
Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır. Ən-Nisa 59
1 Kasım 2016 Salı
Qadına Toxunmaq Dəstəmazı Pozmaz!
Aişə (radiyallahu anha) rəvayət edir;
"Rəsulullah (Səllallahu aleyhi va səlləm) qadınlarından birini öpdü, sonra gedib namaz qıldı, dəstəmazını təzələmədi." Urvə (radiyallahu anh) deyir ki; "Ona bu sizdən başqa xanımı olmamalıdır!" dedim. Aişə (radiyallahu anha) gülməklə cavab verdi."
[ Həsən. Əbu Davud (178-80); Tirmizi (86); Nəsai (1/104); İbn Macə (502)]
Qadına toxunmağın dəstəmazı pozduğunu söyləyənlər;
"...və ya xanımlarınıza toxunduğunuzda..." {Maidə 6} ayəsini dəlil gətirmişdirlər. Ancaq İbn Abbas (radiyallahu anhuma) bu ayədə toxunmaq kəliməsi ilə cinsi əlaqənîn qəsd edildiyini söyləmişdir.
[ Təbəri (1/502) ]
Yenə Aişə (radiyallahu anha) belə demişdir; "Mən Rəsulullah (Səllallahu aleyhi va səlləm)'in önündə yatırdım, iki ayağım onun qiblə tərəfindəydi. Səcdə etdiyi zaman mənə əliylə toxunar, mən də ayaqlarımı yığardım. Səcdədən qalxdığında isə uzadardım. O vaxtlar evlərdə çıraq yox idi."
[ Səhih. Buxari (382); Müslim (512) ]
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder