Ənəs b. Malik radiyallahu anhdan; “Rasulullah səllallahu aleyhi va səlləmi dizlərini dikəldərək budlarının üzərinə oturmuş bir halda xurma yeyərkən gördüm.” [Səhih. Muslim (2044)]

   Abdullah b. Busr radiyallahu anhdan; “Rasulullah səllallahu aleyhi va səlləmə qoyun əti hədiyyə etdim. Dizləri üzərinə oturub yedi. Bir bədəvi; “Bu necə oturuşdu?” dedi. Buyurdu ki; “Şübhəsiz Allah məni kərim bir qul etdi. Kobud və inadçı etmədi.” [Səhih. Əbu Davud (3773); İbn Macə (3263)]

   Ubey b. Kab radiyallahu anhdan; “Nəbi səllallahu aleyhi va səlləm iki dizi üzərinə oturar, bağdaş qurmazdı.” [Həsən. İbn Hibban (12/487); Ziyaul Maqdisi, əl Muxtarə (4/40, 43); Əbuş Şeyx, Əxlaqun Nəbi (588); Məhamili, Əmali (454)]

   Əbu Cuhayfə radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Mən dirsəklənərək/ bağdaş quraraq yemərəm.” [Səhih. Buxari (5398); Əhməd (4/308); Əbu Davud (3769); Tirmizi (1830); İbn Macə (3262)]

   Abdullah b. Amr radiyallahu anhumadan; “Rasulullah səllallahu aleyhi va səlləmin dirsəklənərək/bağdaş quraraq yediyi heç görülməmişdir...” [Səhih. İbn Macə (244)]

   Xattabi belə deyir; “Mən dirsəklənərək yemərəm” hədisindəki “muttəkiən; dirsəklənərək” kəlməsini avamın çoxu, bir tərəfə meyledib söykənmək zənn edirlər. Halbuki hədisin mənası bu deyildir. Buradakı “muttəki” kəlməsi ancaq altındakı ayaqlara dirsəklənməkdir. Ayaqlarına dirsəklənərək oturana muttəki deyilir... Mənası budur; yemək yediyim zaman çox və növbənöv yemək istəyənlər kimi ayaqlara və yastığa dirsəklənərək oturmaram. Lakin xəfif oturaram və az yeyərəm. Beləcə oturuşum narahat şəkildədir.” [Məalimus Sunən (4/242)]

   Firuzabadi belə deyir; “İttiqa, dirsəklənərək yeməkdir. Rasulullah səllallahu aleyhi va səlləm; “Mən dirsəklənərək yemərəm” buyurmuşdur. Yəni, yerləşmiş halda, bağdaş quraraq və bənzərləri kimi çox yeməyə səbəb olan oturuş şəkilləridir. Əksinə, bağdaş qurmadan və yerini rahatlamadan, narahat oturmaq lazımdır. Avam və elm tələbələrinin zənn etdikləri kimi dirsəklənməkdən qəsd edilən; bir tərəfə söykənmək deyildir.” [Qamusul Muhit (s. 71)]

   Əliyyul Qari belə deyir; “əl Əbhəri dedi ki; Muttəki- ayaqlar üzərinə dirsəklənib yerini rahatlayıb oturandır. Avam muttəki kəlməsini ancaq bir tərəfinə söykənən şəklində bilir. Şübhə yoxdur ki, “ittiqa” lüğətdə əmm və xas olan sözləri əhatə edər. Bu səbəbdən əl Qamus sahibi Rasulullah səllallahu aleyhi va səlləmin; “Mən dirsəklənərək yemərəm” hədisini, rahat şəkildə oturmaq, bağdaş qurmaq və bənzərləri kimi çox yeməyə səbəb olan oturuş şəkilləridir deyə açıqlamışdır. Əksinə bağdaş qurmadan, narahat oturmaq lazımdır. Avam və elm tələbələrinin zənn etdikləri kimi dirsəklənməkdən qəsd edilən, bir tərəfə söykənmək deyildir. Bilinməkdədir ki, bir tərəfə meyl edərək oturmaq kibirdən qaynaqlanır və burada insanın özünü saxlaya bilməyib çox yeməsinə işarə vardır.” [Mirqatul Məfatih (2/30)]


   Tacul Arusda belə deyilir; “İttiqa, dirsəklənərək oturmaqdır. Ancaq yemək yeyərkən söykənmək haqqında deyilər. Çünki qövm, yeməkdə dirsəklənərək oturardı. Ümmətə bu qadağan edilmişdir. Rasulullah səllallahu aleyhi va səlləm; “Mən qul kimi yeyərəm” buyurmuşdur. Digər hədisdə; “Dirsəklənərək yemərəm” buyurdu. Yəni yerini rahatlamaq və bağdaş qurmaq kimi çox yeməyə səbəb olan şəkillərdə oturaraq yemərəm deməkdir. Ərəbcədə muttəki, ayaqlarına dirsəklənərək oturan hər kəs haqqında istifadə olunur. Hətta hədisin mənası, İbnul Əsirin dediyi kimi; “Rasulullah səllallahu aleyhi va səlləmin oturuşu qalxacaqmış kimi narahat idi. Çox yemək istəyənlər kimi bağdaş qurmaz və yerini rahatlayıb oturmazdı. Hədisdə qəsd edilən, avam və elm tələbələrinin zənn etdikləri kimi, bir tərəfə söykənərək yemək deyildir. İttiqa kəlməsini bir tərəfə meyl etmək şəklində açıqlayan kəs, tibbə görə şərh etməkdədir. Çünki belə oturuş yeməyin asan keçisini əngəlləyər və bəzən əziyyət verər.” [Tacul Arus (s. 260)]

14 Şubat 2017 Salı

İnsanların Xəbis Gördüyü Hər Şey Haramdırmı?

Allah Azzə və Cəllə belə buyurmuşdur; “O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər.” {Əraf 157}


   Bəzi kəslər bu ayəyə əsaslanaraq təmiz gördükləri şeyi halal, (siqaret kimi) xəbis gördüklərini də haram qəbul etməkdə, bu təyini də özləri etməkdədirlər. Halbuki, ayə hökm deyil, xəbər ayəsidir. Yəni Nəbi səllallahu aleyhi va səlləmin halal etdiklərinin təmiz, haram etdiklərinin isə xəbis olduğunu xəbər verməkdədir. Təmiz və xəbisin təyini insanların ağıllarına buraxılmamışdır. Nəbi səllallahu aleyhi va səlləmin soğan, sarımsaq kimi pis qoxulu bitkilər haqqında “xəbis” sözünü eşidən səhabə “Haram edildi! Haram edildi!” deyə elan edincə Nəbi səllallahu aleyhi va səlləm; “Ey Camaat! Allahın mənə halal etdiyi şeyi haram etmək mənim əlimdə deyildir. Ancaq bu var ki, mən bu bitkilərin qoxusunu sevmirəm.” buyurmuşdur. [Səhih. Muslim (565)]

Fasiq Heyvanlar Hansılardır?

Aişə radiyallahu anhadan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Beş həşərat vardır ki, bunların hamışı fəvasiq (fasadçı)dir. Bunlar Hərəm bölgəsində də, Hərəm xaricində də öldürülərlər; Əqrəb, çalağan, qarğa, siçan və insanlara hücum edən it.” Müslimin bir rəvayətində; “...və ilan” da zikr edilməkdədir.” [Səhih. Əhməd (6/97, 98); Buxari (1829); Muslim (1198, 1200); İbn Macə (3078); Tirmizi (837)]

   Sad b. Əbi Vaqqas radiyallahu anhdan; “Rasulullah səllallahu aleyhi va səlləm vəzaq (zəhərli kərtənkələ) öldürməyi əmr etdi və onu fasiq deyə adlandırdı.” [Səhih. Əhməd (1/176); Muslim (2238); Buxari (3307)]

   Ummu Şureyk radiyallahu anhdan; “Nəbi səllallahu aleyhi va səlləm zəhərli kərtənkələnin öldürülməsini əmr etdi və buyurdu ki; “O İbrahim aleyhissələm üçün yandırılan atəşi körükləyirdi.” [Səhih. Əhməd (6/462); Buxari (3307); Muslim (2237)]

   Əbu Hureyrə radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Kim ilk zərbədə zəhərli kələri öldürərsə, ona yüz həsənə vardır. İkinci zərbədə öldürərsə, birincisindən az bu qədər, bu qədər savab alar. Üçüncü zərbədə öldürərsə, ikincisindən aşağı olaraq bu qədər, bu qədər savab alar.” [Səhih. Əhməd (2/355); Muslim (2240); İbn Macə (3229); Tirmizi (1482)]

   İbn Ömər radiyallahu anhumadan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “İlanları öldürün. İki cizgili və quyruğu qısa olanları da öldürün. Çünki onlar gözü kor edər, hamiləyə düşük etdirərlər. Kim onları öldürməzsə bizdən deyildir.” [Səhih. İbn Hibban (12/456); Təbərani (12/296, 310)]

   Əbu Hureyrə radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Onlarla (ilanlarla) savaşa başladığımızdan bəri barışmadıq. Kim onlardan birini öldürməyi qorxusundan tərk edərsə, bizdən deyildir.” [Səhih. Əhməd (2/520); Əbu Davud (5248); Təhavi, Şərhu Muşkilil Əsər (1338); Həllal, əs Sunnə (1327); Humeydi (1156)]

   İbn Məsud radiyallahu anhdan; o da Rasulullah səllallahu aleyhi va səlləmdən rəvayət edir; “Rasulullah səllallahu aleyhi va səlləm ilanların öldürülməsini əmr etdi və; “Kim onların intiqamından qorxarsa, bizdən deyildir.” buyurdu.” [Səhih. Nəsai (3193); Əbu Davud (5249); Təbərani (9/351); Xatib, Tarix (12/242); Dinəvəri, Mucaləsə (1762); Əbu Bəkr əş Şafi, Qaylaniyyat (318); İbn Cəməə Məşyəhə (162); Əbul Qasım əl Hannai, əl Hannaiyyat (176)]


   Aişə radiyallahu anhadan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Cinlər xaricində bütün ilanları öldürün. Quyruğu qısa və belində xətt olan ilanları öldürün. Çünki onlar analarının qarınlarındakı uşaqları öldürür, gözləri kor edərlər. Kim onları öldürməzsə, məndən deyildir.” [Səhih. İshaq b. Rahuyə, Musnəd (2/570, 3/1025, №: 1143, 1774); Əhməd (6/49, 157); Haris b. Əbi usamə, Musnəd (418)]