6 Kasım 2016 Pazar

Bir Lətifədən Çıxan Nəticələr...


Müəllif: Əbu Muaz Seyfullah Ərdoğmuş
Tərcümə: Darul İttiba


  Bir lətifə var, dərnəklərdən biri görkəmli bir karvansarayda ozanları  bir yerə toplayar və ozanlar başlayar deyişməyə. Hər biri saz və söz haqqında məharətlərini göstərər, şerləriylə xalqa dərs (!) verərlər... Bu atışmaya Nəsrəddin xoca da qatılmağa qərar verər... Alar sazı əlinə, sol əlini sazın pərdələrindən birinə sabitləyər, sağ əlindəki mizrabla vurar tellərə... Bir yandan da gözəl bir şer deyər... Bu məclisdə oturanlardan biri deyər ki;
  “Xocam, şerinə deyəcək bir şey yoxdur, amma digər ozanlar sazın pərdələrində əllərini gəzdirərək məqam tutardılar. Halbuki sənin əlin sabit durdu, bir tondan çaldın. Bunun hikməti nədir?”
  Xoca heç halını pozmadan belə cavab verər;
  “Övladım, onlar mənim tapdığım yeri axtarırdılar, ona görə bir yolluq tutdura bilmirdilər.”
  -Bu lətifəni bir az da uzadaq- Xoca əlavə edər;
“Əlini bu pərdəyə qoymayan heç bir saz ustadı yoxdur...”
  Bir başqası da deyər ki;
“Xocam, saz çalmaq caizdir ki?”
“Caiz deyildir amma, xalq içində fitnə(!!!) çıxarmamaq lazımdır, siz təklikdə olanda saz çalmayın və dinləməyin.”
...
  İşin doğrusu, Nəsrəddin xoca saz çalmağı bilmir, fəqət bu haqdakı elmsizliyinə elm deyir.
  Halbuki, saz çalmaq da elm deyildir. Təəssüf ki, bəziləri elmdən olmayana da elm deyir;
  Təqlidi özünə yol edən də buna elm deyir.
  Yaxud Nəsrəddin xocanı sazın ustalarıyla “qiyas”layır və ozanların etdiyinə elm deyir.
  İmam Əvzai rahiməhullah sadəcə Allah Rasulu səllallahu aleyhi va səlləmdən gələnlərə elm deyir.
   Şüurlu müsəlmanlar, saz(musiqi)  məclislərindən uzaq durmağa elm deyir.
   Haram edilmiş vəsilələrlə Allahın yoluna dəvət iddia etmək isə ayaqyolu süpürgəsiylə məscid təmizləməyə qalxmaq kimidir.

  Elm “Allahdan qorx!” deyir, Allah da, ondan qorxana “Alim” deyir!

Hiç yorum yok: