Müəllif: Əbu Muaz Seyfullah Ərdoğmuş
Tərcümə: Darul İttiba
Aişə radiyallahu anhadan; Nəbi səllallahu
aleyhi va səlləm bu ayəni oxudu; “ Kitabı sənə nazil edən Odur. O Kitabın bir
qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası
aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və
istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun
yozumunu isə Allahdan başqa heç kəs bilməz.” {Ali İmran 7} Rasulullah səllallahu
aleyhi va səlləm buyurdu ki; “Bu Kitabın mütəşabeh ayələri haqqında mübahisə edənləri
gördüyünüz zaman bilin ki, Allahın (qəlblərində əyrilik olanlar deyə) isimləndirdiyi
kimsələr bunlardır və bunlardan çəkinin” [Səhih.
Buxari (4548); Muslim (2665); Tirmizi (2996); Əbu Davud (4598)]
Vərraqın rəvayətində; “Onlarla oturmayın.
Allahın qəsd etdiyi bu kimsələrdən çəkinin.” şəklindədir. [Səhih. İbn Hibban (1/278)]
Abdullah b. Amr b. əl As radiyallahu anhuma
belə dedi; Mən və qardaşım, mənim üçün qızıl dəvələrdən daha sevimli olan bir məclisdə
oturmuşduq. Mən və qardaşım getdiyimizdə Rasulullah səllallahu aleyhi va səlləmin
ashabından yaşlı kimsələrin onun qapılarından birinin önündə oturduqlarını
gördük. Onların arasını ayırmaq istəmədik və bir otaqda oturduq. Qurandan bir
ayədən bəhs etdilər və onun haqqında mübahisə etdilər. (digər rəvayətlərdə qədər
məsələsi haqqında mübahisə etdikləri bildirilir) Səsləri yüksəldi və Rasulullah
səllallahu aleyhi va səlləm qəzəbli olaraq, üzü qızarmış bir halda çıxdı.
Onlara torpaq atır və belə deyirdi;
“Ey camaat! Yavaş olun. Sizdən öncəki ümmətlər
peyğəmbərlərinə müxalifət etmələri və kitabın bir qismini bir qisminə qarşı
istifadə etmələri səbəbiylə həlak oldu. Şübhəsiz Quran, bir qismi digər qismini
təsdiq edir. Ondan bildiyinizlə əməl edin, bilmədiyiniz qismini aliminə ərz
edin.” Digər ləfzində; “Mütəşabeh olanına iman edin” şəklində gəlmişdir. [Səhih. Əhməd (2/178, 181);
İbn Sad (4/179); İbn Macə (85)]
Ömər b. əl Xattab radiyallahu anh belə
demişdir; “Şübhəsiz ki, sizinlə Quranın mütəşabehləri haqqında mübahisə edəcək
insanlar gələcəkdir. Onların yaxalarından sünnətlərlə yapışın. Çünki sünnət
ashabı, Allahın Kitabını ən yaxşı bilənlərdir.” [Səhih mövquf. Darimi (1/62); İbn Battanın əl
İbanədə (83, 84, 790); mutabı rəvayətiylə
əsər səhihdir.]
Tavus rahiməhullahdan; “İbn Abbas radiyallahu anhuma, Xaricilərin Quran
haqqında söylədiyi şeylərdən bəhs edərək belə dedi; “Möhkəm ayələrə iman edərlər,
mütəşabehlərə gəlincə həlak olarlar.” [Səhih mövquf. İbn Əbi Şeybə (37902); Abdurrazzaq
(11/423)]
Hiç yorum yok:
Yorum Gönder