Usamə ibn Şərik (radiyallahu anhu) rəvayət edir ki, mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanında idim.
“Hər yandan onun yanına bədəvilər gəldi. Onlardan başqa hamı susmuşdu. Onlar insanlar arasında etdikləri günah sayılmayan bəzi işlər barədə soruşub dedilər: “Ey Allahın Rəsulu! Filan, filan işləri görməkdə bizə günah varmı?” O dedi: “Ey Allahın qulları! Allah günahları bağışlayır. Yalnız o adam istisnadır ki, zülm törədərək başqa birisinin qeybətini edər. Həmin adam günah qazanıb həlak olar”. Onlar dedilər: “Ey Allahın Rəsulu! Özümüzü müalicə edəkmi?” O dedi: “Bəli, ey Allahın qulları! Özünüzü müalicə edin. Qüdrətli və əzəmətli Allah elə bir xəstəlik verməmişdir ki, onun dərmanını vermiş olmasın. Yalnız bir xəstəlik istisnadır”. Onlar dedilər: “Nədir o, ey Allahın Rəsulu?” O: “Qocalıqdır” deyə cavab verdi. Onlar dedilər: “Ey Allahın Rəsulu! İnsana bəxş edilən ən xeyirli şey nədir?” O dedi: “Gözəl əxlaq”.
Tabərani, mucəmul əvsat 6/268. Albani, silsilə sahiha 433.
Hiç yorum yok:
Yorum Gönder