Əli r.a demişdir: “Mən Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə dediyini eşitmişəm: “ (Vaxtı ilə
dünyada olmuş) qadınların ən xeyirlisi İmranın qızı Məryəmdir. (Bu ümmətin)
qadınlarının ən xeyirlisi isə Xədicədir.” (Buxari 3432, 3815, Muslim 6424,
2430/69)
Əbu Musa r.a rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurdu: “Kişilərdən bir
çoxları kamilliyə çatmışdır. Qadınlardan isə yalnız Fironun həyat yoldaşı
Asiya və İmranın qızı Məryəm kamilliyə çatmışdır. Aişənin (radiyallahu anha) digər
qadınlardan üstünlüyü isə, ətli şorbanın başqa yeməklərdən üstünlüyü kimidir.”
(Buxari 3411, Muslim 6425, 2431/70)
Əbu Hureyra r.a demişdir: “ (Bir dəfə) Cəbrail Peyğəmbərin (sallallahu aleyhi va səlləm) yanına
gəlib dedi: “Ey Allahın elçisi, bax Xədicə əlində bir qab xörək şirəsi, (və ya
yemək, yaxud içməyə bir şey bura) gəlir. Sənin yanına gəlib çatanda ona
Rəbbindən və məndən salam söylə və Cənnətdə (onun üçün) içiboş mirvaridən
(hazırlanmış), içində də nə səs-küy, nə də yorğunluq olan bir ev ilə onu
müjdələ!” (Buxari 3820, Muslim 6420, 2432/71)
İsmail İbn Xalid, Abdullah İbn Əbi Aufə: “Peyğəmbər (sallallahu aleyhi va səlləm) Xədicəni (radiyallahu anha) müjdələdimi?” deyə soruşdu. O: “Bəli, səs-küylü və əziyyətli olmayan incidən
bir ev ilə müjdələdi” dedi. (Buxari 3819, Muslim 6427, 2433/72)
Hiç yorum yok:
Yorum Gönder