11 Kasım 2016 Cuma

Qadın Əmi Və Dayısının Yanında Üzünü Aça Bilərmi?



Müəllif: Əbu Muaz Seyfullah
Tərcümə: Darul İttiba


"...Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar; öz-özlüyündə görünən istisna olmaqla, zinətlərini  göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər; zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qaynatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud özlərindən olan  qadınlarndan, yaxud sahib olduqları cariyələrdən, yaxud kişiliyi qalmamış xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini göstərmək üçün ayaqlarını yerə vurmasınlar. Ey möminlər! Hamınız allaha tövbə edin ki, nicat tapasınız!."  {Nur 31}

   Bu ayədə Allah Azzə və Cəllə, qadının üz örtüyünü açıb zinətlərini göstərə biləcəyi kəsləri saymış, ancaq qadının əmi və dayısını zikr etməmişdir. Bu ayəyə əsasən qadın, əmisi və dayısının yanında örtüyünü çıxara bilməz, ev içindəki paltarıyla əmi və dayısının yanına çıxa bilməz, üzünü aça bilməz. Bu açıqlamama cumhurun müxalifət etməsi  ancaq dində heç bir hüccət dəyəri olmayan müqayisə yoluyladır.  Belə ki:


Birinci Etiraz:

   "Allah Azzə və Cəllə Nisa surəsi 23-cü  ayəsində əmi və dayını qadına məhrəm olaraq zikr etmiş, nigahını haram etmişdir. Allah Azzə və cəllə  belə buyurmuşdur:
    "Sizə analarınız,  qızlarınız,  bacılarınız,  bibiləriniz, xalalarınız,  qardaş və bacılarınızın qızları,  süd analarınız,  süd bacılarınız,  arvadlarınızın anaları və yaxınlıq etdiyin qadınlarınızın himayənizdə olan qızları ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənməkdə isə sizin üçün günah yoxdur. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır." (Nisa 23)

     Bu ayədə qardaş qızları və bacı qızları zikr edilmək surətiylə, qadının əmisi və dayısıyla nikahı haram edilmişdir."
    Cumhur, qadının əmi və dayısını, digər məhrəmlərə müqayisə edərək: "Digər məhrəmlərinin yanında qadın zinətlərini göstərə bildiyinə görə əmisinin və dayısının yanında da zinətlərini göstərə bilər, üzünü və əlini aça bilər" demişlər.


Birinci Etirazın Cavabı:

   Qohumun məhrəm olması və nigahının haram olması, qadının onun yanında zinətlərini göstərə biləcəyi mənasını gəlməz. Necə ki Allah Azzə və Cəllə, qadının zinətini göstərə biləcəyi kəsləri Nur surəsi 31-ci ayəsində tək-tək saymışdır. Rəbbin unutqan deyildir! Allah Azzə və Cəllə qısaca: "qadın, məhrəmləri yanında zinətini göstərə bilər" deyə bilərdi. Lakin belə deməmiş, tək-tək saymışdır. Üstəlik  sayılanlar arasında  qadının  əmisi və dayısı yoxdur. Nassın sərahəti, qiyası  ləğv etməkdədir!
    Digər tərəfdən, görməzsinizmi ki, qadına qaynı ilə evlənməsi, əriylə nikahı davam etdiyi müddətcə haramdır. Bununla birlikdə, qadının qaynına zinətini göstərməsinin haram olması bir tərəfə, hətta yanına girməsi də haram edilmişdir. Bu da qiyasınızı ləğv etməkdədir.


İkinci Etiraz:

    Buxari və Muslim, Aişə radıyallahu anhadan rəvayət edirlər: "Süd əmisi Əflah hicabın nüzulundan sonra Aişə radıyallahu anhanın yanına girmək üzrə icazə istəmək üçün gəldiyində Nəbi sallallahu əleyhi və səlləm əmisinin girməsinə icazə verənə qədər,  o da ona icazə vermədi. "    [Səhih. Buxari  (5103);  Muslim]

     Nəbi sallallahu əleyhi və selləmin, Əflahın Aişə radıyallahu anhanın yanına girməsinə icazə verməsinin səbəbi, Əflahın onun süd əmisi olmasıdır. Bu da göstərir ki, qadının yanına əmisi və dayısı girə bilər.


İkinci Etiraza Cavab:

     Biz buna etiraz etmərik. Qadının yanına əmisi və süd əmisi girə bilər. Ancaq bu rəvayətdə qadının, əmisinin yanında ev içindəki paltarlarıyla gəzə biləcəyinə və ya üzünü aça biləcəyinə  dair  bir dəlalət yoxdur. Bu halda, Nur surəsi 31-ci  ayəsində əmr edilən xüsus hələ də qüvvəsindədir. Qadının əmisi və ya süd əmisi, qadının məhrəmi olduğu üçün onun yanına girə bilər. Əgər naməhrəmi olsaydı və qadın tam təsəttür halında  olsaydı belə, yanına girə bilməzdi. Çünki bir-birlərinə naməhrəm olan kişi  və qadınlar, bir-birlərini görmələrini maneə törədən bir pərdə və ya divar arxasına keçməklə əmr olunmuşdurlar. Bu naslarda olduqca açıq dəlillərlə qeyd olunan bir haldır. Bu dəlillərin bir qisimini həya təminatı (Azərbaycan dilində pdf olaraq  tərcüməsi inşəAllah tezliklə çıxacaq) adlı kitabımda  zikr etdim və etiraz edənlərin şübhələrinə cavab verdim. Bu dəlillərdən sonra hələ də bu mövzuda müxalif çıxanlar ancaq inadçı və ürəklərində əyrilik olan kəslərdir.
   Xülasə, zikr edilən bu rəvayətdən aydın olur ki, qadına yad olan kişilər, qadın təsəttürlü olsa belə onun yanına girə bilməzlər. Əmisi və süd əmisi kimi məhrəmləri isə, qadın təsəttürlü olması halında, onun yanına girə bilərlər.


Üçüncü Etiraz:

"Sən bu sözlərinlə sələfin dilə gətirmədikləri yeni bir görüş ortaya atmış olursan. Beləcə,  ya icmaya müxalif çıxırsan,  ya da cumhura müxalif çıxaraq şaz qalırsan"


Üçüncü Etiraza Cavab:

    Bu görüş Allaha həmd olsun,  sələfin dilə gətirmədikləri bir görüş deyildir. Tabiinin təfsirdə imam olan alimlərindən Şa'bi və İkrimə  bunu ifadə etmişlər.
   Tabiin müfəssirlərindən Şa'bi və İkrimə  (Nur surəsi 31-ci ayəsində) belə demişlərdir:
    "Əmi və dayı bu ayədə (qadının zinətini göstərə biləcəyi kəslər arasında) zikr edilməmişdir. Qadın əmi və dayısının yanında üz örtüyünü aça bilməz." [ Səhih məktu. İbni Əbi Şeybə  (4/13) ; Əhməd,  Əhkamun  Nisa (31); Durrul Mənsur (7/287);  Qurtubi (12/233);  İbnu'l-Cövzi  Zadu'l Məsir (6/418);  Fəthu'l Bari (8/532);  İbn Kəsir,  Təfsir (6/456)]


    İbn Kəsir və ondan sonra Cəmaluddin əl-Qasimi də təfsirlərində bunu zikr etmişlər. Bu rəvayətlər bu mövzuda icma olmadığını göstərməkdədir. Hətta söylədiyimizin əksinə,  kitab və sünnədən dəlil olmadığı kimi, nə səhabədən, nə də təbiindən, Şa'bi və İkrimənin sözlərinə müxalif bir söz də bilinməməkdədir.  Əksinə Nur surəsi 31-ci  ayəsi bu mövzuda açıq bir dəlildir. Vəziyyət belə olduğuna görə şazlıqdan söz  edilə bilməz. Çünki şazlıq ancaq dəlilə müxalifətdir. Bu məsələdə ortada şaz görüş varsa, bu da cumhurun nassa zidd olan görüşüdür. Həmd və minnət Allahadır.


Hiç yorum yok: