8 Kasım 2016 Salı

Dində Şübhə Edənlər Münafiqlərə Bənzəyir!



Müəllif: Əbu Muaz Seyfullah Ərdoğmuş
Tərcümə: Darul İttiba


   Münafiqlərin ən bariz əlamətlərindən biri Rasulullah səllallahu aleyhi va səlləm ilə gələn Allahın dəvətinin doğruluğu haqqında şübhə etmələridir. Onların bu şübhəsi daimidir. Üzərində olduqları şübhəni dəstəkləyən bir bəhanə tapdıqlarında dərhal şübhədən küfrə qaçarlar. Bunun üçün Allahu Təala belə buyurmuşdur; “Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də ağrılı-acılı bir əzab çəkəcəklər.” {Bəqərə 10} Yəni şübhə xəstəliyi vardır.

   “ İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib küfrə qayıdar. O adam dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur.” {Həcc 11}


   Abdurrahman b. Zeyd b. Əsləm belə demişdir; “O, (ayədə qəsd edilən) münafiqdir. Əgər dünyası onun üçün düzgün olarsa ibadətə davam edər, əgər dünyası onun üçün pozularsa və dəyişərsə arxasını dönüb gedər, ibadətə ancaq dünyası üçün uyğun gələn şeylərdə davam edər. Ona bir müsibət, bir çətinlik, bir sınaq və darlıq gələrsə, dinini tərk edər və küfrə dönər.”

Hiç yorum yok: