1 Kasım 2016 Salı

Hökmlərdə Kitab Və Sünnətə Müraciət Etmək Vacibdir


  Müəllif: Əbu Muaz Seyfullah Ərdoğmuş
  Tərcümə: Darul İttiba


   Allahu Təala belə buyurmuşdur;" Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır." {Nisa 59}

   İmam Şafi rahiməhullah, "Allaha və Onun Elçisinə müraciət edin. " qövlü haqqında "Yəni Allahın və Rəsulun sözlərinə müraciət edin deməkdir." dedi.
   [Səhih məqtu. Şafi, ər Risalə (264); Beyhəqi , əl Mədhəl (197); əl Bais Alə İnkaril Bidəə val Həvadis (s. 8)]

   "Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqda möminlərin sözü ancaq: “Eşidirik və itaət edirik!”– demələridir. Nicat tapanlar da məhz onlardır." {Nur 51}
   "Rəbbinizdən sizə nazil edilənə tabe olun. Onu qoyub başqa dostlara uymayın. Siz necə də az öyüd-nəsihət dinləyirsiniz." {Əraf 3}

   "Ey iman gətirənlər! Heç bir şeydə Allahı və Onun Elçisini qabaqlamayın." {Hucurat 1}
   "Elə isə Allaha və Onun Elçisinə – yazıb-oxumaq bilməyən, həm də Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz." {Əraf 158}
   "De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın.” {Ali İmran 31}

   "Ey iman gətirənlər! Peyğəmbər sizi, həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin." { Ənfal 24}
   "Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin." {Həşr 7}

   İbn Məsud radiyallahu anhdan; "Rasulullah səllallahu aleyhi va səlləm bizə bir xətt çəkdi və buyurdu ki;"Bu Allahın yoludur." sonra bu xəttin sağına və soluna da xətlər çəkərək buyurdu ki;"Bu yollardan da hər birinin üzərində şeytan vardır və özünə çağırır." Sonra bu ayəni oxudu;"Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, o yollar sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə pis əməllərdən çəkinəsiniz." {Ənam 153}
   [Səhih. Tayalisi (238); Tirmizi (2378); Əhməd (1/435, 465); İbn əbi Asim , Əs Sunnə (1/13); Hakim (7/375); Darimi (1/230); İbn Hibban (1/13) ]

   İrbaz radiyallahu anh dedi ki; "Rasulullah səllallahu aleyhi va səlləm bizə sübh namazını qıldırdı. Sonra bizə döndü və gözləri yaşardan, qəlbləri ürpərdən təsirli bir xütbə verdi. Biri dedi ki;"Ey Allahın Rəsulu! Sanki bu xütbə, vəda edən bir kimsənin öyüdləridir. Bizə nə vəd edirsiniz?" Buyurdu ki;" Sizə Allahdan qorxmanızı, Həbəşi bir olsa belə (idarəcinizi) dinləyib itaət etmənizi vəsiyyət edirəm. Sizdən kim Məndən sonra yaşasa, bir çox ixtilaflar görəcək. Buna görə sünnətimə və hidayətə çatdırılmış raşid xalifələrin sünnətinə sarılmalısınız. Ona azı dişlərinizlə dişləyirmiş kimi sarılıb buraxmayın, sizi sonradan ortaya çıxmış işlərdən çəkindirirəm. Şübhəsiz hər sonradan icad edimiş şey bidətdir. Hər bidət də azğınlıqdır. "
    [Səhih. Əhməd (4/126, 127); Əbu Davud (4607); Tirmizi (2815, 2816); İbn Macə (42, 44); İbn Hibban (1/104); Hakim (1/65, 96, 97); Təbərani (18/537-602, 617, 625); Darimi (95); Tayalisi (2615-16) ]

   Əbu Hureyrə radiyallahu anhda; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki;"Sizi buraxdığım zaman məni rahat buraxın. Çünki sizdən öncəkilər çox sual vermələri və peyğəmbərlərinə çox müxalifət etmələri üzûndən həlak oldu. Sizə bir şey qadağan etdiyimdə ondan uzaq durun və bir şey əmr etdiyimdə də gücünüz yetdiyincə onu edin."

     [Səhih. Buxari (7288); Muslim (1337)]

Hiç yorum yok: