2 Kasım 2016 Çarşamba

Qadının Şalvar Geyinməsi



Müəllif: Əbu Muaz Seyfullah Ərdoğmuş
Tərcümə: Darul İttiba


Örtük kişi paltarına və ya kafir paltarına bənzəməməlidir. Məsələn; Şalvar hər iki bənzəməyə daxildir. Doğrusu kişilərin də  dar şalvar geyinməsi caiz deyildir. Rasulullah səllallahu aleyhi va səlləm kişi paltarı geyinən və kişilərə bənzəməyə çalışan qadınlara və qadın paltarı geyinən və qadınlara bənzəməyə çalışan  kişilərə lənət etdi.” [Buxari (libas 61); Əbu Davud (4098); Tirmizi (2784); İbn Macə (nigah 22); Əhməd (1/254, 330); Cəmius Sağir (7265)]

   Bəziləri zəif bir hədisdə keçən Rasulullah səllallahu aleyhi va səlləmin qadınlara sirval geyinməyi tövsiyyəsində keçən “sirval” kəlməsinin “şalvar (indiki qadınların geyindiyi dar geyim)” olaraq tərcümə etmişdir. Bu böyük bir xətadır. İbn Manzurun Lisanul Ərəb adlı əsərində s-r-l maddəsində belə keçir; “Əbu Hureyrə radiyallahu anh dedi ki; “ dar sirvaldan qadağan olundu.” Əbu Ubeyd dedi ki; “Sirval: Uzun və geniş don(darbalaq) dur.”
   Yəni sirval ilə qəsd edilən, qadınların ətəkləri altından geyindiyi geniş şalvar(darbalaq)dır. Qadınla hətta cilbab altına da dar şalvar geyinə bilməz. Bu lənətə səbəb olan bir geyimdir. Allah və Rasulunun lənət etdiyi bir şeyi qadınlar cilbab altına və ya evdə tək ikən də geyə bilməzlər. Eyniylə parik haqqında da lənət varid olmuşdur. qadınlar hicab altından və ev içində belə olsa parik taxa bilməzlər. Qadınların şalvar geyməsindəki digər bir sıxıntı da; onların öz aralarında da övrətlərini örtməklə mükəlləf olmalarından dolayıdır. Cilbab altına şalvar geyinərək ziyarətə gedən bir qadın, məhrəmlərinin və ya xanım yoldaşlarının yanında cilbabını çıxardığı zaman bədən xətlərini bəlli edən şalvar ilə övrətini mühafizə edə bilməz. Dar ətəklərdə də eyni hal baş verəcəkdir.

   Daimi Fətva Komissiyası (Əl Ləcnətud Daimə) belə bir fətva yaymışdır; “Şalvar geyinmək qadınlara caiz deyildir. Bunda kişilərə bənzəmək vardır. Çünki şalvar kişilərin geyindiyi bir geyimdir. Peyğəmbər səllallahu aleyhi va səlləm kişilərə bənzəməyə çalışan qadınlara lənət etmişdir.”  [Xalid əl Huseynən; Qadınlar üçün 1000 fətva (s. 54)]

   Yenə bu komissiyanın digər bir fətva qərarı bu şəkildədir; “Qadının çölə çıxarkən paltarını çiyninə atması caiz deyildir. Çünki bunda kişilərə bənzəmək vardır.

   Aişə radiyallahu anhaya bir qadının kişi başmağı geydiyi söyləndi, o da; “Rasulullah səllallahu aleyhi va səlləm qadınlardan özünü kişiyə bənzətməyə çalışanlara lənət etdi.” qarşılığını verdi. [Əbu Davud (4099); Albani səhih demişdir]


 Lənət, Allahın rəhmətindən uzaqlıq deməkdir.

Hiç yorum yok: